Məhkəmə qərarları › İş №e-2(006)-5632/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5632/2024

22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5632/2024 22.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, İddiaçı “X1” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 284-4-cü maddəsində işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyi qaydaları müəyyən edilmişdir. Həmin maddənin 284-4.1-ci bəndində isə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtanın qaydaları göstərilmişdir. Yuxarıda qeyd olunan maddənin 284-4.1.1-ci bəndində Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi, yəni iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina halı kimi 153.2.1-ci bəndə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə halı nəzərdə tutulmuşdur. Hazırki tələbdə isə mülki işin məhkəmədə baxılmaması olması iş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh xx.xx.2020-ci il tarixində ölməsi halı ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Bundan əlavə, iş materiallarında olan **********98 nömrəli qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçı “X1” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı “X1” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılmalı, qərardadın rüsumun qaytarılması hissəsində icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “X1” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. “X1” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınaraq ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar