Məhkəmə qərarları › İş №e-2(006)-6314/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6314/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6314/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, cavabdeh Həsənov Vüqar Hicran oğlu ilə 19.01.2021ci ildə bağlanmış 127217 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən 3994.76 AZN nisyə 1 ədəd İphone 12 Pro Max 128 GB satmışdır. Həmin tarixdə digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən alıcı 400 AZN ilkin ödəniş həyata keçirmiş, qalan 3594.76 AZN məbləğində pulu hər ay 299.56 AZN ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 19-dək ödəməyi öz üzərinə götürmüşdür. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh cəmi 363 AZN ödəniş etmişdir. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər ay gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq peniya ödəyir. Bununla bağlı cavabdehlərə borcun ödənilməsinə dair dəfələrlə onlara məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə onlara rəsmi qaydada 06.09.2021-ci il tarixində xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlər onlardan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə 3231.76 AZN əsas, 04.06.2021-ci il tarixinədək hesablanmış 540 AZN cərimə borcu, cəmi 3771.76 AZN borcları yaranmışdır. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh2, Cavabdeh1 3231,76 AZN əsas, 540 AZN cərimə, cəmi 3771,76 AZN, həmçinin 30 AZN dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, mülki iş 16.09.2021-ci il tarixində məhkəməyə göndərilərkən cavabdehlərdən 3231,76 AZN əsas, 540 AZN cərimə, cəmi 3771,76 AZN, həmçinin 30 AZN dövlət rüsumu alınaraq iddiaçı Ventto Telekom MMC-nin xeyrinə tutulması xahiş olunmuşdur. Lakin Cavabdeh2 22.09.2021-ci tarixində 200 AZN ödəniş etmiş və həmin ödəniş cavabdehin əsas borcundan silinərək, 3031,76 AZN əsas, 540 AZN cərimə, cəmi 3571,76 AZN borc, həmçinin 30 AZN dövlət rüsumu qalmışdır. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh2, Cavabdeh1 3031,76 AZN əsas, 540 AZN cərimə, cəmi 3571,76 AZN, həmçinin 30 AZN dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, İddiaçı direktoru Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddia tələbi dəqiq deyil. O, 22 sentyabr 2021-ci il tarixində sözügedən müqavilə üzrə 200 AZN ödəniş etmiş, lakin bunu nəzərə almayıblar. Odur ki, ödənişlərinin dəqiqləşdirilməsi və iddia tələbinin ona uyğun verilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (“satıcı”) ilə Cavabdeh2 (“alıcı”) arasında bağlanmış 19.01.2021-ci il tarixli № 127217 saylı “malın nisyə alqı-satqı” müqaviləsinə əsasən, satıcı İphone 12 Pro Max 128 GB alıcıya verməyi, alıcı isə bunun müqabilində AR Mülki Məcəlləsinin 567-ci maddəsinə uyğun olaraq, satıcıya bu müqavilədə müəyyən edilmiş qaydada və müddətdə 3994.76 AZN məbləğini ödəməyi öhdəsinə götürür. Qeyd olunan müqavilənin 2.1-ci maddəsinə əsasən, alıcı 400.00 AZN məbləğində ilkin ödəniş həyata keçirir, qalan 3594,76 AZN hər ay 299,56 AZN olmaqla 12 ay ərzində hər ayın 19-na qədər ödənilməlidir. Bu müqavilənin 6.1-ci maddəsində ödənişlər gecikdirildikdə, alıcının hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəmək vəzifəsi müəyyənləşdirilmişdir. İşdə olan 19.01.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixdə 1 ədəd İphone 12 Pro Max 128 GB bütün texniki sənədləri və ləvazimatı ilə birlikdə alıcıya təhvil verilmişdir. Aktın doğruluğu satıcı və alıcı tərəfindən təsdiq edilmişdir. İşdə olan 15 sentyabr 2021-ci il tarixli, 784 saylı maliyyə arayışına əsasən, Cavabdeh2 İddiaçınə qeyd olunan tarixə əsas məbləğ üzrə 3231,76 AZN, cərimə borcu üzrə 540 AZN, ümumilikdə 3771,76 AZN məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19.01.2021-ci il tarixli, № 127217 saylı zaminlik” müqaviləsinə əsasən zamin Cavabdeh1 Cavabdeh2 İddiaçı MMC qarşısında öhdəliklərini icra etməyəcəyi təqdirdə borclu ilə birgə məsuliyyət daşıyacağı barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı MMC tərəfindən cavabdehlərə ünvanlanmış pretenziya bildirişlərindən görünür ki, cavabdehlərə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 19.01.2021-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı MMC 1 ədəd İphone 12 Pro Max 128 GB Cavabdeh2 vermiş, Cavabdeh2 isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun hazırkı tarixədək İddiaçı MMC-yə 19.01.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə 3571,76 AZN məbləğində borcu yaranmışdır. Onun öhdəliklərinin icrasının təminatı kimi digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni zamanda, iddianın zaminə münasibətdə olan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin hallarından göründüyü kimi, tərəflər arasında müqavilə əsasında alqı-satqı və zaminlik münasibətləri yaranmış, cavabdehlər müqavilə üzrə üzərilərinə götürdükləri öhdəliyi icra etməmişlər. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə çıxış etməkdə haqlıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq 50 AZN məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 AZN məhkəmə xərci də cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 3031,76 AZN (üç min otuz bir manat, yetmiş altı qəpik) əsas, 50 AZN (əlli manat) cərimə, ümumilikdə 3081.76 AZN (üç min səksən bir manat, yetmiş altı qəpik) və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu məbləğində pul alınaraq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 3031,76 AZN (üç min otuz bir manat, yetmiş altı qəpik) əsas, 50 AZN (əlli manat) cərimə, ümumilikdə 3081,76 AZN (üç min səksən bir manat, yetmiş altı qəpik) məbləğində borc və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu məbləğində pul alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar