Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-610/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «pul və s.» tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «pul və s.» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 20 may 2019-cu il tarixli icarə müqaviləsi üzrə 12878 (on iki min səkkiz yüz yetmiş səkkiz) manat icarə haqqı borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olan 643.9 (altı yüz qırx üç manat doxsan qəpik) manat faiz borcu, vəkilin göstərdiyi yardıma görə 200 (iki yüz) manat xərc, dövlət rüsumu olaraq ödənilmiş 131.16 (bir yüz otuz bir manat on altı qəpik) manat xərc, yekun olaraq 13853.16 (on üç min səkkiz yüz əlli üç manat on altı qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi, ev 10 ünvanında yerləşən ümumi sahəsi 82.0 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. 20 may 2019-cu il tarixində icarəyə verən fiziki şəxs İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi, ev 10 ünvanında yerləşən ümumi sahəsi 82.0 kv.m-dən ibarət olan icarə obyekti üçün ayda 800 (səkkiz yüz) manat icarə haqqı ödənilməsi şərtilə icarə müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləni iddiaçının nümayəndəsi X3 imzalamışdır. Həmin müqaviləyə tərəflərin razılığı ilə sonradan xx.xx.2021-ci il tarixdə dəyişiklik edilmiş, müqavilənin müddəti xx.xx.2021-ci il tarixinə qədər, aylıq icarə haqqının məbləği isə 300 (üç yüz) manat müəyyən olunmuş və əlavə sazişin xx.xx.2021-ci il tarixindən qüvvəyə minməsi razılaşdırılmışdır. 2022-ci ilin yanvar ayında icarəçi Cavabdeh MMC müqavilədə nəzərdə tutulmuş qaydada təhvil-təslim aktı imzalamaqla icarə obyektini təhvil verməli olduğu halda, sadəcə obyektin açarlarını vermiş və icarə müqaviləsi üzrə borcları ödəyəcəyinə dair söz versə də, buna əməl etməmişdir. İcarə haqqının “Beynəlxalq Bank”da açılmış hesaba köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 20 may 2019-cu il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixinə kimi icarəçi Cavabdeh MMC aylıq icarə haqqını ödəmiş, lakin xx.xx.2020-ci il tarixindən başlayaraq müqavilə üzrə öhdəliyini tam yerinə yetirə yetirməmişdir. Belə ki; - xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi cəmi 350 manat icarə haqqı ödənilmiş, 5250 manat borc yaranmışdır; - xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə kimi cəmi 172 manat icarə haqqı ödənilmiş, 3028 manat borc yaranmışdır; - xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi cəmi 300 manat icarə haqqı ödənilmiş, 500 manat borc yaranmışdır; - xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi cəmi 400 manat icarə haqqı ödənilmiş, 400 manat borc yaranmışdır; - xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi cəmi 350 manat icarə haqqı ödənilməmiş, 1600 manat borc yaranmışdır. 20 may 2019-cu il tarixli müqavilə üzrə borc – 10778 manat olmuş, 9 iyun 2021-ci il tarixdə müqaviləyə edilmiş dəyişiklik üzrə sazişə görə heç bir icarə haqqı ödənilməmiş, ona görə də 7 ayın icarə haqqı 300 x 7 ay = 2100 manat əlavə borc yaranmışdır. Beləliklə, cəmi borc: 10778 + 2100 = 12878 (on iki min səkkiz yüz yetmiş səkkiz) manat olmuşdur. 19 oktyabr 2022-ci il tarixində pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət olunaraq xahiş olunmuşdur ki, bir həftə ərzində qeyd edilən 12878 (on iki min səkkiz yüz yetmiş səkkiz) manat borcu icarəyə verənin bank hesabına köçürsün, əks halda məhkəməyə iddia ərizəsi ilə müraciət olunacaqdır. Lakin icarəçi pretenziya məktubuna cavab verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə müvafiq olaraq İddiaçı ilə 4 saylı Vəkil Bürosu arasında bağlanılmış müqaviləyə uyğun olaraq "xxxx" ASC vasitəsi ilə vəkil bürosunun xx.xx.2022-ci il tarixində ödənilmiş 200 (iki yüz) manat pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş 131.16 (bir yüz otuz bir manat on altı qəpik) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Cavabdeh MMC 20 may 2019-cu il tarixli icarə müqaviləsi (sonradan 9 iyun 2021-ci il tarixdə dəyişikliklər edilmişdir) üzrə 12878 (on iki min səkkiz yüz yetmiş səkkiz) manat borclu olduğu icarə haqqı, 643.9 (altı yüz qırx üç manat doxsan qəpik) manat faiz borcu, vəkilin göstərdiyi hüquqi yardıma görə 200 (iki yüz) manat xərc, dövlət rüsumu olaraq ödənilmiş 131.16 (bir yüz otuz bir manat on altı qəpik) manat xərc, yekun olaraq 13853.16 (on üç min səkkiz yüz əlli üç manat on altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddiaçı iddia tələbində dəqiqləşdirmə aparılmasına dair ərizə təqdim edərək, Cavabdehndən 20 may 2019-cu il tarixli icarə müqaviləsi üzrə 12378 (on iki min üç yüz yetmiş səkkiz) manat icarə haqqı borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olan 618.9 (altı yüz on səkkiz manat doxsan qəpik) manat faiz borcu, vəkilin göstərdiyi yardıma görə 200 (iki yüz) manat xərc, dövlət rüsumu olaraq ödənilmiş 131 (bir yüz otuz bir) manat xərc, yekun olaraq 13328.06 (on üç min üç yüz iyirmi səkkiz manat altı qəpik) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh tərəfindən məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi, 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Mülki işin materiallarında olan 20 may 2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı adından X3 Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi, ev 10 ünvanında yerləşən ümumi sahəsi 82.0 kv.m-dən ibarət olan sahəni Cavabdehnə icarəyə verməyi, Cavabdeh isə icarə obyekti üçün ayda 800 (səkkiz yüz) manat icarə haqqı ödənilməsini öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli əlavə müqavilədən (saziş) görünür ki, bu müqavilənin qüvvəyə minmə tarixi 31 may 2019-cu il hesab olunur və bu müqavilə xx.xx.2021-ci il tarixinədək bağlanılır. İcarə obyekti üçün aylıq icarə haqqı 300 manat təşkil edir. Tərəflər razılarşırlar ki, bu Saziş xx.xx.2021-ci il tarixdən qüvvəyə minir. Mülki işin materiallarında olan xx.xx.2019-xx.xx.2022-ci il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, İddiaçı nümayəndəsi X2 məxsus bank hesabına Cavabdeh tərəfindən aşağıdakı tarixlərdə aşağıdakı məbləğlərdə ödənişlər edilmişdir:
1. xx.xx.2019-cu il tarixdə - 2105,25 manat;
2. xx.xx.2019-cu il tarixdə - 294,75 manat;
3. xx.xx.2019-cu il tarixdə - 800 manat;
4. xx.xx.2019-cu il tarixdə - 800 manat;
5. xx.xx.2019-cu il tarixdə - 800 manat;
6. xx.xx.2020-ci il tarixdə - 800 manat;
7. xx.xx.2020-ci il tarixdə - 800 manat;
8. xx.xx.2020-ci il tarixdə - 800 manat;
9. xx.xx.2020-ci il tarixdə - 350 manat;
10. xx.xx.2021-ci il tarixdə - 172 manat;
11. xx.xx.2021-ci il tarixdə - 100 manat;
12. xx.xx.2021-ci il tarixdə - 100 manat;
13. xx.xx.2021-ci il tarixdə - 100 manat;
14. xx.xx.2021-ci il tarixdə - 300 manat;
15. xx.xx.2021-ci il tarixdə - 100 manat olmaqla, cəmi 8422 (səkkiz min dörd yüz iyirmi iki) manat ödənilmişdir. Mülki işin materiallarında olan 19 oktyabr 2022-ci il tarixli pretenziya sənədindən görünür ki, Cavabdeh 20 may 2019-cu il tarixli müqavilə və həmin müqaviləyə dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli əlavə müqavilə (saziş) üzrə yaranmış borcun ödənilməsi barədə İddiaçı tərəfindən xəbərdar edilmişdir. Mülki işin materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında 18 oktyabr 2022-ci il tarixli 602 nömrəli müqavilədən görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə İddiaçı “icarə haqqının tələb edilməsi” tələbi üzrə hüquqi yardımın göstərilməsini öhdəsinə götürmüşdür, İddiaçı tərəfindən 200 (iki yüz) manat ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 131 (yüz otuz bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi, 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. İddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən həmin qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsi əsasında Cavabdehnə icarəyə verilmiş, cavabdeh aylıq 800 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2021-ci il tarixində sözügedən müqaviləyə dəyişiklik edilməsi barədə saziş imzalanmış və sazişə müvafiq olaraq icarə haqqının məbləği dəyişdirilərək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək 300 manat təşkil etmişdir. Təqdim edilmiş materiallardan görünür ki, cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş və iddiaçı tərəfindən edilən xəbərdarlığa baxmayaraq, icarə haqqını tam şəkildə ödəməmişdir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12378 (on iki min üç yüz yetmiş səkkiz) manat icarə haqqı borcunu, gecikdirilmiş vaxt üçün illik beş faiz olan 618.9 (altı yüz on səkkiz manat doxsan qəpik) manat faiz borcunu, vəkilin göstərdiyi yardıma görə 200 (iki yüz) manat xərci, dövlət rüsumu olaraq ödənilmiş 131 (bir yüz otuz bir) manat xərci, yekun olaraq 13328.06 (on üç min üç yüz iyirmi səkkiz manat altı qəpik) manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. İddia tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 23 ay ərzində cavabdeh tərəfindən iddiaçıya aylıq 800 manat olmaqla, cəmi 18400 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 8 ay ərzində aylıq 300 manat olmaqla, cəmi 2400 manat, ümumilikdə 20800 manat məbləğində ödəniş edilməli idi. Təqdim edilən hesabdan çıxarışdakı məlumatlardan isə görünür ki, cavabdeh tərəfindən iddiaçıya cəmi 8422 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, müəyyən olunur ki, cavabdehin iddiaçıya müvafiq icarə müqaviləsi və ona dəyişiklik edilməsi ilə əlaqədar bağlanmış saziş üzrə icarə haqqına görə 12378 manat məbləğində borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin icarə haqqı hissəsində haqlıdır və tələb təmin edilməlidir. Gecikdirilmiş vaxt üçün iddiaçı tərəfindən tələb edilən 618.9 manat məbləği Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq hesablanmışdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Vəkil xərci və dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi ilə əlaqədar olaraq qeyd edilməlidir ki, iddia tələbləri təmin edildiyindən məhkəmə xərcləri də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələb etdiyi ümumi məbləğlə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələb etdiyi məbləğlərin cəmi 13327.9 (on üç min üç yüz iyirmi yeddi manat doxsan qəpik) manatdır, lakin iddiaçı tərəfindən texniki hesablama səhvi olaraq 13328.06 (on üç min üç yüz iyirmi səkkiz manat altı qəpik) manatın cavabdehdən tutulması məhkəmədən xahiş edilmişdir. Buna görə də iddiaçının ayrı-ayrılıqda tələb etdiyi bütün məbləğlərin təmin edilməsinə baxmayaraq, cəmi məbləğ səhv qeyd edildiyindən məhkəmə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 700.1-701.2-ci maddəsində qeyd edilmişdir. ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 20 may 2019-cu il tarixli icarə müqaviləsi və icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli əlavə müqavilə (saziş) üzrə 12378 (on iki min üç yüz yetmiş səkkiz) manat icarə haqqı borcu, 618.9 (altı yüz on səkkiz manat doxsan qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, 200 (iki yüz) manat hüquqi xidmət xərci, 131 (bir yüz otuz bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, 13.327.9 (on üç min üç yüz iyirmi yeddi manat doxsan qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən 20 may 2019-cu il tarixli icarə müqaviləsi və icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli əlavə müqavilə (saziş) üzrə 12378 (on iki min üç yüz yetmiş səkkiz) manat icarə haqqı borcu, 618.9 (altı yüz on səkkiz manat doxsan qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, 200 (iki yüz) manat hüquqi xidmət xərci, 131 (bir yüz otuz bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, 13.327.9 (on üç min üç yüz iyirmi yeddi manat doxsan qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova