Məhkəmə qərarları › İş №e-2(006)-5025/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5025/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5025/2023 22.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X1 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 289142 nömrəli kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 2650 (iki min altı yüz əlli) manat məbləğində pul ayrılmışdır və о, 36 (otuz altı) ay müddətində illik 16 % (on altı) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə əsas məbləğ üzrə borc 2462.00 AZN (iki min dörd yüz altmış iki manat), faiz borcu 158.02 AZN (bir yüz əlli səkkiz manat 02 qəpik), cərimə borcu 28.50 AZN (iyirmi səkkiz manat əlli qəpik), cəmi borc 2648.52 AZN (iki min altı yüz qırx səkkiz manat 52 qəpik) məbləğində təşkil edir. Göstərilənlərə əsasən, iddiaçı cavabdehdən əsas məbləğ üzrə borc 2462.00 AZN (iki min dörd yüz altmış iki manat), faiz borcu 158.02 AZN (bir yüz əlli səkkiz manat 02 qəpik), cərimə borcu 28.50 AZN (iyirmi səkkiz manat əlli qəpik) olmaqla, cəmi 2648.52 AZN (iki min altı yüz qırx səkkiz manat 52 qəpik) məbləğində borcun və 46.5 manat dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsi və bildiriş cavabdehə xx.xx.2023-cü ildə rəsmi qaydada şəxsən təqdim edilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: «X1 Azərbaycan» QSC (Borcverən və ya kreditor) ilə Cavabdeh (borcalan və ya kreditor) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 289142 nömrəli kredit müqaviləsinin: 1.1, 1.2 və 1.3-cü yarımbəndlərindən görünür ki, borcverən borcalana bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit verir, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin məbləği 2650 (iki min altı yüz əlli) AZN təşkil edir. Kredit borcalana 36 ay müddətinə və istifadəsinə görə illik 16% faiz dərəcəsi ödəmək şərti ilə 1 (bir) tranşla verilmişdir. 2.1-ci yarımbəndində qeyd edilmişdir ki, bu müqavilə üzrə alınmış kredit borcalan tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 2000 AZN (iki min Azərbaycan manatı) məbləğli kredit kartı müqaviləsi üzrə qalıq borcun tam bağlanması üçün istifadə ediləcəkdir. 5-ci bəndində razılaşdırılmışdır ki, borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və/və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40 % miqdarında cərimə ödəyir. xx.xx.2023-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı «X1 Azərbaycan» QSC tərəfindən xəbərdar edilmişdir; xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 46.05 manat rüsum, 0.40 manat bank xidmət haqqı, cəmi 46.45 manat ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı «X1 Azərbaycan» QSC tərəfindən xx.xx.2023cü il tarixli, 289142 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 2000 manat məbləğli kredit kartı müqaviləsi üzrə qalıq borcun tam bağlanması üçün istifadə etmək məqsədilə 36 ay müddətinə, illik 16% ödəmək şərtilə 2650 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini icra etsə də, cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq, kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Cavabdehə хəbərdarlıq edilməsinə baхmayaraq, o, müqavilə üzrə öhdəliyini tam icra etməmiş, bu səbəbdən iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəkə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddia tələbinin “kredit müqaviləsi üzrə yaranmış cəmi 2648,52 manat məbləğində borcun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2462 manat əsas, 158.02 manat faiz, 28.50 manat cərimə borcu olmaqla, cəmi 2648.52 (manat məbləğində pul alınaraq iddiaçı «X1 Azərbaycan» QSC-yə verilməlidir. İddia tələbinin “46,50 manat dövlət rüsumunun cavabdehdən tutulması” hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği 46,05 manat, dövlət rüsumunun ödənilməsinə görə tutulmuş bank xidmət haqqı isə 0,40 manat təşkil etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, 46.05 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı Cavabdeh alınaraq iddiaçı «X1 Azərbaycan» QSC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2462 manat əsas, 158.02 manat faiz, 28.50 manat cərimə borcu olmaqla, cəmi 2648.52 manat məbləğində pul alınaraq iddiaçı «X1 Azərbaycan» QSC-yə verilməli, ödənilmiş 46.05 (qırx altı manat beş qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq iddiaçı «X1 Azərbaycan» QSC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2462 (iki min dörd yüz altmış iki) manat əsas, 158.02 (bir yüz əlli səkkiz manat iki qəpik) manat faiz, 28.50 (iyirmi səkkiz manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 2648.52 (iki min altı yüz qırx səkkiz manat əlli iki qəpik) manat məbləğində pul alınaraq iddiaçı «X1 Azərbaycan» QSC-yə verilsin. Ödənilmiş 46.05 (qırx altı manat beş qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq iddiaçı «X1 Azərbaycan» QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar