Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-530/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təsviri hissə: 1.İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Elşad qızı ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 17.9% olmaqla 17.500 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15496.3 manat məbləğində əsas borcun, 1202.76 manat məbləğində faiz borcunun, 618.73 manat məbləğində cərimə borcunun, cəmi 17317.79 manat borcun və 143 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. 5.Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 17.9 faiz olmaqla 17.500 AZN məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun İddiaçı ASC-yə borcu yaranmışdır. Hazırda iddiaçı həmin borcun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir.
b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, CC/23906/93/3 nömrəli Kredit Sazişindən və Əlavə nömrə 1-Ödəniş cədvəlindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə ayda 631.79 manat, sonuncu ay 638.29 manat ödənilməsi və illik 17.9% ödəmək şərtilə 17.500 (on yeddi min beş yüz) manat məbləğində kredit verilmişdir. 9.Mülki işin materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli “kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsi”nə dair Bildirişdən görünür ki, hal-hazırda cavabdeh tərəfindən borcun ödənilməsi gecikdirilir. Müqaviləyə əsasən Banka 15496.3 manat əsas, 1202.76 manat faiz və 618.73 manat məbləğində cərimə borcu vardır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən onunla bağlanmış kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmiş və kredit borcunun dərhal ödənilməsi cavabdehdən tələb edilmişdir. Əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq, borcdan əlavə məhkəmə və icra xərclərinin də ondan tutulması barədə cavabdeh qabaqcadan xəbərdar edilmişdir. 10.Mülki işin materiallarında olan İddiaçı ASC tərəfindən verilən xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 15496.3 manat əsas, 1202.76 manat faiz və 618.73 manat məbləğində cərimə borcu vardır. 11.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun ödənilməsi barədə elektron qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 143 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 13.Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 14.Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 15.Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 16.Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 17.Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 18.Məhkəmə hesab edir ki, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Belə ki, təqdim edilmiş sübutlardan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, CC/23906/93/3 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh bank qarşısında icra edilməmiş borcu vardır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlardan əsas və faiz borcun düzgün hesablandığı müəyyən olunur. 19.Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. 20.Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borca münasibətdə əsaslı hesab edilməklə təmin edilməlidir. 21.İddia tələbinin 618.73 manat məbləğində cərimə borcunun və həmçinin, 143 manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, sonuncu məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən cavabdehə məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən 155.60 (149+6.60 manat) manat məbləğində Banka pul ödənilmiş, həmin pul Bank tərəfindən cavabdehin cərimə borcuna silinmiş, daha sonra ödənilən 143.40 manat isə Bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün məhkəmə xərci olaraq istifadə edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən cərimə borcunun bir hissəsi ödənildiyindən iddia həmin hissədə qismən təmin edilməklə yerdə qalan məbləğ, yəni 463.13 manat məbləğində cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun əvəzi isə artıq cavabdeh tərəfindən ödənildiyindən həmin hissədə tələb rədd edilməlidir.
22. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, CC/23906/93/3 nömrəli kredit müqaviləsinə 15496.3 AZN (on beş min dörd yüz doxsan altı manat, otuz qəpik) əsas, 1202.76 AZN (min iki yüz iki manat, yetmiş altı qəpik) faiz, 463.13 AZN (dörd yüz altmış üç manat, on üç qəpik) cərimə, cəmi 17162.19 AZN (on yeddi min yüz altmış iki manat, on doqquz qəpik) borc alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 25.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 26.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 28.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, CC/23906/93/3 nömrəli kredit müqaviləsinə 15496.3 AZN (on beş min dörd yüz doxsan altı manat, otuz qəpik) əsas, 1202.76 AZN (min iki yüz iki manat, yetmiş altı qəpik) faiz, 463.13 AZN (dörd yüz altmış üç manat, on üç qəpik) cərimə, cəmi 17162.19 AZN (on yeddi min yüz altmış iki manat, on doqquz qəpik) borc alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.