Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-492/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Alqı-satqı” müqaviləsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının tələblərini nəzərə almadan hesablanmış və iddiaçı tərəfindən artıq olaraq ödənilmiş 13.2 kv.m üçün 23760 (iyirmi üç min yeddi yüz altmış) manat məbləğin, eyni zamanda hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 1500 (bir min beş yüz) manat məbləğin, cəmi 25260 (iyimi beş min iki yüz altmış) manat məbləğində vəsaitin, həmçinin ödənilmiş 165.78 (bir yüz altmış beş manat yetmiş səkkiz qəpik) manat məhkəmə dövlət rüsumunun, ümumilikdə 25425.78 (iyirmi beş min dörd yüz iyirmi beş manat yetmiş səkkiz qəpik) manat məbləğində vəsaitin Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcmimnin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “Alqı-satqı” müqaviləsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının tələblərini nəzərə almadan hesablanmış və iddiaçı tərəfindən artıq olaraq ödənilmiş 9.5 kv.m üçün 27550 (iyirmi yeddi min beş yüz əlli) manat məbləğin, eyni zamanda hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 1500 (bir min beş yüz) manat məbləğin, cəmi 29050 (iyimi doqquz min əlli) manat məbləğində vəsaitin, həmçinin ödənilmiş 177.15 (bir yüz yetmiş yeddi manat on beş qəpik) manat məhkəmə dövlət rüsumunun, ümumilikdə 29227.15 (iyirmi doqquz min iki yüz iyirmi yeddi manat on beş qəpik) manat məbləğində vəsaitin Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış coxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilənin surətinə əsasən müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” (Cavabdeh MTK) Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və X4 küçələrinin kəsişməsində inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 3 otaqlı 120.0 mdən ibarət mənzili tikib “Alıcı”nın (İddiaçı) mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin həmin müqavilənin 2.1 və 2.3-cü bəndlərinə əsasən tikilən mənzilin ümumi sahəsinin 1 kv.m-nin qiyməti 1800 manat, müqavilənin ümumi dəyəri 216000 (iki yüz on altı min) manat məbləğində vəsait təşkil edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə dəyərinin ilkin ödənişi 40000 manat məbləğində vəsait təşkiledir. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə dəyərinin qalan 176000 (bir yüz yetmiş altı min) manat məbləğində hissəsi növbətiaydan başlayaraq xx.xx.2023-cü il tarixinədək bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “Aylıq ödəniş Cədvəli”-də (bundan sonra “Cədvəl” adlandırılacaq) şərtləndirilmiş qaydada “Alıcı” tərəfindən ödənilməlidir. Qeyd edilən ilkin ödəniş olan 40000 manat və qalıq 176000 manat məbləğində vəsaitlər iddiaçı tərəfindən cavabdeh təşkilatın hesabına ödənilmişdir. Əlavə olaraq qeyd edir ki, İddiaçı adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəli, **********32-05301-093065 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, giriş 26, M11, m3) nömrəli mənzilin ümumi sahəsi 106.80 kv.m. təşkil etmişdir. Qeyd edilənlərdən göründüyü kimi müqavilə üzrə nəzərdə tutulmuş 120.0 kv.m olan mənzilin ümumi sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda göstərilən 106.8 kv.m olan mənzilin ümumu sahəsindən 13.2 kv.m azdır. “Alqı-satqı” müqaviləsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının tələblərini nəzərə almadan hesablanmış və onun tərəfindən artıq olaraq ödənilmiş 13.2 kv.m üçün 23760 (iyimi üç min yeddi yüz altmış) manat (13.2x1800=23760) məbləğin, eyni zamanda hazırkı iddianın tərtib olunması, göndərilməsi və məhkəmədə müdafiə edilməsi üçün vəkilə ödənilmiş 1500 manat məbləğində vəsaitin, cəmi 25260 (iyirmi beş min iki yüz altmış) manat məbləğində vəsaitin 3 iş günü müddətində iddiaçının hesabına ödənilməsi, qeyd olunan müddət ərzində ödəniş icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinin tələbi ilə mülki iddia qaydasında məhkəməyə müraciət olunacağı ilə bağlı pretenziya məktubu tərəfindən xx.xx.2024-cü il tarixində Cavabdeh MTK-nın fəaliyyət ünvanına göndərilmiş, lakin, pretenziya məktubunun göndərilməsinə və çatdırılmasına baxmayaraq heç bir hərəkət nümayiş etdirilməmiş və ödəniş icra olunmamışdır. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış iddiaçının adına rəsmiləşdirilərkən müqavilə üzrə alqı-satqısını həyata keçirdiyi evə baxış keçirilməmiş və ölçü işləri aparılmamışdır. Ehtimal edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən mənzilin sahəsinin yerində ölçməsi nəticəsində DƏDRX-nın çıxarışda hesablanmış mənzilin sahəsindən də, yəni, 106.8 kv.m-dən az sahə olacaqdı. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında bildirdi ki, tərəflər arasında olan alqı-satqı müqaviləsinin 2.2-ci bəndində öz əksini tapır ki, müqavilə üzrə nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarın ortasından hesablanmaqla göstərilmişdir. Ekpsert rəyində də qərardadın müvafiq sualları üzrə 5-ci suala əsasən bununla bağlı geniş cavablar verilmişdir. Faktiki olaraq ekspertin rəyində göstərilən və müqavilədəki şərtlərə əsasən iddiaçıya təqdim olunan 120 kv.m mənzilin sahəsi eynilik təşkil edir. Hesab edir ki, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmişlər. Buna əsasən, iddia tələbi əsassızdır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış coxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilənin surətinə əsasən müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” (Cavabdeh MTK) Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və X4 küçələrinin kəsişməsində inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 3 otaqlı 120.0 mdən ibarət mənzili tikib “Alıcı”nın (İddiaçı) mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarların ortasından hesablanır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsindəki 26 saylı evin 59 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdır. İddiaçı Cavabdeh MTK-ya ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən, iddiaçı tərəfindən artıq olaraq ödənilmiş 13.2 kv.m üçün 23760 (iyirmi üç min yeddi yüz altmış) manat məbləğin, eyni zamanda hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 1500 (bir min beş yüz) manat məbləğin, cəmi 25260 (iyimi beş min iki yüz altmış) manat məbləğində vəsaitin ona ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məşhkəməsinin e-2(006)-4467/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/9561/2024 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən: Qərardadın birinci sualı üzrə: ünvan 2 ünvanında yerləşən 59 nömrəli mənzilin (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, giriş 26, M11 ,m3) faktiki səhərinin 110,5m2 təşkil etdiyi müəyyən edilir. Qərardadın ikinci sualı üzrə: ünvan 4 ün-anında yerləşən 59 nömrəli mənzilin (yeni qaydalarla ünvan 5 ümumi tikinti sahəsinin (fasad (çöl) divarın ortasından arakəsmə divarlarının altına, şaxta altına, beton sütunlar altına düşən sahələr daxil olunmaqla) 120,0 m2 təşkil etdiyi müəyyən edilir. Qərardadın üçüncü sualı üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasını “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsini və həcminin hesablanması qaydaları”-na əsasən baxış zamanı təqdim edilmiş ünvan 3 ünvanında yerləşən 59 nömrəli mənzilin (yeni qaydalarla ünvan 5 ümumi sahəsinin 106,95 kv.m. təşkil etdiyi müəyyən edilir. Qərardadın dördüncü sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 4 ünvanında yerləşən 59 nömrəli mənzilin (yeni qaydalarla Bakı şəhər Nəsimi rayonu, Abbas Zamanov küçəsi, giriş 26, M11 ,m3) faktiki vəziyyəti nəzərə alınmaqla 1 m2-nin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təxminən 2900 manat məbləğində müəyyən edilir. Qərardadın beşinci sualı üzrə: ünvan 4 ünvanında yerləşən 59 (yer qaydalarla ünvan 5 ünvanının Cavabdeh MTK tərəfindən mənzilin hesablanmış faktiki sahəsi (120,0 kv.m müqavilə əlavə 2) ilə Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş çıxarışda (texniki pasport üzrə) mənzilin sahəsi hesablanarkən mənzilin çöl divarlarının, arakəsmə divarlarının, şaxtaların, beton sütunlar altına düşən sahələr nəzərə alınman və balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5 azaltma əmsallarına vurulmaqla hesablanmışdır. Lakin tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli P 1/12 №-li müqavilənin 2.2 bəndindən görünür ki, müqavilədə nəzərdə tutulan 120,00 m2-dan ibarət sahə mənzilin çöl divarların ortasından hesablanmışdır. Bu səbəbdən qeyd olunan sahələr arasında fərq (3,55 kv.m azaltma əmsallarının tətbiq olunması ilə əlaqədar, 9,5 kv.m çöl divarların yarısının, arakəsmə divarlarının yarısının, arakəsmə beton sütunlar altına düşən sahələr – ilə əlaqədardı) yarandığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Maddə 437.1. Əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; Maddə 578.1. Satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş mübahisəsiz hallarına görə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və X4 küçələrinin kəsişməsində inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 3 otaqlı mənzil 1 kv metri 1800 manatdan olmaqla, cəmi 216000 manata satılmış, sonuncu tərəfindən həmin məbləğ MTK-ya ödənilmiş, mənzil iddiaçıya təhvil verilmiş, İddiaçı mənzilə mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı tələbini onunla əsaslandırır ki, mənzilə mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra MTK tərəfindən 9.5 kv metr sahənin az verildiyi, ondan 27550 manat vəsaitin artıq alındığı müəyyən olunmuşdur. Bağlanmış müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Belə ki, daşınmaz əmlakın sifarişi barədə müqavilənin şərtlərinə əsasən icraçı mənzili tikib sifarişçiyə təhvil verməyi, sifarişçi isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilənlər baxımından işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Lakin müqavilədə mənzilin hesablanmasının xüsusi qaydası, qanunvericiliklə müəyyən edilmiş qaydadan fərqli hesablanması nəzərdə tutula bilər. Bu zaman müqavilə azadlığı prinsipi əsas götürülməklə müqavilə şərtləri tətbiq edilir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış P1/12 nömrəli xx.xx.2021-ci il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” müqavilənin 2.2-ci bəndində podratçı tərəfindən inşa edilib sifarişçiyə təhvil veriləcək mənzilin ümumi sahəsinin hesablanmasının xüsusi qaydası nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarların ortasından hesablanır. Məhkəmə qeyd edir ki, hər bir müqavilənin spesifik xüsusiyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir, belə ki, özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsi mühüm əhəmiyyət kəsb edir ki, hazırkı halda həmin şərt müqavilədə hər iki tərəfin xüsusi razılaşdırılması yolu ilə təsdiq edilmişdir. İddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verilibverilməməsini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyində göstərilmişdir ki, ünvan 4 ün-anında yerləşən 59 nömrəli mənzilin (yeni qaydalarla ünvan 5 ümumi tikinti sahəsinin (fasad (çöl) divarın ortasından arakəsmə divarlarının altına, şaxta altına, beton sütunlar altına düşən sahələr daxil olunmaqla) 120,0 m2 təşkil etdiyi müəyyən edilir. ünvan 4 ünvanında yerləşən 59 (yer qaydalarla ünvan 5 ünvanının Cavabdeh MTK tərəfindən mənzilin hesablanmış faktiki sahəsi (120,0 kv.m müqavilə əlavə 2) ilə Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş çıxarışda (texniki pasport üzrə) mənzilin sahəsi hesablanarkən mənzilin çöl divarlarının, arakəsmə divarlarının, şaxtaların, beton sütunlar altına düşən sahələr nəzərə alınmadan və balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5 azaltma əmsallarına vurulmaqla hesablanmışdır. Lakin tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli P 1/12 №-li müqavilənin 2.2 bəndindən görünür ki, müqavilədə nəzərdə tutulan 120,00 m2-dan ibarət sahə mənzilin çöl divarların ortasından hesablanmışdır. Bu səbəbdən qeyd olunan sahələr arasında fərq (3,55 kv.m azaltma əmsallarının tətbiq olunması ilə əlaqədar, 9,5 kv.m çöl divarların yarısının, arakəsmə divarlarının yarısının, arakəsmə beton sütunlar altına düşən sahələr – ilə əlaqədardı) yarandığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatına və iş materiallarında olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu, habelə hüquqi yardım üçün ödənilmiş məbləğ iddiaçıya aid edilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9561 nömrəli bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dğvlət rüsumu və hüquqi yardıma görə haqq iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olaraq 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-492/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-492/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver