Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-664/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 29 aprel 2023-cü il tarixli kredit müqaviləsi ilə Cavabdeh 10.000 manat faizsiz borc vermişdir. Cavabdeh həmin müqavilə üzrə borcunu xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürüb. Aralarındakı şifahi razılaşmaya görə Cavabdeh borc məbləğindən hissə-hissə qaytara bilərdi və bu vaxtadək də heç bir məbləğdə pul qaytarmamışdır. Bundan başqa Cavabdeh borc alanda bildirmişdi ki, payızda mənzilini satacaq və dərhal da onun borcunu ödəyəcək. Yaxın günlərdə Cavabdeh ilə aralarındakı söhbətdən məlum olmuşdur ki, o, mənzilinə görə artıq beh alıb və yaxın günlərdə onu satacaq və başqa yerə köçəcəklər. O, Əminəyə demişdir ki, mənzilə görə aldıqları behlə onun borcunu qaytara bilər, niyə qaytarmır sualına cavabdan başa düşmüşdür ki, onlar heç mənzili satandan sonra da onun borcunu qaytarmaq fikrində deyillər. Cavabdeh verdiyi borcun təminatı kimi, yəni aralarındakı danışıqla, mənzilin satılmaqla borcun qaytarılması vədi hazırda yerinə yetirilməmək üzrədir. Ona görə də məhkəmədə iddia qaldırmaqla yanaşı mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh 10.000 manat məbləğində pul borca verilmiş, cavabdeh həmin krediti xx.xx.2023-cü il tarixədək qaytarması barədə öhdəlik götürmüşdür. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 10.000 manat məbləğində pulun verilməsi barədə aralarında müvafiq kredit müqavilələri bağlanılmış, iddiaçı xx.xx.2023-cü il tarixli müqavilə üzrə heç bir ödənişin olmamasını qeyd etməklə, həmin məbləğin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada və şərtləndirilmiş vaxtda yetirməmiş və borca aldığı puldan hal-hazıradək iddiaçıya ödənişlər etməməklə, 10.000 manat borcu ödənilməmiş qalmışdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiadan məlumatlı olmaqla, ona qarşı hər hansı etirazını məhkəməyə təqdim etməmişdir. O cümlədən məlum olmuşdur ki, tərəflər arasında etibarlı münasibətlərin yaranmasına səbəb aralarında qohumluq bağlarının olması ilə əlaqədardır, bu da onlar arasında olan mübahisəli məsələnin müzakirəsindən sonra iddiaçının məhkəməyə müraciət etməsini əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10.000 manat məbləğində borc alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən, iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh verilmiş borca görə 10 000 manat alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-664/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-664/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver