Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-52/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlaka vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlaka vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri və bərpa üçün təmir işlərinin dəyəri olan cəmi 30.000 manat, həmçinin kirayə müqaviləsinin xitamı əsasında 85.000 manat məbləğində pul vəsaiti və həmçinin, 405 manat dövlət rüsumu olmaqla, cəmi 115.405 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, xx.xx.2025-ci il tarixdə iddiaçılar Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, kirayə müqaviləsinə xitam verilməsi nəticəsində vurulmuş 85.000 manat, məişət avadanlıqları və digər avadanlıqlarının sıradan çıxması, yararsız hala düşməsi nəticəsində vurulmuş 36.022 manat, ödənilmiş 415 manat dövlət rüsumu olmaqla, ümumilikdə 121.437 manat məbləğdə pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 2006-cı ildən etibarən Sabunçu rayonu Buzovna qəsəbəsi Albalı-1 massivi yaşayır. 27 iyun 2023-cü il tarixdə təxminən günorta saat 14:00 radələrində vətəndaş İddiaçı1 adına olan, İddiaçı2 məxsus olan Buzovna qəsəbəsi Albalı 1 massivi adlanan ərazidə "xxxx" ASC-yə məxsus elektrik naqillərində baş vermiş nasazlıq və ya cərəyan naqillərinin üst-üstə düşməsi nəticəsində həyətyanı bağ sahəsində müxtəlif avadanlıqlar yararsız hala düşmüşdür. Yararsız hala düşən avadanlıqlara 2 ədəd elektrik şiti, 2 ədəd mandipuskatel, 2 ədəd Avtomat, 2 ədəd Mitsubishi markalı kondisioner, 1 ədəd Sharp soyuducu, 1 ədəd vodoley su motoru, 1 ədəd Espa su motoru, hovuzun işləməsini, təmizlənməsini, su dövriyyəsini təmin edən 3 ədəd bahalı motoru (tək hovuzun motorlarının dəyəri 30.000 manatdır), hovuzun işləməsini, təmizlənməsini, su dövriyyəsini təmin edən digər elektrik sistemləri aiddir. Təxminən 500 metr 10luq, 500 metr 4-lük, 500 metr 6-lıq elektrik ötürücü xətlər və digər avadanlıqlar yanaraq məhv olmuşdur. Su hovuzunun motorxanası və elektrik xətlərinin təmir olunmasına 10.000 manat usta pulu işçilik haqqı tələb olunur. Bağ sahəsinin digər elektrik işlərinin görülməsi və təmiri üçün əlavə 8.000 manat usta pulu, işçilik haqqı tələb olunur. Dəymiş zərərin hesablanması üçün hadisə yerinə mütəxəssis dəvət edilmiş və zərərin məbləği 30.000 manat dəyərindədir. Həmin bu zərər mütəxəssis rəyində öz əksini tapmışdır. Rəy qoşma olaraq məhkəməyə təqdim edilmişdir. Baş vermiş hadisə saat 20:00 radələrində iddiaçılar tərəfindən aşkar edilmişdir. Daha sonra 199 qəza xidməti vasitəsi ilə "xxxx" ASC-yə hadisə ilə bağlı aktlaşdırmanın aparılması üçün müraciət edilmiş, lakin gələn əməkdaşlar, Zona üzrə qəza xidməti və satış xidməti üzrə müvəkkil şəxslər aktı imzalamaqdan və aktda öz qeydlərini etməkdən səbəb göstərmədən imtina etmişlər. İddiaçı2 01 may 2023-cü il tarixdə X12 ilə həmin bağın sonuncunun istifadəsinə verilməsi ilə bağlı kirayə müqaviləsi imzalanmışdır. Belə ki, müqavilə 4 aylıq (may-avqust) müddətə bağlanmış və aylıq ödəniş 10.000 ABŞ dolları müəyyən edilmişdir. Kirayəçi isə 4 aylıq məbləği müqavilə imzalandığı gün birdəfəlik ödəmişdir. Baş verən qəza nəticəsində elektrik avadanlıqları istifadə üçün yararsız hala düşdüyündən müqaviləyə vaxtından əvvəl xitam verilmişdir. Müqavilə 12 iyul 2023-cü ildə ləğv edilmiş və imzalanan zaman kirayəçi tərəfindən ödənilən birdəfəlik vəsait olan 40.000 ABŞ dolları və müqavilədə nəzərdə tutulan kirayə verənin təqsirindən asılı olmayaraq baş verən hər hansı hadisə nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə 10.000 ABŞ dolları məbləğində pul vəsaiti X8 geri ödənilmişdir. Ödənilmiş məbləğ ümumilikdə məzənnəyə əsasən (1 ABŞ dolları = 1.7 manat) 85.000 manat məbləğində pul vəsaitidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsində cəmiyyətin əsas məqsədlərindən biri kimi elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdir. Bu məqsədə uyğun olaraq cəmiyyətin elektrik qurğularının texniki təhlükəsizliyinin, həmçinin elektrik şəbəkəsinin fəaliyyətini təmin edən proqram və texniki vasitələrin təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsi üzrə fəaliyyətlər həyata keçirir. Buna baxmayaraq, əmlaka kifayət qədər zərər vurulmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Albalı bağları ərazisində Bağ evində baş vermiş elektrik hadisəsi ilə bağ evinin hasarında quraşdırılmış işıq sayğacında 0 xəttinin ayrılması nəticəsində fazalar birləşmiş və nəticədə, bağ evinin su hovuzu, suvarma sistemlərinin mühərrikləri, evin məişət avadanlıqlarında və digər avadanlıqların sıradan çıxması ilə onlara zərər dəymişdir. Qeyd edilən hadisə baş verdikdən sonra "xxxx" ASC-nin qaynar xəttinə tərəflərindən zəng edilmiş, lakin həmin əraziyə gələn "xxxx" nümayəndələri orada dəymiş ziyanı aktlaşdırmaqdan imtina etmişlər, əraziyə baxış keçirmiş, dəymiş ziyanın şahidi olmuşlar (bunlarla bağlı şəkil və videolar təqdim edilmişdir). Sonra bağ ərazisində avadanlıqların sıradan çıxması, xeyli miqdarda dəymiş ziyanın aradan qaldırılması ilə əlaqədar kirayə müqaviləsi ilə bağda qalan şəxs ailəsi ilə birgə bağ evinin sahəsini tərk etmiş, müqavilə şərtlərindən irəli gələn pul vəsaitini almışdır. Ekspert tədqiqatlarından da göründüyü kimi bağ evi ərazisində dəymiş zərər müəyyən edilmiş, işıq sayğacına müdaxilə edildiyi, kəsildiyi, məqsəd bağ evinin işıq xəttinin elektrik cərəyanı ilə təmin edilməsinin kəsilməsi olduğu müəyyən edilmişdir. Hazırkı məhkəmə mübahisəsindən öncə "xxxx" ASC ilə 2(006)-3940/2022 saylı iş üzrə məhkəmə icraatı davam edən zaman sayğacın 0 xətti kəsildiyi üçün MTT ərizəsinə əsasən 16(006)-56/2022 saylı iş üzrə qərardad qəbul edilmiş, işıq xətti bərpa edilmişdir. 2(006)-3940/2022 saylı iş üzrə məhkəmə icraatı zamanı "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixində **********5A000 kodla xx.xx.2022-ci il tarixinə hesablanmış 1373 manat borc məbləğinin silinməsi öhdəliyinin onun üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunmuşdur. Bu zaman "xxxx" ASC-nin nümayəndələri sayğacın sıfır xəttini kəsdiklərindən, daha sonra bərpa edən zaman kəlbətinlə soyuq burma üsulu ilə bərpa etdikləri vaxt işıq xəttinin düzgün bərpa edilməməsi nəticəsində, kəlbətinlə kəsilən xətdə gərginliyin artması ilə sıfır xətti aralanmış və iddiaçıların bağ evində məişət avadanlıqları və digər avadanlıqlar sıradan çıxmışdır. Yuxarıda qeyd edilənlərə əlavə olaraq, bundan sonra "xxxx" ASC-yə müraciətlər edilmiş olsa da, onlara heç bir köməklik etməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək əlavə olaraq onu bildirmişdir ki, iddiaçılar tərəfindən sübut qismində təqdim edilən xx.xx.2023-cü il tarixli, 1 saylı kirayə müqaviləsi notarial qaydada təsdiq olunmadığı üçün hazırki iş üzrə sübut qismində qəbul edilə bilməz. Həmçinin iddia ərizəsində qeyd olunanlarla razı deyil. İş üzrə 3 dəfə ekspertiza təyin edilmişdir. Birinci ekspertizada tədqiqat obyektlərinə baxılmış və yanğının hansı formada olması müəyyən olunmamışdır. İkinci ekspertizada tədqiqat obyektləri ümumiyyətlə yerində olmamışdır. İddiaçılar qeyd edir ki, "xxxx" ASC-nin əməkdaşları hadisə yerində olmuşlar. Əməkdaşlar hadisə yerində olmuş və müəyyən etmişdir ki, yanğına səbəb evin daxilində olmuşdur. Belə ki, "xxxx" ASC yalnız sayğaca qədərki hissəyədək məsuliyyət daşıyır. Əməkdaşlar isə müəyyən etmişdir ki, yanğın sayğacdan sonrakı hissəyə aiddir. Belə olan halda, ASC-nin məsuliyyəti istisna edilir. Odur ki, iddia tələbini əsassız hesab edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materialları: 01 may 2023-cü il tarixli 1 saylı kirayə müqaviləsindən görünür ki, İddiaçı2 Bakı şəhəri, Sabunçu rayonu, Buzovna qəsəbəsi, Albalı 1 massivində yerləşən 24 sot əraziyə malik olan bağı X1 vermiş, kirayə haqqı müqavilə müddəti üzrə 4 aylıq müqavilə imzalanarkən öncədən ABŞ dollarının Azərbaycan manatına günlük məzənnəsinə uyğun olaraq nağd şəkildə ödənilməsi və kirayə obyektinin aylıq kirayə haqqı 10.000 ABŞ dolları (Azərbaycan manatı ilə 17.000 manat) müəyyən edilmişdir. 27 iyun 2023-cü il tarixli aktdan görünür ki, aktı tərtib edən şəxslər – X18, İddiaçı1, X16, X17 və X13 həmin tarixdə təxminən günorta saat 14:00 radələrində vətəndaş İddiaçı1 adına olan, İddiaçı2 məxsus olan Buzovna qəsəbəsi Albalı 1 massivi adlanan ərazidə "xxxx" ASC-yə məxsus elektrik naqillərində baş vermiş nasazlıq və ya cərəyan naqillərinin üst-üstə düşməsi nəticəsində həyətyanı bağ sahəsində müxtəlif avadanlıqların yararsız hala düşdüyünü qeyd etmişlər. Aktda qeyd olunan avadanlıqlar aşağıdakılardır:
1. 2 ədəd elektrik şiti;
2. 7 ədəd mandipuskatel;
3. 2 ədəd avtomat;
4. 2 ədəd “Mitsubishi” markalı kondisioner;
5. 1 ədəd “Sharp” markalı soyuducu;
6. 2 ədəd vodoley su motoru
7. 1 ədəd espa su motoru;
8. Kamera sistemləri və onun bloku;
9. 2 ədəd “Samsung” markalı 180 sm ölçülü televizor;
10. Hovuzun işləməsini, təmizlənməsini, su dövriyyəsini təmin edən 3 ədəd bahalı motor (tək hovuz motorunun dəyəri 3.000 manatdır);
11. Hovuzun işləməsini, təmizlənməsini, su dövriyyəsini təmin edən digər elektrik sistemləri;
12. Təxminən 500 metr 10-luq, 500 metr 4-lük, 500 metr 6-lıq elektrik ötürücü xətlər və digər avadanlıqlar yanaraq məhv olmuşdur; xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı1 tərtib edilmiş müvafiq aktı təqdim etməklə "xxxx" ASC-dən dəymiş zərərin ödənilməsini xahiş etmişdir. 28 iyun 2023-cü il tarixli aktdan görünür ki, 27 iyun 2023-cü il tarixdə təxminən günorta saat 14:00 radələrində Buzovna qəsəbəsi Albalı 1 massivi adlanan ərazidə "xxxx" ASC-yə məxsus Transformatorunda fazaların birləşməsi və digər elektrik naqillərində baş verən qəza nəticəsində Transformatorun yaxınlığında yerləşən İddiaçı2 məxsus bağ evində yaşayış üçün zəruri olan elektrik avadanlıqları, hovuz və s. istifadə üçün yararsız hala düşmüşdür. Bağ sahəsinin həyətində işıq şitində yanğın baş vermiş və bununla bağlı "xxxx" ASC-nin nümayəndəsi çağırılmışdır. ASCnin nümayəndəsi gəlib baxış keçirmiş, bağ sahəsində yaranan problemləri aşkar etmiş, lakin bu barədə hər hansı akta imza etməkdən imtina etmişdir. Qeyd edilmişdir ki, həmin baş verən nasazlıq səbəbilə bağ sahəsində olan avadanlıqlara geniş miqyaslı zərər dəymişdir. X5, X10, X6, İddiaçı1, X13, X18 və X11 tərəfindən imzalanmışdır. 12 iyul 2023-cü il tarixli aktdan və izahatlardan görünür ki, İddiaçı2 və X12 arasında imzalanan 01 may 2023-cü il tarixli 1 saylı kirayə müqaviləsinə 12 iyul 2023-cü il tarixdə tərəflərin razılığı ilə xitam verilmişdir. Müqaviləyə baş vermiş qəza ilə əlaqədar olaraq vaxtından əvvəl xitam verilmişdir. Belə ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün uzun müddət lazımdır. Müqavilə imzalananda birdəfəlik ödənilən 40.000 ABŞ dolları və müqavilədə nəzərdə tutulan kompensasiya olan 10.000 ABŞ dolları məbləğində pul vəsaiti X8 ödənilmişdir. Bu səbəbdən onun kirayəverən tərəfə qarşı heç bir iddiası yoxdur. X12 ödənişi tam aldığını bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Albalı Bağları yaşayış massivində Transformatorda (enerji tənzimləyicidə) baş vermiş qəza nəticəsində İddiaçı2 məxsus fərdi yaşayış evində avadanlıqlara (Televizor LC; Televizor; Soyuducu Şarp; Kondisioner Mitsubişi (120 m2-lik), Kondisioner AUX (60 m2-lik) Quyu üçün su nasosu (podreznoy); Baktelekom internet avadanlıqları və quraşdırılması; Mühərrik (Nozbart); Metal korpuslu Rusiya istehsalı motor; SPA (nasos, İspaniya istehsalı); Kamera (DVR) bərpası; Şit, avtomat açarlar, borular, filtrlərin yenisi ilə əvəz olunması (hovuz üçün) quraşdırılması (işçilik daxil)) qısa qapanma nəticəsində dəymiş ziyanın ümumi məbləği 25.250 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8368 saylı mühəndis-texniki ekspertiza rəyindən görünür ki, 27 iyun 2023-cü il tarixdə Buzovna qəsəbəsi Albalı 1 massivi adlanan bağ sahəsində baş vermiş qəza əlaməti bağ sahəsinin hasarının xarici tərəfində divarda quraşdırılmış metal qutunun içərisində yerləşən üçfazalı elektrik sayğacının çıxış «sıfır» xəttinin üzərində mövcuddur. Həmin hissədə çoxməftilli mis naqilin izolyasiyası ərimiş və qırılmış vəziyyətdədir. Buzovna qəsəbəsi Albalı-1 massivi adlanan bağ sahəsini elektrik enerjisi ilə təmin edən üçfazalı elektrik şəbəkəsinin «sıfır» xəttində qəza halının rəyin tədqiqat hissəsində açıqlaması verilmiş «keyfiyyətsiz ilkin quraşdırma» və «cari xidmətin olmaması» səbəbindən baş verməsi mümkündür. Lakin qəza halından əvvəl üçfazalı elektrik sayğacının çıxış «sıfır» xəttində mövcud olmuş vəziyyət (kəsilmə, qopma səbəbi, birləşdirilmə üsulu, izolyasiyanın vəziyyəti və s.) barədə məlumat (foto, videogörüntülər və s.) olmadığına görə, nasazlığın, yəni «sıfır» xəttinin ayrılmasının (qopmasının) konkret səbəbini müəyyən etmək mümkün olmadı. «Sıfır» xəttinin qırılması zamanı fazalar üzrə yüklərin qeyri-bərabər paylanması səbəbindən gərginliyi yolverilməz dərəcədə yüksələn (380V-a qədər) fazalara qoşulu və işlək vəziyyətdə olmuş elektrik avadanlıqları sıradan çıxa bilərdi. Bağ sahəsində baş vermiş elektrik qəzası halı nəticəsində yanğın hadisəsi qeydə alınmamışdır. Bununla belə, yanğın təhlükəsizliyinə dair mövcud qaydalarda yaşayış evlərində yanğın-texniki inventarların quraşdırılmasına dair tələblər nəzərdə tutulmamışdır. Buzovna qəsəbəsi Albalı-1 massivi adlanan bağ sahəsində baş vermiş qısa qapanma nəticəsində elektrik avadanlıqlarının hazırda yararsız vəziyyətdə olub-olmamasının müəyyən edilməsi hazırki ekspertizasının həll etdiyi məsələlərin dairəsinə aid olmadığına və Mərkəzdə bu sahə üzrə xüsusi biliyə malik olan mütəxəssis (ekspert) olmadığına görə, bu sual üzrə tədqiqat aparılmamışdır. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3940/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən **********5A000 nömrəli kod üzrə xx.xx.2022-ci il tarixə hesablanmış 914 manat 88 qəpik məbləğində borcun əsassız hesab edilərək silinməsi, 34 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin təsviri hissəsində iddianın əsaslandırılması ilə bağlı göstərilmişdir ki, “...Məhkəmə baxışı zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı1 2006-cı ildən etibarən Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı bağları ev (bina) 0685 mənzil A000-də yaşayır. xx.xx.2022-ci il tarixində **********5A000 kodla xx.xx.2022-ci il tarixinə 1373 manat borc olduğu sms vasitəsilə ona göndərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdə də göstərildiyi kimi son ödəniş tarixi xx.xx.2020-ci ildir və bu tarixdən etibarən ona borcla bağlı hər hansı bildiriş göndərilməmişdir. İddiaçının evində biri Sabunçu rayonu, digəri isə Xəzər rayonunda qeydiyyatda olmaqla 2 işıq xətti vardır. "xxxx" ASC-nin əməkdaşı tərəfindən sayğaclara baxış keçirilmiş və qanunsuz olaraq elektrik xəttinə qoşulma halının olmadığı müəyyən edilmişdir. Bir müddət sonra elektrik enerjisi təminatını dayandırıldığı üçün iddiaçı bununla bağlı yenidən "xxxx" ASC-yə müraciət etmişdir. Bundan sonra elektrik xətti aktivləşdirilmişdir, lakin elektrik xətti düzgün qoşulmadığından hazırda evdə bir çox məişət avadanlıqlarının işləməməsinə səbəb olmuşdur. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən iddiaçıya göndərilmiş Bildirişdə 1373 manat 72 qəpik məbləğində borc göstərilmişdir. Lakin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abunə haqqında məlumatda xx.xx.2022-ci il tarixinə iddiaçıya 914.88 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh 1373 manat 72 qəpik borcun yaranma əsasları və hesablanma qaydası barədə sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus abunə haqqında hesabında göstərilən istifadə edilmiş xx.xx.2022-ci il tarixinə elektrik enerjisinə görə hesablanmış 914.88 manat məbləğ iddiaçının abunə hesabından silinməlidir...”. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(006)-56/2022 saylı qərardadından görünür ki, ərizəçi İddiaçı1 müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməsi, iş üzrə iddia tələbinə dair yekun məhkəmə aktı qəbul edilib qüvvəyə minənədək, ərizəçinin yaşadığı ünvan 1 ünvanında elektrik enerjisi təminatının dayandırılmasına dair maraqlı şəxs "xxxx" ASC tərəfindən hər hansı hərəkətin edilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2024cü il tarixli, 9/8343 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərardadda göstərilən 05 adda malların zədələnməmişdən əvvəl, istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 3.050 manat müəyyən olunur. Qeyd edilən malların yararsız vəziyyətdə olubolmaması, onların təmiri üçün və usta pulunun müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Təqdim edilmiş qərardadda göstərilən digər 1 ədəd Mitsubishi markalı kondisioner tədqiqata təqdim edilmədiyindən tədqiqat aparılmamışdır. Digər yanğın nəticəsində yanaraq sıradan çıxmış tədqiqat obyektlərinin (2 ədəd elektrik şiti, 2 ədəd mandipuskatel, 2 ədəd avtomat, 1 ədəd vodoley su motoru, kamera sistemləri və onun bloku, hovuzun işlənməsini, təmizlənməsini, su dövriyyəsini təmin edən 3 ədəd motor, hovuzun işlənməsini, təmizlənməsini, su dövriyyəsini təmin edən digər elektrik sistemləri təxminən 500 metr 10-luq, 500 metr 4-lük, 500 metr 6-lıq elektrik ötürücü xətləri üzərindəki markalanma göstəriciləri aydın olmadığından və təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olduğundan həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. 10 may 2024-cü il tarixli işlərin təhvil-təslim aktından görünür ki, iddiaçılarla briqada rəhbəri X19 bağın içərisində yerləşən su hovuzunun (basseyninin) motorxanasında yararsız hala düşmüş materialların yenisi ilə əvəz edilməsi, motorxanada yerləşən qəzalı vəziyyətdə olan mühərriklərin çıxarılması, yenisi ilə əvəz edilməsi, santexnika işləri, elektrik şəbəkə işlərini görərək, bağ sahiblərinə təhvil verilməsi barədə akt tərtib etmişlər. İş materialları və iş haqqı bənd-bənd ətraflı şəkildə qeyd olunmuşdur. Cəmi 14.392 manat pul vəsaiti sərf olunduğu göstərilmişdir. 10 may 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçılar tərəfindən briqada rəhbəri X14 14.392 manat ödəniş edilmişdir. 16 may 2024-cü il tarixli işlərin təhvil təslim aktından görünür ki, iddiaçılarla briqada rəhbəri X19 bağın içərisində yerləşən su hovuzunun (basseyninin) motorxanasında yararsız hala düşmüş materialların yenisi ilə əvəz edilməsi, motorxanada yerləşən qəzalı vəziyyətdə olan mühərriklərin çıxarılması, yenisi ilə əvəz edilməsi, santexnika işləri, elektrik şəbəkə işlərini görərək, bağ sahiblərinə təhvil verilməsi barədə akt tərtib etmişlər. İş materialları və iş haqqı bənd-bənd ətraflı şəkildə qeyd olunmuşdur. Cəmi 1.105 manat pul vəsaiti sərf olunduğu göstərilmişdir. 16 may 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçılar tərəfindən briqada rəhbəri X14 1.105 manat ödəniş edilmişdir. 17 may 2024-cü il tarixli işlərin təhvil-təslim aktından görünür ki, iddiaçılarla briqada rəhbəri X19 bağın içərisində yerləşən su hovuzunun (basseyninin) motorxanasında yararsız hala düşmüş materialların yenisi ilə əvəz edilməsi, motorxanada yerləşən qəzalı vəziyyətdə olan mühərriklərin çıxarılması, yenisi ilə əvəz edilməsi, santexnika işləri, elektrik şəbəkə işlərini görərək, bağ sahiblərinə təhvil verilməsi barədə akt tərtib etmişlər. İş materialları və iş haqqı bənd-bənd ətraflı şəkildə qeyd olunmuşdur. Cəmi 21.942 manat pul vəsaiti sərf olunduğu göstərilmişdir. 17 may 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçılar tərəfindən briqada rəhbəri X14 21.942 manat ödəniş edilmişdir. 0216402 saylı qaimə fakturadan görünür ki, fakturada qeyd edilən materialların alınması üçün 2.650 manat pul vəsaiti hesablanmışdır. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təklifdən görünür ki, 2 ədəd A9R41463 Diferensial 4x63A 30mA Schneider alınması üçün 130 manat pul vəsaiti tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2024-cü il tarixli, 10/5801 saylı mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Buzovna qəsəbəsi Albalı 1 massivi adlanan bağ sahəsini elektrik enerjisi ilə təmin edən üçfazalı elektrik şəbəkəsinin «sıfır» xəttində mövcud olmuş vəziyyət (kəsilmə, qopma səbəbi, birləşdirilmə üsulu, izolyasiyanın vəziyyəti və s.) barədə məlumat (foto, video (görüntülər və s.) olmadığına görə, nasazlığın, yəni «sıfır» xəttinin ayrılmasının (qopmasının) konkret səbəbini müəyyən etmək mümkün olmadı. Bununla belə, «Elektrik qurğularının quraşdırma qaydaları»nın 2.1.1.15 və 2.1.1.16-cı bəndlərinin tələblərinə görə, naqillərin və kabellərin damarlarının birləşmələri presləmə, qaynaq, lehimləmə vasitəsi ilə və ya sıxqaclar (vintli, boltlu və s.) vasitəsi ilə aparılmalıdır. Naqillərin və kabellərin damarlarının birləşmə, budaqlanma və qoşulma yerlərində, təkrar birləşmə, budaqlanma və ya qoşulma imkanını təmin edən ehtiyat naqil (kabel) nəzərdə tutulmalıdır. Sıfır xəttinin qırılması zamanı fazalar üzrə yüklərin qeyri-bərabər paylanması səbəbindən Bakı şəhəri Buzovna qəsəbəsi Albalı-1 massivi adlı bağ sahəsində gərginliyi yolverilməz dərəcədə yüksələn (380V-a qədər) fazalara qoşulu və işlək vəziyyətdə olmuş elektrik avadanlıqları sıradan çıxa bilərdi. «Elektrik enerjisindən istifadə Qaydaları»nın tələblərinə görə (9.3.1 və 9.4-cü bəndləri) elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı, ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməli, eyni zamanda, Bakı şəhəri Buzovna qəsəbəsi Albalı-1 massivi adlı bağ sahəsində "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman naqillərin və kabellərin damarlarının birləşmələrinin qüvvədə olan təlimata uyğun presləmə, qaynaq, lehimləmə vasitəsi ilə və ya sıxqaclar (vintli, boltlu və s.) vasitəsi ilə aparılması üçün tədbirlər görülməli idi. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2025-ci il tarixli, 9/5962 saylı rəyindən görünür ki, ekspert baxışı zamanı bağ sahəsində su hovuzunun mühərrikxanasında yerləşən, yararsız vəziyyətdə olan malların yenisi ilə əvəz edilməsi nəzərə alınmaqla dəymiş ziyanın orta bazar qiyməti təxminən 15.610 manat, işıq xətti ilə qidalanan məişət avadanlıqları, digər suvarma, elektrik cihazları və santexnik avadanlıqları üzrə isə 20.412 manat müəyyən edilir. Rəydə bağ sahəsində su hovuzunun mühərrikxanasında yerləşən əşyalar qismində 3 ədəd üzərində “ВОДОЛЕЙ-60/60” БЦПЭ-0,5-40 У yazıları oaln su nasosu; 3 ədəd “TÜM” markalı, PTF-030 model su nasosu və filteri (dəst); 4 ədəd “Nozbart 3.5 hp” markalı su motoru; 1 ədəd “Espa” markal su motoru (300m); 1 polister materiallı 800 mm su filter və işıq xətti ilə qidalalan məişət avadanlıqları, digər suvarma, elektrik cihazları və santexnik avadanlıqları qismində "Sharp” markalı, SJ-PT63R-HS model soyuducu; “leka” markalı, TKD 1480 model, 8 kqlıq, 1400RPM paltaryuyan; "Samsung” markalı, LN26A330J1D model televizor; “LG” markalı, 42CS460-TA model televizor; “Mitsubishi” markalı,SRK71HE-S1 model kondisioner (mühərriki ilə birlikdə); “LG” markalı, 20M35A-B model monitor; “HiWatch” markalı, DS-H116G model DVR; “Tplink” markalı model; "Voltam” markalı, 12V30A model qidalanma bloku; “LG” markalı, 49LH510V model televizor; “Fagor" markalı, üzərində “X7 AAA” yazılan olan qabyuyan; “Samsung” markalı, UE40H4200AK model televizor; “Nippur Kona” markalı, su filteri; “Ardo” markalı, ARDO 609 Black model elektrik sobası; "Hitachi” markalı, R-VG470PUK3 model soyuducu; “leka” markalı, Lİ4 1270 model, 7 kq-lıq, 1200RPM paltaryuyan; “Bosch” markalı, SMV4HMX65Q/27 model qabyuyan; “AUX” markalı, ASW-H18A4/FFR1 model kondisioner; "AUX” markalı, ASW-H24A4/FFR1 model kondisioner; “Maktek” markalı, EPSİLON 40 model kombi aparatı; “Alpha” markalı, CM 28 TF model kombi aparatı qeyd olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2025-ci il tarixli, 3/475 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Bakı şəhəri Buzovna qəsəbəsi Albalı 1 Massivi adlı bağ sahəsində yerləşən evə quraşdırılmış işıq sayğacının 0 (sıfır) xətti olan sarı rəngli naqilin başlığı düz xətt formada olmaqla göstərilən ünvanda elektrik cərəyanından ayrılması məqsədi ilə kəsici predmetlə (kəlbətinlə) kəsilmişdir. Təqdim edilmiş Bakı şəhəri Buzovna qəsəbəsi Albalı 1 Massivi adlı bağ sahəsində yerləşən evə quraşdırılmış işıq sayğacının 0 (sıfır) xətti kəsilərək müdaxilə edilmişdir. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2025-ci il tarixli, 3/864 saylı məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən Bakı şəhəri Buzovna qəsəbəsi Albalı 1 Massivi ünvanında yerləşən sayğacın çıxışı 0 (sıfır) xətti naqilin uclarının (kəsilərək bir-birilərinə boltla bağlanmaqla) kəsilmə səbəbi ekspert trasoloqun səlahiyyətlərinə aid deyildir. Təqdim edilmiş 0 (sıfır) xətti naqilin səthində trasoloji izləri aşkar edilmədi. Lakin buna baxmayaraq 0 (sıfır) xətti naqilə müdaxilə olunubolunmamasını müəyyən etmək mümkün deyildir. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim edilməsi üçün 405 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli, **********0 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə əlavə olaraq 10.40 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 859798 saylı Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, **********5A000 abunə kodu üzrə istehlakçı İddiaçı1 adına olan 40027208 saylı sayğac (tipi, göstəricisi, dövlət və alt qapaq möhürləri protokolda qeyd edilmiş) iş tapşırığına əsasən möhürlənmişdir. İş materiallarına əlavə edilmiş “CD” diskdəki foto-şəkillərdən görünür ki, "xxxx" ASC-nin nümayəndələri hadisə yerinə baxış keçirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülkihüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. 1128.5-ci maddəsinə əsasən bu Məcəlləyə görə istənilən daşınar əşya digər daşınar və ya daşınmaz əşyanın bir hissəsi olduqda da, habelə elektrik cərəyanı məhsul sayılır. Əkinçilik nəticəsində əldə edilmiş və hələ emal olunmamış kənd təsərrüfatı məhsulları, heyvandarlıq, arıçılıq və balıqçılıq məhsulları (natural kənd təsərrüfatı məhsulları) məhsullara aid edilmir. Ov yolu ilə əldə edilmiş məhsullar barəsində də eyni qayda tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 5.3-cü bəndinə əsasən yşayış binalarının, yaxud yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. 10.17-ci bəndinə görə, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.1-10.18.2, 10.18.8-ci bəndlərinə əsasən, enerjitəchizatı müəssisəsi öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə, ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə, qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə borcludur. Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 29 may tarixli 3-15/3-1-1/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası” Qaydalarının 2-ci bəndinin tələblərinə əsasən elektroenergetika subyektləri tikinti, quraşdırma, istismar və təmir işləri apararkən bu Qaydaların tələblərinə riayət etməli, quraşdırılan və istismar edilən qurğuların zərərli və təhlükəli təsirinin azaldılmasına yönəldilmiş texniki, təşkilati və digər tədbirlər həyata keçirməlidir. Elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və istehlakı üçün nəzərdə tutulmuş elektrik stansiyalarının, elektrik şəbəkələrinin avadanlıqları, istehlakçıların elektrik qurğuları texniki reqlamentlərlə müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Elektrik qurğuları və şəbəkələri təhlükəsiz istismarın, habelə onlarla təmasda olan insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə texniki cəhətdən saz vəziyyətdə olmalıdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 27 iyun tarixli 3-15/3-1-4/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması” Qaydalarının 76.15 və 76.16-cı bəndlərinə əsasən naqillərin və kabellərin damarlarının birləşmələri, budaqlanmaları və damarların uclanması presləmə, qaynaq, lehimləmə vasitəsilə və ya sıxaclar (vintli, boltlu) vasitəsilə aparılmalıdır. Naqillərin və kabellərin damarlarının birləşmə, budaqlanma və qoşulma yerlərində təkrar birləşmə, budaqlanma və ya qoşulma imkanını təmin edən ehtiyat naqil (kabel) nəzərdə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin (qismən təmin) olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə, tətbiq olunan qanunvericilik normalarını iş üzrə müəyyən edilmiş faktiki hallarla əlaqələndirərək belə nəticəyə gəlir ki, iddiaçılar tərəfindən irəli sürülmüş iddia tələbi hüquqi və faktiki əsaslara söykənir. Belə ki, təqdim edilən sübutlar (o cümlədən texniki aktlar, ekspert rəyləri və digər müvafiq sənədlər) baş vermiş qəzanın nəticəsində əmlaka zərər dəydiyini və bu zərərin müəyyən məbləğdə maddi itkilərlə nəticələndiyini sübuta yetirir. İşin ilkin faktiki əsasları ondan yaranmışdır ki, 2022-ci ilin may ayından etibarən İddiaçı1 yaşayış sahəsinə verilən elektrik enerjisi üzrə borc yarandığından tərəflər arasında məhkəmə mübahisəsi yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məhkəmə qərardadında həmin an üçün mövcud faktiki hallar qeyd edilmişdir. Belə ki, həmin məhkəmə mübahisəsi üzrə iddiaçının bildirməsinə əsasən elektrik enerjisinin verilməsi yaranmış borca görə təchizatçı tərəfindən kəsilmişdir. Sonradan edilmiş müraciətə əsasən elektrik verilişi bərpa edilsə də, lakin qüsurlu bərpa edilmişdir. Belə ki, məhkəmənin tərəflər arasında daha əvvəlki mübahisə üzrə qəbul etdiyi yekun aktında da qeyd edilən faktiki hallar əks olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməsi isə işin qeyd edilən halları ilə bağlı deyil, hesablanmış borc məbləğinin əsasları ilə bağlı olmuşdur. Beləliklə məhkəmənin hazırki iş üzrə qənaəti ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı1 məxsus yaşayış sahəsində baş vermiş elektrik xəttində olan nasazlıq tərəflər arasında daha əvvəlki ildə baş vermiş elektrik enerjisindən istifadəyə əsasən yaranmış borca görə iddiaçıların bağ evinə gedən xəttin kəsilməsindən irəli gəlmişdir. Belə ki, iş üzrə təqdim edilən sübutlar, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyləri və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, 27 iyun 2023-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Buzovna qəsəbəsi, Albalı 1 massivi ünvanında yerləşən iddiaçılara məxsus bağ evində elektrik naqillərində yaranmış nasazlıq nəticəsində müxtəlif elektrik və texniki avadanlıqlar sıradan çıxmışdır. Ekspertiza tədqiqatları nəticəsində məlum olmuşdur ki, qəzanın baş verməsinə səbəb olmuş əsas texniki problem bağ sahəsinin hasarının divarında quraşdırılmış metal qutunun içərisində yerləşən üçfazalı elektrik sayğacının çıxış “sıfır” xəttinin üzərində izolyasiya materialının əriməsi və naqilin qırılmasıdır. (Nəzərə alınmalıdır ki,cavabdeh tərəf hər nə qədər də nöqsanın sıfır çıxış xəttində olmasını bildirsə də, həmin sıfır çıxış xətti sayğac qutusunun daxilindədir.) Daha sonra aparılan əlavə ekspertiza araşdırmaları göstərmişdir ki, “sıfır” xəttinin qırılması nəticəsində fazalar üzrə gərginlik balanssız paylanmış, bəzi fazalarda gərginlik yolverilməz həddə (380 V-a qədər) yüksəlmiş və bu da birbaşa şəkildə həmin fazalara qoşulmuş avadanlıqların sıradan çıxmasına səbəb olmuşdur. Həmçinin, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğaca əvvəlki baxış zamanı naqillərin birləşmələri qüvvədə olan texniki normativlərə (məsələn, “X2 Qaydaları”) uyğun olaraq presləmə, qaynaq və ya sıxqac vasitəsi ilə aparılmalı olduğu halda, bu tələblər yerinə yetirilməmiş, naqillər sadəcə kəlbətinlə soyuq burma üsulu ilə birləşdirilmişdir. İş üzrə araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, daha əvvəl tərəflər arasında başqa məhkəmə mübahisəsi olmuş, həmin dövrdə İddiaçı1 bağ evinə cavabdeh tərəfindən elektrik enerjisi verilməsi dayandırıldığı üçün müvəqqəti təminat tədbirinin tətbiqi qaydasında elektrik enerjisinin bərpası barədə məhkəməyə müraciət etmiş və bundan sonra sayğac aktivləşdirilmişdir. Lakin işin hazırki müəyyən edilən halları onu deməyə əsas verir ki, ekspertiza tədqiqatları zamanı sayğaca müdaxilə edilib-edilməməsi müəyyən edilməsə də, ilkin məhkəmə mübahisəsi zamanı cavabdehin əməkdaşları tərəfindən sayğaca müdaxilə edildikdən və enerji bərpa olunduqdan sonra yenidən texniki norma pozulmaqla naqillər düzgün qoşulmamışdır. Bütün bu hallar göstərir ki, qəzanın baş verməsi cavabdehin əməkdaşlarının səhlənkarlığı və təhlükəsizlik qaydalarına əməl etməməsi ilə birbaşa bağlı olmuşdur. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən xidmət göstərənin təqsiri nəticəsində əmlaka dəymiş zərərə görə məsuliyyət daşımasına hüquqi əsas yaradır. Beləliklə, məhkəmə hesab edir ki, elektrik naqillərində yaranmış nasazlıq cavabdeh qurumun əməkdaşlarının səhlənkarlığı nəticəsində baş vermiş, nəticədə iddiaçının əmlakına ziyan dəymişdir. Məhkəmə, əmlaka dəymiş ziyanın məbləğinə münasibətdə qeyd edir ki, iddiaçılar baş vermiş hadisə ilə bağlı su hovuzunun mühərrikxanasında yerləşən və həmçinin, məişət avadanlıqları və digər avadanlıqların sıradan çıxması, yararsız hala düşməsi nəticəsində vurulmuş ziyanın 36.022 manat məbləğində olduğunu iddia edirlər. İş materiallarından göründüyü kimi iddiaçıların özü tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əsasında dəymiş ziyanın məbləği 25.250 manat müəyyən edilmiş, məhkəmə araşdırması zamanı xx.xx.2025-ci il tarixli ekspertiza rəyi əsasında isə bağ sahəsində su hovuzunun mühərrikxanasında yerləşən, yararsız vəziyyətdə olan malların yenisi ilə əvəz edilməsi nəzərə alınmaqla dəymiş ziyanın orta bazar qiyməti təxminən 15.610 manat, işıq xətti ilə qidalanan məişət avadanlıqları, digər suvarma, elektrik cihazları və santexnik avadanlıqları üzrə isə 20.412 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, su hovuzun mühərrikxanasında yerləşən avadanlıqların məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli rəyində göstərilən həcmdə zədələnməsini əsaslı hesab edilməklə bu hissədə tələb tam təmin edilməlidir.İşıq xətti ilə qidalanan məişət avadanlıqları, digər suvarma, elektrik cihazları və santexnik avadanlıqları hissəsində isə məhkəmə tələbi qismən əsaslı hesab edir. Belə ki, ilkin tərtib edilmiş aktlara və həmçinin də iddiaçının özünün təşəbbüsü ilə keçirilmiş "xxxx" MMC-nin təqdim etdiyi rəyə əsasən məhkəmə bu qənaətə gəlir ki, ilkin tərtib edilmiş sənədlərlə xx.xx.2025-ci il tarixli ekspert rəyində eynilik təşkil edən əşyalara münasibətdə iddia əsaslı hesab edilə bilər. Xüsusilə, xx.xx.2023-cü il tarixli aktda qeyd olunur ki, baş vermiş qəza nəticəsində müəyyən məişət və texniki avadanlıqlar sıradan çıxmışdır. Həmin aktda göstərilən avadanlıqların bir hissəsi sonradan həm iddiaçıların təqdim etdiyi müstəqil qiymətləndirmə sənədində, həm də xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının rəyində öz əksini tapmışdır. Bu isə iddiaçının mövqeyinin sübuta yetirildiyini göstərir. Məsələn, Vodoley su nasosları üzrə: Aktda 2 ədəd göstərilmiş, lakin məhkəmə ekspert rəyində 3 ədəd nasosun zərər gördüyü qeyd edilmişdir. LG markalı televizorlar üzrə: xx.xx.2023-cü il tarixli rəyə əsasən 1 ədəd, xx.xx.2025-ci il tarixli ekspert rəyində isə qiymətləri 1190 və 545 manat olan 2 ədəd televizorun, Mitsubishi markalı kondisioner üzrə: Aktda 2 ədəd göstərilmiş, xx.xx.2023-cü il tarixli və xx.xx.2025-ci il tarixli ekspert rəylərində isə 1 ədəd, Sharp markalı soyuducu üzrə: hər üç sənəddə adı qeyd edilməklə sıradan çıxdığı göstərilmişdir və s. Habelə, məhkəmə xx.xx.2025-ci il tarixli ekspertiza rəyində sadalanan əlavə məişət və elektrik avadanlıqlarının (məsələn, “Maktek” markalı kombi aparatı, “Bosch” markalı qabyuyan, “Ardo” markalı elektrik sobası və s.) qəza nəticəsində yararsız hala düşməsi ehtimalını inkar etməsə də, həmin avadanlıqların ilkin təqdim edilən sübutlarda qeyd olunmamasını nəzərə alaraq, onların zədələnməsi ilə bağlı iddiaya tənqidi yanaşır. Məhkəmənin bu mövqeyi əsasən sübutların ardıcıllığı və tutarlılığı prinsipinə əsaslanır. Belə ki, qəzanın baş verdiyi gün tərtib edilmiş ilkin aktlarda və ya dərhal sonra təqdim olunan sənədlərdə bu avadanlıqların adı çəkilmədiyi halda, sonradan ekspertiza rəyində əlavə olaraq bu avadanlıqların zərər gördüyünün iddia edilməsi sübutetmə yükünün dolğun daşınmadığını göstərir. Bu səbəbdən, məhkəmə haqlı olaraq sual edir ki, əgər bu əşyalar həqiqətən də zərər görmüşdüsə, nəyə görə onlar dərhal qeydə alınmayıb? Odur ki, xx.xx.2025-ci il tarixli rəydə 10 adda məişət avadanlığına ( "Sharp” markalı, SJ- PT63R-HS model soyuducu-1650 manat; "Samsung” markalı, LN26A330J1D model televizor-350 manat; “LG” markalı, 42CS460-TA model televizor-545 manat; “Mitsubishi” markalı,SRK71HE-S1 model kondisioner (mühərriki ilə birlikdə)-1200 manat; “LG” markalı, 20M35A-B model monitor-200 manat; “HiWatch” markalı, DS-H116G model DVR-230 manat; “Tp-link” markalı modem-20 manat; "Voltam” markalı, 12V30A model qidalanma bloku-32 manat; “Samsung” markalı, UE40H4200AK model televizor-120 manat; "AUX” markalı, ASW-H24A4/FFR1 model kondisioner-1350 manat) dəymiş zərərin dəyəri, yəni 5.727 manat cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Nəticə etibarilə, məhkəmə zərərin məbləğini müəyyən edərkən yalnız ilkin sübutlarda və ekspert rəylərində uyğunluq təşkil edən, yəni hadisənin baş verdiyi tarixdən etibarən müvafiq sənədlərlə təsdiqlənmiş və zədələnməsi sübuta yetirilmiş avadanlıqları nəzərə alır, qalan hissəyə münasibətdə isə tələb olunan məbləğin sübuta yetirilmədiyini əsas götürərək onun rədd edilməsi qənaətinə gəlir. Bu yanaşma həm məhkəmənin obyektiv qərar vermə öhdəliyinə əsaslanır, həm də sübutlarla əsaslandırma tələbini əks etdirir. Bundan başqa, məhkəmə tələbin 85.000 manat məbləğində kirayə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməklə təmin edilməməlidir. Belə ki, iddiaçıların bildirməsinə görə sözügedən bağ sahəsinə dair kirayə müqaviləsi bağlanmış və həmin müqavilə üzrə 4 aylıq kirayə haqqının birdəfəlik ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçılar bağ sahəsində baş vermiş hadisə nəticəsində kirayə müqaviləsinin vaxtından əvvəl ləğv edildiyini, 4 aylıq kirayə ödənişinin və müqavilə vaxtından əvvəl ləğv edildiyi üçün əlavə olaraq pul ödədiklərini iddia edərək kirayə pulu kimi cavabdehdən 85.000 manat məbləğində pulun tutulmasını tələb edirlər. İddianın əsası kimi isə sübut qismində iş materiallarına əlavə edilən kirayə müqaviləsi, akt və izahatları göstərirlər. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı təqdim edilmiş sübutları mötəbər hesab etməməklə iddianın bu hissəsinə tənqidi yanaşır. Bundan başqa, məhkəmə tələbin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi üzrə 415 manat məbləğində dövlət rüsumunun ödənildiyi iş materialları əsasında öz təsdiqini tapır. Hazırda iddia tələbi qismən təmin edildiyi üçün məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilən hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalı, qalan hissədə iddiaçıların özlərinə aid edilməlidir. Məhkəmə iddia tələbinin iki şəxs - yaşayış sahəsinin sahibi kimi çıxış edən, enerjitəchizatı müəssisəsi ilə abunə münasibətlərində olan İddiaçı1 və onun ailə üzvü olmaqla, yaşayış sahəsində olan əşyaların faktiki sahibi kimi çıxış edən İddiaçı2 tərəfindən irəli sürülməsi ilə bağlı qeyd edir ki, cavabdehlə münasibətlərdə istehlakçı kimi müəyyən edilən şəxs İddiaçı1 olsa da, işin mübahisəsiz halına əsasən bağ sahəsində olan əşyaların sahibi isə istehlakçının ailə üzvü olan İddiaçı2dir. Belə olan təqdirdə İddiaçı2 enerji təchizatı müəssisəsinə münasibətdə istelakçı olmasa da, hər bir halda cavabdehin yol verdiyi mülki hüquq pozuntusundan zərər çəkmiş şəxs kimi hazırki iddianı irəli sürməyə subyektiv hüququ olan şəxsdir. Beləliklə də, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dəymiş maddi ziyana görə 21337 manat məbləğində pul, həmçinin ödənilmiş dövlət rüsumunun 155 manat hissəsinə görə pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 479 manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən bərabər qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22) hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dəymiş maddi ziyana görə 21.337 (iyirmi bir min üç yüz otuz yeddi) manat məbləğində pul, həmçinin ödənilmiş dövlət rüsumunun 155 (yüz əlli beş) manat hissəsinə görə pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçılara aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 479 (dörd yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən bərabər qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22) hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüsalə Musayeva