Məhkəmə qərarları › İş №e-2(006)-691/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-691/2023

20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-691/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və X5 qarşı «ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və X5 qarşı «ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 8866,56 manat məbləğində vəsaitin, 108,68 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, ** PZ *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh2 məxsus işçisi X6 tərəfindən idarə olunan ** OD *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi ilə sığortalı nəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP4470505 saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən ** OD *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsinin sürücüsü X6 təqsirli bilinmişdir. ** PZ *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. ** PZ *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 13995,11 manat məbləğində müəyyən edilmişdir. Sözügedən məbləğin 11860,25 manat hissəsi material, ehtiyyat hissələri, görüləcək işləri, 2134,85 manat hissəsi isə ödənilməli olan ƏDV-ni təşkil edir. "xxxx" ASCnin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 13995,11 manat zərər məbləğindən 200,00 manat azadolma çıxılaraq 13795,11 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-nin təqdim etdiyi hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" Şirkətində mövcud olduğuna görə həmin şirkətə məktub göndərilmiş, "xxxx" Şirkəti tərəfindən "xxxx" ASC-yə 4928,55 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində qalıq məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Cavabdeh X6 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, sənədlərdən göründüyü kimi hadisə zamani onun mülkiyyətində olan avtomobili yol vərəqəsi əsasında başqa şəxs idarə etmişdir. Bu halda məsuliyyət idarə edənin üzərinə düşür. İddiaçının göstərdiyi sənədlərdə uyğunsuzluqlar var. Sığorta aktında məbləğ 13995.10 manat göstərilsə də, iddia ərizəsində 13995.11 manat göstərilmişdir. Bu məbləğin hesablanma detalları yazılmamışdır. Hesab edir ki, dəymiş ziyan qat qat aşağıdır. Əvvəl keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: MC-Mİ-0177/21 nömrəli Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" MMC-yə məxsus “Skoda Rapid” markalı, 99–PZ–234 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı tərəfindən kasko sığorta növü ilə sığortalanmışdır. Binəqədi rayon DYPŞ tərəfindən təsdiq edilmiş elktron sistemdən çıxarışdan görünür ki, “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobil cavabdeh X3 adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli 0129 saylı Minik avtomobili üçün yol vərəqəsindən görünür ki, Cavabdeh2 “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək idarə etmək hüququ vardır. Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP seriyalı, ******* saylı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə saat 23:50 radələrində idarə etdiyi “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli Sığorta aktından görünür ki, “Skoda Rapid” markalı, 99–PZ– 234 dövlət nömrə nişanlı avtomobilə 13995,11 manat zərər dəymişdir. Təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən “Skoda Rapid” markalı, 99–PZ– 234 dövlət nömrə nişanlı avtomobil 13995,10 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/866 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Skaz Autohouse" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021 -ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Skoda Rapid" markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11624,0 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə tədqiqatı müəyyən olundu ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə saat 23:50 radələrində idarə etdiyi “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə "xxxx" MMC-yə məxsus “Skoda Rapid” markalı, 99–PZ–234 dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. Binəqədi rayon DYPŞ-nin TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddiaçı tərəfindən “Skoda Rapid” markalı, 99–PZ– 234 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərdən 200 manat azadolma çıxılmaqla 13795,10 manat sığorta ödənişi "xxxx" MMC-yə ödənilmişdir. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 idarə etdiyi “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobil cavabdeh X3 mülkiyyətində olmaqla xx.xx.2021-ci il tarixli 0129 saylı Minik avtomobili üçün yol vərəqəsinə əsasən Cavabdeh2 avtomobili darə etmək hüququ verilmişdir. “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış və hazırki yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçıya 4928,55 manat sığorta ödənişi edilmişdir. Yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. Belə ki, “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində digər şəxsə məxsus “Skoda Rapid” markalı, 99–PZ–234 dövlət nömrə nişanlı avtomobilə zərər dəymiş, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmiş və iddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh2dur ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı sığortalıya ödənilmiş pul vəsaitinin subroqasiya qaydasında Cavabdeh2 tələb edə bilər. Tələb olunan sığortalıya ödənilmiş pul vəsaitinin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, mübahisənin düzgün həll edilməsi üçün sığorta hadisəsinin baş verməsi nəticəsində avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/866 nömrəli ekspert rəyi ilə, 2020-ci il buraxılışlı “Skoda Rapid" markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11624,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/866 nömrəli ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, dəymiş zərər 13995,11 manat müəyyən edilmiş, həmin məbləğdən 200 manat azadolma və "xxxx" Şirkəti tərəfindən ödənilmiş 4928,55 manat çıxılmaqla, iddiaçı 8866,56 manat (13995,11 – 5128,55 (200 + 4928,55) = 8866,56) pulun subroqasiya qaydasında tutulmasını tələb etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən qeyd edilən yol-nəqliyyat hadisəsi üzrə avtomobilin təmir-bərpa xərci 11624,0 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş təmir-bərpa xərcindən 200 manat azadolma və "xxxx" Şirkəti tərəfindən ödənilmiş 4928,55 manat çıxılmaqla, qalan 6495,45 manat (11624 - 5128,55 (200 + 4928,55) = 6495,45) iddiaçının xeyrinə tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir. İddia tələbinin cavabdeh X5 qarşı hissəsinə münasibətdə məhkəmə hesab edir ki, “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobil X6 tərəfindən qanuni əsasla, yəni yol vərəqəsi ilə Ə Cavabdeh2 verildiyindən və mülki hüquq pozuntusu onun tərəfindən törədilmədiyindən həmin avtomobilin vurduğu zərərin əvəzi Mülki Məcəllənin 1108-ci maddəsinə tələblərinə əsasən cavabdeh X1 tutula bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 6495,45 manat məbləğində vəsait, 108,68 manat dövlət rüsumu, 0,40 manat bank xidməti xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan və cavabdeh X5 qarşı hissələrdə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 25 manat məbləği Cavabdeh2, qalan 25 manat məbləği isə iddiaçı "xxxx" ASC-dən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 6495,45 manat məbləğində vəsait, 108,68 manat dövlət rüsumu, 0,40 manat bank xidməti xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan və cavabdeh X5 qarşı hissələrdə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 25 manat məbləği Cavabdeh2, qalan 25 manat məbləği isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar