Məhkəmə qərarları › İş №e-2(006)-537/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-537/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-537/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin X4 və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kreditin əsas borcu üzrə 7860 manat məbləğində qalıq, ona hesablanmış 2262,21 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2560 manat məbləğində dəbbə pulu, cəmi 12682,21 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 129 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh mülkiyyətində olan marka/model: Chevrolet Aveo, tip: sedan, buraxılış ili: 2015, ban: № KL1TA69FJFB163118, rəngi: açıq qırmızı, mühərrik həcmi 1400 sm3 olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 7860 manat məbləğində qalıq, ona hesablanmış 2262,21 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2560 manat məbləğində dəbbə pulu, cəmi 12682,21 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 129 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/00263-01AK №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 8000 (səkkiz min) manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan marka/model: Chevrolet Aveo, tip: sedan, buraxılış ili: 2015, ban: № KL1TA69FJFB163118, rəngi: açıq qırmızı, mühərrik həcmi 1400 sm3, nəqliyyat vasitəsini ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2023-cü il tariхli, 2023/00263-01AK №-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan girov müqaviləsi xx.xx.2023-cü il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikasının Dövlət X6 müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq reyestrindən çıxarış: AA150778). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 20000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdeh sözügedən məktubu qəbul etmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. xx.xx.2024-cü il tarixinə kreditin əsas borcu üzrə 7860 manat məbləğində qalıq, ona hesablanmış 2262,21 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2560 manat məbləğində dəbbə pulu, cəmi 12682,21 manat məbləğində borc yaranmışdır.

3. Cavabdeh Quliyeva (Həsənova) Türkan Fəxrəddin qızı ərizə ilə məhkəməyə müraciət edərək, avtomobilin qiymətinin müəyyən olunması üçün ekspertiza təyin olunmasının əleyhinə olduğunu, istəmədiyini bildirmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizələr təqdim edərək, əvvəlcə baxış iclasının təxirə salınmasını xahiş etsə də, sonrakı ərizə ilə iş yükünün çox olması ilə əlaqədar məhkəmə baxış iclasında iştirak edə bilmədiyindən, baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, lakin cavabdeh və üçüncü şəxslər gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Cavabdeh tərəfindən X1 adına verilmiş xx.xx.2022-ci il tarixli, 7E-7685 reyestr nömrəli etibarnamədən görünür ki, xx.xx.2026-cı il tarixədək “Chevrolet Aveo minik” markalı, 77EU519 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ ona etibar edilmişdir.

7. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/00263-01AK nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı avtomobil alışı üçün cavabdehə illik 30 % olmaqla, 36 ay müddətinə 8.000 manat məbləğində kredit verməyi, cavabdeh isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. İpoteka predmeti olan nəqliyyat vasitəsinin dəyərinin 20.000 manat olması barədə tərəflər razılığa gəlmişlər.

8. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/00263-01AK nömrəli ipoteka müqaviləsindən görünür ki, bu müqavilə cavabdehin iddiaçı qarşısında əsas öhdəliyinin icrasının təmini məqsədi ilə bağlanılmışdır. Cavabdeh iddiaçıya 2015-ci il buraxılışlı, “Chevrolet Aveo minik” markalı nişanlı nəqliyyat vasitəsini ipoteka qoymuşdur. İpoteka predmetinin dəyəri tərəflərin razılaşmasına əsasən 20.000 manat məbləğində müəyyən olunmuşdur.

9. Nəqliyyat vasitəsinin BB450528 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, 2015ci il buraxılışlı, “Chevrolet Aveo minik” markalı, 77EU519 qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır.

10. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı, 150778 nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, cavabdehin “Chevrolet Aveo” markalı, 77EU519 qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində iddiaçının ipoteka hüququ qeydiyyata alınmışdır. İpoteka haqqında müqavilənin qüvvədə olma müddəti xx.xx.2026-cı ilədəkdir.

11. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2023-cü il tarixli, 2023/00263-01AK nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 8.000 manat məbləğində pul verilmişdir.

12. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə 5 gün müddətində borcun ödənilməsi, həmin müddətdə borc ödənilmədiyi təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və s. tələblərlə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

13. İddiaçı tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cavabdehin mülkiyyətində olan, iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir.

14. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixinə hesabdan çıxarışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə 380 manat məbləğində ödəniş etmişdir.

15. İddiaçı tərəfindən verilmiş borc haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdehin 7.860 manat əsas, 2.262,21 manat faiz, 2.560 manat dəbbə olmaqla, cəmi 12.682,21 manat məbləğində borcu vardır.

16. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 129 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/10108 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli, 2023/00263-01AK saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2024-cü il tarixinə (sual üzrə tarixə) İddiaçı BOKT ASC-yə olan borcu 9.735,98 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə 7.860 manat, - faiz borcu üzrə 1.875,98 manat.

18. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

19. İş materiallarına ödəniş qrafiki də əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 30 % ödəmək şərtilə 8.000 manat məbləğində kredit verilmişdir. Cavabdehə verilmiş kreditin təminatı olaraq onun mülkiyyətində olan “Chevrolet Aveo minik” markalı, 77EU519 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, bu barədə daşınar əmlakın rəsmi reyestrində qeydiyyat aparılmışdır.

21. Cavabdeh kredit müqaviləsi üzrə ödənişləri vaxtlı-vaxtında həyata keçirmədiyindən, iddiaçı xx.xx.2024-cü il tarixdə müqavilə üzrə yaranmış borcunu 5 gün müddətində tam ödəməsi ilə bağlı ona bildiriş göndərmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.

22. Cavabdeh yenə də borcunu ödəmədiyindən, iddiaçı xx.xx.2024-cü il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə məktubla müraciət edərək, ipoteka predmeti olan nəqliyyat vasitəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

23. Hazırda iddiaçı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 7.860 manat əsas, 2.262,21 manat faiz, 2.560 manat dəbbə pulu olmaqla, cəmi 12.682,21 manat məbləğində pulun və dövlət rüsumunun cavabdehdən tutulmasını, tutmanın cavabdehin mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsinə yönəldilməsini, həmin əmlakın açıq hərracdan satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsini; cavabdeh isə bu borcu keçmiş həyat yoldaşının götürdüyünü, lakin kredit müqaviləsini onun adına rəsmiləşdirdiyini, buna görə də nikahları pozulandan sonra borcu ödəməyi dayandırdığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.

24. Cavabdehin dəlillərinə əsasən, keçmiş həyat yoldaşı X4 və maşını satdıqlarını (etibarnamə əsasında istifadəsinə verdiyini) bildirdiyi X3 hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsələr də, Quliyev Nəzər heç bir məhkəmə iclasında iştirak etməmiş, Tərlanzadə Tərxan isə ailə mübahisələrinə görə maşını cavabdehə geri qaytardığını bildirmişdir.

c) Məhkəmənin mövqeyi:

25. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh öz öhdəliyini tam və vaxtında icra etməmişdir.

26. İddiaçı pretenziya qaydasında cavabdehə müraciət edərək, 5 gün müddətində borcun ödənilməsini tələb etsə də, cavabdehin borcunu ödəməməsi mülki qanunvericiliyin tələbləri baxımından öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Buna görə də məhkəmə iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin müvafiq reyestrdə qeydə alınmasından sonra hazırkı tələblə məhkəməyə müraciət etməyə hüququnun olması qənaətinə gəlir.

27. İddia tələbinin “əsas və faiz borcunun ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, iddiaçı borc haqqında arayışın verildiyi xx.xx.2024-cü il tarixli göstəricilərə müvafiq olaraq müqavilə üzrə 7.860 manat əsas, 2.262,21 manat faiz borcunun cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı təqdim edilmiş ekspert rəyinə əsasən iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyada müəyyən edilmiş xəbərdarlıq müddətinin sonuna, yəni xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya 7.860 manat əsas, 1.875,98 manat faiz borcunun olması müəyyən edilmişdir. Ekspert rəyi məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilir və məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq, iddiaçı tərəfindən müqavilə üzrə yaranmış bütün borcun ödənilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətlərinə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023cü il tarixli Qərarına görə, iddiaçının məhz həmin tarixədək yaranmış əsas və faiz borcunu tələb etməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdehdən 7.860 (yeddi min səkkiz yüz altmış) manat məbləğində əsas borc, 1.875,98 (bir min səkkiz yüz yetmiş beş manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu alınaraq iddiaçıya verilməlidir.

28. İddia tələbinin “dəbbə pulunun ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.6-cı bəndində əsas və faiz borcu üzrə ödəmələr gecikdirildiyi təqdirdə, dəbbə pulunun hesablanması (ödənilməsi) nəzərdə tutulduğundan, iddiaçının cavabdehdən dəbbə pulunun ödənilməsini də tələb etmək hüququ vardır. Lakin məhkəmə hazırda tələb edilən dəbbə pulunun miqdarını tənasübsüz surətdə yüksək qiymətləndirərək, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini də nəzərə alaraq hesab edir ki, 2560 manat məbləğində dəbbə pulu 393 manatadək azaldılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tələb bu hissədə də qismən təmin edilməli, cavabdehdən 393 (üç yüz doxsan üç) manat məbləğində dəbbə pulu alınaraq iddiaçıya ödənilməlidir.

29. İddia tələbinin “tutmanın cavabdehin mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borcun ödənilməsinin 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal baş vermişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, tutma ipoteka predmeti olan nəqliyyat vasitəsinə yönəldilməli, cavabdehə məxsus nəqliyyat vasitəsi açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 7.860 manat məbləğində əsas borc, 1.875,98 manat məbləğində faiz borcu, 393 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 10.128,98 manat məbləğində pul iddiaçıya ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pul borcu ödəməyə kifayət etmədikdə, borcun qalan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, pulun qalan hissəsi Cavabdeh verilməlidir.

30. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, kredit müqaviləsinin tərəfi məhz özü olduğundan, krediti götürüb keçmiş həyat yoldaşına verməsi faktı sübut olunsa da belə, bu hal iddia tələbinin təmin edilməməsi üçün əsas təşkil etmir. Çünki iddiaçı kredit məbləğini cavabdehə verib, buna görə də müqavilə üzrə yaranmış borcun ödənilməsi, habelə borcun ipoteka predmetinə yönəldilməsi tələbini məhz cavabdehə yönəltməkdə haqlıdır. Cavabdehin bu dəlili isə onunla üçüncü şəxs Quliyev Nəzər arasında birgə nikah dövründə əldə edilmiş borca payın müəyyən edilməsi ilə bağlı ailə qanunvericiliyindən irəli gələn hüquq verir. Cavabdeh həm də ipoteka predmeti olan nəqliyyat vasitəsini başqasına satdığını iddia etsə də, iş materiallarından müəyyən edilir ki, cavabdeh digər üçüncü şəxs Tərlanzadə Tərxana nəqliyyat vasitəsindən istifadə etmək hüququ verən etibarnamə vermişdir. Tərlanzadə Tərxanın izahatından isə müəyyən edilir ki, ailə mübahisəsinə görə o, nəqliyyat vasitəsindən istifadə edə bilməyib cavabdehə geri qaytarmışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin dəlilləri formal şifahi mülahizədən ibarət olmaqla, hazırkı iddianın təmin edilməməsi qənaətinə gəlmək üçün heç bir əsas vermir.

31. İpoteka predmeti olan nəqliyyat vasitəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı isə məhkəmə hesab edir ki, tərəflərin belə bir tələbləri olmadığından, hətta cavabdehin bunun əleyhinə olması barədə ərizəsi olduğundan, bu məsələnin məhkəmə qətnaməsi ilə müəyyən edilməsinə heç bir zərurət yoxdur. Xüsusən nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsi mülki qanunvericilikdə yüksək təhlükə mənbəyi kimi qiymətləndirilir. Deməli, gələcəkdə həmin nəqliyyat vasitəsi hər hansı yol-nəqliyyat hadisəsində zərər görərsə, onun dəyərinin azalması istisna edilmir. Belə olan halda nəqliyyat vasitəsinin ilkin satış qiymətinin hazırkı qətnamə ilə müəyyən edilməsi tərəflərin hüquqlarının pozulmasına, qətnamənin tələbin ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı hissəsində icrasız qalmasına gətirib çıxaracaq, bununla da mülki qanunvericilikdə əsas öhdəliyin icrasının təminat üsulu kimi anlayış verilmiş ipoteka institutunun hazırkı iş üzrə əhəmiyyəti itəcək. Buna görə də məhkəmə hesab edir ki, qətnamənin icrası mərhələsində nəqliyyat vasitəsinin məhz həmin vaxta olan vəziyyətinə müvafiq qiymətləndirmənin keçirilməsi prosessual qənaət prinsipinə riayət edilməsi ilə nəticələnəcəkdir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

32. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 274. İpoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, girov qoyulmuş əşyanın mülkiyyətçisinin dəyişməsi girov hüququnu dəyişdirmir. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdə qüvvədə olan redaksiyada). Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdə qüvvədə olan redaksiyada). Maddə 740.1-740.2. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdə qüvvədə olan redaksiyada). Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdə qüvvədə olan redaksiyada).

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı: Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.

34. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdə qüvvədə olan redaksiyada): Maddə 1.0.1. İpoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Maddə 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: - əsas borc; - faizlər; - öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; - ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Maddə 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Maddə 11.1-11.2. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Maddə 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1/2024 №-li qərarı: 6.37-6.39-cu bəndlər. Mülki Məcəllənin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq, öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər. Bu baxımdan oxşar mübahisələr üzrə ər-arvadın üçüncü şəxslər qarşısında ümumi öhdəliklərinin müəyyən edilməsi heç bir halda kreditorun (kreditorların) razılığı olmadan kredit müqavilələrinin şərtlərinin, o cümlədən kredit müqaviləsi üzrə borcluların və ya onların öhdəliklərinin dəyişməsi kimi başa düşülməməli və mübahisələr bu qaydada həll edilməməlidir. Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

38. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

39. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

40. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

41. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7.860 (yeddi min səkkiz yüz altmış) manat məbləğində əsas borc, 1.875,98 (bir min səkkiz yüz yetmiş beş manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu, 393 (üç yüz doxsan üç) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 10.128,98 (on min bir yüz iyirmi səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh məxsus “Chevrolet Aveo” minik markalı, 77EU519 dövlət qeydiyyat nişanlı (BAN: KL1TA69FJFB163118) nəqliyyat vasitəsinə yönəldilməli, Cavabdeh məxsus “Chevrolet Aveo” minik markalı, 77EU519 dövlət qeydiyyat nişanlı (BAN: KL1TA69FJFB163118) nəqliyyat vasitəsi açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 7.860 (yeddi min səkkiz yüz altmış) manat məbləğində əsas borc, 1.875,98 (bir min səkkiz yüz yetmiş beş manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu, 393 (üç yüz doxsan üç) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 10.128,98 (on min bir yüz iyirmi səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində pul İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pul borcu ödəməyə kifayət etmədikdə, borcun qalan hissəsi Cavabdeh alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməli, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, pulun qalan hissəsi Cavabdeh verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

42. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 80 (səksən) manat hissəsi Cavabdeh, 20 (iyirmi) manat hissəsi isə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iş üzrə ödənilmiş dövlət rüsumunun 103 (bir yüz üç) manat hissəsi Cavabdeh tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməli, qalan hissəsi isə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə aid edilməlidir.

Nəticə:

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 7.860 (yeddi min səkkiz yüz altmış) manat məbləğində əsas borc, 1.875,98 (bir min səkkiz yüz yetmiş beş manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu, 393 (üç yüz doxsan üç) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 10.128,98 (on min bir yüz iyirmi səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh məxsus “Chevrolet Aveo” minik markalı, 77EU519 dövlət qeydiyyat nişanlı (BAN: KL1TA69FJFB163118) nəqliyyat vasitəsinə yönəldilsin. Cavabdeh məxsus “Chevrolet Aveo” minik markalı, 77EU519 dövlət qeydiyyat nişanlı (BAN: KL1TA69FJFB163118) nəqliyyat vasitəsi açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 7.860 (yeddi min səkkiz yüz altmış) manat məbləğində əsas borc, 1.875,98 (bir min səkkiz yüz yetmiş beş manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu, 393 (üç yüz doxsan üç) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 10.128,98 (on min bir yüz iyirmi səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində pul İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pul borcu ödəməyə kifayət etmədikdə, borcun qalan hissəsi Cavabdeh alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, pulun qalan hissəsi Cavabdeh verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 80 (səksən) manat hissəsi Cavabdeh, 20 (iyirmi) manat hissəsi isə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumunun 103 (bir yüz üç) manat hissəsi Cavabdeh tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin, qalan hissəsi isə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar