Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-70/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı (üçüncü şəxs qismində X8 cəlb edilməklə) "maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X3 Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65 ünvanında yerləşən mənzil 29 dəymiş 9418 manatın, Məhkəmə Ekspertizası Xidmətləri MMC-yə ödənilmiş 400 manatın və 118.18 manat dövlət rüsumun cavabdeh X5 tutularaq onun xeyrinə ödənməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 onun mülkiyyətindədir. O, 2015-ci ildə həmin mənzili əldə etmişdir və 2017-ci ildə yüksək səviyyəli təmir edərək orada bir müddət yaşamışdır və 2019-cu ildən orada yaşamır. 2022-ci ildə o, mənzilə baxmağa gələndə ona məlum oldu ki, mənzilinin üzərində yerləşən 31 saylı cavabdeh X10 məxsus mənzildən su axıdılması nəticəsində mənzili tam yararsız vəziyyətə düşüb (su o səviyyədə axıdılıb ki, divar kağızının altından göbələk çıxmağa başlayıb və mebellər yarasız hala düşüb). Bundan sonra o, Məhkəmə Ekspertizası Xidmətləri MMC-yə müraciət edərək mənzilinə dəymiş ziyanın dəyərin hesablanmasını həvalə etdi. Onların 7-134/23 saylı 11 iyul 2023-ci il tarixli rəyinə əsasən mənzilinə dəymiş ziyan 9418 manat təşkil edir. Bundan əlavə həmin rəyin verilməsi üçün 400 manat ödəmişdir. Bununla da cavabdehin qanunsuz əməlləri nəticəsində onun əmlakına külli miqdarda ziya dəymiş və əmlakı yarasız vəziyyətə düşmüşdür. Daha sonra Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X3 Cavabdeh qarşı iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65 ünvanında yerləşən 29 saylı mənzilin üzərinə ona dəymiş ziyanın 9418 manatın, ekspertiza xərclərinin 400 manatın və 118,18 manatın dövlət dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və iddia tələbinə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, həmin iddia ərizəsi Cavabdeh münasibətində tam əsassızdır. Belə ki, iddiaçıya məxsus 29 saylı mənzil binanın 2-ci mərtəbəsində yerləşir, cavabdehə məxsus 31 saylı mənzil isə həmin binanın 3-cü mərtəbəsində yerləşir (tərəflərin mənzilləri üst-üstə yerləşir). Qeyd edir ki, Cavabdeh mülkiyyətində lan mənzilindən iddiaçıya məxsus mənzilə su sızması, Cavabdeh mənzilinə həmin binanın 4-cü mərtəbəsində yerləşən 33-cü saylı mənzildən daimi olaraq su sızması nəticəsində baş vermişdir. Həmin binada 33 saylı mənzil tərəflərin qonşusu X9 məxsusdur və hazırki iş üzrə Cavabdeh məxsus mənzilin üstündə yerləşir. Hər üç mənzil üst-üstə yerləşir. Binanın 33 saylı mülkiyyətçisi X11 dəfələrlə Cavabdeh mənzilini suya basmış, nəticədə hazırki iş üzrə cavabdehin mənzilinin dəhlizi, mətbəxi, sanitar qovşağında olan tavanı, divarları və s. əşyaları yararsız vəziyyətə salmışdır. Sevda Kərimovanın mənzilindən Cavabdeh mənzilinə su sızmış, nəticədə də hazırki mülki iş üzrə iddiaçının mənzilinə su sızmışdır. Cavabdeh dəfələrlə Sevda Kərimovanın həyat yoldaşına bu barədə bildirmiş, bir müddət Sevda Kərimovanın həyat yoldaşına bu barədə bildirmişdir ki, mənzilində yerləşən borularında təmir işləri aparmış və onun mənzilindən Cavabdeh mənzilinə su sızması baş verməyəcək. Bu müddət ərzində də Cavabdeh mənzilində öz hesabına təmir işləri aparmışdır. Lakin bir müddət keçəndən sonra yenə Sevda Kərimovanın mənzilindən Cavabdeh mənzilinə daha pis su sızması baş vermiş, nəticədə yenə Cavabdeh mənzilinin dəhlizi, mətbəxi, sanitar qovşağında olan tavan, divarlar və s. əşyalar, apardığı təmir işləri tam yararsız vəziyyətə düşmüş və eyni zamanda hazırki iş üzrə iddiaçının mənzilinə su sızmışdır. Bununla bağlı Cavabdeh X9 qarşı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil2 yuxarıda qeyd edilən iddia ərizəsinin məzmununda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 yuxarıda qeyd edilən etirazın məzmununda izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X6 nümayəndəsi X15 iddia tələbinə etiraz edərək, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən X7 mülkiyyətində olan 33 saylı mənzilindən baş vermədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2015-ci il tarixdən X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -"xxxx" MMC-nin 07-134/23 nömrəli, 11 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilinə su axması nəticəsində yaranmış qüsurların ardaan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 9418,00 manat məbləğində müəyyən olunmuşdur. - "xxxx" MTK-nin sakinləri tərəfindən tətrib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi ev 65, 31 nömrəli mənzilində yaşayan və daimi qeudiyyatda olan X14 binanın sədrinə rəsmi müraciət edərək onun yaşadığı mənzilə şahidlər ilə birlikdə baxış keçirilmiş və müəyyən edilmişdir ki: Hamam – tavanın suvağı yararsız vəziyyətdədir və elektrik xətti qismən zədələnib. Mətbəxin tavanı tamamilə yararsız haldadır, çatlar əmələ gəlib, suvaq tam şəkildə sökülüb, divarda axan suyun izləri qalıb. Dəhlizdə bir neçə hissədə suvaq tökülüb və suyun mütəmadi olaraq axması nəticəsində tavanda qabarmalar əmələ gəlib. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 2828 nömrəli, 12 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, qərardadın 1-2-ci sualları üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65 evin, 33 saylı mənzilin qapısı bağlı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin 31 saylı mənzilin divarlarındakı su sızma izlərini nəzərə alaraq mübahisəli 31 saylı mənzilə 33 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. Tədqiq olunan 31 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq bazar qiymətlərinə uyğun olaraq 1082 manat məbləğində müəyyən olunur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/9030 nömrəli, 14 iyun 2024-cü il tarixli rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən 65 saylı binanın 2-ci mərtəbədə yerləşən 29 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 6475,0 manat məbləğində müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 29 saylı mənzilin 1 ədəd yaşayış otağı, mətbəx və dəhliz tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən 65 saylı binanın, 2-ci mərtəbəsində yerləşən 29 saylı mənzilinə su axıdılıdığı üçün və nəticədə 29 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 31 və 33 saylı mənzillərin sanitar qovşağı tikililəti təmirli olduğundan, su kanalizasiya xətləri gizli şəkildə olduğundan, 29 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmətikinti-texniki eksperizasının dəyəri 100 manat təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/9718 nömrəli, 03 aprel 2025-ci il tarixli rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən 65 saylı binanın 2-ci mərtəbədə yerləşən 29 saylı mənzilində aşkar edilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinə sərf ediləcək materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyinə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. 31 və 33 saylı mənzillərin su və kanalizasiya boruların göslə görünən hissələrində hər-hansı bir nasazlıq müşahidə edilmədiyindən su sızmanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmətikinti-texniki eksperizasının dəyəri 100 manat təşkil edir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, mübahisə üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərardadları ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/9030 nömrəli, 14 iyun 2024-cü il tarixli rəyin ekspert rəyi ilə 29 saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən 31 saylı mənzildən suyun axıdılması, Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65-də yerləşən 29 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlırinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 6475 manat məbləğində müəyyən edilmişdir. Hazırki işdə Cavabdeh iddiaçıya dəymiş maddi ziyanın X9 məxsus 33 saylı mənzildən daimi olaraq su sızması nəticəsində baş verdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 2828 nömrəli, 12 oktyabr 2020-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65 evin, 31 saylı mənzilin divarlarındakı su sızma izlərini nəzərə alaraq mübahisəli 31 saylı mənzilə 33 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunmuş, tədqiq olunan 31 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq bazar qiymətlərinə uyğun olaraq 1082 manat məbləğində müəyyən olunur. Məhkəmə qeyd edir ki, təqdim edilmiş sübutlar kompleks şəkildə təhlil olunaraq, məhkəmə 31 saylı mənzilin sahibinin 29 saylı mənzildə baş vermiş zərərin 33 saylı mənzildən baş vermiş su sızması nəticəsində meydana gəlməsi ilə bağlı arqumentlərini əsassız hesab edir. Belə ki, mənzillərin mərtəbələr üzrə yerləşməsi nəzərə alınmaqla – 29 saylı mənzil 31 saylı mənzilin altında, 33 saylı isə onun üzərində yerləşməklə – dördüncü mərtəbədən sızan suyun üçüncü mərtəbəni ciddi zədələmədən ikinci mərtəbədə yerləşən mənzilə ciddi zərər vurması ehtimal xarakteri daşıyır və inandırıcı deyil. Eyni zamanda, 33 saylı mənzildən sızma nəticəsində 31 saylı mənzilə dəyən zərərin 1082 manatla məhdud olması onun miqyasının kiçik olduğunu göstərir və bu sızmanın bir mərtəbə aşağıya daha böyük həcmdə zərər vurması ehtimalını istisna edir. Yuxarıda göstərilənlərə əsasən, cavabdehin 33 saylı mənzildən baş verən su sızmasının 29 saylı mənzildə baş vermiş zərərə səbəb olması ilə bağlı iddiaları iş materialları ilə təsdiqini tapmır. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, 29 saylı mənzildə meydana gəlmiş maddi zərər ilə 31 saylı mənzilin sahibi arasında səbəb-nəticə əlaqəsi mövcuddur və su sızmasının mənbəyi məhz 31 saylı mənzildir. Məhkəmə iddia tələbinin “mənzilə dəymiş maddi zərərə görə 9418 manat məbləğində pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, müvafiq ekspert rəyi ilə təmir işlərinin aparılması üçün iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 6475 manat müəyyən edilməsi nəzərə alınmalı, iddiaçı tərəfindən ona iddia edilən məbləğdə maddi ziyan dəyməsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə bu yerdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, vurulmuş maddi ziyanın əvəzi olaraq 6475 manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iş materiallarından göründüyü kimi hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 118.18 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, ödənilmiş 118.18 manat məbləğində dövlət rüsumunun 81.25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Həmçinin iddiaçı tərəfindən Məhkəmə Ekspertizası Xidmətləri MMC-yə 400 manat məbləğində pul ödənilmişdir. Odur ki, ekspert rəyi üçün ödənilmiş 400 manat pulun 275 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 6475 manat, "xxxx" MMC-yə ödənilmiş 275 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 81.25 manat, ümumilikdə 6831.25 manat pul vəsaiti iddiaçı X2 xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 AZN-nin 103 AZN-i (yüz üç manat) Cavabdeh, qalan 47 (qırx yeddi) manat isə iddiaçı X1 alınaraq Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 6475 manat, "xxxx" MMC-yə ödənilmiş 275 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 81.25 manat, ümumilikdə 6831.25 (altı min səkkiz yüz otuz bir manat, iyirmi beş qəpik) manat pul vəsaiti iddiaçı X2 xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 AZN-nin 103 AZN-i (yüz üç manat) Cavabdeh, qalan 47 (qırx yeddi) manat isə iddiaçı X1 alınaraq alınaraq Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-70/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-70/2025
26.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver