Məhkəmə qərarları › İş №e-2(006)-4955/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4955/2022

25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4955/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “X1 Azərbaycan” QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 86,16 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında xx/xx/2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci tarixli e-2(006)- 1847/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci tarixindəki 287.21 manat və xx.xx.2022-ci tarixindəki 287.21 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 86,16 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 86.16 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx/xx/2014-cü il tarixli müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş xx.xx.2022-ci il tarixində cavabdehə çatdırılsa da, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında mülki hüquq pozuntusundan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqaviləyə əsasən borc verən (iddiaçı) borc alana (cavabdehə) 5 il müddətinə 500 AZN məbləğində “kart/əlavə kart sahibin”ə kredit kartı limitini açmağı, “kart/əlavə kart sahibi” isə, həmin kredit kartı limiti üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komissiyaları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.19-cu bəndində əsasən müəyyən edilir ki, bu müqavilədən yaranan (irəli gələn) borcların “kart/əlavə kart sahibi” tərəfindən vaxtında və lazımı qaydada geri qaytarılmasına görə “Bank”, “kart/əlavə kart sahibi”nə qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa, “kart/əlavə kart sahibi” bununla bağlı “Bank”ın çəkəcək hər cür xərclərinin (vəkil/hüquq xidmət ilə bağlı xərclər daxil olmaqla “Bank”a ödənilməsini qəbul, bəyan və təsdiq edir. "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli “hüquqi xidmət” haqqında müqavilədən görünür ki, "xxxx" MMC istehlak kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınması üçün hüquqi xidmətlər göstərməyi, Bank isə qarşılığında MMC-yə müəyyən ödənişlər etməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1847/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, əsas borc üzrə 405,00 manat, faiz borcu üzrə 48,48 manat, cərimə borcu üzrə 66,14 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 4,80 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2,00 və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 526,42 manat (beş yüz iyirmi altı manat qırx iki qəpik) məbləğində pulun Cavabdeh tutularaq “X1 Azərbaycan” QSC–yə ödənilməsi qət edilmişdir. xx.xx.2022-cu il tarixli aktdan görünür ki, ''Azcollect" MMC və “X1 Azərbaycan” QSC arasında 18.01 2021-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin 5.1.1-ci maddəsinə əsasən hər ay üzrə icra olunan işlərə görə xidmət haqqı ödənilməlidir. "xxxx" MMC-nin icraatında olan işlərdən 2022-ci il aprel ayında Worldcart işləri üzrə 17.434,07 AZN, istehlak krediti işləri üzrə 18.335,68 AZN məbləğində geri ödənişlər olmuşdur. Xidmət haqqı, müqavilə şərtlərinə uyğun olaraq geri ödənişlərin 15% hissəsindən ibarətdir və rəqəm olaraq ümumilikdə 5.365,46 AZN təşkil edir. Əlavə olaraq mart ayının hesabatında bank tərəfindən (CİF 304136 – 233,72 azn*15%= 3,81 azn) 35,06 AZN artıq ödəniş olub, həmin ödəniş aprel ayının hesabatında ümumi məbləğdən çıxılacaqdır. Ümumilikdə 5.330,40 AZN məbləğin '’Azcollect” MMC-nin hesabına köçürülməsi üçün hesab faktura hazırlanmışdır və "X1 Azərbaycan" QSC-nin, Hüquq Departamentinin əməkdaşlarına təhvil verilmişdir. "xxxx" MMC-nin 05 saylı, xx.xx.2022-ci il tarixli hesab fakturasından və eyni tarixli elektron qaiməsindən görünür ki, ''Azcollect" MMC tərəfindən 2022-ci il aprel ayında görülən işlərin xidmət haqqı olaraq cəmi 5.330,4 manat məbləğində pul köçürülmüşdür. 2022-ci il aprel ayı üzrə Worldcart işləri üzrə ödənişlərinin hesabatından görünür ki, Cavabdeh borcu üzrə xidmət haqqı olaraq 41,73 manat məbləğində pul '’Azcollect” MMCnin hesabına köçürülmüşdür. xx.xx.2022-cu il tarixli aktdan görünür ki, ''Azcollect" MMC və “X1 Azərbaycan” QSC arasında 18.01 2021-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin 5.1.1-ci maddəsinə əsasən hər ay üzrə icra olunan işlərə görə xidmət haqqı ödənilməlidir. "xxxx" MMC-nin icraatında olan işlərdən 2021-ci il dekabr ayında Worldcart işləri üzrə 21.943,62 AZN, istehlak krediti işləri üzrə 11.674,54 AZN və 825,93 USD məbləğində geri ödənişlər olmuşdur. Xidmət haqqı, müqavilə şərtlərinə uyğun olaraq geri ödənişlərin 15% hissəsindən ibarətdir və rəqəm olaraq ümumilikdə 5.253,33 AZN təşkil edir. Əlavə olaraq noyabr ayının hesabatında bank tərəfindən (CİF 295899 -1.32 azn CİF 39112 - 24 08 azn) cəmi 25,40 azn *15%= 3,81 azn) 3,81 AZN artıq ödəniş olub, həmin ödəniş Dekabr ayının hesabatında ümumi məbləğdən çıxılacaqdır. Ümumilikdə 5.249,52 AZN məbləğin '’Azcollect” MMC-nin hesabına köçürülməsi üçün hesab faktura hazırlanmışdır və "X1 Azərbaycan" QSC-nin, Hüquq Departamentinin əməkdaşlarına təhvil verilmişdir. "xxxx" MMC-nin 01 saylı, xx.xx.2022-ci il tarixli hesab fakturasından və eyni tarixli elektron qaiməsindən görünür ki, ''Azcollect" MMC tərəfindən 2021-ci il dekabr ayında görülən işlərin xidmət haqqı olaraq cəmi 5.249,49 manat məbləğində pul köçürülmüşdür. 2021-ci il dekabr ayı üzrə Worldcart işləri üzrə ödənişlərinin hesabatından görünür ki, Cavabdeh borcu üzrə xidmət haqqı olaraq 41,73 manat məbləğində pul '’Azcollect” MMC-nin hesabına köçürülmüşdür. “X1 Azərbaycan” QSC-nin maliyyə arayışından görünür ki, «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödənilən xx.xx.2021-ci il tarixindəki 287.21 manat və xx.xx.2022-tarixindəki 287.21 manat "xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də «X1 Azərbaycan» QSC tərəfindən “Azcollect MMC-yə 86.16 manat məbləğində xidmət haqqı ödənilmişdir. “X1 Azərbaycan” QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, o, borclu olduğu barədə xəbərdar edilmişdir. Ödəniş qəbzi (№9********) və ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir ki, "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən "xxxx" MMC istehlak kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələr üzrə istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınması üçün hüquqi xidmətlər göstərməyi öhdəsinə götürmüşdür. “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqaviləyə əsasən Bank tərəfindən borcalan Cavabdeh 5 il müddətinə 500 AZN (beş yüz manat) məbləğində kredit kartı limitini açmışdır. Həmin müqavilənin 4.19-cu bəndində əsasən bu müqavilədən yaranan (irəli gələn) borcların vaxtında və lazımı qaydada geri qaytarılmamasına görə “Bank” iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa, Cavabdeh bununla bağlı “Bank”ın çəkəcək hər cür xərclərini (vəkil/hüquq xidmət ilə bağlı xərclər daxil olmaqla) “Bank”a ödəməyi öhdəsinə götürmüşdür. Borclu müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən Bank məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006- 184/2021 saylı, xx.xx.2021-ci Bankın xeyrinə cəmi 526,42 manat (beş yüz iyirmi altı manat qırx iki qəpik) məbləğində pul tutulmuşdur. Yaranmış borcun Cavabdeh alınması üçün "xxxx" MMC-nin göstərdiyi hüquqi xidmət üzrə Bank tərəfindən xidmət haqqı olaraq cəmi 83,46 (41,73+41,73) manat məbləğində ödəniş edildiyi müəyyən edilmişdir. Borclu müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə mövcud olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən “Azcollect" MMC-nin cavabdehin tərəf olduğu kredit müqaviləsi üzrə Banka təkrar olaraq göstərilən və ikinci dəfə xidmət haqqının ödənilməsinə əsas olan hüquqi xidmətin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə Cavabdeh müqavilə üzrə 41,73 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 14 manatı, cəmi 55,73 manat məbləğində pul tutularaq iddiaçı “X1 Azərbaycan” QSC–yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Müqavilə üzrə 41,73 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 14 manatı, cəmi 55,73 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar