Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-516/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «cinayət əməli nəticəsində vurulmuş maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «cinayət əməli nəticəsində vurulmuş maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzili alqı-satqı müqaviləsi əsasında 50.000 manat pul müqabilində aldıqdan sonra mənzilin təmirinə iddiaçı tərəfindən 5000 manat pul xərclənilmişdir. İddiaçı öz ailəsi ilə birlikdə Astara rayonu, Siyəkü kəndində yaşadığı üçün satın aldığı mənzilin boş qalmaması məqsədi ilə 2021-cı ildə X2 həyat yoldaşı Cavabdeh1 xahişi əsasında X5 görmədən Cavabdeh1 həyat yoldaşının və özünün şəxsiyyət vəsiqəsini və nikah haqqında şəhadətnamələrinin surətini aldıqdan sonra iddiaçı tərəfindən mənzil onlara aylıq 250 manat pul müqabilində kirayəyə verilmişdir. Hazırki iş üzrə Cavabdeh3 ilə iddiaçıya məxsus mənzilin kirayəçisi Cavabdeh1 və X7 arasında qohumluq münasibətləri olmuşdur. Cavabdeh3 qohumu X1 yaşadığı iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 24cü məhəllə, bina 2-də yerləşən, 43 saylı mənzilə qonaq qismində gəlib, həmin mənzildə bir müddət yaşadıqdan sonra, xx.xx.2021-ci il tarixdə saat 06 radələrində Ağstafa rayonunda külli miqdarda narkotik vasitələrin satışı məqsədi ilə qanunsuz saxlanılmasında şübhəli bilinməklə tutulmuş X10 rayon polis şöbəsinin əməkdaşları ilə qeyd olunan mənzildə axtarış aparılması məqsədi ilə həmin ünvana gəlib, mənzilin giriş qapısını döyməklə qapını açması tələblərinə məhəl qoymayıb, uzun müddət narkotik vasitə istifadə etməməsi səbəbindən yaranmış üzvi mənşəli emosional pozuntu halında, özgənin əmlakını yandırmaqla qəsdən məhv etmə və zədələmə ilə iddiaçıya məxsus mənzilinin ilk öncə giriş qapısının qarşısına yığdığı mənzildə olan əşyaları, daha sonra isə mənzilin yataq otağındakı pəncərəyə vurulmuş pərdəni mənzildən tapdığı dezodorant və alışqan vasitəsilə yandırıb, mənzilin 44,4 kvadrat metr sahəsini zədələyərək mənzilin daxilində yerləşən əşyaları yararsız vəziyyətə salmışdır. Cavabdeh tərəfindən iddiaçıya mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün 8880 manat dəyərində təmir-bərpa işlərinin xərci formasında və mənzilin içərisində olan əşyaların məhv olması nəticəsində isə 8947 manat məbləğində, ümumilikdə isə 17.827 manat məbləğində ziyan vurulmuşdur. Cavabdeh Hacıyev X3 rayon Məhkəməsinin 1(012)-294/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yuxarıda qeyd etdiyi hallar Abşeron Rayon Məhkəməsinin 1(012)-294/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən edilmişdir.Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzr» qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Abşeron rayon Məhkəməsinin 1(012)-294/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündə qeyd edilmişdir ki, məhkəmə yanğın-texniki və məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/5559 nömrəli rəyində göstərilmişdir ki. ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus mənzilin daxilində iki ədəd müstəqil mənbə zonası olmuşdur. Onlardan birincisi mənzilin giriş hissəsində, ikincisi yaşayış otağında, döşəmə səviyyəsində yerləşmişdir. Yanğın, kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri ilə mənzildə iki müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması(-dılması) nəticəsində baş vermişdir. ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus mənzildə baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan orta bazar ümumi dəyəri təqribən 8880 manat məbləğində olduğu müəyyən olundu. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/7479 nömrəli rəyində göstərilmişdir ki, «LG» markalı 80 kv-lıq kondinsionerin 2021-ci ilin sentyabr ayına olan ona bazar qiyməti nəzəri qaydada 650 manat, «Openbox» markalı krosno aparatının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 15 manat, em 80 sm., uzunluğu 120 sm olan stolun 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 40 manat, taxta stulun bir ədədinin 2021-cı ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 6 manat, eni 80 sm., uzunluğu 210 sm olan şüşəli dolabın bir ədədinin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 40 manat, uzunluğu 220 sm olan divanın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 70 manat, hər birinin uzunluğu 80 sm olan kreslonun bir ədədinin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 50 manat, əlüz yuyanın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 40 manat, «Topqapı» markalı, 24 litr, 11 su qızdırıcısının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 80 manat, güzgü dəstinin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 10 manat, duşun 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 40 manat, hamam vannasının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 80 manat, plastik vedrənin bir ədədinin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 3 manat, dəmir vedrənin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 5 manat, unitazın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 70 manat, ikimərtəbəli, uzunluğu 200 sm olan çarpayının 2021-ci ilin sentyabr ayına olan ona bazar qiyməti nəzəri qaydada 150 manat, eni 50 sm, uzunluğu 96 sm olan kiçik stolun 2021-ci ilin sentyabr ayına olan orla bazar qiyməti nəzəri qaydada 15 manat, eni 85 sm, uzunluğu 210 sm olan kitab şkafının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 70 manat, eni 48 sm. uzunluğu 84 sm olan şüşəli termonun 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 30 manat, qonaq otağının çilçirağının 2021-ci ilin sentyabr ayına olan ona bazar qiyməti nəzəri qaydada 60 manat, eni 130 sm. uzunluğu 200 sm olan dəhlizdə olan şkafın 2021-cı ilin sentyabr ayına olan ona bazar qiyməti nəzəri qaydada 100 manat, eni 65 sm, uzunluğu 124 sm olan uşaq çarpayının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 50 manat, eni 75 sm., uzunluğu 110 sm. olan künc divanın 2021-cı ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 100 manat, qabyuyan və şkafın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 30 manat, sobanın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 20 manat, 82 ekran «LG» markalı televizorun 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 150 manat, «Vay-fay» modemin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 20 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotocədvəllərdə göstərilən 27 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq yanmamışdan əvvəl normal vəziyyətdə 2021-ci ilin sentyabr ayına olan ona bazar qiyməti də ümumi dəyəri nəzəri qaydada təxminən 2117 manat müəyyən edilir. Digər 20 adda mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Vurulmuş olan 17.827 manat məbləğində ziyanın bir hissəsi, yəni 8730 manat məbləğində pul vəsaiti hazırki iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən ödənilmişdir. Lakin vurulmuş olan ziyanın digər hissəsi, yəni 9.097 manat məbləğində pul vəsaiti ödənilməmişdir. Buna görə də vurulmuş olan ziyanın ödənilməmiş hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 1 il 2 aylıq, ayda 250 manat olmaqla ümumilikdə 3.500 manat məbləğində pul vəsaiti də cavabdehlerdən müştərək qaydada tutularaq mənə ödənilməlidir. Belə ki, qeyd edilən tarixdən cinayət hadisəsi törədildiyi və bunun nəticəsində də mənzil onun içərisində olan əşyalarla birlikdə yararsız hala gətirildiyi üçün həmin mənzili kirayə haqqı əsasında kirayəyə vermək mümkün olmamışdır. Əgər qeyd edilən hadisə olmasaydı, həmin mənzili aylıq 250 manat kirayə haqqı əsasında kirayəyə verməklə gəlir əldə edə bilərdi. Lakin qeyd edilən hadisə törədildiyi üçün həmin məbləğdə gəlir əldə etmək imkanından məhrum edilmişdir. Buna görə də qeyd edilən hadisədən sonra iddiaçıya əldən çıxmış fayda şəklində ümumilikdə 3.500 manat ziyan dəymişdir. Göstərilənlərə əsasən cavabadeh Cavabdeh3 tərəfindən törədilmiş cinayət əməli nəticəsində vurulmuş ziyanın ödənilməmiş hissəsinin,yəni 9.097 manat məbləğində pul vəsaitinin və əldən çıxmış fayda şəklində vurulmuş olan ziyan olaraq 3.500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 12.597 manat məbləğində pul vəsaitinin, ödənilmiş olan 122 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, xx.xx.2021-ci il tarixində ünvan 3 ünvanında yerləşən mənzili alqı-satqı əsasında iddiaçı tərəfindən 50.000 manata satın alınmışdır. Bundan sonra həmin mənzili hazırki iş üzrə cavabdeh olan "xxxx" ASC-də icbari sığorta etdirmiş, iddiaçı ailəsi ilə birlikdə Astara rayonunda yaşadığından həmin evi kirayə müqaviləsi bağlamadan Cavabdeh1 kirayə vermişdir Ancaq onu tanısa da, onun həyat yoldaşı X5 və hazırki ış üzrə digər Cavabdeh3 tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 ona məxsus mənzili sonradan qalması üçün Cavabdeh3a vermiş, həmin şəxs də narkotika istifadəçisi olmuşdur. O, iddiaçının mənzilində qalan vaxt narkotikin təsiri ilə mənzili yandırmışdır. Bununla da iddiaçıya maddi ziyan vurulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (012)-294/2022 saylı hökmü ilə Cavabdeh3 AR CM-nin 186.2 2-cı maddəsi ilə təqsirli bilinərək barəsində 03 il müddətində azadlıqdan məhrumetmə cəzası seçilmişdir. İddiaçıya dəymiş ziyanla bağlı o, ilk olaraq mənzilini icbari sığorta etdirdiyi "xxxx" ASC-yə müraciət etmişdir. Orada müstəqil qiymətləndirici tərəfindən ona dəymiş ziyan 10.740 manat hesablansa da, onlar tərəfindən iddiaçıya 8730 manat pul ödənilmişdir. İddiaçı bundan narazı qalsa da, həmin pulu qəbul etmişdir. Ancaq həmin ödənilən məbləğ iddiaçıya vurulan zərəri qarşılamır. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, Abşeron rayon məhkəməsinin hökmündə göstərilmişdir ki, Cavabdeh3 iddiaçıya məxsus evi yandırması nəticəsində ona ümumilikdə 17.827 manat ziyan vurulmuşdur. Həmin qeyd edilən 8730 manatı cavabdeh "xxxx" ASC tərəfindən ödənilmişdir. İddia ərizəsində qeyd etdikləri 9.097 manat hissə isə cavabdehlər tərəfindən ödənilməmişdir. Bu səbəbdən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək izahatında göstərmişdir ki, iddiaçı ilə onların arasında razılaşma əldə olunmuş və həmin razılaşmaya uyğun olaraq iddiaçıya sığorta ödənişi ödənilmişdir. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən mənzil "xxxx" ASC tərəfindən «Daşınmaz əmlakın icbari sığortası» üzrə xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığına sığortalanmışdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, sözügedən müqavilə çərçivəsində daşınar əmlaka dəyən hər hansı zərərin (ziyanın) qarşılanması nəzərdə tutulmur. xx.xx.2021-ci il tarixli yanğın hadisəsi nəticəsində iddiaçıya məxsus mənzilə dəymiş zərərin məbləği isə 8880 manat çərçivəsindədir. Belə ki, Abşeron rayon Məhkəməsinin 1(012)-294/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündə göstərilmişdir ki, «ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus mənzildə baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan bazar ümumi dəyəri təqribən 8880 manat məbləğində olduğu müəyyən olundu». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi həyata keçirilir. Qeyd olunan «8880 manat» zərər məbləği ilə bağlı tərəflər arasında razılıq əldə olunmuş, İddiaçı 150 manat azadolma məbləği çıxıldıqdan sonra yerdə qalan 8730 manat məbləğin onun şəxsi bank hesabına köçürülməsi ilə bağlı ərizə yazmış, İddiaçı təqdim etdiyi bank hesabına 8730 manat məbləğində sığorta ödənişi həyata keçirilmşdir. Sözügedən ərizədə «Razılaşıram ki,sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra sığorta hadisəsi üzrə bütün öhdəliklərini yerinə yetirmiş hesab olunur və gələcəkdə zərərçəkən, sığoralı, sığorta olunan və faydalanan şəxs tərəfindən bu hadisə ilə bağlı heç bir iddia irəli sürülməyəcəkdir» məzmununda müddəa mövcuddur və İddiaçı bu müddəa ilə tanış olmuş, razılığını imza ilə təsdiq etmişdir. Göründüyü kimi, "xxxx" ASC qanunvericiliklə və müqavilə ilə öhdəliklərini düzgün və tamamilə icra etmişdir. Bu səbəbdən iddia tələbinin onlara aid hissədə rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdeh3 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyindən iddia ərizəsinin surəti ona göndərilmiş və iddiaya qarşı yazılı etiraz və mülahizələri məhkəməyə təqdim etməsi xahiş olunmuşdur. Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hal-hazırda bununla bağlı cinayət əməli törətmişdir, buna görə cəza çəkir, bu pul vəsaiti ödəyə bilmir. Məhkəmə onun məhkəmə iclasında iştirakının qeyri-mümkünlüyünü, iddia ərizəsinə yazılı münasibətinin məhkəməyə təqdim edilməsini, təqdim olunan sübutlar əsasında tədqiqat aparılma mümkünülyünü nəzərə alaraq işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 saylı evin 43 saylı mənzili İddiaçı adına tam mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
9. İş üzrə RPA********** saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortalı İddiaçı Abşeron rayonu, Xıırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 saylı evin 43 saylı mənzili "xxxx" ASC-də xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortalamışdır. Sığorta haqqı 15.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilə üzrə azadolma məbləği 150 manat müəyyən edilmişdir.
10. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 1(012)-294/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunması və narkoloji dispanserdə qeydiyyata alınması, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlağıcı xx.xx.2021-ci il tarixdən hesablanması, hökmün qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək üçün hüququnun olması izaş edilməsi hökm edilmişdir.
11. Həmin hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh3 qohumu X1 yaşadığı İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, bina 2-də yerləşən, 43 saylı mənzilə qonaq qismində gəlib, həmin mənzildə bir müddət yaşadıqdan sonra, xx.xx.2021-ci il tarixdə saat 06 radələrində Ağstafa rayonunda külli miqdarda narkotik vasitələrin satışı məqsədi ilə qanunsuz saxlanılmasında şübhəli bilinməklə tutulmuş X10 rayon polis şöbəsinin əməkdaşları ilə qeyd olunan mənzildə axtarış aparılması məqsədi ilə həmin ünvana gəlib, mənzilin giriş qapısını döyməklə qapını açması tələblərinə məhəl qoymayıb, uzun müddət narkotik vasitə istifadə etməməsi səbəbindən yaranmış üzvi mənşəli emosional pozuntu halında, özgənin əmlakını yandırmaqla qəsdən məhv etmə və zədələmə ilə iddiaçıya məxsus mənzilinin ilk öncə giriş qapısının qarşısına yığdığı mənzildə olan əşyaları, daha sonra isə mənzilin yataq otağındakı pəncərəyə vurulmuş pərdəni mənzildən tapdığı dezodorant və alışqan vasitəsilə yandırıb, mənzilin 44,4 kvadrat metr sahəsini zədələyərək, yaranmış qüsurların aradan qaldırılması üçün 8880 manat dəyərində təmir-bərpa işlərinin xərci formasında və mənzilin içərisində olan əşyaların məhv olması nəticəsində isə 8947 manat məbləğində, ümumilikdə isə 17.827 manat məbləğində zərərçəkmiş şəxs İddiaçı ziyan vurmuşdur.
12. Həmin hökm ilə həmçinin müəyyən edilmişdir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/7479 nömrəli rəyində göstərilmişdir ki, «LG» markalı 80 kv-lıq kondinsionerin 2021-ci ilin sentyabr ayına olan ona bazar qiyməti nəzəri qaydada 650 manat, «Openbox» markalı krosno aparatının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 15 manat, em 80 sm., uzunluğu 120 sm olan stolun 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 40 manat, taxta stulun bir ədədinin 2021-cı ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 6 manat, eni 80 sm., uzunluğu 210 sm olan şüşəli dolabın bir ədədinin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 40 manat, uzunluğu 220 sm olan divanın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 70 manat, hər birinin uzunluğu 80 sm olan kreslonun bir ədədinin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 50 manat, əl-üz yuyanın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 40 manat, «Topqapı» markalı, 24 litr, 11 su qızdırıcısının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 80 manat, güzgü dəstinin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 10 manat, duşun 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 40 manat, hamam vannasının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 80 manat, plastik vedrənin bir ədədinin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 3 manat, dəmir vedrənin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 5 manat, unitazın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 70 manat, ikimərtəbəli, uzunluğu 200 sm olan çarpayının 2021-ci ilin sentyabr ayına olan ona bazar qiyməti nəzəri qaydada 150 manat, eni 50 sm, uzunluğu 96 sm olan kiçik stolun 2021-ci ilin sentyabr ayına olan orla bazar qiyməti nəzəri qaydada 15 manat, eni 85 sm, uzunluğu 210 sm olan kitab şkafının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 70 manat, eni 48 sm. uzunluğu 84 sm olan şüşəli termonun 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 30 manat, qonaq otağının çilçirağının 2021-ci ilin sentyabr ayına olan ona bazar qiyməti nəzəri qaydada 60 manat, eni 130 sm. uzunluğu 200 sm olan dəhlizdə olan şkafın 2021-cı ilin sentyabr ayına olan ona bazar qiyməti nəzəri qaydada 100 manat, eni 65 sm, uzunluğu 124 sm olan uşaq çarpayının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 50 manat, eni 75 sm., uzunluğu 110 sm. olan künc divanın 2021-cı ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 100 manat, qabyuyan və şkafın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 30 manat, sobanın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 20 manat, 82 ekran «LG» markalı televizorun 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 150 manat, «Vay-fay» modemin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 20 manat müəyyən edilmişdir. Ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotocədvəllərdə göstərilən 27 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq yanmamışdan əvvəl normal vəziyyətdə 2021-ci ilin sentyabr ayına olan ona bazar qiyməti də ümumi dəyəri nəzəri qaydada təxminən 2117 manat müəyyən edilmişdir. Digər 20 adda mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır.
13. İş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, mülkiyyətində olan Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2, mənzil 43 ünvanında yerləşən əmlak üzrə sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razıdır və ödəniləcək 8730 manat məbləğində sığorta ödənişinin şəxsi bank hesabı vasitəsi ilə həyata keçrilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. İddiaçı razılaşır ki, sığortacı sığorta ödənişini həyata keçirdikdən sonra sığorta hadisəsi üzrə bütün öhdəlikləri yerinə yetirmiş hesab olunur və gələcəkdə zərərçəkən, çığortalı, sığorta olunan və faydalanan şəxs tərəfindən bu hadisə ilə bağlı heç bir iddia irəli sürməyəcəkdir.
14. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sığorta aktın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində İddiaçı məxsus sığortalanmış mənzilə 8880 manat məbləğində zərər dəymişdir. Abşeron rayon Məhkəməsinin 1(012)-294/2022 nömrəli hökmünə əsasən müəyyən edilmiş zərər məbləğindən 150 manat azadolma çıxılmaqla, 8730 manat məbləğində sığorta ödənişi İddiaçı şəxsi hesabına köçürülmüşdür.
15. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına 8730 manat məbləğində sığorta ödənişləri köçürülmüşdür.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçıya məxsus mənzil cavabdeh "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh3 tərəfindən iddiaçıya məxsus mənzili yandırılmış və baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçının mənzilə və daşınar əmlaka ziyan dəymişdir. Qanuni qüvvəyə minmiş Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh3 təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iddiaçıya cəmi 17827 manat məbləğində ziyan vurulmuşdur. Cavabdeh "xxxx" ASC tərəfindən mənzilə dəymiş 8800 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı vurulmuş ziyanın ödənilməmiş hissəsini, yəni 9097 manat, əldən çıxmış faydaya görə 3500 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir.
18. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.
19. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
20. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi həyata keçirilir.
22. Məhkəmə qeyd edir ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən dəymiş ziyan kimi daşınar əşyalar deyil yalnız daşınmaz əmlakın özü sığortalandığından və daşınmaz əmlaka dəymiş ziyan hazırki cavabdehlərdən olan "xxxx" ASC tərəfindən tam ödənildiyindən və iddiaçının özü də daşınmaz əmlaka dəymiş ziyanla bağlı razı olduğundan iddia tələbi cavabdeh "xxxx" ASC-yə qarşı münasibətdə təmin edilməməlidir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
27. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
28. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərə onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:
1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.
2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.
3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.
4. Hüququpozan şəxsin təqsirinin olması.
29. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Eyni zamanda zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqə olmalıdır. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır.
30. Məhkəmə qeyd edir ki, iddiaçı daşınar əşyalara dəymiş ziyanı 9047 kimi qeyd etsədə, bunu özlüyündə səhv təfsir etmişdir. Belə ki, iddiaçıya ümumilikdə 17.827 manat ziyan dəymişdir. Qeyd olunan ziyan məbləğinin 9097 manat hissəsi daşınmaz əmlaka dəymiş ziyan olsada , İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən qeyd olunan məbləğdən 150 manat şərti azad olma məbləği çıxılmışdır. Geridə qalan məbləğ isə yekunda 17827 manat- 8880 manat (9047 manat - 150 manat şərti azad olma məbləği) = 8947 manat olmuşdur.
31. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi ziyanın əvəzi 8947 manat yalnız Cavabdeh3 tutulmalıdır.
32. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır».
35. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).
36. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
37. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
38. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməlidir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır.
39. Göründüyü kimi Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
40. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı vurulmuş ziyanın Cavabdeh1 tutulmasını iddia etsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və Cavabdeh1 ilə iddiaçı arasında heç bir mülki hüquq münasibətləri yaranmamışdır (kirayə , zaminlik və s müqavilə bağlanmamışdır) . Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 qarşı münasibətdə təmin edilməməlidir.
41. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 3500 manat pulun tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir.
42. Məhkəmə hesab edir ki, Cavabdeh3 hərəkətləri nəticəsində iddiaçıya əldən çıxmış fayda kimi 3500 manat maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığından, həqiqətən mənzil yanmasaydı sonradan real olaraq kirayə verilməsi istisnasız olmayacağına dair sübutlar olmadığından (3-cü şəxslə bağlanmış ilkin kirayə müqaviləsi və s.) həmin hissədə də tələb əsassız hesab edilməli və təmin edilməməlidir.
43. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
46. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir.
47. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Məhkəmə iddia tələbinin qismən əsaslı olmasını nəzərə alaraq hesab edir ki, ödənilmiş 122 (yüz iyirmi iki) manat dövlət rüsumunun 86,40 (səksən altı manat, qırx qəpik) manatı Cavabdeh3 tutulmalı, 35,60 (otuz beş manat, altmış qəpik) manatı isə iddiaçıya aid edilməlidir.
49. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 İddiaçı xeyrinə 8947 (səkkiz min doqquz yüz qirx qeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 86,40 (səksən altı manat, qırx qəpik) manat, cəmi 9033,40 (doqquz min otuz üç manat, qırx qəpik) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə və cavabdehlər "xxxx" ASC və X8 qarşı münasibətdə təmin edilməməlidir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
51. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 İddiaçı xeyrinə 8947 (səkkiz min doqquz yüz qirx qeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 86,40 (səksən altı manat, qırx qəpik) manat, cəmi 9033,40 (doqquz min otuz üç manat, qırx qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə və cavabdehlər "xxxx" ASC və X8 qarşı münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov