Məhkəmə qərarları › İş №e-2(006)-4970/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4970/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4970/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi X5 oğlunun sədrliyi, X4 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Baş ofis ilə cavabdeh- Cavabdeh arasında bağlanmış 07 Aprel 2023-cü il tarixli, RBNPU-11240 saylı kredit müqaviləsinə əsasən illik 14% (on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 13000 (on üç min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 07 Aprel 2023-cü il tarixli, RBNPU-11240 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 07 Aprel 2023-cü il tarixli, RBNPU-11240 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasmda, hər ayın 7-dən gec olmayaraq hər ay 444,31 (dörd yüz qırx dörd manat otuz bir qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 07 Aprel 2023-cü il tarixli, RBNPU-11240 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 8917,51 (səkkiz nin doqquz yüz on yeddi manat əlli bir qəpik) manat, faiz borcuna görə 446,62 (dörd yüz qırx altı manat altmış iki qəpik) manat, dəbbə borcuna girə 795,37 (yeddi yüz doxsan beş manat otuz yeddi qəpik) manat, cəmi 10159,50 (on min bir yüz əlli doqquz manat əlli qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh 07 Aprel 2023-cü il tarixli, RBNPU-11240 saylı kredit nüqaviləsi üzrə əsas borcuna görə 8917,51 (səkkiz min doqquz yüz on yeddi manat əlli bir qəpik) manat, faiz borcuna görə 446,62 (dörd yüz qırx altı manat altmış iki qəpik) manat, dəbbə borcuna görə 795,37 (yeddi yüz doxsan beş manat otuz yeddi qəpik) manat, cəmi 10159,50 (on nin bir yüz əlli doqquz manat əlli qəpik) manat pul tutulmalıdır. Göstərilənlərə əsasən Cavabdeh 07 aprel 2023-cü il tarixli, RBNPU-11240 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 8917,51 (səkkiz min doqquz yüz on yeddi manat əlli bir qəpik) manat, faiz borcuna görə 446,62 (dörd yüz qrx altı manat altmış iki qəpik) manat, dəbbə borcuna görə 795,37 (yeddi yüz doxsan beş manat otuz yeddi qəpik) manat, cəmi 10159,50 (on min bir yüz əlli doqquz manat əlli qəpik) manat məbləğində pulun və 121 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini əsas borca aid hissədə qəbul etdiklərini, lakin faiz və dəbbə borcuna münasibətdə isə qəbul etmədiklərini bildirərək, qətnamə qəbul edilərkən qeyd edilən halların nəzərə alınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini, mülki iş üzrə iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanan xx.xx.2023-cü il tarixli Ərizə-anketdən görünür ki, Cavabdeh ona 13.000 manat məbləğində 14 faizlə kreditin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBNPU-11240 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə 36 ay müddətinə illik 14 faiz dərəcəsi olmaqla 13.000 manat məbləğində kredit verilmiş, Cavabdeh isə həmin kredit üzrə əsas məbləği, həmçinin dəbbə pulunu (cərimə, penya) və faizləri tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən ödəniş cədvəlindən görünür ki, tərəflər arasında bağlanan xx.xx.2023-cü il tarixli, RBNPU-11240 nömrəli kredit müqaviləsi üzrə aylıq ödəniş 444,33 manat, sonuncu ay isə 443,65 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh tərəfindən təyin olunmuş qrafik üzrə kredit ödənişi vaxtında icra edilmədiyi üçün xx.xx.2024-cü il tarixə əsas borc 8917,51 manat, kreditdən istifadəyə görə faiz borcu 408,45 manat, cərimə borcu 602,65 manat olmaqla, cəmi 9928,61 borcu gecikmədədir. Dəfərlərlə məlumat verilməsinə baxmayaraq qeyd olunan məbləğ ödənilməmişdir. Odur ki, 3 iş günü müddətində Banka olan borcun ödənilməsi, əks təqdirdə müqavilənin şərtlərinə əsasən həmin borcun cavabdeh tərəfindən ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi barədə cavabdeh tərəf qabaqcadan xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, borclu Cavabdeh 7 aprel 2023-cü il tarixli, RBNPU-11240 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 8917,51 manat, faiz borcu üzrə 446,62 manat, cərimə borcu üzrə isə 795,37 manat olmaqla ümumilikdə 10.159,50 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 121 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, RBNPU-11240 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya illik 14 % dərəcəsi ilə, 36 ay müddətinə qaytarılmaq şərtilə 13.000 (on üç min) manat kredit verilmişdir. İş materiallarından göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə, onun Banka borcu yaranmışdır. Hazırda iddiaçı müqavilə üzrə yaranmış borcun tutulmasını tələb edir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə hesab edir ki, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Belə ki, təqdim edilmiş sübutlardan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, RBNPU-11240 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh bank qarşısında icra edilməmiş borcu vardır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlardan əsas və faiz borcun düzgün hesablandığı müəyyən olunur. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borca münasibətdə əsaslı hesab edilməklə təmin edilməlidir. İddia tələbinin dəbbə borcunun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Daha sonra məhkəmə iddia tələbinin ödənilmiş 121 manat məbləğində dövlət rüsumunun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 121 manat məbləğində dövlət rüsumunun 112 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 07 aprel 2023-cü il tarixli, RBNPU-11240 saylı kredit müqaviləsi üzrə əsas borca görə 8917,51 (səkkiz min doqquz yüz on yeddi manat, əlli bir qəpik) manat, faiz borcuna görə 446,62 (dörd yüz qırx altı manat, altmış iki qəpik) manat, dəbbə borcuna görə 50 (əlli) manat olmaqla, cəmi 9414,13 (doqquz min dörd yüz on dörd manat, on üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 112 (yüz on iki) manatı Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 07 aprel 2023-cü il tarixli, RBNPU-11240 saylı kredit müqaviləsi üzrə əsas borca görə 8917,51 (səkkiz min doqquz yüz on yeddi manat, əlli bir qəpik) manat, faiz borcuna görə 446,62 (dörd yüz qırx altı manat, altmış iki qəpik) manat, dəbbə borcuna görə 50 (əlli) manat olmaqla, cəmi 9414,13 (doqquz min dörd yüz on dörd manat, on üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 112 (yüz on iki) manatı Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar