Məhkəmə qərarları › İş №e-2(006)-5822/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5822/2025

30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5822/2025 30.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi və digər Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - Cavabdeh2 xx.xx.2021-ci il tarixli 835/2021 saylı Kredit müqaviləsi üzrə 16.407,54 (on altı min dörd yüz yeddi manat əlli dörd qəpik) manat əsas borcu, 18.321,75 (on səkkiz min üç yüz iyirmi bir manat yetmiş beş qəpik) manat faiz borcu, 7.578 (yeddi min beş yüz yetmiş səkkiz) manat dəbbə olmaqla, cəmi 42.307,29 (qırx iki min üç yüz yeddi manat iyirmi doqquz qəpik) manat kredit borcu tutularaq "xxxx" MMC-yə ödənilməsi; - tələbin Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan 140 saylı mənzilə yönəldilməsi; - göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" MMC-yə 42307.29 (qırx iki min üç yüz yeddi manat iyirmi doqquz qəpik) manat məbləğində borcun, bildirişin qeydə alınması ilə əlaqədar 51 (əlli bir) manat və 217 (iki yüz on yeddi) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 217 (iki yüz on yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

3. Cavabdeh1 etiraz ərizəsi təqdim edərək, iddiaçı "xxxx" MMC-nin iddia tələbinin tamamilə təmin edilməməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, hazırkı iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə prosesi:

5. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı"xxxx" MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 nümayəndəsi və digər Cavabdeh1 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdı.

7. Məhkəmə iddiaçı tərəfin ərizəsini (vəsatətini) nəzərdən keçirib, proses iştirakçısının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Əsaslandırıcı hissə:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 114.1, 114.1.3-cü maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. 170.1-ci maddə. Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər;

9. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarı: 2-ci bənd. Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Nəticə:

10. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Vəsatət təmin edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 217 (iki yüz on yeddi) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar