Məhkəmə qərarları › İş №e-2(006)-4931/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4931/2025

09.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4931/2025 09.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iş üzrə (açar sözlər: maddi ziyan) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinin sübutların qiymətləndirilməsi haqqında qərardan 16 iyun 2025-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı X1 ümumilikdə 130.000 manat pul vəsaiti verilməsi onların ifadələri ilə təsdiq olunsa da, həmin vəsait Rafayıl Ağayev tərəfindən etibardan sui-istifadə və ya aldatma yolu ilə ələ keçirilməmiş, qeyd olunan pul vəsaiti aralarında olan şifahi razılaşmaya əsasən birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar nağd qaydada könüllü şəkildə verilmiş, Cavabdeh həmin vəsaiti qəbul edərkən niyyəti özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə yönəlməmişdir. Belə ki, İddiaçı ifadəsi ilə də təsdiq olunmuşdur ki, Cavabdeh pul vəsaitini qəbul etdikdən sonra ayrı-ayrı vaxtlarda aylıq olmaqla, ümumilikdə ona sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirdən 30.000 manat pul vəsaiti vermiş, habelə razılaşmaya uyğun olaraq 130.000 manat verilmiş ümumi vəsitdən isə 25.000 manat olmaqla, İddiaçı ümumilikdə 55.000 manat pul vəsaiti qaytarmışdır. Cavabdeh ifadələrində vəsiti tam şəkildə qaytarmamasının səbəbini biznes nəticəsində ziyan etmələri ilə əsaslandırmışdır. Qeyd olunanlara əsasən, Cavabdeh İddiaçı etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə sonuncuya məxsus 130.000 manat pul vəsaitini ələ keçirməsi təkzib olunmuşdur. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları: a) iddia tələbi: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 99.000 AZN (doxsan doqquz min manat) AZN məbləğində maddi ziyanın və ödənilmiş 387 (üç yüzsəksən yeddi) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər tanıdığı Cavabdehlə 2019-cu ilin sonlarında görüşərkən sonuncu bir proyekt üzrə fəaliyyət göstərmək üçün işlədiyi “X3” ASC-nin depozit hesabına vəsait qoymalı olduğunu deyərək ona iş təklif etmiş, 1 illik proyekt zamanı hər ay üzrə qum-çınqıl hasilatından əldə edilmiş qazancdan 1.500 manat gəlir verəcəyini və sonda verdiyi vəsaiti tam şəkildə qaytaracağını bildirmişdir. Həmin vaxt Rafayıl Ağayev “X3”ASC-nin idarə heyətinin sədri olmuş, ASC Bərdə rayonunda yerləşən “Tərtərçay” qum çınqıl yatağında qum çınqıl hasilatı ilə məşğul olmuşdur. Rəfayıl ilkin olaraq 80.000 manat vəsaitə ehtiyac olduğunu demiş, o, Rəfayıla inanıb razılıq verdikdən sonra, 2 həftə ərzində yenidən Rəfayılla görüşərək, hissə-hissə olmaqla, sonuncuya ümumilikdə 80.000 manat pul vermişdir. Pul vəsaitini verdikdən sonra Rəfayıl 2019-2020ci illər ərzində 1 il müddətinə nağd formada ona hər ay üzrə 1.200-1.500 manat, ümumilikdə 15.000 manat vəsait vermişdir. Bundan sonra Rəfayılla 2020-ci ilin aprel ayında görüşərkən Rəfayıl ona proyektin davamı üçün 50.000 manat vəsait tələb olunduğunu və bunun qarşılığında 1.500 manat, yəni əvvəlki verdiyi vəsaitlə birlikdə artıq ona aylıq 3.000 manat gəlir verəcəyini demişdir. Rəfayıl əvvəlki verdiyi vəsait üzrə aylıq gəliri vaxtında verdiyi üçün və əvvəlcədən tanıdığı üçün sonuncuya inanıb, 2020-ci ilin aprel ayında yenidən Rəfayıla 50.000 manat pul vermişdir. Rəfayıl bundan sonra 1 il müddətində, yəni 2021-ci ilin aprel ayınadək yenidən aylıq 1200-1500 manat olmaqla, ümimilikdə ona, 15.000 manat vəsait vermişdir. O, Rəfayıla 2019-2020-ci il tarixlərdə direktoru olduğu “X3” ASC tərəfindən Bərdə rayonunda yerləşən “Tərtərçay” qum çınqıl yatağında qum çınqıl hasilatı apararaq, proyekt üzrə bilmədiyi şirkətə satması müqabilində əldə edilən gəlirdən ona qazanc vermək məqsədilə Rəfayıla 80.000 və 50.000 manat olmaqla, ümumilikdə 130.000 manat pul vermiş, bu müddət ərzində Rəfayıl ona gəlir adı ilə ümimilikdə 30.000 manat pul vermişdir. Şifahi razılaşmalarına əsasən, Rəfayıl hər bir verdiyi vəsait üzrə aylıq 1.500 manat, yəni, hər biri üzrə ümumilikdə 18.000 manat qazanc verəcəyini bildirmiş, lakin hər biri üzrə razılaşmalarından az, yəni 15.000 manat vəsait vermişdir. İddiaçı 2021-ci ilin aprel ayında artıq işi dayandırmaq istədiyini deyərək, verdiyi 130.000 manat pul vəsaitinin qaytarmasını istəmiş, Rəfayıl həmin pulun ASC-nin depozit hesabında olduğunu və bank hesabına blok qoyulduğu üçün vəsaiti bankdan çıxara bilmədiyini deyərək aylıq gəlir verməmişdir. 2021-ci ilin ortalarından 2023-cü ilin yay aylarına qədər hissə-hissə olmaqla, ümumilikdə Rəfayıl ona nağd formada 31.000 manat pul qaytarmışdır. Daha sonra Rəfayıl çoxsaylı bəhanələr gətirib qısa müddət ərzində yerdə qalan 99.000 manat pul vəsatini qaytaracağını bildirsə də, dahasonra ona pul verməmişdir. Beləliklə, Rəfayıl iş görüb qazanc vermək adı altında ondan 130.000 manat pul vəsaiti alaraq, aylıq 1200-1500 manat gəlir verəcəyini vəişin sonunda verdiyi pul vəsaitini tam şəkildə qaytaracağını bildirsədə, hazırkı vaxtadək 30.000 manat gəlir vermiş və verdiyi vəsaitdən cəmi 31.000 manat pul qaytarmışdır. Rəfayıl yerdə qalan 99.000 manat pul vəsaitini ona qaytarmamışdır. İddia ərizəsinə əlavə edilən 16 iyun 2025-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, 130.000 manat pulun iddiaçı tərəfindən Cavabdeh verilməsi öz təsdiqini tapır. Beləki, Cavabdeh iddiaçının onun barəsində AR Baş Prokurorluğuna verdiyi şikayət əsasında aparılan icraat zamanı verdiyi ifadəsində göstərir ki, “İddiaçı ilə birlikdə Hərbi-Əks Kəşfiyyat İdarəsindı birlikdə işləmiş,” “X3” ASC-nin idarə heyətinin sədri olduğu müddətdə İddiaçı əlində pul vəsaitinin olduğunu deyərək onunla birlikdə iş görmək istədiyini bildirmiş, təxminən 7-8 il əvvəl Elşən ayrı-ayrı vaxtlarda olmaqla, ona ümimilikdə 130.000 manat pul vəsaiti vermişdir. Elşənlə razılaşmalarına əsasən, həm işlədiyi karxana həm də karxanalarda hasiledilən qum – çınqılın alıcıya çatdırılması ilə bağlıbirlikdə biznes qurmuşlar” Lakin məhkəmənin nəzərinə çatdırır ki, prokurorluqdakı ifadələrində göstərdiyi “bir müddət biznes fəaliyyəti nəticəsində o, Elşənə ümimilikdə 87.000 manat pul vəsaiti qaytarması” həqiqəti əks etdirmir. Cavabdehin tərəf olaraq istinad etdiyi halları sübut etmək vəzifəsi var. Əgər dediyi düzdürsə bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etsin. Yuxarıda qeyd olunduğu kimi həmin halı sübuta yetirmək üçün prokurorluq orqanında ifadəsinə istinad edirik və bu xüsusat, əksi sübut olunmayana qədər cavabdehin ifadəsində göstərilən məbləğdə pulu aldığına və 87.000 manatpulu ödəməməsinə dair prezumpsiya yaradır. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsinideyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Lakin, bu günə qədər cavabdeh Rafayel Ağayev tərəfindən 99.000 manat pul iddiaçıya ödənilməmişdir. Cavabdeh tərəf müxtəlif bəhanələr gətirərək, əvvəlcə ödəyəcəyini bildirsə də, lakin sonunda həmin pulu verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, cavabdehlə iddiaçı arasında olan faktiki münasibətlər əsasında, biznes qurmaq adı altında pul əldə edilmiş, həmin biznesdən gəlirlər hesabına iddiaçıya gəlir vermək öhdəliyini cavabdeh öz üzərinə götürmüş, lakin özünün işlərini həyata keçirmişdir. İddiaçı cavabdeh arasında öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, pulunu (əmlakını) vermiş, bunun nəticəsində mənim cavabdehdən aralarındakı müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də yaranmış öhdəlik üzrə pul, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qüvvədə olan qanunvericilik iddiaçının mübahisəli əmlakla bağlı mülkiyyət hüquqlarının mövcudluğuna və bu hüquqların pozulduğu üçün, bu hüquqlarının bərpa və təmin edilməsinə, pulunun ona qaytarılmasına hüquqi əsas verir. b) iddiaya etiraz: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. b) məhkəmə icraat iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, tərəflər iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları birlikdə və qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nə əsassız varlanma, nə də borc müqaviləsi münasibətləri kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən pul vəsaiti cavabdehə hər hansı yazılı və ya şifahi borc müqaviləsi əsasında qaytarılmaq şərti ilə verilməmiş, tərəflər arasında mövcud olmuş razılaşmaya əsasən birgə sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmişdir. İddiaçının öz izahatlarından da görünür ki, tərəflər arasında əsas razılaşma cavabdeh tərəfindən həyata keçirilən fəaliyyət nəticəsində aylıq gəlirin əldə edilməsi və həmin gəlirdən iddiaçıya müəyyən məbləğin verilməsi ilə bağlı olmuşdur. Əgər cavabdeh tərəfindən verilmiş 130.000 manat pul vəsaitinin müəyyən müddət ərzində mütləq qaytarılması və eyni zamanda həmin məbləğə görə ayrıca aylıq gəlirin ödənilməsi barədə konkret öhdəlik götürüldüyü sübuta yetirilsəydi, bu halda münasibətlər borc müqaviləsi kimi qiymətləndirilə bilərdi. Lakin iş materialları belə bir öhdəliyin mövcudluğunu təsdiq etmir. Əksinə, tərəflərin izahatlarından görünür ki, iddiaçı pul vəsaitini məhz sahibkarlıq fəaliyyəti nəticəsində gəlir əldə etmək məqsədilə vermiş, sonradan həmin fəaliyyətdən gözlədiyi gəliri əldə etmədiyi üçün cavabdehdən verdiyi pul vəsaitinin qaytarılmasını tələb etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında faktiki olaraq öhdəlik münasibətləri yaranmış, cavabdeh isə həmin münasibətlərdən irəli gələn öhdəliklərini tam icra etmədiyindən iddiaçının əmlak mənafeyinə zərər dəymişdir və mübahisə məhz bu çərçivədə qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinin sübutların qiymətləndirilməsi haqqında 16 iyun 2025-ci il tarixli qərar ilə müəyyən edilir ki İddiaçı tərəfindən Cavabdeh ümumilikdə 130.000 manat pul vəsaitinin verilməsi tərəflərin ifadələri ilə təsdiq olunmuşdur. Həmin qərarda da qeyd olunmuşdur ki, göstərilən pul vəsaiti tərəflər arasında mövcud olmuş şifahi razılaşma əsasında birgə sahibkarlıq fəaliyyəti ilə əlaqədar cavabdehə könüllü şəkildə verilmişdir. İddiaçı iddia ərizəsində cavabdehlə aralarında razılaşmaya əsasən həmin vəsaitə görə aylıq gəlir əldə etməli olduğunu, cavabdehin isə bu gəliri ödəməyi və sonda əsas pul vəsaitini qaytarmağı öhdəsinə götürdüyünü göstərmişdir. Lakin iş materiallarında tərəflər arasında bu məzmunda və bu şərtlərlə razılaşmanın mövcudluğunu təsdiq edən hər hansı yazılı və ya digər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi kimi verilmiş pul vəsaitinə görə ayrıca gəlir ödənilməsi və həmin ödənişlərin əsas pul vəsaitindən ayrı hesablanması barədə tərəflər arasında konkret razılaşmanın mövcudluğu sübuta yetirilməmişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 55.000 manat pul vəsaitinin verilməsi tərəflərin izahatları ilə təsdiq olunur. İddiaçı həmin məbləğin yalnız 31.000 manat hissəsinin əsas borcun qaytarılması olduğunu, qalan hissəsinin isə biznes fəaliyyətindən əldə edilmiş gəlir kimi verildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında verilmiş pul vəsaitinə görə ayrıca gəlirin ödənilməsi və həmin ödənişlərin əsas məbləğdən ayrıca hesablanması barədə razılaşmanın mövcudluğu sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən iddiaçıya verilmiş pul vəsaitlərinin hansı əsasla verilməsindən asılı olmayaraq həmin məbləğlərin iddiaçı tərəfindən cavabdehə verilmiş ümumi pul vəsaitindən çıxılması əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının cavabdeh tərəfindən verilmiş pul vəsaitlərinin bir hissəsini əsas borcun qaytarılması kimi deyil, yalnız gəlir kimi qiymətləndirməsi mübahisənin həlli üçün həlledici əhəmiyyət kəsb etmir. Belə ki, tərəflər arasında verilmiş pul vəsaitinə görə ayrıca gəlirin ödənilməsi və həmin ödənişlərin əsas məbləğdən ayrı hesablanması barədə konkret razılaşmanın mövcudluğu sübuta yetirilməmişdir. Bu halda cavabdeh tərəfindən iddiaçıya verilmiş pul vəsaitlərinin hansı ad altında verilməsindən asılı olmayaraq onların faktiki olaraq iddiaçı tərəfindən əvvəllər verilmiş pul vəsaitlərinin müəyyən hissəsinin geri qaytarılması kimi qiymətləndirilməsi daha məntiqli və işin faktiki hallarına uyğun hesab edilməlidir. Əks yanaşma iddiaçının yalnız öz izahatına əsaslanaraq həmin ödənişlərin hüquqi mahiyyətini birtərəfli qaydada dəyişdirməsinə və faktiki olaraq qəbul etdiyi pul vəsaitlərini əsas borcun azaldılmasından kənarda saxlamasına gətirib çıxarardı ki, bu da iş üzrə mövcud sübutlarla uzlaşmır. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, cavabdeh də iddiaçıya bundan artıq məbləğdə pul qaytardığını bildirsə də, həmin halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 130.000 manat pul vəsaitindən cavabdeh tərəfindən qaytarılması sübuta yetirilmiş məbləğ 55.000 manat təşkil edir. Bu səbəbdən qalan 75.000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış hesab olunur. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən əsaslı olduğundan 387 manat məbləğində ödənilmiş dövlət rüsumunun 293 (iki yüz doxsan üç manat) manatı İddiaçı xeyrinə ödənilməlidir. QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə edimiş 75.000 (yetmiş beş min) manat pul və 293 (iki yüz doxsan üç manat) manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar