Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-705/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Bədəlov Nurəddin Natiq oğlunun katibliyi, Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 sentyabr 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış 85000 (səksən beş min) manat əsas borc və ödənilmiş 345 (üç yüz qırx beş) manat məhkəmə rüsumunun Cavabdeh1 tutulması, tutulmanın Cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsindən ibarət olan mənzilə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsindən ibarət mənzilin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin iddia tələbinin ödənilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait iddia tələbinin ödənilməsi üçün yetərli olmadığı halda, cavabdehin digər əmlakı hesabına təmin edilməsi barədə qətnamə qəbul edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsindən ibarət mənzil satıldıqda cavabdehlər və onunla birlikdə yaşayan digər ailə üzvlərinin, həmçinin ipoteka müqaviləsi bağlandıqdan sonra mənzilə qeydiyyata düşən şəxslərin 1 ay ərzində evləri tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmalarını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 23 sentyabr 2021-ci il tarixində kredit müqaviləsi və 25 sentyabr 2021-ci tarixli müqaviləyə dəyişiklik edilməsinə dair saziş bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən ona 85.000 (səksən beş min) manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi 25 sentyabr 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsindən ibarət mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən ipoteka ilə yüklü edilmişdir. Müqavilənin icra müddətinin çatmasına baxmayaraq, cavabdeh öz öhdəliyini icra etməmiş və iddiaçı tərəfindən edilən xəbərdarlıqlara əhəmiyyət verməyərək, hər dəfə müxtəlif bəhanələrlə krediti qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh müqavilə ilə öhdəsinə düşən vəzifəni yerinə yetirməmiş, kredit müqaviləsinə əsasən iddiaçıdan aldığı 85000 (səksən beş min) manat pulu geri qaytarmamış, bununla da müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud surətdə pozmuşdur. Bununla da cavabdehin həmçinin iddiaçıya vurduğu zərərləri ödəmək vəzifələri də əmələ gəlmişdir. Bütün bunları nəzərə alaraq, iddiaçı 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 verdiyi 85000 (səksən beş min) manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 345 manat alınaraq iddiaçıya ödənməlidir. Cavabdeh2 (vəkili-nümayəndəsi Vəkil1) iddia ərizəsinə etiraz təqdim edərək, “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” iddia tələbinin “tutmanın Cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 40,15 kv.m yaşayış sahəsindən ibarət olan mənzilə yönəldilməsi” hissəsinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən dəlillər əsassızdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2023-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatında qeyd olunur ki, e-2(006)-705/2023 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: - Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi 02 iyun 2023cü il tarixə təyin edilmişdir. İş üzrə tədqiqat obyektinə baxış keçirilən zaman, 33 saylı mənzilin faktiki olaraq söküldüyü, yerində hündür mərtəbəli yaşayış evinin tikildiyi müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Göründüyü kimi, ipotekada olan mənzil sökülmüşdür. Bundan başqa, iddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdə dövlət reyestrinə verdiyi xx.xx.2022-ci il tarixli ərizədə (tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması) göstərmişdir ki, mənzilə tutmanın yönəldilməsinə dair bildirişi ipoteka saxlayan Cavabdeh2 xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Sübut kimi bildirişin surətini və poçt qəbzini əlavə etmişdir. Həmin qəbzdən görünür ki, poçta yalnız xx.xx.2022-ci il tarixdə İddiaçı təqdim etmişdir. Qanunun tələbinə görə poçtla verildikdən 5 gün sonra bildiriş təqdim olunmuş hesab edilir, lakin iddiaçı xx.xx.2022-ci il tarixdə poçta verdikdən sonra sabahı günü, yəni xx.xx.2022-ci il tarixdə dövlət reyestri xidmətinə müraciət etmişdir. Göründüyü kimi, qanunun tələbləri pozulmuşdur. Bildirişin surətindən görünür ki, İddiaçı bildirişi Cavabdeh2 ünvan 4, mənzil 33 göndərmişdir. Lakin sifarişli poçt qəbzində S.Vurğun küçəsi, ev 116 göstərilməklə guya xx.xx.2022-ci il tarixdə Cavabdeh2 aldığı göstərilmişdir. Halbuki, həmin ünvanla Cavabdeh2 heç bir əlaqəsi yoxdur və ümumiyyətlə, bildirişi Cavabdeh2 almamışdır. Dövlət reyestrinə göndərilən məktubda isə göstərilir ki, guya Cavabdeh2 bildirişi xx.xx.2022-ci il tarixdə almışdır. İddiaçı (vəkili-nümayəndəsi Vəkil2) “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə xitam verilməsini, həmin müqavilə üzrə 85.000 (səksən beş min) manat əsas borcun və 345 (üç yüz qırx beş) manat dövlət rüsumunun Cavabdeh1 tutulması, kreditin tutulması Cavabdeh2 mülkiyyətində olmuş ünvan 6 saylı evin, 33 saylı mənzilinin əvəzinə "xxxx" MTK sökərək yerində yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasından verilmiş olduğu mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin iddia tələbinin ödənilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmeti olan ünvan 6 saylı evin, 33 saylı mənzilinin əvəzinə "xxxx" MTK tərəfindən təqdim edilmiş mənzil satıldıqdan sonra cavabdehlər və onlarla birlikdə yaşayan digər şəxslərin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfin sübutların təmin edilməsi və üçüncü şəxslərin cəlb edilməsi barədə vəsatətlərini təmin etmədiyindən, iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəmənin hazırlıq iclasında təqdim edə bilməmişdir. Bu səbəbdən iddia tələbinin göstərilən məzmunda dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Cavabdeh2 (vəkili-nümayəndəsi Vəkil1) iddia ərizəsinə etiraz təqdim edərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 05 noyabr 2023-cü il tarixdə elektron məhkəmə vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə vermişdir. Həmin ərizə (ərizədə dəqiqləşdirilmə yazılmasına baxmayaraq, əslində iddianın 2-ci hissəsinin dəyişdirilməsidir) icraata qəbul oluna bilməz. Belə ki, iddia tələbinin dəyişdirilməsi məhkəmənin hazırlıq iclasında mümkündür. Lakin, iddiaçı məhkəmə baxşında iddia tələbinin dəyişdirilməsi barədə ərizə vermişdir. İddiaçı ərizədə qeyd edir ki, “məhkəmə vəsatətlərimizi təmin etmədiyindən iddia tələbinin dəyişdirilməsi barədə ərizəmizi məhkəmənin hazırlıq iclasında təqdim edə bilməmişik”. Bu dəlil əsas ola bilməz, çünki mülki iş materiallarında olan 16 saylı MKTB-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, mübahisəli ev "xxxx" MTK tərəfindən sökülmüş, həmin arayışdan iddiaçının məlumatı olmuşdur. Bundan başqa, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elmar Səidovun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məlumat barəsində məktubundan görünür ki, mübahisəli olan ev sökülmüşdür və həmin məlumatı İddiaçı bilirdi, deməli, iddiaçının hazırlıq iclaslarında iddianın predmetinin dəyişməsi barədə kifayət qədər vaxtı olmuşdur. Lakin, o bundan istifadə etməmiş, baxmayaraq ki, vəkillə təmsil olunur (keyfiyyətli hüquqi yardımdan istifadə edir). Yeni iddia tələbində iddiaçı göstərmişdir ki, kreditin tutulması Cavabdeh2 mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi 25 saylı evin 33 saylı mənzilin əvəzinə "xxxx" MTK sökərək yerində yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasında verilmiş olduğu mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılaraq əldə olunmuş vəsait iddia tələbinə yönəldilməsi üçün iddiaçıya ödənilməli, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi 25 saylı evin 33 saylı mənzilin əvəzinə "xxxx" MTK tərəfindən təqdim edilmiş mənzil satıldıqdan sonra cavabdehlər və onlarla birlikdə yaşayan digər şəxslər mənzildən çıxarılmalıdır. Deməli, iddiaçı sübut edir ki, mübahisəli olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi 25 saylı evin 33 saylı mənzili "xxxx" MTK tərəfindən sökülmüşdür və həmin Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi 25 saylı evin 33 saylı mənzilin əvəzinə "xxxx" MTK tərəfindən Cavabdeh2 yeni mənzil verilmişdir. Lakin, İddiaçı mənzilin məhz "xxxx" MTK tərəfindən sökülməsi və Cavabdeh2 yeni mənzil verilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı Cavabdeh2 yeni mənzil verilməsini sübut edə bilməmişdir. Ümumiyyətlə, həmin MTK tərəfindən mənzilin sökülməsi mübahisəlidir və yerinə mənzil verilməmişdir. Bundan başqa, iddiaçı ümumiyyətlə iddianın həmin hissəsini qeyri-dəqiq vermişdir, çünki MPM-nin tələbinə görə iddia tələbi dəqiq olmalıdır. Hazırda İddiaçı hansı mənzilə yönəldilməsi, hansı mənzilin hərracda satılması, həmin mənzilin ünvanı, nömrəsi və sair göstərməmişdir. Həmçinin, Dövlət Reyestri Xidmətinin məktubundan məlum olur ki, Cavabdeh2 adına dövlət reyestri xidmərində qeydiyyatdan keçmiş başqa mənzil yoxdur. Məhkəmə iddiaçı (vəkili-nümayəndəsi) tərəfindən verilmiş sonuncu ərizəni və cavabdeh M.Yelena (vəkili-nümayəndəsi) tərəfindən verilmiş etirazı nəzərdən keçirərək hesab etmişdir ki, həmin ərizənin verilməsi üçün əsasların hazırlıq iclasları zamanı yaranmasına baxmayaraq, ərizə baxış iclasında verildiyindən və ərizədə yeni bir iddia irəli sürüldüyündən, ərizə icraata qəbul edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil1 iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etdi. İddianı qəbul etməyib, etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin “ipoteka predmetinə tutmanın yönəldilməsi” hissəsində təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: ünvan 3n xüsusi notariusu X1 tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh1 faizsiz olaraq 85000 manat 00 qəpik (səksən beş min manat sıfır qəpik) məbləğində pulu borc vermiş, Cavabdeh1 krediti xx.xx.2022-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2021-ci il tarixli sazişdən görünür ki, tərəflər qarşılıqlı razılığa gələrək xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 3M/1557 reyestr nömrəli kredit müqaviləsinə “borc alan krediti xx.xx.2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür” məzmununda dəyişiklik etmişlər. İpoteka saxlayan İddiaçı, ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını - ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 40,15 kv.m. olan mənzili ünvan 3n notariusu Məmmədov İ.A. tərəfindən xx.xx.2021-ci il tarixində 3M/1557 reyestr nömrə ilə təsdiq olunan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı xeyrinə ipoteka ilə yüklü etmiş, ipoteka predmetinin dəyəri ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 100000 (yüz min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 40.15 kv.m. olan 33 saylı mənzil ünvan 3n notariusu Məmmədov İ.A. tərəfindən xx.xx.2021ci il tarixində 3M/1557 reyestr nömrə ilə təsdiq olunan kredit müqaviləsi üzrə İddiaçı xeyrinə xx.xx.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə yüklü edilmiş, daşınmaz əmlakın dövlət reyestrində 3913 nömrəli reyestr kitabının 365843 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 345 (üç yüz qırx beş) manat rüsum ödənilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi barədə bildiriş ipoteka qoyana xx.xx.2022-ci il tarixdə verilmiş, həmin bildirişin qeydə alınması xahiş edilmişdir. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəsmi internet səhifəsindən çıxarışdan görünür ki, İddiaçı həmin ərizə ilə xx.xx.2022-ci ildə müraciət etmişdir. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıqdan görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 5 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsinə və digər tələblərə dair iddia ərizəsi ilə müvafiq məhkəmə instansiyasına müraciət olunacağı bildirilmişdir. İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğinin könüllü ödənilməsi, əks təqdirdə məhkəmə qaydasında həll olunacağı barədə borcalan Cavabdeh1 rəsmi xəbərdarlıq olunsa da, tələb təmin edilmədiyindən qanunvericiliyə uyğun olaraq tələbin təmin edilməsi məqsədilə ünvan 2 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsindən ibarət mənzilə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlandığı bildirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən 33 saylı mənzilin bazar və likvid qiymətinin müəyyən edilməsi məqsədilə hazırki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə 02 iyun 2023-cü il tarixli məlumat xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elmar Səidov tərəfindən verilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə 02 iyun 2023-cü il tarixli məlumatda qeyd olunmuşdur ki, iş üzrə tədqiqat obyektinə baxış keçirilən zaman, 33 saylı mənzilin faktiki olaraq söküldüyü, yerində hündür mərtəbəli yaşayış evinin tikildiyi müəyyən olunduğundan, e-2(006)-705/2023 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2022ci il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Bakı şəhəri Nəsimi rayon MKTB-nin 16 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 217 nömrəli arayışında qeyd edilmişdir ki, ünvan 6 saylı ev xx.xx.2021-ci ildə "xxxx" MTK tərəfindən sökülmüş, yerində yüksəkmərtəbəli ev tikilir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, SS824655923AZ ştrix kodlu sifarişli-xəbərnaməli məktubun qəbul tarixi 2022-ci ilə təsadüf etdiyindən və arxiv sənədləri mövcud qanunvericiliyin tələblərinə uyğun məhv edildiyindən (çatdırma vərəqi) məsələnin müfəssəl araşdırılması imkan xaricindədir. Bununla belə, sistem üzərindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində 22 saylı poçt şöbəsinə (PŞ) qəbul olunmuş sözügedən məktub PŞ-nin öz xidmət ərazisinə aid olmuş və xx.xx.2022-ci il tarixində PŞ-də şəxsən alıcıya təqdim edilmişdir. Belə ki, PŞ ilə aparılan araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh2 onun adına daxil olan poçt göndərişlərinin PŞ-də saxlanması və şəxsən özünə verilməsi barədə mövcud qaydaların tələblərinə uyğun PŞ müdirinə rəsmi ərizə ilə müraciət etdiyindən, həmin məktub da PŞ-də çatdırma vərəqi və xəbərnamə blankına imza etdirməklə şəxsən özünə təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 4, 33 saylı mənzilə dair İddiaçı ********** nömrəli xx.xx.2021-ci il tarixli müraciəti ilə əlaqədar olaraq daşınmaz əmlakın dövlət reyestrində tutmanın yönəldilməsinə dair bildiriş ilə bağlı qeydiyyat aparılmışdır. Həmin əmlaka dair arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin surətləri məktuba əlavə edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada təsdiq edilməklə bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə görə, iddiaçı 85000 manat məbləğində pulu xx.xx.2022-ci ilədək faizsiz geri qaytarmaq şərtilə cavabdeh A.Yasminə vermiş, tərəflər 2 gün sonra, xx.xx.2021-ci ildə müqaviləyə dəyişiklik edərək, həmin məbləğin xx.xx.2022-ci ilədək geri ödənilməsi barədə razılığa gəlmişlər. Həmin tarixdə iddiaçı ilə cavabdehlər A.Yasmin və Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinə görə, cavabdeh M.Yelena tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 40.15 kv.m. olan 33 saylı mənzil yuxarıda qeyd edilmiş kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə iddiaçının xeyrinə ipoteka ilə yüklü etmiş, tərəflər həmin mənzilin dəyərini 100000 manat məbləğində müəyyən etmişlər. Cavabdeh A.Yasmin müqavilə üzrə öhdəliyini icra etmədiyindən, iddiaçı ona müvafiq qaydada xəbərdarlıq ünvanlamış, eyni zamanda, digər cavabdeh M.Yelenaya ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi barədə bildiriş göndərmiş və xx.xx.2022-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, tutmanın yönəldilməsi ilə bağlı bildirişi qeydə aldırmışdır. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış borcun və məhkəmə xərcinin cavabdeh A.Yasmindən tutulması, tutmanın digər cavabdeh M.Yelenanın mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin iddia tələbinin ödənilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait iddia tələbinin ödənilməsi üçün yetərli olmadığı halda, cavabdehin digər əmlakı hesabına təmin edilməsi barədə qətnamə qəbul edilməsi, ipoteka predmeti olan mənzil satıldıqda cavabdehlər və onunla birlikdə yaşayan digər ailə üzvlərinin, həmçinin, ipoteka müqaviləsi bağlandıqdan sonra mənzilə qeydiyyata düşən şəxslərin 1 ay ərzində evləri tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmalarını xahiş etmişdir. İddia tələbi ilə əlaqədar aparılan araşdırma zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elmar Səidov tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məlumat əsasında müəyyən edilmişdir ki, ipoteka predmeti olan mənzil faktiki olaraq sökülmüş, yerində hündürmərtəbəli yaşayış binası tikilmişdir. Bakı şəhəri Nəsimi rayon MKTB-nin 16 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 217 nömrəli arayışında da həmin mənzilin yerləşdiyi binanın xx.xx.2021-ci ildə "xxxx" MTK tərəfindən sökülməsi və yerində yüksəkmərtəbəli ev tikilməsi qeyd edilmişdir. Bu barədə məhkəmənin hazırlıq iclasları zamanı məlumatlı olmasına baxmayaraq, iddiaçı iş məhkəmə baxışına təyin edildikdən sonra, daha dəqiqi məhz baxış iclasına 2 gün qalmış iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tələbin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair hissəsini faktiki olaraq dəyişdirmiş, baxış iclasında ərizə verməsinin səbəbini məhkəməyə təqdim edilmiş vəsatətlərin təmin edilməməsi ilə əsaslandırmışdır. Vəsatətlərin təmin edilməməsinin həmin ərizənin verilməsinə hər hansı maneə törətməməsi aşkar olduğundan və ərizənin verilməsinə əsasın məhkəmə baxışında yaranmış olması dəlili əsassız hesab edildiyindən, məhkəmə ərizəni baxılmaq üçün icraata qəbul etməmiş, məhkəmə tərəfindən iddia ərizəsində göstərilmiş ilkin tələblərə mahiyyəti üzrə baxılaraq hazırki qətnamə qəbul edilmişdir. Məhkəmə iddia tələbinin “23 sentyabr 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış 85000 (səksən beş min) manat əsas borcun Cavabdeh1 tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ilə A.Yasmin arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçının A.Yasminə 85000 manat məbləğində pulu faizsiz olaraq 1 il müddətinə borc verməsi, lakin A.Yasminin müqavilədən irəli gələn öhdəliyi yerinə yetirməməsi, yəni öhdəliyini pozması işin mübahisəsiz halını təşkil edir. Belə ki, A.Yasmin bu barədə sübutetmə yükünün onun üzərində olmasına baxmayaraq, müqavilə üzrə götürdüyü borc məbləğinin hər hansı hissəsinin ödənilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsinin dəlilləri əsaslı olduğundan və mötəbər sübutlarla təkzib edilmədiyindən, tələb bu hissədə təmin edilməlidir. İddia tələbinin “tutmanın Cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsindən ibarət olan mənzilə yönəldilməsi və digər” hissələrinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə araşdırmaları zamanı ipoteka predmeti olan mənzilin yerləşdiyi binanın sökülməsi, yəni ipoteka predmetinin məhv olması müəyyən edilmişdir. İpoteka predmetinin məhv olması ilə ipotekaya xitam verildiyindən məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-269.2, 269.4-269.5-ci maddələrinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1 və 390.5-ci maddələrinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1-740.2-ci maddələrinin tələblərinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1, 48.1.4-cü maddəsinə əsasən, ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 53-cü maddəsinə müvafiq olaraq, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.10-cu maddəsində göstərilənlərə əsasən və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddəsində qeyd olunan əsaslar olduqda, iddiaçı müvafiq tələblərə dair yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.10-cu maddəsinə görə, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddəsinə əsasən, ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 85000 (səksən beş min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iddia Cavabdeh1 münasibətdə təmin edildiyindən, iş üzrə ödənilmiş 345 (üç yüz qırx beş) manat məbləğində dövlət rüsumunun əvəzi də Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 85000 (səksən beş min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 345 (üç yüz qırx beş) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-705/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-705/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver