Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6524/2025 13.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı “binanın fasadında qanunsuz şəkildə quraşdırılmış kondisoner qurğusunun sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMMC Cavabdeh qarşı “binanın fasadında qanunsuz şəkildə quraşdırılmış kondisoner qurğusunun sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMMC iddia tələbini onunla əsaslandırmışdır ki, o, müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəllə”sinə, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və öz Nizamnaməsinə uyğun olaraq həyata keçirir. Cəmiyyət dövlət qeydiyyatına alınmaqla, ona dövlət reyestrindən çıxarış və qeyri-kommersiya hüquqişəxsin Şəhadətnaməsi verilib. Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ "xxxx" MMMC-yə həvalə olunub. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92A ünvanında yerləşən çoxmənzilli yaşayış binasının tikinit layihəsi şəhərsalma və tikinti normativ sənədlər nəzərə alınaraq hazırlanmışdır. Qeyd olunan çoxmənzilli yaşayış binasının tikinti layihəsində yalnız təhlükəsizlik və görünüş baxımından uyğun olan yerlərdə kondisioner qurğularının yerləşdirilməsi nəzərdə tutulmuşdur. Tikinti layihəsində nəzərdə tutulmayan, binanın fasadının görünüşünü dəyişdirəcək qurğuların yerləşdirilməsi isə çoxmənzilli yaşayış binasının tikintisi haqqında müqaviləyə əsasən mülkiyyətçilərə qadağan edilmişdir. Çoxmənzilli yaşayış binasının tikintisi haqqında müqavilənin 5.1.3-cü bəndinə əsasən binanın yükdaşıyan konstruksiyalarını, ventelyasiya sistemini sökməmək, dağıtmamaq və fasadını heç bir halda dəyişdirməmək, binanın pəncərə və balkonlarının ümumi görünüşünü pozan hər hansı tikinti-təmir işləri aparmamaq Payçının vəzifəsidir. Lakin Bakı şəhəri,Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 92A, blok 7, mərtəbə 14, 5 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh çoxmənzilli binanın fasad hissəsində, texniki və memarlıq baxımından uyğun olmayan yerdə və binanın layihəsinə və müqaviləyə uyğun olmayan şəkildə kondisioner qurğusu quraşdıraraq, bina fasadının ümumi görünüşünü pozmaqla yanaşı, xarici örtüyə zərər vurmuş, konstruktiv elementlərin deformasiyasına və su sızması kimi problemlərə, o cümlədən insan həyat və sağlamlığına ziyan vuran hallara səbəb ola biləcək risklər yaratmışdır. Belə ki, kondisionerin bu formada quraşdırılması bina fasadının örtüyünün sökülüb düşməsi ilə nəticələnə, bununla da insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə yarada bilər. Kondisioner qurğusunun müvafiq yerdən sökülməsi və fasadın ilkin vəziyyətə qaytarılması ilə bağlı tədbirlər görülməsi barədə cavabdehə rəsmi qaydada edilən 21 iyun 2025-ci il tarixli və 05 dekabr 2025-ci il tarixli xəbərdarlıqlara baxmayaraq, cavabdeh bu günə qədər heç bir tədbir görməmiş və nəticədə "xxxx" MMMC-yə ümumilikdə1 378,5 manat məbləğində ziyan vurmuşdur. Belə ki, kondisoner qurğusunun sökülməsi və dağıdılmış kondisoner yerlərinin bərpasının MMMC tərəfindən həyata keçirilməsizərurəti yaranmışdır. Bu məqsədlə damın sökülməsi üçün 150 AZN, asma səbətin dayaqlarının 19-cu bərtəbəyə əl ilə qaldırılması üçün 200 AZN, asma səbətin nizamlayıcı yüklərinin 19-cu mərtəbəyə əl ilə qaldırılması üçün 80 AZN, asma səbətin quraşdırılması üçün 50 AZN, fasadda açılmış dəliklərin sement qum məhlulu ilə doldurulması üçün 12 AZN, divarın sement qum məhlulu ilə suvanması üçün 10 AZN, divarın izolatexlə iki qat izolyasiya olunması üçün 8 AZN, divarın kabançiklə üzlənməsi üçün 25 AZN, damın vurulması üçün 225 AZN, sement üçün 1,80 AZN, qum üçün 0,66 AZN, Mata (yapışdırıcı) üçün 2,40 AZN, izolatex üçün 4,62 AZN, kabançik üçün 25 AZN, metal dam örtüyü üçün 216 AZN, taxta materialı üçün 35 AZN, materialların yuxarı qaldırılması üçün 80 AZN, asma səbətin sökülməsi üçün 30 AZN, asma səbətin nizamlayıcı yüklərinin 19-cu mərtəbədən aşağıya daşınması üçün 50 AZN, asma səbətin dayaqlarının 19-cu mərtəbədən endirilməsi üçün 120 AZN, nəzərə alınmaya xərclər üçün 53,02 azn olmaqla, ümumilikdə 1378,5 AZN xərc tələb olunur. (Qeyd: “Nəzərə alınmayan xərclər”dedikdə sonradan yarana biləcək əlavə xərclər başa düşülür.) Cavabdeh könüllü olaraq dəymiş ziyanı aradan qaldırmadığından o, pozulmuş hüquqlarımızın bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edirlər ki, iddia tələbində qeyd edilən 1378,5 manat məbləğində maddi ziyan və 34 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənməlidir. Məhkəmə işdə olan sənədlərə baxış keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə əldə olunan məlumatdan görünür ki, cavabdeh qismində göstərilmiş Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 114.1.4. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Maddə 261.0.1. İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göründüyü kimi cavabdeh qismində qoyulmuş Cavabdeh iddia ərizəsinin məhkəməyə verilməsindən əvvəl ölmüşdür. Ölüm hadisəsi xx.xx.2021-ci ildə baş vermiş, iddia ərizəsi isə bundan xeyli müddət sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə verilmişdir. Ölmüş şəxs iddia ərizəsində cavabdeh kimi göstərilmişdir. İnsan öldükdən sonra fiziki şəxs hesab olunmur. Mülki Prosessual Məcəllənin iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Ölmüş şəxs cavabdeh hesab olunmadığından ona qarşı yönəldilmiş iddiaya məhkəmə qaydasında baxılmalı deyil. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 hazırki iş üzrə icraata xitam verilməsini məhkəkənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən (“Asan ödəniş” sistemi, mədaxil qəbzi **********, tarix: xx.xx.2025, saat: 16:25:16) ödənilmiş 34,60 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" MMMC-yə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı “binanın fasadında qanunsuz şəkildə quraşdırılmış kondisoner qurğusunun sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34,60 (otuz dörd manat 60 qəpik) manat məbləğində dövlət rüsumu (“Asan ödəniş” sistemi, mədaxil qəbzi **********, tarix: xx.xx.2025, saat: 16:25:16) iddiaçı "xxxx" MMMC-yə geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-6524/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6524/2025
13.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver