Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-502/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili - Vəkil, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin nümayəndəsi - X1, cavabdeh - Cavabdeh2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi olmaqla, cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi olmaqla, cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər AR FHN X6 Xidmətinin və Cavabdeh2 yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurduğu 4585 (sığorta ödənişindən sonra) manat məbləğində maddi ziyanı, müstəqil ekspertə ödənilən 250 manat, məhkəməyə müraciət etmək üçün ödənilən 69 manat dövlət rüsumu olmaqla ümumilikdə 4904 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan - iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər AR FHN X6 Xidmətinin və Cavabdeh2 yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurduğu 4585 (sığorta ödənişindən sonra) manat məbləğində maddi ziyanı, avtomobilin qəzadan sonra itirmiş olduğu 1250 manat məbləğində dəyər itkisi, müstəqil ekspertə ödənilən 250 manat, məhkəməyə müraciət etmək üçün ödənilən 69 manat dövlət rüsumu olmaqla ümumilikdə 6154 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 16:15 radələrində Bakı-Şamaxı şossesinin X8 Müşviq qəsəbəsində yerləşən postunun yaxınlığında 12 nömrəli X4 idarə etdiyi "Kamaz" markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, yanğınsöndürən maşını ilə onun mülkiyyətində və istifadəsində olan "Renault Megane" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə avtonəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsinə səbəb Kamaz markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, yanğınsöndürən maşının yüksək surətlə iddiaçının avtomobilinə arxadan çırpılması olmuşdur. Hadisə nəticəsində onun avtomobilinə ciddi ziyan dəymişdir. Bu günə qədər avtomobil təmir etdirə bilməmişdir. Hal-hazırda da qəzalı vəziyyətdədir. Hadisə baş verən gündən o mülkiyyətində olan avtomobilindən məhrum olmuşdur. Hadisəni törədən və qəzaya səbəb olan Kamaz markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, yanğınsöndürən maşını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin mülkiyyətində olsa da, cavabdeh Azərbaycan Respublikası FHN X6 Xidmətinin 12 nömrəli X4 istifadəsindədir. Hadisə yol vərəqəsi əsasında yanğın çıxışından qayıdarkən baş vermişdir. Həmin vaxtı yanğınsöndürən maşınını digər cavabdeh sürücü Cavabdeh2 idarə edirdi. Hadisədən sonra "xxxx" ASC tərəfindən avtomobilinə dəymiş zərər ümumilikdə 6855 manat məbləğində qiymətləndirilmişdir. Mövcud sığorta qanunvericiliyinə əsasən sığorta şirkəti tərəfindən yalnız 5000 manat məbləğində ziyan ödənilmişdir. Əslində isə avtomobilə dəymiş ziyan kifayət qədər çoxdur. Reyestrə (№ DX-04/05/145) daxil edilən müstəqil ekspert Əhməd Talıblı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ZA-0909/ME nömrəli ilkin rəyə əsasən mənim avtomobilimə ümumilikdə 9585 manat məbləğində ziyan dəymişdir. İddiaçı dəfələrlə cavabdehlərə bu barədə şifahi müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlər tərəfindən vurulmuş maddi ziyan tam olaraq ödənilməlidir. Ümumi ziyanın 5000 manatı Sığorta şirkəti tərəfindən qarşılansa da, qalan 4585 manat məbləğində ziyan ödənilməmişdir. Həmçinin avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı müstəqil ekspertin bank hesabına 250 manat, məhkəməyə dövlət rüsumu kimi 69 manat ödəniş etmişdir. Cavabdeh AR FHN X6 Xidmətinin rəsmi elektron saytında xidmətin yerləşdiyi yer ünvan 1 ünvanıdır. Bakı Şəhər Xətai Rayon Məhkəməsinə müraciət etsə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri Xətai Rayon Məhkəməsinin 2(011)-7737/2023 saylı qərardadı ilə geri qaytarılmışdır. Səbəb kimi göstərilmişdir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin hüquqi ünvanı ünvan 3 Cavabdeh2 yaşayış yeri üzrə ünvan 4 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin nümayəndəsi X2 iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xaiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinə etiraz edərək, təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyat şəhadətnaməsindən görünür ki, "Renault Megane" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyat şəhadətnaməsindən görünür ki, "Kamaz" markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin mülkiyyətindədir. İş materiallarında olan TP ******* nömrəli X7 haqqında qərardan görünür ki, Cavabdeh2 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 12 nöməli X4 xx.xx.2023-cü il tarixli 002/Ş nömrəli əmrinə əsasən hissənin balansında olan AÇ7-40 Kamaz (53215) markalı ** JP *** dövlət qeydiyyat nişanlı yanğın avtomobili YN-nin sürücüsü daxili xidmət baş çavuşu Cavabdeh2 təhkim edilmişdir. İş materiallarında olan İddiaçı izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə 16:18 radələrində "Renault Megane" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Kamaz markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı avtomobil tərəfindən vurulmuşdur. Hadisə zamanı xəsarət almamışdır. İş materiallarında olan Cavabdeh2 izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə 16:18 radələrində Kamaz markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı avtomobillə hərəkətdə olan zaman qarşısında olan radələrində "Renault Megane" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən sürətini azaldaraq piyadaya yol vermək istəmiş və o, düzgün ara məsafəsi seçmədiyindən yol nəqliyyat hadisəsinin qarşısını ala bilməmişdir. Hadisə zamanı xəsarət almamışdır. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Cavabdeh2 alkoqol qəbulu əlamətləri yoxdur. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin nümayəndəsi tərəfindən verilmiş etirazda qeyd etmişdir ki, istehsal ili 2011-ci il olan “Renault Megane” markalı avtomobilin hazırki bazar satış qiymətinin 12-13 min manat civarında olmasını və avtomobilin əzilən hissəsinin maşının maddi dəyərli texniki avadanlıqlarla təchiz edilməmiş arxa tərəf (yük yeri) olmasını nəzərə alaraq, iddia ərizəsində qoyulan zərərin 9585 manat olmaqla qiymətləndirilməsini reallığa uyğun hesab etmir və bununla razılaşmırlar. Belə ki, iddianın qiyməti iddiaçı tərəfindən süni olaraq şişirdilmişdir və ilkin olaraq "xxxx" ASC-nin apardığı 6855 manat dəyərində qiymətləndirmə reallığa daha uyğundur. Habelə qiymətləndirməni aparan servis şirkətində iddiaçının həmin qiymətə maşını təmir etmək imkanının olmasını nəzərə alsaq, qeyd olunanlar öz təsdiqini tapır. Azərbaycan Respublikası FHN-nin X6 Xidməti və onun struktur bölmələri dövlət orqanıdır və qüvvədə olan mülki qanunvericilikdə dövlət orqanlarının öz işçisi tərəfindən törədilmiş hüquq pozuntusuna görə, habelə sahiblik etdiyi əmlaka (yüksək təhlükə mənbəyinə) görə məsuliyyət daşıması müəyyən edilməmişdir. Belə ki, dövlət orqanları hüquqi şəxs sayılmırlar və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu və 1108-ci maddələrində nəzərdə tutulan tələblərin dövlət orqanlarına heç bir aidiyyəti yoxdur. Baş vermiş yol-nəqliyyat hadisəsində iştirak etmiş AÇ 7.-40 Kamaz (53215) markalı ** JP *** nömrə nişanlı yanğın avtomobili Heydər Əliyev adına Neft Emalı zavodunun balansında olmaqla müvafiq təhvil-təslim aktı (surəti əlavə olunur) əsasında DYMX-nin struktur tabeliyində olan Neftayırma Müəssisələri üzrə X4 12 nömrəli X4 istifadəsinə verilmişdir. Hadisəni törətmiş yanğın avtomobilinin sürüşüsü Cavabdeh2 da həmin hissənin əməkdaşıdır və qeyd olunan yanğın avtomobili NM üzrə YMD-nin 12 nömrəli YNH-nin 002/ş nömrəli 5 yanvar 2023-cü il tarixli əmri ilə ona təhkim edilmişdir. SOCAR Nəqliyyat İdarəsinin verdiyi “Yol vərəqi” də bunu təsdiqləyir. Təhkim edildiyi texnikaya görə sürücünün məsuliyyət daşıması və baş vermiş hadisədə Cavabdeh2 təqsirli sayılması səbəbindən iddia tələbi ona yönəldilməlidir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmədən iddia tələbinin onlara münasibətdə təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 9/217 nömrəli Ekspert rəyindən görünür ki, avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış ili, eyni model, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən qiymətləndirmə aktına əsasən təmirə məruz qalmış 2011-ci il buraxılışlı mühərrik həcmi 1461 sm3, “Renault” markalı, “Megane” model, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiymətində 11250 manat fərq olması istisna edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/4297/2024 nömrəli Ekspertiza rəyində "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ekspert tədqiqatına əsasən 2011-ci il buraxılışlı mühərrik həcmi 1461 sm3, “Renault” markalı, “Megane” model, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4560 manat müəyyən edilmişdir. O cümlədən dəyişməli hissələrin qiyməti 3310 manat, təmir-bərpa işlərinin qiyməti 1250 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. İş materiallarında olan 51229 nömrəli qəbzdən görünür ki, müstəqil ekspertə göstərilmiş xidmətin müqavilində 250 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 5000 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 70 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16:15 radələrində Bakı-Şamaxı şossesinin X8 Müşviq qəsəbəsində yerləşən postunun yaxınlığında 12 nömrəli X4 idarə etdiyi "Kamaz" markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, yanğınsöndürən maşını ilə onun mülkiyyətində və istifadəsində olan "Renault Megane" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə avtonəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsinə səbəb Kamaz markalı, **- JP-*** dövlət qeydiyyat nişanlı, yanğınsöndürən maşının yüksək surətlə iddiaçının avtomobilinə arxadan çırpılması olmuşdur. Hadisə nəticəsində onun avtomobilinə ciddi ziyan dəymişdir. Bu günə qədər avtomobil təmir etdirə bilməmişdir. Hal-hazırda da qəzalı vəziyyətdədir. Hadisə baş verən gündən o mülkiyyətində olan avtomobilindən məhrum olmuşdur. Hadisəni törədən və qəzaya səbəb olan Kamaz markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, yanğınsöndürən maşını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin mülkiyyətində olsa da, cavabdeh Azərbaycan Respublikası FHN X6 Xidmətinin 12 nömrəli X4 istifadəsindədir. Hadisə yol vərəqəsi əsasında yanğın çıxışından qayıdarkən baş vermişdir. Həmin vaxtı yanğınsöndürən maşınını digər cavabdeh sürücü Cavabdeh2 idarə edirdi. Hadisədən sonra "xxxx" ASC tərəfindən avtomobilinə dəymiş zərər ümumilikdə 6855 manat məbləğində qiymətləndirilmişdir. Mövcud sığorta qanunvericiliyinə əsasən sığorta şirkəti tərəfindən yalnız 5000 manat məbləğində ziyan ödənilmişdir. Əslində isə avtomobilə dəymiş ziyan kifayət qədər çoxdur. Reyestrə (№ DX-04/05/145) daxil edilən müstəqil ekspert Əhməd Talıblı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ZA-0909/ME nömrəli ilkin rəyə əsasən mənim avtomobilimə ümumilikdə 9585 manat məbləğində ziyan dəymişdir. İddiaçı dəfələrlə cavabdehlərə bu barədə şifahi müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə tərəflərin izahatlarına, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, iddia tələbi cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinə münasibətdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən qeyd edirik ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Hazırkı mübahisə üzrə yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxs Cavabdeh2dur. Ona görə iddia tələbi yalnız ona aid hissədə araşdırılmalıdır. Digər cavab Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinə aid hissədə rədd edilməldir. Məhkəmə Cavabdeh2 münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə 16:18 radələrində Kamaz markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı avtomobil idarə edərkən iddiaçının mülkiyyətində olan "Renault Megane" markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində iddiaçının avtomobilinə ziyan vurmuşdur. Məhkəmə iddiaçının avtomobilinin təmir-bərpa işləri üçün tələb olunan məbləğin və qəzadan sonra avtomobilin bazar qiymətində olan dəyişikliyin müəyyən edilməsi məqsədilə ekspertizalar təyin etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 9/217 nömrəli Ekspert rəyinə əsasən avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış ili, eyni model, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən qiymətləndirmə aktına əsasən təmirə məruz qalmış 2011-ci il buraxılışlı mühərrik həcmi 1461 sm3, “Renault” markalı, “Megane” model, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiymətində 11250 manat fərq olması istisna edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/4297/2024 nömrəli Ekspertiza rəyinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ekspert tədqiqatına əsasən 2011-ci il buraxılışlı mühərrik həcmi 1461 sm3, “Renault” markalı, “Megane” model, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4560 manat müəyyən edilmişdir. O cümlədən dəyişməli hissələrin qiyməti 3310 manat, təmir-bərpa işlərinin qiyməti 1250 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəylərini nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 avtomobilə dəymiş ziyana görə 4560 manat məbləğində pul, avtomobilin qəzadan sonra itirmiş olduğu 1250 manat məbləğində dəyər itkisi, müstəqil ekspertə ödənilən 250 manatın 125 manat hissəsi, tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iş üzrə ekspertiza xərclərini təşkil edən 100 manat məbləğində pulun 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi Cavabdeh2 tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Həmçinin iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 69 manat dövlət rüsumunun 34.50 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 avtomobilə dəymiş ziyana görə 4560 (dörd min beş yüz altmış) manat məbləğində pul, avtomobilin qəzadan sonra itirmiş olduğu 1250 (bir min iki yüz əlli) manat məbləğində dəyər itkisi, iddiaçı tərəfindən müstəqil ekspertə ödənilən 250 (iki yüz əlli) manatın 125 (yüz iyirmi beş) manat hissəsi, 69 (altmış doqquz) manat dövlət rüsumunun 34.50 (otuz dörd manat əlli qəpik) manat hissəsi, ümumilikdə 5969.50 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddia tələbi qismən təmin edildiyindən iş üzrə ekspertiza xərclərini təşkil edən 100 (yüz) manat məbləğində pulun 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi Cavabdeh2 tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-502/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-502/2024
24.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver