Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-621/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X1rşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təsviri hissə:
1. İddiaçı «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti cavabdeh X1rşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə «X6 Azərbaycan» QSC və X5 arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan X4 istehlak yönümlü 10000 (on min) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin, nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyın edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”kın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.22.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borcların geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. «X6 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan X5 kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X6 Azərbaycan» QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc: 7,746.02 AZN (yeddi min yeddi yüz qırx altı manat iki qəpik) hesablanmış və ödənilməmiş faiz borcu: 797.11 AZN (yeddi yüz doxsan yeddi manat on bir qəpik) cərimə borcu: 361.33 AZN (üç yüz altmış bir manat otuz üç qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 AZN (iki manat) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 3.40 AZN (üç manat qırx qəpik) cəmi borc: 8,909.86 AZN (səkkiz min doqquz yüz doqquz manat səksən altı qəpik) təşkil edir. Hesab bildirişindən göründüyü kimi cavabdeh X5 kart limitindən aktiv istifadə etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində kart hesabına 900 manat, xx.xx.2023-cü il tarixində 900 manat pulu mədaxil etmişdir Bakı şəhəri Nərimanov rayon məhkəməsinin e-2(005)-4442/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından göründüyü kimi, cavabdeh X3 məlum son yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, 2-dir. Göstərilənlərə əsasən, X2 əsas məbləğ üzrə borc: 7,746.02 AZN (yeddi min yeddi yüz qırx altı manat iki qəpik), hesablanmış və ödənilməmiş faiz borcu: 797.11 AZN (yeddi yüz doxsan yeddi manat on bir qəpik), cərimə borcu: 361.33 AZN (üç yüz altmış bir manat otuz üç qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 AZN (iki manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 3.40 AZN (üç manat qırx qəpik), cəmi borc: 8,909.86 AZN (səkkiz min doqquz yüz doqquz manat səksən altı qəpik) məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 109.09 AZN (bir yüz doqquz manat 09 qəpik) məbləğində dövlət rüsumunun «X6 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iş üzrə Bankın iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, «X6 Azərbaycan» QSC ilə X5 arasında bağlanmış xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən bank tərəfindən X4 10.000 manat məbləğində kredit xətti açılmış, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka cəmi 8909.86 AZN məbləğində borcu yaranmışdır.
b) Mülki işin materialları:
8. Mülki işin materiallarında olan «X6» QSC ilə X5 arasında bağlanmış xx.xx.2012ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin 4.26-ci bəndinə əsasən bank 5 il müddətinə 10.000 manat məbləğində “Kart/əlavə kart sahibinə”, yəni X4 kredit kartı limitini (kredit xətti) açır. X5 isə həmin kredit kartı limiti üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə Banka qaytarmağı (ödəməyi) öhdəsinə götürür.
9. Mülki işin materiallarında olan «X6 Azərbaycan» QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 banka əsas məbləğ üzrə 7746.02 AZN, hesablanmış və ödənilməmiş faiz borcu 797.11 AZN, cərimə borcu 361.33 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.00 AZN, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 3.40 AZN, cəmi 8909.86 AZN məbləğində borcu qalmışdır.
10. Mülki işin materiallarında olan «X6 Azərbaycan» QSC tərəfindən cavabdeh X4 ünvanlanmış bildirişdən (pretenziya məktubu) görünür ki, cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
16. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
18. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X2 əsas məbləğ üzrə borc: 7,746.02 AZN (yeddi min yeddi yüz qırx altı manat iki qəpik), hesablanmış və ödənilməmiş faiz borcu: 797.11 AZN (yeddi yüz doxsan yeddi manat on bir qəpik), cərimə borcu: 361.33 AZN (üç yüz altmış bir manat otuz üç qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 AZN (iki manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 3.40 AZN (üç manat qırx qəpik), cəmi borc: 8,909.86 AZN (səkkiz min doqquz yüz doqquz manat səksən altı qəpik) məbləğində pul alınaraq «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir.
19. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli, ********** nömrəli elektron qəbz əsasında müəyyən edilmişdir ki, «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsinin verilməsinə görə 109.09 manat məbləğində pul ödəmişdir. İddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən çəkilən məhkəmə xərci də cavabdehə aid edilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh X2 əsas məbləğ üzrə borc: 7,746.02 AZN (yeddi min yeddi yüz qırx altı manat iki qəpik), hesablanmış və ödənilməmiş faiz borcu: 797.11 AZN (yeddi yüz doxsan yeddi manat on bir qəpik), cərimə borcu: 361.33 AZN (üç yüz altmış bir manat otuz üç qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 AZN (iki manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 3.40 AZN (üç manat qırx qəpik), cəmi borc: 8,909.86 AZN (səkkiz min doqquz yüz doqquz manat səksən altı qəpik) məbləğində kredit borcu alınaraq iddiaçı «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddiaçı «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət rüsumu kimi ödənilmiş 109.09 AZN (yüz doqquz manat doqquz qəpik) cavabdeh X2 tutularaq «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.