Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5684/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-cü il tarixdən xx.xx.2024-cü il tarixədək – Cavabdeh rəhbərlik etdiyi dövrdə onun təqsiri ucbatından İddiaçınə dəymiş zərərə görə 549316,66 (beş yüz qırx doqquz min üç Dövlət rüsumunun ödənilməsi haqqında məlumat yüz on altı min, almış altı) manat, iddia tələbi üzrə ödənilən 840 (səkkiz yüz qırx) manat dövlət rüsumunun, həmçinin, vəkilə, nümayəndəyə çəkilən 340 (üç yüz qırx) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Aslan Osman arasında xx.xx.2024-cü il tarixdə 9 saylı notariat ofisində İddiaçı təsis payının alqı-satqısı aparılmışdır. Cəmiyyətin hər-hansı bir öhdəliyinin olmaması və qanunvericilyin tələblərinə müvafiq işləməsi əsaslarla alqı-satqı aparılmışdır. Lakin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********183462 nömrəli qərarına əsasən İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirilmiş və yoxlama ilə aşağıdakı vergilər və hesabat dövrləri əhatə edilmişdir: 1. Muzdlu işlə ödəmə mənbəyində tutulan vergi, məcburi dövlər sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabat) 2-ci rüb 2021 – 1-ci rüb 2024; 2. Əlavə dəyər vergisi aprel 2021 – mart 2024; 3. Ödəmə mənbəyində tutulan vergi 2-ci rüb 2021 – 1-ci rüb 2024; 4. Mənfəət vergisi 2021-ci il – 2023-cü il; 5. Əmlak vergisi 2021-ci il – 2023-cü il. Yoxlamanın nəticələri xx.xx.2024-cü il tarixli **********183866 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmiş və yoxlama nəticəsində cəmiyyət tərəfindən büdcəyə ödənilməli vergilərin 352868,13 manat məbləğində azaldıldığı müəyyən edilmiş, vergilərin azaldılmasına və vergi qanunvericiliyinin digər tələblərin pozulmasına gösrə 198186,31 manat maliyyə sanksiyası tədbiq edilmişdir. Yoxlama ilə əhatə edilən dövrdə MMC-nin əmlakının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, təsisçisi və rəhbəri (direktoru) vəzifəsində aşağıdakı şəxs olmuşdur: xx.xx.2021-cü il tarixdən xx.xx.2024-cü il tarixədək – Cavabdeh. Səyyar vergi yoxlaması nəticəsində: MƏNFƏƏT VERGİSİ üzrə: Mənfəət vergisinin 2021-2023-cü illər üzrə cəmi 90855,4 manat, o cümlədən: 2021-ci il üzrə 38157,12 manat, 2022-ci il üzrə 27603.38 manat, 2023-cü il üzrə 25094,9 manat azaldılması aşkar edilmişdir. Mənfəət vergisinin azaldılmasına görə 45427,7 manat maliyyə sanksiyası tətbiq edilmiş, o cümlədən: 2021-ci il üzrə - 19078,56 manat, 2022-ci il üzrə - 13801,69 manat, 2023-cü il üzrə - 12547,45 manat. ƏDV üzrə: Səyyar vergi yoxlaması nəticəsində Əlavə dəyər vergisinin 2021-2024-cü illər üzrə cəmi 260866.54 manat azaldılması, o cümlədən 2021-2023-cü illər üzrə 260866,54 manat müəyyən edilmiş, ƏDV-nin azaldılmasına görə 130433.28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ƏMLAK VERGİSİ üzrə: Səyyar vergi yoxlaması nəticəsində Əmlak vergisinin 2021-2023-cü illər üzrə cəmi 1020,19 manat, o cümlədən 2023-cü il üzrə 1020,19 manat azaldılması müəyyən edilmiş, əmlak vergisinin azaldılmasına görə 510,1 manat maliyyə sanksiyası tətbiq edilmişdir; Yoxlama ilə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən göndən 1 (bir) iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında və ya 10740,87 manat maliyyə sanksiyası tətbiq edilmişdir, o cümlədən illər üzrə: 2022-ci il üzrə - 5926,15 manat, 2023-cü il üzrə - 3345,94 manat, 2024-cü il üzrə - 1468,78 manat. (2021-2023-cü illərdə - 9272,09 manat, 2024-cü ildə - 1468,78 manat; EQF-nın təqdim edilməməsi məsələsi: Yoxlama ilə Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən yoxlanılan dövr üzrə cəmi 10931,36 manat maliyyə sanksiyası tətbiq edilmişdir, o cümlədən illər üzrə: 2023-cü il üzrə - 10931,36 manat; Beləliklə, əvvəlki rəhbərliyin Cavabdeh cəmiyyəti idarə etdiyi dövrə düşən vergi və maliyyə sanksiyaları mövcuddur. Keçirilmiş yoxlamanın nəticəsindən göründüyü kimi Cavabdeh İddiaçı MMC idarə etdiyi dövrdə MMC-nin əmlakının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, vergi ödəyicisinin fəaliyyətinə görə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olan şəxs kimi Vergi Məcəlləsinin bir sıra maddələrinin tələblərini pozaraq, MMC-nin qeydiyyatda olduğu vergi orqanına yanlış məlumat verməklə külli miqdarda hüquqi şəxsin vergilərini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı məhkəmə aidiyyəti qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqısatqısından ibarət tələblərə) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. İddia ərizəsindən görünür ki, iddia tələbi Cavabdeh İddiaçı idarə etdiyi dövrdə MMCnin əmlakının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun düzgün aparılmaması, vergi orqanına yanlış məlumat verməklə külli miqdarda hüquqi şəxsin vergilərini dövlət büdcəsinə ödəməkdən yayınması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədədir. İşin hallarından göründüyü kimi, hazırkı mübahisə hüquqi şəxsin fəaliyyətindən irəli gələn məsələ ilə bağlı olmaqla, MMC-nin əvvəlki direktoru Cavabdeh yönəlmişdir. Belə olan halda məhkəmə mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "X2" MMC tərəfindən (“Hökumət ödəniş portalı, qəbz nömrəsi **********3, tarix: 08.10.25, saat: 19:38:37) ödənilmiş 840.00 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçınə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.3, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən (“Hökumət ödəniş portalı, qəbz nömrəsi **********3, tarix: 08.10.25, saat: 19:38:37) ödənilmiş 840.00 manat manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı: İddiaçınə (hesab nömrəsi: AZ77ACAB********************, VÖEN **********, Benefisiar bank "xxxx" QSC, SWİFT: ACABAZ22) geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-5684/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5684/2025
24.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver