Məhkəmə qərarları › İş №e-2(006)-622/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-622/2024

25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-622/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmlakına (avtobusa) dəymiş 175.82 (bir yüz yetmiş beş manat, səksən iki qəpik) manat maddi zərər məbləğinin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 206.22 (iki yüz altı manat, iyirmi iki qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması və ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində “Toyota Korolla minik” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə hərəkət edərkən eyni istiqamətdə hərəkətdə olan İddiaçı MMC-yə məxsus “İveco Urbanway avtobus” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusun sağ yan hissəsini vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi barədə İddiaçı MMC-nin əməkdaşı tərəfindən Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşı yaxınlaşmışdır. Hadisə Bakı şəhər X11 İdarəsinin yol-nəqliyyat hadisəsi inspektoru, polis polkovnik-leytenantı X3 tərəfindən araşdırılmış və araşdırması nəticəsində Cavabdeh əməlində İXM-nin 327.1 maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması həmin qərarla və Cəmiyyətin sürücüsü X5 verdiyi yazılı izahatı ilə təsdiqini tapır. Cavabdeh isə X11 İdarəsinə gəlməkdən və izahat verməkdən qərəzli şəkildə imtina etmiş və imtina barədə inspektor tərəfindən müvafiq Arayış tərtib edilmişdir. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər X11 İdarəsində tanınmışdır. Yol–nəqliyyat hadisəsi nəticəsində avtobusun sağ yan hisssəsi zədələnmiş və təmir olunması üçün 3 (üç) gün müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 10324 saylı “zərər aktı”na əsasən “İveco Urbanway avtobus” markalı 99-JX259 dövlət qeydiyyat nişanlı avtobusa 175.82 (bir yüz yetmiş beş manat, səksən iki qəpik) manat maddi zərər dəymişdir. Cavabdehin idarə etdiyi nəqliyyat vasitəsinin icbari sığortası olmadığından zərərin qarşılanması və ödənilməsi üçün cavabdehlə aparılmış danışıqlar nəticə verməmiş və onun tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul edib, iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Nəqliyyat vasitəsinin AC seriyalı 490267 №-li qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2015-ci il olan “İveco Urbanway avtobus” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdir. Nəqliyyat vasitəsinin BB seriyalı 161532 №-li qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2019-cu il olan “Toyota Corolla” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X2r. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş İXP ******* №-li, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və TP ******* №-li, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində saat 21:20-də Xətai rayonu, 8 Noyabr prospekti “Toyota Corolla minik” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Bakı şəhər BPİ DYPİ-nin YNHÜŞ-nın inspektoru tərəfindən tərtib edilmiş arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri ərazisində Cavabdeh idarə etdiyi “Toyota” markalı, **-DC- *** dövlət qeydiyyat nişanlı avtomobillə X5 idarə etdiyi “İveco” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması zamanı maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar icraatında araşdırılan həmin hadisə üzrə izahat alınmalı olan “Toyota” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisə barədə yazılı izahat verməsi təklif edilsə də sonuncu bu barədə izahat verməyəciyini və bu barədə tərtib edilən sənədləri imzalamayacağını qeyd etmişdir. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli zərər aktından görünür ki, “İveco Urbanway avtobus” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 175.82 manat müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmiş, 0.40 (qırx qəpik) manat xidmət haqqı tutulmuşdur (qəbz nömrəsi: **********). Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə olunan “Toyota Corolla minik” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixində saat 21:20 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində hərəkətdə olan zaman İddiaçı MMC-yə məxsus “İveco Urbanway avtobus” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Həmin yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh müvafiq polis idarəsində hadisə barədə yazılı izahat verməkdən imtina etmiş, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün heç bir cəhd göstərməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq avtomobil barəsində tərtib edilmiş akta əsaslanmaqla 175.82 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etdiyini, iddia tələbinə heç bir etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi cavabdeh iddianı etiraf etmişdir. Onun iddianı etiraf etməsi qanunazidd deyildir və hər hansı şəxsin maraqlarına və ya mənafelərinə toxunmur. Məhkəmə iddia tələbini iş üzrə toplanmış sübutlarla yanaşı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Cavabdeh tərəfindən iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona zərər dəyməsi işin mübahisəsiz halını təşkil edir. Çünki, cavabdeh müvafiq zərərin iddiaçının təqsiri nəticəsində və ya hər hansı qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş verdiyini iddia etməmiş, əksinə iddianı etiraf etmiş, iddia tələbinə etiraz etməmiş və iddiaçıya 175,82 manat məbləğində zərər dəyməsini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-1096.2, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 175,82 (bir yüz yetmiş beş manat səksən iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İddia tam təmin edildiyinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 175,82 (bir yüz yetmiş beş manat səksən iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar