Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4932/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı cavabdeh “X1” ASC-yə qarşı “xx.xx.2021-ci il tarixli 06MNG/21 saylı Əsas Kredit Müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1” ASC-yə qarşı “xx.xx.2021-ci il tarixli 06MNG/21 saylı Əsas Kredit Müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı məhkəmə aidiyyəti qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin “Vergi məlumatları” bölməsindən çıxarışdan görünür ki, ərizəçi İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmiş sahibkardır və onun adına aktiv vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) mövcuddur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin “Vergi məlumatları” bölməsindən çıxarışdan görünür ki, cavabdeh “X1” ASC qeydiyyatdan keçmişdir və onun adına aktiv vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) mövcuddur. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçı eyni tələblə bağlı cavabdeh “X1” ASC-yə qarşı 2022-ci ilin dekabr ayında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(006)-742/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh “X1” ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-742/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış, daha sonra İddiaçı Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından verdiyi şikayət məhkəmənin e-2(006)-742/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3942/2023 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-742/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2250/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh “X1” ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin tərəflərin mediasiya prosesində iştirak etməməsi səbəbindən baxılmamış saxlanılması qərara alınmışdır. Belə olan halda məhkəmə işdə işitrak edən şəxslərin (iddiaçının hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasını və cavabdehin kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olmasını) subyektiv tərkibini, mübahisənin predmetini (iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə əlaqədar ona kreditin verilməsinə dair əqdin etibarsızlığı) və hüquq münasibətlərinin xarakterini (iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə əlaqədar ona kreditin verilməsini) nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, tərəflər arasında mübahisənin bu və ya digər məhkəməyə aidiyyəti ilə bağlı məsələyə yuxarı instansiya məhkəməsi tərəfindən (2(103)- 3942/2023, xx.xx.2023) qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Həmçinin MPM-nin 114.1.3-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.3, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh “X1” ASC-yə qarşı “xx.xx.2021-ci il tarixli 06MNG/21 saylı Əsas Kredit Müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-4932/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4932/2023
03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver