Məhkəmə qərarları › İş №e-2(006)-495/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-495/2023

24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-495/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “təhvil verilmiş vəsaitlərin qaytarılması və ya həmin vəsaitlər üzrə dəyərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “təhvil verilmiş vəsaitlərin qaytarılması və ya həmin vəsaitlər üzrə dəyərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, CND9373G4L seriyalı, texniki cəhətdən işlək vəziyyətdə olan, “Notebook HP 15-da1011ur” markalı kompüterin və HA0ZAUMU **********50516 seriyalı, texniki cəhətdən işlək vəziyyətdə olan, “Lenovo TAB E10 2G+16GBL-RU” markalı planşetin cavabdehdən alınaraq iddiaçıya verilməsi, qeyd olunan vəsaitlər faktiki olaraq artıq mövcud olmadıqda isə CND9373G4L seriyalı, texniki cəhətdən işlək vəziyyətdə olan, “Notebook HP 15-da1011ur” markalı kompüterin bazar dəyəri olan 620 (altı yüz iyirmi) manat məbləğində vəsaitin və “Lenovo TAB E10 2G+16GBL-RU” markalı planşetin bazar dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində vəsaitin, həmçinin ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqləşdirilməsinə” dair Məhkəməyə ərizə vermiş və CND9373G4L seriyalı, texniki cəhətdən işlək vəziyyətdə olan, “Notebook HP 15da1011ur” markalı kompüterin və HA0ZAUMU **********50516 seriyalı, texniki cəhətdən işlək vəziyyətdə olan, “Lenovo TAB E10 2G+16GBL-RU” markalı planşetin cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmçinin ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra-İddiaçı) ilə Cavabdeh Həsən oğlu (bundan sonra–Cavabdeh) arasında bağlanmış 24 aprel 2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh Şəxsi Marka Departamentinin Bazar Araşdırması şöbəsinə şöbə müdiri vəzifəsinə işə qəbul edilmiş, tərəflər arasında imzalanmış eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilə ilə cavabdehə etibar edilmiş maddi vəsaitlər üzrə onun məsuliyyəti müəyyən edilmişdir. 01 mart 2021-ci il tarixli əmək müqaviləsinə əlavə ilə cavabdeh Əməliyyatlar üzrə X2 Departamentinə Marketinq Meneceri vəzifəsinə keçirilmiş, eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilə ilə cavabdehə etibar edilmiş maddi vəsaitlər üzrə onun məsuliyyəti bir daha müəyyən edilmişdir. Cavabdeh iddiaçının müvafiq strukturu üzrə şöbə müdiri vəzifəsində işlədiyi müddətdə, onun normal iş şəraitinin təmin edilməsi və əmək funksiyalarının optimal şəkildə həyata keçirilməsini təmin etmək məqsədi ilə cavabdehə bir sıra vəsaitlər təhvil verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 18 may 2020-ci il tarixli təhvil-təslim aktına əsasən CND9373G4L seriyalı, texniki cəhətdən işlək vəziyyətdə olan, “Notebook HP 15-da1011ur” markalı kompüter cavabdehə təhvil verilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş 22 may 2020-ci il tarixli vəsaitlərin təhvil-təslim aktına əsasən HA0ZAUMU **********50516 seriyalı, texniki cəhətdən işlək vəziyyətdə olan, “Lenovo TAB E10 2G+16GBL-RU” markalı planşet cavabdehə təqdim edilməsi məqsədi ilə Zaur Əlizadə adlı əməkdaş tərəfindən təhvil alınmışdır. Qeyd edilməlidir ki, X3 birbaşa cavabdehə tabe olmaqla onun rəhbərlik etdiyi şöbənin əməkdaşı olmuş, cavabdehin adından təhvil aldığı planşeti ona təqdim etmişdir. Bununla bağlı X1 iş üzrə şahid qismində dəvət olunaraq izahatının alınması zəruridir və həmin şəxsin şahid qismində məhkəmə iclasına dəvət olunması ilə bağlı vəsatət iddia ərizəsinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 25 avqust 2022-ci il tarixli 099/K №-li əmrə əsasən cavabdeh əmək funksiyalarının icrası zamanı kobud pozuntulara yol verdiyindən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbinə müvafiq olaraq xitam verilmişdir. Cavabdehlə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, cavabdeh faktiki istifadəsində olan vəsaitləri iddiaçıya geri qaytarmamış, vəsaitlərin təhvil verilməsi üzrə ona edilən şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamış və beləliklə iddiaçıya maddi zərər yetirmişdir. Qeyd edilməlidir ki, sözügedən əsas vəsaitlərin modellərinə və texniki vəziyyətlərinə uyğun olaraq “HP” markalı kompüterin bazar dəyəri 620 (altı yüz iyirmi) manat, “Lenovo TAB” markalı planşetin bazar dəyəri isə 250 ( iki yüz əlli) manat təşkil edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, həmin kompüter və planşet ondadır və hal-hazırda avtomobilinin yük bölməsindədir. Sadəcə olaraq iddiaçı tərəf onu əsassız olaraq işdən çıxarıb və ona pul borcludur. Bu səbəblə o, həmin əşyaları özündə saxlamışdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini, cavabdehin məhkəmənin hazırlıq iclasında verdiyi etirafedici ifadəsini, həmçinin iddianı tam müdafiə etdiyini nəzərə alaraq iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırkı işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının ərizəsini nəzərdən keçirib, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli tərəflər arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci ildən etibarən İddiaçı MMC-də Şəxsi Marka Departamenti Bazar Araşdırması Şöbəsinə şöbə müdiri vəzifəsinə təyin edilmiş, həmin tarixdə imzalanmış tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Cavabdeh ona etibar edilmiş əmlakın, maddi və ya digər sərvətlərin qorunması, saxlanması, emalı, satışı, daşınması, istifadəsi və ya başqa əməliyyatların aparılması ilə əlaqədar işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı işəgötürənə dəymiş ziyana görə tam maddi məsuliyyət daşıması öhdəliyini öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan 01 mart 2022-ci il tarixli, 190/K №-li Əmrlə Cavabdeh Cəmiyyətin Əməliyyat üzrə direktorluq Şəxsi marka departamentinə marketinq meneceri vəzifəsinə keçirilmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli əsas vəsaitlərin təhvil təslim aktının surətindən görünür ki, CND9373G4L seriyalı, texniki cəhətdən işlək vəziyyətdə olan, “Notebook HP 15-da1011ur” markalı kompüter Cavabdeh təhvil verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli əsas vəsaitlərin təhvil təslim aktının surətindən görünür ki, HA0ZAUMU **********50516 seriyalı, texniki cəhətdən işlək vəziyyətdə olan, “Lenovo TAB E10 2G+16GBL-RU” markalı planşet Cavabdeh təhvil verilmişdir. Mülki işin materiallarında olan 25 avqust 2022-ci il tarixli, 099/K №-li Əmrlə Cavabdeh əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmiş, cavabdehə isə mediasiyada iştirakla bağlı bildiriş göndərilsə də, ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci bəndinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinəəsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh hazırkı iş üzrə İddiaçı MMCdə xx.xx.2020-ci il tarixdə Şəxsi Marka Departamenti Bazar Araşdırması Şöbəsinə şöbə müdiri vəzifəsinə, 01 mart 2022-ci il tarixdə isə Cəmiyyətin Əməliyyat üzrə direktorluq Şəxsi marka departamentinə marketinq meneceri vəzifəsinə təyin edilmişdir. Müqaviləyə uyğun olaraq təhvil-təslim aktları əsasında cavabdehə iddiaçı tərəfindən CND9373G4L seriyalı, texniki cəhətdən işlək vəziyyətdə olan, “Notebook HP 15-da1011ur” markalı kompüter və HA0ZAUMU **********50516 seriyalı, texniki cəhətdən işlək vəziyyətdə olan, “Lenovo TAB E10 2G+16GBL-RU” markalı planşet həvalə edilmişdir. Sonradan cavabdehin əmək müqaviləsinə 25 avqust 2022-ci il tarixli Əmrlə xitam verilmiş, ona həvalə edilən əşyalar isə cavabdehdə qalmışdır. İddiaçı MMC “Notebook HP 15-da1011ur” markalı kompüter və HA0ZAUMU **********50516 seriyalı, texniki cəhətdən işlək vəziyyətdə olan, “Lenovo TAB E10 2G+16GBL-RU” markalı planşet Cavabdeh geri tələb etsə də, Cavabdeh əşyaları гайтармамышдыр. Она эюря дя мящкямя щесаб едир ки, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməli, “Notebook HP 15-da1011ur” markalı kompüter və HA0ZAUMU **********50516 seriyalı, texniki cəhətdən işlək vəziyyətdə olan, “Lenovo TAB E10 2G+16GBL-RU” markalı planşet Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş mediasiya xərcinin əvəzi 60 (altmış) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. CND9373G4L seriyalı, texniki cəhətdən işlək vəziyyətdə olan, “Notebook HP 15da1011ur” markalı kompüter və HA0ZAUMU **********50516 seriyalı, texniki cəhətdən işlək vəziyyətdə olan, “Lenovo TAB E10 2G+16GBL-RU” markalı planşet cavabdehdən alınaraq iddiaçıya verilsin. 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar