Məhkəmə qərarları › İş №e-2(006)-6627/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6627/2025

23.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6627/2025 23.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, iddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 177,28 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və məhkəmənin qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. "xxxx" QSC ilə ”Azcollect“ MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən cəmi 1181.9 manat məbləğində ödənilən borc məbləği ”Azcollect“ MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 177.28 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 177,28 manat məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan: «X1 Azərbaycan» QSC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, tərəflər arasında istehlak kreditləri, Kredit Kartları və ya Kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar müqavilə bağlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-5379/2022 nömrəli qətnaməsi ilə, “X1” QSC-nin iddiası qismən təmin edilərək, Cavabdeh 16 yanvar 2013-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”si üzrə 964,92 manat məbləğində əsas, 101,96 manat məbləğində faiz, 78,12 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 1145 manat məbləğində pul vəsaitinin tutularaq “X1 Azərbaycan” QSC-yə ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 31,5 manat, bildirişlərin göndərilməsi üçün xərclənmiş 3,4 manat, xərclər və komissiyalar üzrə 2 manat məbləğində pulun Cavabdeh tutularaq “X1 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. “X1 Azərbaycan” QSC-nin Cavabdeh ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən 3 gün müddətində 177,28 manat məbləğin iddiaçıya ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. ********** nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə "X1 Azərbaycan" QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərini yerinə yetirməməsi səbəbindən, iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-5379/2022 saylı qətnaməsi ilə Cavabdeh cəmi 1.145 məbləğində borc ödənilməsi qət edilmişdir. Sonradan iddiaçı "X1 Azərbaycan" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx"xxxx"xxxx" MMC-nin vasitəsi ilə borcun ödənilməsi təmin edilmiş və buna görə də bank tərəfindən 177,28 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı heç kəsin təzyiqi olmadan, könüllü şəkildə müstəqil olaraq öz seçimi ilə “Hüquqi xidmət haqqında” müqavilə bağlamışdır. Bundan əlavə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 43-cü maddəsinə əsasən qanunverici tərəfindən məcburi aşağıdakı icra tədbirləri göstərilmişdir: - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; - tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; - tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; - icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; - bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Belə olan halda, məhkəmə yuxarıda göstərilənlərə uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti özü qanunverici tərəfindən müəyyən edilən üsul və vasitə qaydasını seçməmiş, özü müstəqil olaraq digər müstəqil xidmət sahəsinin seçmiş və xidmətin qarşılığında könüllü olaraq müəyyən məbləğ ödəmişdir ki, bu halda iddiaçıya həmin xidmət haqqının cavabdehdən tutulması üçün əsas olmadığından iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarını əsas götürməklə, iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə onu qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən dövlət adından çıxarılmış və qanuni qüvvəsini almış yekun məhkəmə aktı müvafiq qaydada cavabdehin qeydiyyat ünvanı üzrə icra orqanına göndərilir və beləliklə yekun məhkəmə aktında göstərilmiş öhdəliklər icra edilir. Yekun məhkəmə aktının müvafiq icra orqanı tərəfindən iddiaçıdan heç bir ödəniş tələb edilmədiyi halda icrası mümkün olduğu halda iddiaçı yenə də bunu "xxxx" MMC-yə tapşırmış və indi də cavabdehdən xidmətin əvəzini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı öz istəyi ilə bu seçimi etmişdir və bu halda da iddiaçı cavabdehdən hər hansı ödəniş tələb etməkdə haqlı deyildir. Odur ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar