Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-705/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X2 ‘İddiaçı” ASC-yə 998.44 manat əsas kredit borcu, 693.36 manat kreditdən istifadəyə görə faiz borcu, 18 manat penya olmaqla, cəmi 1709.80 manat, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 15010-0461/467210 saylı 29 iyun 2015-ci il tarixli Paykart kredit müqaviləsinə əsasən cavabdeh X3 60 ay müddətinə illik 25% kreditdən istifedəyə görə haqq ödəmək şərti ilə 1.000 manat məbləğində istehlak kredit xətti açmışdır. Lakin, Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən X4 01.09.2020-ci il tarixə İddiaçı ASC-yə 998.44 manat əsas kredit borcu, 693.36 manat kreditdən istifadəyə görə faiz borcu, 18 manat penya olmaqla, cəmi 1709.80 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29.06.2015-ci il tarixli, 15010-0461/467210 saylı “Paykart kredit müqaviləsi”nə və ona edilmiş 1 saylı əlavəyə əsasən kredit verən (iddiaçı) borc alana (cavabdehə) 60 ay müddətinə, 1.000 manat məbləğində istehlak kredit xətti açmağı, borc alan isə “Paykart kredit” kartından müqavilə ilə nəzərdə tutulan məqsədlərlə istifadə etməyi öhdəsinə götürmüşlər. Müqavilənin 4.1-ci və 4.3-cü bəndlərinə əsasən götürülmüş kredit məbləği üzrə faizlərin hesablanması borc yarandığı tarixdən başlayır və həmin məbləği tam ödənildiyi tarixdə başa çatır. Müştəri bu bəndlə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, faizlərin ödənilməsinin gecikdirildiyi hər gün üçün 0,10 manat həcmində penya, kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsinə isə günlük 1 faiz cərimə ödəməlidir. 01.09.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 29.07.2015-ci il tarixli müqaviləyə əsasən, onun İddiaçı ASC-yə 998,44 manat əsas, 693,36 manat faiz, 18 manat əsas borc üzrə hesablanmış cərimə, cəmi 1709,80 manat borcu vardır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 0502 nömrəli 13.08.2020-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№6********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən göndərilən 17.05.2021-ci il tarixli, 09/2519 saylı ekspertiza rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29.17.2015-ci il tarixli, 15010-0461/467210 saylı Paykart Kredit Müqaviləsi üzrə borclunun banka olan 998,44 manat məbləğində əsas kredit borcu, 693,36 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu və 18 manat məbləğində penya borcu olmaqla üzmumilikdə 1709,80 manat məbləğində borcun düzgünlüyünü müəyyən etmək olmamışdır. Aparılmış tədqiqatın dəyəri 20 manat təşkil edir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, 29.06.2015-ci il tarixli, 15010-0461/467210 saylı “Paykart kredit müqaviləsi” və həmin müqaviləyə əlavəyə (ödəniş cədvəli) əsasən İddiaçı ASC borcalan Cavabdeh 60 ay müddətinə 1.000 manat məbləğində kredit xətti açmağı, borcalan isə “Paykart kredit” kartından müqavilə ilə nəzərdə tutulan məqsədlərlə istifadə etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit xətti açsa da, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun 01.09.2020-ci il tarixli maliyyə arayışına əsasən 998,44 manat məbləğində əsas borc, 693,36 manat məbləğində faiz borcu, 18 məbləğində cərimə borcu, cəmi 1709,80 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə həmçinin iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 5 manat məbləğinədək azaldılmalıdır. Çünki 998,44 manat əsas borc məbləğinə münasibətdə 5 manat məbləğində dəbbə pulu daha ədalətlidir. Belə ki, Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əsas borc üzrə 998,44 manat, faiz borcu üzrə 693,36 manat, cərimə borcu üzrə 5 manat, ümumilikdə 1696,80 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatı məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 998,44 manat, faiz borcu üzrə 693,36 manat, cərimə borcu üzrə 5 manat, ümumilikdə 1696,80 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatı, cəmi 1725,80 (bir min yeddi yüz iyirmi beş manat səksən qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-705/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-705/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver