Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4996/2023 21.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 08.2020-ci il tarixli, BPM**********33 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, 3748.43 manat əsas borcun və tam kart üzrə -205.90 manat əsas borc, 8.33 manat faiz borcu olmaqla, cəmi 214.23 manat olmaqla, ümumilikdə 3962.66 manat məbləğində pul vəsaitin, həmçinin ödənilmiş 59.63 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 5500 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə cavabdeh X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsinə əsasən, X7 illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 700 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 1 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən verilən məlumata əsasən, mərhum X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh xx.xx.2023-cü il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Maliyyə arayışına əsasən, X2 xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş- 3748.43 manat borcu qalmışdır. Eyni zamanda, X3 xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, tam kart borcu üzrə Banka ödənilməmiş 205.90 manat əsas borc, 8.33 manat faiz borcu olmaqla, cəmi 214.23 manat borcu qalmışdır. Cavabdeh X3 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Cavabdeh borcun qaytarılması haqqında xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırkı' mübahisə üzrə iddia qiyməti 3962.66 manat olduğundan, 59.63 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan "xxxx" ASC ilə X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM198309533 nömrəli kredit müqaviləsinə və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən bank (kreditor) X8 (borc alan) illik 22 faiz hesablanmaqla 48 ay müddətinə 5500 AZN məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda "xxxx" ASC ilə cavabdeh X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsinə əsasən, X7 illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 700 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarına əlavə olunmuş kassa məxaric orderindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-dən 5500 AZN məbləğində vəsait götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, borclu X3 "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixli müqavilə üzrə nağd kredit borcu üzrə 3748.43 manat əsas borc və tam kart üzrə 205.90 manat əsas borcu, 8.33 manat faiz borcu, cəmi 214.23 manat, ümumilikdə isə 3962.66 manat dövlət rüsum üzrə 59.63 manat və 0.40 manat xidmət haqqı borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, X3 vərəsəsi Cavabdeh 18 iyul 2023-cü il 6-2-27/2-19032/2023 saylı tarixdə borcunun ödənilməsi barədə "xxxx" ASC tərəfindən xəbərdar olunmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 256906 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə sol mədəcik çatmamazlığından vəfat etmişdir. İş materiallarında olan 1 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin 646 saylı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 adına xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixdə oğlu-Cavabdeh (ŞV: AA*******;xx.xx.2020,Asan 1;FlN:xxxxxxx;d/t:xx.xx.1985) tam hissədə pay almaqla xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir: İş materiallarına əlavə olunmuş ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 59.63 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin İcra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən X8 22 faiz hesablanmaqla 48 ay müddətinə 5500 AZN məbləğində borc verilmişdir. Eyni zamanda "xxxx" ASC ilə cavabdeh X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsinə əsasən, X7 illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 700 manat məbləğində kredit limiti ayrılmışdır. X10 17 yanvar 2022-ci ildə vəfat etmişdir. 1 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin 646 saylı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 adına xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixdə oğlu- Cavabdeh tam hissədə pay almaqla xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və Cavabdeh X4 vərəsəsidir. Belə olan hadla mərhum X2 borcu onun vəsəsi Cavabdeh alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə nağd kredit borcu üzrə 3748.43 manat əsas borc və tam kart üzrə 205.90 manat əsas borcu, 8.33 manat faiz borcu, cəmi 214.23 manat, ümumilikdə isə 3962.66 manat dövlət rüsum üzrə 59.63 manat və 0.40 manat xidmət haqqı məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə nağd kredit borcu üzrə 3748.43 manat əsas borc və tam kart üzrə 205.90 manat əsas borcu, 8.33 manat faiz borcu, cəmi 214.23 manat, ümumilikdə isə 3962.66 manat dövlət rüsum üzrə 59.63 manat və 0.40 manat xidmət haqqı məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4996/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4996/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver