Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5028/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan iddia ərizəsi icraata qəbul olunduqdan sonra məlum olmuşdur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə vəfat etmişdir (məhkəməyə iddia verilməmişdən əvvəl vəfat etmişdir). Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Cavabdeh vəfat etdiyindən və mübahisə edilən hüquq münasibəti varisliyə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair ərizəsi ilə bağlı mülki işin icraata xitam verilməlidir. Bundan əlavə, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 AZN (otuz manat) məbləğində pul vəsaiti dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-5028/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5028/2024
25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver