Məhkəmə qərarları › İş №e-2(006)-5069/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5069/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5069/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 105.LN.1675.240519.00002 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% dərəcəsi ödəmək şərtilə 2697.39 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2-ci maddəsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə, LPO İddiaçı ASC-yə kredit üzrə cəmi borcu 2089.72 manat təşkil edir. Bundan 2069.58 manat əsas, 15.21 manat faiz borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 4.93 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 7.1.5-ci bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüquq vardır. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar Bank tərəfindən Cavabdeh kreditin ödənilməsi ilə bağlı dəfələrlə şifahi müraciətlər olunmuş və **********68 saylı xx.xx.2023-cü il tarixli məktubun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank öz üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirsə də, cavabdeh bu müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 2069.58 AZN əsas, 15.21 AZN faiz və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 4.93 manat faiz borcu olmaqla, cəmi 2089.72 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 40.98 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir, lakin heç bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli, 105.LN.1675.240519.00002 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətində illik 1% ödəmək şərtilə 2697.39 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan LPO "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, Cavabdeh 24 May 2019-cu il tarixli 105.LN.1675.240519.00002 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə LPO "xxxx" ASC-yə 2069.58(iki min altmış doqquz manat əlli səkkiz qəpik) əsas, 15.21 (on beş manat iyirmi bir qəpik) faiz, 0 AZN (sıfır) müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə, 4.93 AZN (dörd manat doxsan üç qəpik) gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 2089.72 AZN (iki min səksən doqquz manat, yetmiş iki qəpik) borcu yaranmışdır. Mülki işin materiallarında olan LPO "AGBank” ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh "Unibank"xxxx" ASC-yə xx.xx.2022-ci il tarixinə 2383.64 AZN (iki min üç yüz səksən üç manat, altmış dörd qəpik) əsas borcu, 1.29 AZN (bir manat, iyirmi doqquz qəpik) faiz borcu olmaqla, cəmi 2384.93 AZN (iki min üç yüz səksən dörd manat, doxsan üç qəpik) borcu yaranmışdır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" ASC ilə xx.xx.2019-cu il tarixli, 105.LN.1675.240519.00002 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətində illik 1% ödəmək şərtilə 2697.39 manat məbləğində kredit verilmiş, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə, onun xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixinə LPO İddiaçı ASCyə 105.LN.1675.240519.00002 saylı kredit müqaviləsi üzrə 2069.58 (iki min altmış doqquz manat əlli səkkiz qəpik) əsas, 15.21 (on beş manat iyirmi bir qəpik) faiz, 0 AZN (sıfır) müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə , 4.93 AZN (dörd manat doxsan üç qəpik) gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 2089.72 AZN (iki min səksən doqquz manat, yetmiş iki qəpik) borcu, pretenziya məktubuna əsasən isə xx.xx.2022-ci il tarixinə Cavabdeh LPO İddiaçı ASC-yə 2383.64 AZN (iki min üç yüz səksən üç manat, altmış dörd qəpik) əsas borcu, 1.29 AZN (bir manat, iyirmi doqquz qəpik) faiz borcu olmaqla, cəmi 2384.93 AZN (iki min üç yüz səksən dörd manat, doxsan üç qəpik) borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə (köhnə redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2019-ci il tarixli, 105.LN.1675.240519.00002 saylı kredit müqaviləsinə əsasən faiz üzrə borc məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-ci il tarixli, 105.LN.1675.240519.00002 saylı kredit müqaviləsinə əsasən 2069.58 AZN (iki min altmış doqquz manat, əlli səkkiz qəpik) əsas, 1.29 AZN (bir manat, iyirmi doqquz qəpik) faiz, 4.93 AZN (dörd manat, doxsan üç qəpik) gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 2075.8 AZN (min iki yetmiş beş manat, səksən qəpik) borc alınaraq LPO "xxxx" ASC-yə ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən hazırki iddia ərizəsi üzrə dövlət rüsumu olaraq ödənilmiş 40.98 AZN-nin 40.75 AZN-i Cavabdeh tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 105.LN.1675.240519.00002 saylı kredit müqaviləsinə əsasən 2069.58 AZN (iki min altmış doqquz manat, əlli səkkiz qəpik) əsas, 1.29 AZN (bir manat, iyirmi doqquz qəpik) faiz, 4.93 AZN (dörd manat, doxsan üç qəpik) gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 2075.8 AZN (min iki yüz yetmiş beş manat, səksən qəpik) borc alınaraq LPO "xxxx" ASC -yə ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 40.98 AZN-nin (qırx manat, doxsan səkkiz qəpik) 40.75 AZN-i (qırx manat, yetmiş beş qəpik) Cavabdeh tutularaq LPO İddiaçı ASCnin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar