Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5392/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, İddiaçı Cavabdeh qarşı “kreditor qarşısında birgə borclu kimi borcun ödənilməsi ilə bağlı pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kreditor qarşısında birgə borclu kimi borcun ödənilməsi ilə bağlı pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 30.000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi ilə ödənişin və 243 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6042/2025 saylı iş üzrə xx.xx.2025ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “kreditor qarşısında birgə borclu kimi borcun ödənilməsi ilə bağlı pul” tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sorğu vasitəsilə əladə edilmiş məlumatlar əsasında Cavabdeh ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olduğu müəyyən edilmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən göndərilmiş mülki işin ərazi aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 36.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İş materialları ilə müəyyən olunur ki, iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olduğu zaman iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü məhkəmə tərəfindən yoxlanılaraq məhkəmənin e-2(011)-6042/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadına əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, iddiaçı MPM-nin 36.12-ci maddəsinə əsasən ərazi aidiyyəti üzrə özünün qeydiyyatda olduğu ünvan üzrə (cavabdehin yaşayış yeri məlum olmadığından) düzgün qaydada müraciət etmişdir. Həmin normanın tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər. Həmçinin məhkəmə qeyd edir ki, MPM-nin 44.2.1-ci maddəsinə əsasən əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə məhkəmə işi aiddiyatı üzrə başqa məhkəmədə baxılmağa göndərə bilər. Qeyd edilən normaların tələbləri baxımından iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilməklə məhkəmənin icraatına qəbul edildiyindən, sonradan mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilə bilməz. Beləliklə yuxarıda qeyd olunanlara əsasən işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində məhkəmələr arasında fikir ayrılığının yarandığı müəyyən edilir. Bu səbəbdən də hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “kreditor qarşısında birgə borclu kimi borcun ödənilməsi ilə bağlı pul” tələbinə dair müki iş, qeyd olunan xüsusatlar məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “kreditor qarşısında birgə borclu kimi borcun ödənilməsi ilə bağlı pul” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-5392/2025 saylı mülki iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №e-2(006)-5392/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5392/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver