Məhkəmə qərarları › İş №e-2(006)-5768/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5768/2021

21.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5768/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsinin X1 iştirakı ilə, İddiaçı Bakı şəhər X5 Müəssisəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhər X5 Müəssisəsi iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh maddi ziyan üçün 1707,10 manat, dövlət rüsumu olaraq 30 (on) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bakı şəhər X5 Müəssisəsinin xeyrinə ödənilməsi xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin X3 izahatında bildirdi ki, Cavabdeh 25 avqust 2020-ci il tarixdə Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində idarə etdiyi “BMW 328Xİ” minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ilə "xxxx" X2 məxsus olan 01 ədəd “Palermo” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış nəticədə müəssisələrinə 5992 manat dəyərində maddi ziyan yetirmişdir. Hadisə yerinə gəlmiş Bakı şəhər DYP-nin əməkdaşı tərəfindən tərtib edilən 25.08.2020-ci il tarixli, İXP 494685 saylı inzibati xəta haqqında protokola və 25.08.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh cərimə haqqında qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs, Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “BMW 328Xİ” minik markalı **- XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsulliyyətinin icbari sığortası “Dövlət Sığortası Kommersiya” şirkətində sığortalanmışdır. Bu səbəbdən “Dövlət Sığorta Kommersiya” şirkəti tərəfindən mütənasib qaydada “Bakı şəhər X5 Müəssisəsi”-nin bank hesabına 4284,90 manat məbləğində sığorta ödənişi ödənilməmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində Müəssisələrinə dəymiş 5992 manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 1707,10 manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" X2 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisələrinə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYP-nin əməkdaşı tərəfindən tərtib edilən 25.08.2020-ci il tarixli, İXP 494685 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 25 avqust 2020-ci il tarixdə Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində idarə etdiyi “BMW 328Xİ” minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ilə "xxxx" X2 məxsus olan 01 ədəd “Palermo” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış nəticədə müəssisələrinə 5992 manat dəyərində maddi ziyan yetirmişdir. İş materiallarında olan Bakı şəhər DYP-nin əməkdaşı tərəfindən tərtib edilən 25.08.2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır və iddia ərizəsində göstərilən 1707,10 manat məbləğində vurulmuş maddi ziyan cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh maddi ziyan üçün 1707,10 manat, dövlət rüsumu olaraq 30 (on) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bakı şəhər X5 Müəssisəsinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar