Məhkəmə qərarları › İş №e-2(006)-72/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-72/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-72/2025 10.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Abdulzadə Aydan Bayraməli qızının cavabdehlər Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru, “X20 Kredit Təşkilatı” MMC-yə qarşı “kredit müqaviləsi üzrə artıq hesaplanmış faiz borcunun və dəbbə pulunun silinməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Abdulzadə Aydan Bayraməli qızı cavabdehlər Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru, “X20 Kredit Təşkilatı” MMC-yə qarşı “kredit müqaviləsi üzrə artıq hesaplanmış faiz borcunun və dəbbə pulunun silinməsi və s.” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli icra qeydi qanunsuz olduğundan ləğv edilməsi və "xxxx" BOKT MMC ilə aralarında bağlanmış 2021/00959 saylı kredit müqaviləsi üzrə 37849.98 AZN əsas borc (otuz yeddi min səkkiz yüz qırx doqquz manat doxsan səkkiz qəpik), 13599.98 AZN faiz borcu (on üç min beş yüz doxsan doqquz manat doxsan səkkiz qəpik),18270.00 AZN dəbbə pulu (on səkkiz min iki yüz yeddi manat) olmaqla cəmi 69719.96 məbləğində qeyri dəqqiq hesablanmış ziddiyətli faiz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli 2021/00959 nömrəli kredit müqaviləsinə əsasən reyestr saylı İpoteka müqaviləsinə əsasən borc alan İddiaçı cavabdeh "xxxx" Bokt MMC-dən illik 32% faiz dərəcəsi ilə 24 ay müddətinə 45.000 (qırx beş min) manat kredit götürmüşdür. Öhdəliyin icrasını təmin edilməsi üçün Bakı şəhəri 53 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 2021/00959-İP nömrəli ipoteka müqaviləsinə əsasən isə anası X10 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Babək küçəsi, 0,0250 ha torpaq sahəsi və üzərində yerləşən 153.50 kv.m. ümumi, 83.2 kv.m. yaşayış sahəsindən ibarət, 1 mərtəbəli, 5 otaqlı 27C saylı fərdi yaşayış evi ipoteka saxlayan "xxxx" BOKT MMC-nin xeyrinə yüklü edilmişdir. Bakı şəhəri 25 saylı Notariat Ofisinin icra qeydinə əsasən cavabdeh əsassız olaraq ondan 45.000 manat götürdüyü kredit məbləğinin və həmin kreditin öhdəliklərinin pozulmasından yaranan 2021/00959 nömrəli saylı kredit üzrə 37849.98 AZN əsas borc (otuz yeddi min səkkiz yüz qırx doqquz manat doxsan səkkiz qəpik), 13599.98 AZN faiz borcu (on üç min beş yüz doxsan doqquz manat doxsan səkkiz qəpik), 18270.00 AZN dəbbə pulu (on səkkiz min iki yüz yeddi manat) olmaqla cəmi tutulmaqla 69719.96 borcu tələb etmişdir. Cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2021-ci il tarixli icra qeydi almış və Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinə göndərmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən tələb olunan 69719.96 (altmış doqquz min yeddi yüz on doqquz manat doxsan altı qəpik) məbləğində cavabdeh "xxxx" Bokt MMC tərəfindən öz maraqlarını nəzərə almaqla hesablanmış və həqiqətə uyğun olmadığı üçün qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Belə ki, barəsində Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinin mövcud olduğunu, 04 oktyabr 2023cü il tarixində Bakı Şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru evin şəkillərinin çəkilərək qiymətləndirməyə təqdim edilməsi üçün mənzilə buraxılmasını tələb etdikdə bilmiş və məlumatı olmuşdur. Beləliklə, cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən ondan 37849.98 AZN əsas borc (otuz yeddi min səkkiz yüz qırx doqquz manat doxsan səkkiz qəpik), 13599.98 AZN faiz borcu (on üç min beş yüz doxsan doqquz manat doxsan səkkiz qəpik), 18270.00 AZN dəbbə pulu (on səkkiz min iki yüz yeddi manat) olmaqla borcu tələb edilir. Nəzərə alınsa ki, kredit məbləğinin təxminən 12.000 manat məbləğindən artıq hissəsini qrafikə uyğun ödəmiş, ödədiyi məbləğin müəyyən hissəsi əsas borca digər hissəsi isə faiz borcuna silindiyi üçün təqribən onun cavabdehə olan borcu təxminən 40.000 manat civarında olmalıdır. Lakin Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli icra qeydinə əsasən 69719.96 ( altmış doqquz min yeddi yüz on doqquz manat doxsan altı qəpik) məbləği ondan tutularaq cavbdehə ödənilməsi tələb olunur. Hesab edir ki, rəqəmlər arasında olan ziddiyət cavabdeh "xxxx" Bokt MMC-ti tərəfindən öz maraqlarını nəzərə alaraq hesablanmış və həqiqətə uyğun deyil. Borclu kimi maraqlarına toxunan Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra sənədi bu qayda da icra edilə bilməz və onun icrası İcra Haqqında Azərbaycan Respublikasının Qanunun 17.1.4-cü maddəsininin tələblərinə uyğun olaraq icra məcburi dayandırılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı Abdulzadə Aydan Bayraməli qızının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddiaçıya bildirişin göndərildiyini və icra qeydnin ləğv edilməsi üçün hər-hansı əsas olmadığından iddianın rədd edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) vaxtı və yeri barədə xəbərdar edilsələrdə tərəflərin nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın əldə edilməsi ilə bağlı X4 ərizəsindən görünür ki, mülkiyyətçi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini ipotekaya qoymaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın “Elektron notariat” informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. - xx.xx.2021-ci il tarixli “Elektron Notariat” X2 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, X11, X6 və X7 Bakı şəhəri, Buzovna qəs., ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. - ipoteka saxlayan “X20 Kredit Təşkilatı” MMC, ipoteka qoyan X11, borc alan İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00959-İP saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna küçəsi, 00250 ha torpaq sahəsi və üzərində yerləşən 153.50 kv.m., sahəsindən ibarət 1 mərtəbəli, 5 otaqlı 27C saylı fərdi yaşayış evi 24 noyabr 2021-ci il tarixli 2021/00959 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.3-cü məddəsinə əsasən ipoteka predmetinin dəyəri 102.000 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 7.6-cı maddəsindən görünür ki, ipoteka saxlayanın “İpoteka haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək hüququ vardır. - Bakı şəhəri 53 saylı Notariat Ofisinin Xüsusi X3 tərəfindən təsdiqlənmiş ərizədən görünür ki, İddiaçı X8 məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Babək küçəsi ünvanında yerləşən 27C saylı fərdi yaşayış evinin və 0.0250 ha olan torpaq sahəsinin (r/n **********10-10301, q/n **********, xx.xx.2019-cu il) "xxxx" MMC-yə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka (girov) qoyulmasına razı olduğunu bildirmişdir. - Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi X3 tərəfindən təsdiqlənmiş ərizədən görünür ki, X1 Gülnarə Rizali qızına məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Babək küçəsi ünvanında yerləşən 27C saylı fərdi yaşayış evinin və 0.0250 ha olan torpaq sahəsinin (r/n **********10-10301, q/n **********, xx.xx.2019-cu il) "xxxx" MMC-yə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka (girov) qoyulmasına razı olduğunu bildirmişdir. - İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında 25 avqust 2023-cü il tarixli icra qeydindən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Babək küçəsi, 0,0250 ha torpaq sahəsi və üzərində yerləşən 153.50 kv.m ümumi, 83,2 kv.m yaşayış sahəsindən ibarət 1 mərtəbəli, 5 otaqlı, 27C saylı fərdi-yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilsin. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 01 noyabr 2024-cü il tarixli, 9/8178 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00959 saylı kredit müqaviləsin əsasən Abdulzadə Aydan Bayraməli qızının kredit müddətinin sonuna, yəni xx.xx.2023-cü il tarixinə “X20 Kredit Təşkilatı” MMC-yə yaranmış borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə - 37.770,89 manat; faiz borcu üzrə - 19.003,67 manat. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddiaçının xx.xx.2023-ci il tarixli icra qeydi qanunsuz olduğundan ləğv edilməsinə dair iddia tələbinin dəlili ilə razılaşmır. Belə ki, iddiaçı xx.xx.2023-ci il tarixli icra qeydinin qanunsuz olması ilə bağlı iki məqamı vurğulamışdır. Birincisi iddiaçı bildirir ki, Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli icra qeydinə əsasən tələb olunan 69719.96 manat məbləğində borc, ondan 37849.98 AZN əsas borc, 13599.98 AZN faiz borcu, 18270.00 AZN dəbbə pulu olmaqla cavabdeh "xxxx" Bokt MMC tərəfindən öz maraqlarını nəzərə almaqla hesablanmış və həqiqətə uyğun olmadığı üçün həmin borc, həmçinin icra qeydi qanunsuz və əssassız olduğundan ləğv olunmalıdır. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Eyni Məcəllənin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Qeyd edilən Məcəllənin 422.2.2-ci maddəsindən görünür ki, şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Məhkəmə qeyd edir ki, silinməsi tələb edilən borc tərəflər arasında bağlanmış 2021/00959 saylı kredit müqaviləsindən irəli gəlmişdir. İddiaçı tərəf isə sözügedən kredit müqaviləsi üzrə cavabdeh tərəfindən əsassız olaraq borcun hesablandığını iddia etmişdir. Məhkəmə tərəfindən bu məsələyə aydınlıq gətirilməsi üçün işin məhkəmədə baxılması zamanı mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 01 noyabr 2024-cü il tarixli, 9/8178 nömrəli rəyinə əsasən iddiaçının müqavilə bitən müddətə, yəni xx.xx.2023-cü il tarixinə “X20 Kredit Təşkilatı” MMC-yə əsas borc üzrə 37.770,89 manat, faiz borcu üzrə 19.003,67 manat, yəni Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydində göstərilən məbləğdən daha çox olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Beləliklə də müvafiq ekspert rəyi ilə də iddiaçının həqiqətən Banka borcunun olması öz təsdiqini tapdığından və bunun əksi iddiaçı tərəfindən sübut olunmadığından qeyd edilən hissədə iddia əsaslı olmadığından, təmin edilməməlidir. İkincisi iddiaçı bildirir ki, Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli icra qeydinin mövcud olduğunu, 04 oktyabr 2023-cü il tarixində Bakı Şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru evin şəkillərinin çəkilərək qiymətləndirməyə təqdim edilməsi üçün mənzilə buraxılmasını tələb etdikdə bilmiş və məlumatı olmuşdur. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı aşağıdakıları qeyd edir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci bəndinə əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilmədiyindən, icra qeydi qanuni və əsaslı olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq icra qeydinin verilməsindən öncə tələbkar sifarişli poçt vasitəsilə iddiaçıya pasport qeydiyyatı üzrə ünvana icra qeydinin aparılacağı barədə bildiriş göndərmiş, sözügedən bildiriş xx.xx.2023cü il tarixdə “Quliyev Rüfət” adlı şəxs tərəfindən qəbul edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi sözügedən hissədə əsassızdır. Bundan əlavə isə məhkəmə qeyd edir ki, tələbkarın tələb edilən məbləğ ilə bağlı bildirişi rəsmi poçt vasitəsilə borclunun rəsmi (məlumat verilən) ünvanına göndərməsi tələbkarı digər risklərdən azad etmiş hesab etməlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı Abdulzadə Aydan Bayraməli qızının cavabdehlər Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru, “X20 Kredit Təşkilatı” MMC-yə qarşı “kredit müqaviləsi üzrə artıq hesaplanmış faiz borcunun və dəbbə pulunun silinməsi və s.” tələbinə dair iddiası əsassız hesab edilməklə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia tələbi təmin edilmədiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddiaçı Abdulzadə Aydan Bayraməli qızından tutularaq Az.MEM, VÖEN **********, X12, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Abdulzadə Aydan Bayraməli qızının cavabdehlər Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru, “X20 Kredit Təşkilatı” MMC-yə qarşı “kredit müqaviləsi üzrə artıq hesaplanmış faiz borcunun və dəbbə pulunun silinməsi və s.” tələbinə dair iddiası əsassız hesab edilməklə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçı Abdulzadə Aydan Bayraməli qızından tutularaq Az.MEM, VÖEN **********, X12, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar