Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5199/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, iddiaçı İsbərzadə Dı̇ lara Cavanşı̇ r qızının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Osmanov Samı̇ r Ası̇ f oğlunun iştirakı ilə, İddiaçı İsbərzadə Dı̇ lara Cavanşı̇ r qızının cavabdeh Osmanov Samı̇ r Ası̇ f oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı İsbərzadə Dı̇ lara Cavanşı̇ r qızı cavabdeh Osmanov Samı̇ r Ası̇ f oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan uşağı – xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin, hüquqi yardımın göstərilməsi üçün tərəfimdən vəkilə ödənilmiş 325 manat xidmət haqqının və mediasiya sessiyasının keçirilməsi ilə bağlı tərəfindən təktərəfli qaydada ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-3627 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında 06 mart 2012-ci il tarixdə Bunəqədi rayonu Qeydiyyat şöbəsində bağlanmış və 255 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahları pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 onun yanında saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşaına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. İddia ərizsinə əlavə etdiyi X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-80783/2025 saylı vəkil sorğusuna cavab məktubundan göründüyü cavabdeh "xxxx" MMC-də işləyir. Hesab edir ki, yetkinlik yaşaına çatmayan uşaqların hərtərəfli inkişafına nail olmaq, fiziki sağlamlığını mühafizə etmək və möhkəmləndirmək, fərdi qabiliyyətlərini inkişaf etdirmək, zehni inkişafını artırmaq, tədris vəsaitləri və idman vəsaitləri ilə təmin etmək, kefiyyətli qida ilə təmin etmək hər iki valideyinin borcudur. Lakin cavabdeh çəkilməsi zəruri olan xərclərdə könüllü olaraq iştirak etmir. Bu səbəbdən də hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbinə baxımından Cavabdeh qazancın və başqa gəlirlərinin üçdə bir hissəsində alimentin tutulması məqsədə uyğundur. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, hüquqi yardım almaq məqsədi ilə özünə sərbəst vəkildə vəkil seçmiş və hüquqi yardımın göstərilməsi üçün tərəfindən vəkilə 325 manat ödəniş həyata keçirilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı İsbərzadə Dı̇ lara Cavanşı̇ r qızının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, ikinci dəfə ailə qurmuşdur, həmçinin atası xəstədir. Qardaşları az əmək haqqı aldıqlarından atasının müalicəsi və saxlanması üçün hər ay təxminən 1000 manat məbləğində xərc çəkir. Uşaqlara alimentdən əlavə hər ay əlavə pul vəsaiti xərcləyir. Hazırda uşaqlar üçün aylıq 1000 manat məbləğində sabit aliment ödəməyə razıdır. Ondan tələb olunan əmək haqqının 1/3 hissəsi miqdarında alimentin uşaqların ehtiyaclarına sərf olunmayacağını və bu məbləğin iki uşaq üçün həddən artıq çox olduğunu düşünür. Eyni zamanda uşaqların təhsili ilə bağlı bütün xərcləri qarşılamağa razıdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə iddia tələbi təmin edilməlidirlər. b) Mülki işin materialları: İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3627/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ilə X2 arasında 06 mart 2012-ci il tarixdə Binəqədi rayonu Qeydiyyat şöbəsində bağlanmış və 255 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015ci il təvəllüdlü X4 anaları X1 yanında saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşaına çatanadək saxlanılmaları üçün xx.xx.2018ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. - Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş AZ-İ seriyalı, 398885 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X1 nikahına 29 noyabr 2018-ci il tarixində xitam verilmişdir. - Bakı şəhəri 02 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/2-00819/2025 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 12:10-da keçirilən ilkin mediasiya sessiyasında Osmanov Samı̇ r Ası̇ f oğlu iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ və kargüzarlıq xərci olan 10 manat iddiaçı tərəfindən ödənilmişdir. - xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İsbərzadə Dı̇ lara Cavanşı̇ r qızı tərəfindən hüquqi xidmətlərə görə 24 saylı Vəkil Bürosunun hesabına 325,00 (üç yüz iyirmi beş) manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli, 157 nömrəli arayışından görünür ki, X9 27 nömrəli Şəhər poliklinikasında xx.xx.2017-ci ildən endokrinoloji kabinetində "Şəkərli diabet İİ tip ağır forma (E11.9 ), (İ 10) Hipertoniya xəstəliyi ,(İ 69.3 ) Beyin infarktı ,(G 93.4) Dəqiqləşdirilməmiş ensefalopatiya " diaqnozu ilə dispanser qeydiyyatındadır. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan göründüyü kimi cavabdeh Osmanov Samı̇ r Ası̇ f oğlu hazırda "xxxx" MMC-də “Baş mütəxəssis” vəzifəsində işləyir, onun aylıq əmək haqqı 7412.57 manat təşkil edir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Hazırda iddiaçı İsbərzadə Dı̇ lara Cavanşı̇ qızı cavabdeh İsbərzadə Dı̇ lara Cavanşı̇ r oğluna qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbini irəli sürmüş və tələbini uşağın tələbatlarının artması və cavabdehin maddi vəziyyətində dəyişiklik olması, gəlirinin artması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3627/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra ödəmələrin miqdarının müəyyənləşdirilməsi üçün əsas olmuş hallar dəyişmiş, uşaların maddi tələbatları, o cümlədən cavabdehin gəlirləri artmışdır. Qeyd etmək zəruridir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Məhkəmə qeyd edir ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən, yəni 2018-ci ildən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüməsi tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin məhkəmə iclasında tərəflərin izahatına əsasən müəyyən edilmişdir ki, aliment təyin edilidkdən sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olmuş, onun gəlirləri artmışdır. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemində cavabdehin aylıq əmək haqqı məbləği 7412.57 manat olaraq müəyyən olunmuşdur. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək bildirmişdir ki, o ikinci dəfə ailə qurub, kreditləri var və bundan əlavə atası xəstədir və atasının müalicəsi və saxlanması üçün hər ay təxminən 1000 manat məbləğində xərc çəkir. Cavabdehin kredit borcunun olmasına dair izahatı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında qeyd edilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Bundan əlavə cavabdeh Osmanov Samı̇ r Ası̇ f oğlu atasının müalicəsi və saxlanması üçün hər ay təxminən 1000 manat məbləğində xərc çəkdiyini bilirs də, bununla bağlı məhkəməyə hər hansı sbut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların yaşı, təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnu, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşağı saxlamağa borclu olduğunu, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq qeyd edir ki, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin əmək haqqısının və gəlirlərinin 1/3 hissəsində aliment təyin edilməsi qanuni və əsaslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Belə olan halda məhkəmə qeyd edir ki, alimentin dəyişdirilmiş miqdarı iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia təmin edildiyindən, məhkəmə xərci də cavabdehə aid edilməli və mediasiya rüsumu kimi ödənilmiş 50 manat cavabdeh Osmanov Samı̇ r Ası̇ f oğlundan İsbərzadə Dı̇ lara Cavanşı̇ r qızının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəməyə sübut olaraq təqdim edilmiş ödəniş qəbzinin surətindən görünür ki, 325 manat məbləğində pul vəsaiti 24 saylı Vəkil Bürosuna ödənilmişdir. Məhkəmə hesab edir ki, 325 AZN məbləğində vəkil rüsumu cavabdeh Osmanov Samı̇ r Ası̇ f oğlundan alınaraq, iddiaçı İsbərzadə Dı̇ lara Cavanşı̇ r qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Osmanov Samı̇ r Ası̇ f oğlundan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3627/2018 saylı, xx.xx.2018-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2025-ci il tarixindən cavabdeh Osmanov Samı̇ r Ası̇ f oğlundan Osmanov Samı̇ r Ası̇ f oğlundan yetkinlik yaşına çatanadək saxlanılması üçün Osmanov Samı̇ r Ası̇ f oğlunun aylıq əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İsbərzadə Dı̇ lara Cavanşı̇ r qızına ödənilsin. Hüquqi xidmətə görə ödənilmiş pulun 325 (üç yüz iyirmi beş manat) manat və mediasiya rüsumu kimi ödənilmiş 50 (əlli) manat cavabdeh Osmanov Samı̇ r Ası̇ f oğlundan alınaraq, iddiaçı İsbərzadə Dı̇ lara Cavanşı̇ r qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-5199/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5199/2025
26.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver