Məhkəmə qərarları › İş №e-2(006)-67/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-67/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-67/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu X4 qarşı «kredit borcunun qaytarılması» tələbi barədə əmr qaydasında ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2016-cı il tarixli «X8» kartı üzrə kreditin xəttinin istifadəsi haqqında kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh oğluna 3000 (üç min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Mövcud kredit müqaviləsinə əsasən kreditin müddəti 36 ay, illik faiz isə 22% müəyyən edilmişdir. Kredit müqaviləsinə əsasən, kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın plastik kartına köçürür, borcalan isə həmin krediti müqavilədə göstərilən müddətdə krediti və ona hesablanacaq faizləri borcverənə qaytarmağı öz üzərinə götürür. Lakin borcalan Cavabdeh oğlu xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank qarşısında götürdüyü pul öhdəliyinin icrasını bu günədək tam icra etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə banka olan əsas borc 2998,35 ABŞ dolları, faiz borcu 1315,56 ABŞ dolları, cəmi isə 4313,91 ABŞ dolları təşkil edir. Göstərilənlərə əsasən borclu Cavabdeh oğlundan əsas borc 2998,35 ABŞ dolları, faiz borcu 1315,56 ABŞ dolları, cəmi isə 4313,91 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, e-2(006)- 7113/2018 saylı məhkəmə əmri ilə borclu Cavabdeh oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4313,91 dollar məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. xx xxxx 2020-ci il tarixdə Dəmirov X6 Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, e-2(006)-7113/2018 saylı əmrinə dair etiraz verərək, əmrin ləğv edilib iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə X1 ərizəsi təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, e-2(006)-7113/2018 saylı əmri ləğv edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı «kredit borcunun qaytarılması» barədə ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 2998,35 ABŞ dolları, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 1398,01 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 267,77 ABŞ dolları, cəmi 4664,13 ABŞ dolları borcun və 20,4 AZN dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, Cavabdeh oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2998,35 ABŞ dolları əsas borcu, 1398,01 ABŞ dolları faiz borcu və 308,16 ABŞ dolları müqavilə müddəti bitəndən sonra illik 5 % hesablanmaqla faiz borcu olmaqla, cəmi 4704,52 ABŞ dolları borcun və 20,4 AZN dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məkhəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh oğlu qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi X2 izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Quba filialı ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 185 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh oğluna illik 22 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx xxxxxxx 2020ci il tarixli, 573 saylı arayışdan görünür ki, Cavabdeh oğlunun xx xxxxxxx 2020-ci il tarixədək Banka 2998,35 ABŞ dolları məbləğində əsas borcu, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 1398,01 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faizlər (5%lik) üzrə 267,77 ABŞ dolları olmaqla, ümumilikdə 4664,13 ABŞ dolları məbləğində borcu vardır. Həmçinin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 026 saylı arayışından görünür ki, Cavabdeh oğlunun xx xxxxxx 2021-ci il tarixədək Banka 2998,35 ABŞ dolları məbləğində əsas borcu, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 1398,01 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faizlər (5%-lik) üzrə 308,16 ABŞ dolları olmaqla, ümumilikdə 4704,52 ABŞ dolları məbləğində borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 185 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh oğluna illik 22 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 3000 dolları məbləğində kredit verilmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka 2998,35 ABŞ dolları məbləğində əsas borcu, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 1398,01 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faizlər (5%-lik) üzrə 308,16 ABŞ dolları olmaqla, ümumilikdə 4704,52 ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarına əsasən, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh oğlundan əsas borc üzrə 2998,35 ABŞ dolları (iki min doqquz yüz doxsan səkkiz dollar, otuz beş sent) məbləğində əsas borcu, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 1398,01 ABŞ dolları (bir min üç yüz doxsan səkkiz dollar, bir sent) məbləğində faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faizlər (5%-lə hesablanmış) üzrə 308,16 ABŞ dolları (üç yüz səkkiz dollar, on altı sent) olmaqla, ümumilikdə 4704,52 ABŞ dolları (dörd min yeddi yüz dörd dollar, əlli iki sent) (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 20,4 AZN (iyirmi manat, qırx qəpik) dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 2998,35 ABŞ dolları (iki min doqquz yüz doxsan səkkiz dollar, otuz beş sent) məbləğində əsas borcu, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 1398,01 ABŞ dolları (bir min üç yüz doxsan səkkiz dollar, bir sent) məbləğində faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faizlər (5%-lə hesablanmış) üzrə 308,16 ABŞ dolları (üç yüz səkkiz dollar, on altı sent) olmaqla, ümumilikdə 4704,52 ABŞ dolları (dörd min yeddi yüz dörd dollar, əlli iki sent) (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 20,4 AZN (iyirmi manat, qırx qəpik) dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar