Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5539/2025 04.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "X15 Azərbaycan" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "X15 Azərbaycan" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi: Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə borc : 4,991.65 AZN ( dörd min doqquz yüz doxsan bir manat altmış beş qəpik ) hesablanmış və ödənilməmiş faiz borcu : 579.90 AZN ( beş yüz yetmiş doqquz manat doxsan qəpik ) cərimə borcu : 191.05 AZN ( yüz doxsan bir manat beş qəpik ) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 7.00 AZN ( yeddi manat ) cəmi borc: 5,769.60 AZN ( beş min yeddi yüz altmış doqquz manat altmış qəpik )məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 77.69 AZN məbləğində dövlət rüsumunun «X15 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılması xahiş olunur. İddia ərizəsində qeyd edilən işin halları: xx/xx/2019-cu il tarixdə "xxxx" QSC və X8 arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq (Worldcard kredit kartı) müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan X6 istehlak yönümlü 5000 manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmış və “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, X8 xx.xx.2025-ci il tarixində vəfat etmişdir. 1 saylı “ASAN xidmət” notariat ofisinə ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş 06 oktyabr 2025-ci il tarixli, 1605 nömrəli məktubundan müəyyən olunmuşdur ki, vərəsəlik işi açılmış və onun vərəsələri – Cavabdeh1 və Cavabdeh2dır. Onlar mirası qəbul etmiş vərəsələrdir. Vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsələr Cavabdeh1 və Cavabdeh2 rəhmətə getmiş X3 banka olan borcu barədə məlumatlı olmuşlar. Lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Cavabdehlərin qarışıq müqavilə üzrə öhdəliklərin lazımı qaydada yerinə yetirmədiyinə görə “X15 Azərbaycan” QSC qarşısında borc hal-hazırda əsas məbləğ üzrə borc: 4,991.65 AZN ( dörd min doqquz yüz doxsan bir manat altmış beş qəpik ) hesablanmış və ödənilməmiş faiz borcu : 579.90 AZN ( beş yüz yetmiş doqquz manat doxsan qəpik) cərimə borcu: 191.05 AZN ( yüz doxsan bir manat beş qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc : 7.00 AZN ( yeddi manat ) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri : 0.00 AZN ( sıfır manat ) cəmi borc : 5,769.60 AZN ( beş min yeddi yüz altmış doqquz manat altmış qəpik ) məbləğində təşkil edir. Müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”kın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.22.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borclarıın geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. «X15 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalanın vərəsələriCavabdeh1 və Cavabdeh2 kredit kart müqaviləsi üzrə tam ödəməyə borclu olduğu halda, müqavilə şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehlər eyni məzmunda izahat verərək, borcu qəbul etdiklərini, lakin işləmədiklərinə görə borcu hssə-hissə qaytarmağa qadir olduqlarını bildirdilər. İş materiallarına əlavə edilmiş sənədlər: xx/xx/2019-cu il tarixdə "xxxx" QSC və X8 arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq (Worldcard kredit kartı) müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan X6 istehlak yönümlü 5000 manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmış və “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. “Elektron notariat” X1 çıxarışına əsasən ölmüş şəxs X3 qanuni vərəsəsi Cavabdeh1 və Cavabdeh2 müəyyən edilmişdir. Nərimanov Rayon Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı 403691 saylı ölüm haqqında şəhadətnaməsinə əsasən X8 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" QSC ilə X9 (borcalan) arasında bağlanmış xx/xx/2019 -il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin şərtlərinə görə bankımız tərəfindən ona 5,000.00 AZN ( beş min manat) məbləğində kredit kartı limiti ayrılmışdır. X5 "xxxx" QSC-yə hazırda borcu aşağıdakılardan ibarətdir: əsas məbləğ üzrə borc : 4,991.65 AZN ( dörd min doqquz yüz doxsan bir manat altmış beş qəpik) hesablanmış və ödənilməmiş faiz borcu : 579.90 AZN ( beş yüz yetmiş doqquz manat doxsan qəpik) cərimə borcu : 191.05 AZN (yüz doxsan bir manat beş qəpik ) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc : 7.00 AZN (yeddi manat) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 0.00 AZN ( sıfır manat) cəmi borc : 5,769.60 AZN (beş min yeddi yüz altmış doqquz manat altmış qəpik). Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli şəhadətnaməsinə əsasən xx.xx.2025-ci il tarixdə vəfat etmiş-X3 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan qızı- Cavabdeh2dır (AA*******, xx.xx.2020 - Asan 1, FİN:xxxxxxx, d/t:xx.xx.2004) və o miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X6 verilmiş **********98-05301-093015 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 45.94 kv.m olan 3 otaqlı mənzildən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025-ci il tarixli qeydiyyat nömrəsi **********NA30102 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. ünvan 3 ünvanlanan vəkil sorğusuna cavab olaraq ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.2025-ci il tarixdə vəfat etmiş-X3 adına xx.xx.2025-ci il tarixdə tərəfindən vərəsəlik işi açılmışdır və xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri, Nərimanov Rayonu, X11 küçəsi, ev 107, mənzil 10 ünvanında qeydiyyatda olan arvadı-Cavabdeh1 (ŞV: AB*******; xx.xx.2025, Asan 1; FİN: xxxxxxx; d/t: xx.xx.1975) miras əmlakdan 1/3 hissədə, ünvan 1 ünvanında qeydiyyatda olan qızı-Cavabdeh2 (ŞV: AA*******; xx.xx.2020, Asan 1; FİN:xxxxxxx; d/t: xx.xx.2004) miras əmlakdan 1/3 hissədə və ünvan 6 ünvanında qeydiyyatda olan oğlu-X7 (ŞV: AA6829512; xx.xx.2025, Asan 1; FİN:6U4KTCL; d/t: xx.xx.2009) miras əmlakdan 1/3 hissədə pay almaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. "xxxx" QSC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanan bildirişdən görünür ki, X8 xx.xx.2025-ci il tarixində vəfat etmişdir. 1 saylı “ASAN xidmət” notariat ofisinə ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş 06 oktyabr 2025-ci il tarixli, 1605 nömrəli məktubundan müəyyən olunmuşdur ki, vərəsəlik işi açılmış və onun vərəsələri – Cavabdeh1 və Cavabdeh2dır. Onlar mirası qəbul etmiş vərəsələrdir. Vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsələr Cavabdeh1 və Cavabdeh2 rəhmətə getmiş X3 banka olan borcu barədə məlumatlı olmuşlar. Lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Cavabdehlərin qarışıq müqavilə üzrə öhdəliklərin lazımı qaydada yerinə yetirmədiyinə görə “X15 Azərbaycan” QSC qarşısında borc hal-hazırda əsas məbləğ üzrə borc : 4,991.65 AZN ( dörd min doqquz yüz doxsan bir manat altmış beş qəpik ) hesablanmış və ödənilməmiş faiz borcu : 579.90 AZN ( beş yüz yetmiş doqquz manat doxsan qəpik) cərimə borcu : 191.05 AZN ( yüz doxsan bir manat beş qəpik ) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 7.00 AZN (yeddi manat) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 0.00 AZN ( sıfır manat ) cəmi borc : 5,769.60 AZN ( beş min yeddi yüz altmış doqquz manat altmış qəpik ) məbləğində təşkil edir. Qarışıq müqavilə üzrə öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar, “X15 Azərbaycan” QSC həmin müqavilə üzrə olan borc məbləğinin məhkəmədən kənar qaydada 3 gün ərzində qaytarılmasını və ödənilməsinin sizdən tələb edir. Əks halda, “X15 Azərbaycan” QSC yaranmış tam borcun ödənilməsi üçün məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlarından istifadə edəcəkdir. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" QSC ilə X9 (borcalan) arasında bağlanmış xx/xx/2019-cu il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin şərtlərinə görə bank tərəfindən ona 5,000.00 AZN ( beş min manat) məbləğində kredit kartı limiti ayrılmışdır. X5 vəfat etdiyi tarixə, yəni 01,03.2025-ci il tarixə "xxxx" QSC-yə borcu aşağıdakılardan ibarətdir: əsas məbləğ üzrə borc : 4,991.65 AZN ( dörd min doqquz yüz doxsan bir manat altmış beş qəpik ) hesablanmış və ödənilməmiş faiz borcu : 110.8 AZN ( yüz on manat səksən qəpik) cərimə borcu: 0 AZN ( sıfır ) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 5.50 AZN (beş manat əlli qəpik) bildirişlərin (pretenziyalann) göndərilməsi üzrə poçt xərcləri: 0.00 AZN ( sıfır manat) cəmi borc: 5107.95 AZN ( beş min yüz yeddi manat doxsan beş qəpik ). xx.xx.2025-ci il tarixli **********71 nömrəli mədaxil qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 77,69 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödəmişdir. Tətbiq edilən hüquq: 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi: Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, mərhum X8 ilə "xxxx" QSC arasında 5 (beş) il müddətinə 5000 manat məbləğində kredit kart limitinin (kredit xəttinin) açılması ilə bağlı xx.xx.2019-cu il tarixdə kredit kartı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə borclu vəfat etdiyindən öhdəlik tam icra edilməmişdir. Mərhumun miras əmlakı vərəsələri - Cavabdeh1, X10 və Cavabdeh2 tərəfindən qəbul edilmiş və adlarına vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilmişdir. Hazırki işdə cavabdehlərə yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borclu X2 miras qalmış əmlak ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 45.94 kv.m olan 3 otaqlı mənzildən ibarət olduğundan məhkəmə hesab edir ki, iddiaçı cavabdeh olan vərəsələrdən mərhum tərəfindən ödənilməmiş borcun ödənilməsini tələb etməkdə haqlıdır. Hazırkı iş üzrə mərhum X3 iddiaçıdan kredit alması, həmin kredit üzrə öhdəliklərin tam yerinə yetirilməməsi, borcalanın ölməsi və cavabdehlər Cavabdeh1 (eyni zamanda X4 qanuni nümayəndəsi) və Cavabdeh2 sonuncunun vərəsələri olmaqla, öhdəliklərinə görə məsuliyyət daşıması iş üzrə mübahisələndirilmir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı bank cavabdeh olan vərəsələrdən əsas borcu tələb etməkdə haqlı olsa da, iddianın faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edilir ki, iş materiallarına əlavə edilmiş iddiaçı bank tərəfindən təqdim edilmiş arayışdan görünür ki, X5 vəfat etdiyi tarixə, yəni xx.xx.2025-ci il tarixə olan faiz borcu 110.8 AZN (yüz on manat səksən qəpik) manat təşkil edir. İddiaçı borclunun öldüyü müddətdən sonrakı dövr ərzində də əsas borca faizlərin hesablanmasını davam etdirərək borclunun vərəsələrinə qarşı əsas borcla yanaşı 191,05 manat faiz borcunun ödənilməsi tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 1151 və 1306.1-ci maddələrinə istinadən göstərmişdir ki, mirası qəbul etmiş vərəsə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarını əldə edir və onun həmin məqamadək daşıdığı vəzifələrin icraçısı olur. Qanuna görə miras əmlak dedikdə, ölən fiziki şəxsin (miras qoyanın) qanunla (vərəsəlik hüquq normaları ilə) müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquq və vəzifələrinin məcmusu başa düşülür. Əmlak hüquqlarının məcmusu miras aktivi, əmlak vəzifələrinin məcmusu isə miras passivi adlanır. Passiv miras qoyanın öldüyü məqamadək icra etməyə borclu olduğu öhdəliklərdir, ödəməli olduğu borclardır. Məhkəmə hesab edir ki, hazırkı işdə kredit müqaviləsi üzrə borclunun ölümündən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanmasının və borcalanın vərəsəsinə qarşı belə tələb irəli sürülməsinin hüquqi əsası yoxdur. Bu tələb nə qanuna, nə də mülki qanunvericilikdə əks olunmuş vicdanlılıq prinsipinə uyğun hesab edilə bilməz. Yalnız mirasın açıldığı tarixədək miras qoyana məxsus əsas və faiz borcu onun vərəsələrindən tələb edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia faiz borcunun tutulması hissəsində qismən təmin edilməklə, 110.8 manat faiz borcu, habelə 7 manat xərc və komissiya üzrə borc cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4,991.65 AZN (dörd min doqquz yüz doxsan bir manat altmış beş qəpik) hesablanmış və ödənilməmiş faiz borcu 110.8 AZN (yüz on manat səksən qəpik), 7 (yeddi) manat komissiya üzrə xərc, cəmi 5109,45 (beş min yüz doqquz manat qırx beş qəpik) manat məbləğində borc iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77,68 manat dövlət rüsumunun 68 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4,991.65 AZN (dörd min doqquz yüz doxsan bir manat altmış beş qəpik) hesablanmış və ödənilməmiş faiz borcu 110.8 AZN (yüz on manat səksən qəpik), 07 manat komissiya, cəmi 5109,45 (beş min yüz doqquz manat qırx beş qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 68 (altmış səkkiz) manat hissəsi iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-5539/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5539/2025
04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver