Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-573/2023 12.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdeh Əlı̇ yeva Şəbnəm Rəhman qızının iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh Əlı̇ yeva Şəbnəm Rəhman qızına qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" ASC cavabdeh Əlı̇ yeva Şəbnəm Rəhman qızına qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əlı̇ yeva Şəbnəm Rəhman qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********93 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 10450 AZN məbləğində kredit verilmişdir. Cavabdeh Əlı̇ yeva Şəbnəm Rəhman qızı kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Cavabdehə xx.xx.2021-ci il tarixli, BPM**********93 saylı kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında bank tərəfindən xx.xx.2022-ci il tarixində bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, cavabdeh Əlı̇ yeva Şəbnəm Rəhman qızının kredit müqaviləsi üzrə banka borcu: 9116,24 AZN əsas borc, 1369,31 AZN faiz borcu olmaqla, cəmi 10485,55 AZN təşkil edir. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 10485,55 AZN olduğundan, 121,46 AZN dövlət rüsumu və 0,40 AZN bank xidmət haqqı ödənilmişdir. Göstərilənlərə əsasən, cavabdeh Əlı̇ yeva Şəbnəm Rəhman qızından "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9116,24 AZN əsas, 1369,31 AZN faiz borcu olmaqla, cəmi 10485,55 AZN mələğində borcunun və ödənilmiş 121,46 AZN məbləğində dövlət rüsumunun, habelə 0,40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh Əlı̇ yeva Şəbnəm Rəhman qızı izahat verərək, bildirmişdir ki, iddia tələbini qəbul edir, həqiqətən xx.xx.2021-ci il tarixində iddiaçı bank ilə müqavilə bağlayaraq 10.450 manat məbləğində kredit götürmüş, ilk aylar aylıq ödənişləri tam məbləğdə və vaxtlı-vaxtında ödəsə də, sonradan analıq məzuniyyətinə çıxdığından və həyat yoldaşının işsiz olması səbəbindən ödənişləri vaxtında icra edə bilməmişdir. Hazırda yenidən əmək fəaliyyətinə başlamış və əgər bank da razı olarsa, aylıq ödənişləri hissəhissə ödəməyə hazırdır.
5. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əlı̇ yeva Şəbnəm Rəhman qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********93 saylı “Tam kart çərçivə müqaviləsi”nə əsasən bank tərəfindən borcalana 48 ay müddətinə, illik 22%-lə 10450 AZN məbləğində kredit limiti ayırmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
7. İş materiallarında olan maliyyə arayışından görünür ki, Əlı̇ yeva Şəbnəm Rəhman qızı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********93 saylı “Tam kart çərçivə müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixinə onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə əsas borc üzrə 9116,24 AZN və faiz borcu üzrə 1369,31 AZN məbləğində borcu vardır.
8. İş materiallarında olan "xxxx" ASC-nin Əlı̇ yeva Şəbnəm Rəhman qızına ünvanladığı 14 oktyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Əlı̇ yeva Şəbnəm Rəhman qızına borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Əlı̇ yeva Şəbnəm Rəhman qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********93 saylı “Tam kart çərçivə müqaviləsi”nə əsasən cavabdehə 48 ay müddətinə, illik 22% dərəcəsi ilə 10450 AZN məbləğində kredit ayırmış, borc alan isə həmin kreditlərdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2022-ci il tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixli, BPM**********93 saylı kredit müqaviləsinə əsasən 9116,24 AZN əsas, 1369,31 AZN faiz borc olmaqla, ümumilikdə 10485,55 AZN məbləğində borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
13. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
16. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, bu hal müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətlənir. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
18. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Əlı̇ yeva Şəbnəm Rəhman qızından xx.xx.2021-ci il tarixli, BPM**********93 saylı “Tam kart çərçivə müqaviləsi”nə əsasən 9116,24 AZN (doqquz min bir yüz on altı manat, iyirmi dörd qəpik) əsas, 1369,31 AZN (bir min üç yüz altmış doqquz manat, otuz bir qəpik) faiz borc olmaqla, ümumilikdə 10485,55 AZN (on min dörd yüz səksən beş manat, əli beş qəpik) məbləğində borc tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
19. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Belə olan halda, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş cəmi 121,46 AZN (bir yüz iyirmi bir manat, qırx altı qəpik) məhkəmə xərci də cavabdehə aid edilməlidir.
21. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Bundan əlavə, Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 28.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Əlı̇ yeva Şəbnəm Rəhman qızından xx.xx.2021-ci il tarixli, BPM**********93 saylı “Tam kart çərçivə müqaviləsi”nə əsasən 9116,24 AZN (doqquz min bir yüz on altı manat, iyirmi dörd qəpik) əsas, 1369,31 AZN (bir min üç yüz altmış doqquz manat, otuz bir qəpik) faiz borc olmaqla, ümumilikdə 10485,55 AZN (on min dörd yüz səksən beş manat, əli beş qəpik) məbləğində borc və ödənilmiş 121,46 AZN (bir yüz iyirmi bir manat, qırx altı qəpik) dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov