Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6583/2025 18.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X11 Zahid oğlunun sədrliyi, Ağayeva Yeganə Taleh qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1.170 iddia qiyməti və 32,10 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1202,10 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, **-SA-*** dövlət qeydiyyat nişanlı, tünd göy metallik rəngli, “XETÇBEK” tipli, “TOYOTA PRİUS HİBRİD” markalı minik avtomobili X6 məxsusdur. xx.xx.2025-ci il tarixdə verilmiş və reyestrdə 7E-7474 nömrə ilə qeydə alınmış və hazırki günə qədər ləğv edilməmiş etibarnaməyə əsasən xx.xx.2026-cı il saat 23:59-dək onun həyat yoldaşı X1 **-SA-*** dövlət qeydiyyat nişanlı, tünd göy metallik rəngli, “XETÇBEK” tipli, “TOYOTA PRİUS HİBRİD” markalı minik avtomobili barəsində bağışlamaq, qeydiyyatdan çıxarmaq, sərəncam vermək və digər hərəkətlər etmək kimi səlahiyyətləri var. xx.xx.2025-ci il tarixdə verilmiş və reyestrdə 7E-604 nömrə ilə qeydə alınmış və hazırki günə qədər ləğv edilməmiş etibarnaməyə əsasən xx.xx.2045-ci il saat 23:59-dək onun həyat yoldaşı X1 bütün əmlakını idarə etmək, onun adından əqdlər bağlamaq və digər istənilən mülki-hüquqi hərəkətləri həyata keçirmək hüququ var. xx.xx.2025-ci il tarixdə saat 03:30-da Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu 03-cü mikrorayon dairəsi ərazisində idarə etdiyi motosikletlə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq **-SA-*** dövlət qeydiyyat nişanlı, tünd göy metallik rəngli, “XETÇBEK” tipli, “TOYOTA PRİUS HİBRİD” markalı minik avtomobilini vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsi əsasında BBPİ DYPİ YNH inspektoru, polis kapitanı X4 tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və TP ******* saylı X9 haqqında qərar qəbul edilmişdir. Sözügedən protokol və qərara əsasən baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinərək AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 40 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Baş vermiş hadisə nəticəsində avtomobilə 1330 manat miqdarında ziyan dəymiş, həmin ziyanı Cavabdeh hər gün 20 manat miqdarında hissə-hissə ödəyəcəyinə söz versə də, ümumilikdə, 160 manat ödədikdən sonra qalan pulu, yəni 1170 manat pulu ödəməkdən imtina etmişdir. Odur ki, Cavabdeh onun xeyrinə 1.170 manat iddia qiyməti və 32,10 manat dövlət rüsumu olmaqla, ümumilikdə, 1202,10 manat tutulmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh tərəfindən motosikl ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində baş etibarnamə əsasında X2 arvadı X1 adına aldıqları avtomobilə ziyan dəymişdir. Hadisə ilə bağlı müvafiq səlahiyyətli orqan tərəfindən tərtib olunmuş protokol əsasında cavabdeh cərimələnmişdir. İddiaçı cavabdehin 700-800 manat pul verəcəyi təqdirdə, zərərin qalan hissəsini özü qarşılayacağını cavabdehə bildirmiş, cavabdeh də razılaşmışdır. Lakin cavabdeh bu razılığa əməl etməyərək, cəmi 160 manat ödəmiş, pulun qalan hissəsini isə ödəməmişdir. Buna görə də 1.330 manat məbləğində olan zərərdən 160 manat hissəsinin ödənildiyini nəzərə alaraq, qalan 1.170 manat məbləğində pulun və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 17 fevral 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan qiyabi icraat qaydasında baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbini qəbul etməsinə dair yazılı ərizə təqdim etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2(006)- 6583/2025 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, X5 məxsus “TOYOTA PRİUS” minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2015, ban nömrəsi JTDKN3DU4F0456410 olan avtomobil üzrə bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatdan çıxarmaq səlahiyyətləri X3 etibar edilmişdir. - İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - X9 haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, Cavabdeh barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, X5 məxsus olan “TOYOTA PRİUS” minik markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnən ehtiyat hissələrinin yenisi ilə əvəz olunması üçün cəmi məbləğ 1.330 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, iddiaçı tərəfin faktiki sahibliyində olan avtomobilə maddi zərər vurulmuşdur. Qeyd edilməlidir ki, iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğu halda iddianın təmini mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, iddia haqlı sayılır. Bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. İş materiallarında olan sənədlərdən görünən odur ki, X5 məxsus minik avtomobili barəsində etibarnamə üzrə X3 nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair səlahiyyətlər verilmişdir. G.Nəsirovanın idarə etdiyi sözügedən avtomobilə Cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər yetirilmişdir. Hazırda Cavabdeh iddia tələbini tam qəbul etdiyini və onun təmin olunmasına heç bir etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildkdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianın etiraf edilməsinin qanunun tələblərinə zidd olmamasını, əksinə işin halları ilə öz təsdiqini tapmasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1.170 (bir min yüz yetmiş) manat məbləğində pul və iddia təmin edildiyindən, iş üzrə ödənilmiş məhkəmə xərcləri alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.170 (bir min yüz yetmiş) manat məbləğində pul, 31,70 (otuz bir manat yetmiş qəpik) dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №e-2(006)-6583/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-6583/2025
18.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver