Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-723/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 42.000 manatın və iddia ərizəsi verilərkən ödənilmiş 216 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2010-cu il tarixdə yaxın tanışının köməkliyi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 1-ci girişində, 11-ci mərtəbəsində yerləşən 52.5 kv.metr sahəli 57 nömrəli və 65 nömrəli mənzilləri həmin tarixdə dəyərini tam ödəməklə almış, buna dair MTK ilə aralarında müqavilələr bağlanmış, maliyyə arayışları verilmişdir. Sonradan iddiaçı həmin mənzillərə daxil ola bilməməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən məlum olmuşdur ki, mənzillər ondan əvvəl müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə satılmışdır. Bununla da, "xxxx" MTK müqavilə əsasında başqa şəxslərə məxsus evləri təkrarən ona satmaq adı ilə 42.000 manat pulunu özündə saxlamaqla əsassız olaraq varlanmışdır. Bundan sonra iddiaçı "Yeni Yasamal” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan vurulmuş zərərin əvəzi olaraq 70.000 manat məbləğində pulun, qətnamə icra olunan tarixdə həmin pula hesablanmış Azərbaycan Respublikası Milli Bankının uçot faiz dərəcəsi üzrə faiz borcunun, əldən çıxmış fayda olaraq 20.000 manat məbləğində pulun va mənəvi ziyana görə 50.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda "Yeni Yasamal” MTK İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK-da olan yaşayış binasının 1-ci girişində olan 11-ci mərtəbəsində yerləşən 52.5 kv.metr sahəli 57 nömrəli və 65 nömrəli mənzillərə dair xx.xx.2010-cu il tarixdə MTK ilə İddiaçı arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-5419/2018 saylı qətnaməsinə əsasən ilkin iddia tələbi rədd edilməklə, qarşılıqlı iddia tələbi təmin edilmişdir. Qətnamədə qeyd olunan faktlar Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(093)-10/2017 saylı hökmü ilə də bir daha öz təsdiqini tapmışdır. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı ona dəfələrlə pulları iddiaçıya ödəməsi barədə xəbərdarlıq edilsədə o bundan yayınmışdır. İddiaçı sonda pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddia ərizəsinə etiraz verməklə onun təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2010-cu il tarixdə yaxın tanışının köməkliyi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən "xxxx" MTK-ya maxsus yaşayış binasının 1-ci girişində, 11-ci mərtəbəsində yerləşən 52.5 kv.metr sahəli 57 nömrəli və 65 nömrəli mənzilləri həmin tarixdə dəyərini tam ödəməklə almış, buna dair MTK ilə aralarında müqavilələr bağlanmış, maliyyə arayışları verilmişdir. Sonradan iddiaçı həmin mənzillərə daxil ola bilməməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən məlum olmuşdur ki, mənzillər ondan əvvəl müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə satılmışdır. Bununla da, "xxxx" MTK müqavilə əsasında başqa şəxslərə məxsus evləri təkrarən ona satmaq adı ilə 42.000 manat pulunu özündə saxlamaqla əsassız olaraq varlanmışdır. Bundan sonra iddiaçı "Yeni Yasamal” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan vurulmuş zərərin əvəzi olaraq 70.000 manat məbləğində pulun, qətnamə icra olunan tarixdə həmin pula hesablanmış Azərbaycan Respublikası Milli Bankının uçot faiz dərəcəsi üzrə faiz borcunun, əldən çıxmış fayda olaraq 20.000 manat məbləğində pulun va mənəvi ziyana görə 50.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda "Yeni Yasamal” MTK İddiaçı qarşı qarşılıqı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK-da olan yaşayış binasının 1-ci girişində olan 11-ci mərtəbəsində yerləşən 52.5 kv.metr sahəli 57 nömrəli və 65 nömrəli mənzillərə dair xx.xx.2010-cu il tarixdə MTK ilə İddiaçı arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)- 5419/2018 saylı qətnaməsinə əsasən ilkin iddia tələbi rədd edilməklə, qarşılıqlı iddia tələbi təmin edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki: "xxxx" MTK-nı 2007-ci ildə Nəsib Əliyev, Əliheydər Şahmarov, Soltanağa Şahmarov və Zülfüqar Səfərovla birlikdə alaraq təsisçiləri olmuşlar. Cahangir Alışov isə həmin MTK-nın sədri təyin edilmişdir. Cahangir Alışov 2010-cu ilin may-iyun aylarında səhər saat 10 radələrində MTK-nın icraçı direktoru Nadir Feyziyevlə MTK-nın ofisində görüşmüş, söhbət zamanı sonuncu onu və Nəsibi dünən Milli Təhlükəsizlik Nazirliyinə çağırılmalarını, orada adlarını bilmədiyi digər MTN əməkdaşları bəzi müqavilələri imzalaması üçün ona təzyiq göstərdiyini, adlarına müqavilə tərtib olunmuş həmin şəxslərin heç birini tanımadığını, həmin şəxslərin yalnız şəxsiyyət vəsiqələri təqdim olunmuş və müqavilələr də MTN-nin inzibati binasında, bəziləri isə sonradan MTK-nın ofisində imzalanmışdır. Sonradan həmin mənzillər digər şəxslərin adına yenidən rəsmiləşdirilmişdir. Yəni ilkin olaraq mənzillar MTN əməkdaşlarının təqdim etdiyi şəxsiyyət vəsiqələri əsasında onların adlarına rəsmiləşdirilmiş, daha sonra isə həmin mənzillər qeyd olunan MTN əməkdaşlarının, bundan başqa Elçin, Ceyhun və Raufun gətirdiyi alıcılara satılmış, pullar isə özləri tərəfindən görürülmüşdür. İlkin iddia tələbinin qeyd edilən "Yeni Yasamal” MTKda olan yaşayış binasının 1-ci girişində olan, 11-ci mərtəbəsində yerləşən hər biri 1 otaqlı, hər birinin sahəsi 52.5 kv.m olan 57 №-li və 65 №-İi mənzillər göstərilən hadisələr nəticəsində xx.xx.2010-cu il tarixdə bağlanmış müqavilələr əsasında Nəsib Əliyev tərəfindən Cavabdeh adına qanunsuz, əsassız və hədə-qorxu nəticəsində rəsmiləşdirilmişdir. Həmin mənzillər digər şəxslərin adına yenidən rəsmiləşdirilmiş, yəni Cavabdeh gətirdiyi alıcılara satılmış, həmin gün də hər iki mənzil Cavabdeh ərizəsi ilə hər birinin dəyəri 21.000 manat olmaqla, İddiaçı adına rəsmiləşdirilmiş, ümumilikdə 42.000 manat pul isə Cavabdeh tərəfindən götürülmüşdür. Halbuki, qeyd olunan 2 mənzil MTK tərəfindən xx.xx.2007-ci il və xx.xx.2007-ci il tarixlərdə digər şəxslərin adlarına rəsmiləşdirilmişdir və hal-hazırda da həmin şəxslərin qanuni sahiblik və istifadəsindədir. Qətnamədə qeyd olunan faktlar Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(093)- 10/2017 saylı hökmü ilə də bir daha öz təsdiqini tapmışdır. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı ona dəfələrlə pulları iddiaçıya ödəməsi barədə xəbərdarlıq edilsə də o bundan yayınmışdır. İddiaçı sonda pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırki iddia üzrə Cavabdeh pulun tələb edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, qeyd edilən münasibətlər "Yeni Yasamal” MTK ilə iddiaçı arasında baş vermişdir. Bunun cavabdeh qismində qoyulmuş Cavabdeh heç bir əlaqəsi yoxdur. Belə ki, maliyyə arayışı və müqavilə məhz yuxanda qeyd edilən tərəflər arasında bağlanmışdır. Bundan başqa qeyd edilən mübahisə üzrə iddiaçı iddia müddətlərini də ötürmüşdür. Belə ki, müqavilələrdən yaranan münasibətlərə üç illik iddia müddəti tətbiq edildiyi halda tərəf qeyd edilən mübahisələndirmə müddətini də ötürmüşdür. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək, mülki münasibətlərin əsassız varlanmaya aid edilməsini nəzərə alaraq iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ona müraciət edərək Bakı şəhəri, Yasamal rayonu ərazisindən 2 ədəd mənzil almaq istədiyini bildirmişdir. Həmin vaxtlar "xxxx" MTK-nın ona borcu olmuşdur. Borcun əvəzinə MTK ona 8 ev, qeyri-yaşayış sahəsi və qaraj vermişdir. Həmin evlərdən ikisini İddiaçı almışdır. Müqavilə "xxxx" MTK və Xanlar arasında bağlanmışdır. Xanlar mənzillərin pulunu ona vermişdir. Müqaviləyə MTK-nın həm direktoru həm də təsisçisi imza çəkmişdir. Müqaviləyə imza edərkən Xanlar demişdir ki, onu aldatmırıq ki? Bildirmişlər ki, heç bir problem olmayacaqdır. 4-5 il keçdikdən sonra Xanlar gəlib görmüşdür ki, mənzillər başqa şəxslərə satılmışdır. Tək Xanlar yox, o, da aldanmışdır. MTK-nın hal-hazırda ona da xeyli miqdarda borcu vardır. İddiaya cavab verməli olan şəxs o, deyildir. MTK-nın təsisçisi Nəsib Əliyev və digər şəriki Alışov Cahangir olub. Şirkətin 33%-i Nəsib Əliyevə məxsus olmuşdur. Hər ikisinin müqaviləyə imza çəkmə səlahiyyəti olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən "xxxx" MTK-ya ünvanlanmış ərizənin surətindən görünür ki, o, payçısı olduğu mənzil №57, mərtəbə İX, otaqların sayı 1, mənzilin sahəsi 52.5 kv.m İddiaçı adına sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Mənzilin dəyəri olan 21000 manatın ona ödənilməsini qeyd etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən "xxxx" MTK-ya ünvanlanmış ərizənin surətindən görünür ki, o, payçısı olduğu mənzil №65, mərtəbə X, otaqların sayı 1, mənzilin sahəsi 52.5 kv.m İddiaçı adına sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Mənzilin dəyəri olan 21000 manatın ona ödənilməsini qeyd etmişdir. İş materiallarında olan "xxxx" MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2010cu il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş "xxxx" MTk-nın tikilməkdə olan binasında 57№li mənzilin alıcıya verilməsi, mənzilin dəyərinin isə vaxtında ödənilməsi alıcının üzərinə qoyulmuşdur. Mənzilin ümumi dəyəri 21000 manat müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2010cu il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş "xxxx" MTk-nın tikilməkdə olan binasında 65№li mənzilin alıcıya verilməsi, mənzilin dəyərinin isə vaxtında ödənilməsi alıcının üzərinə qoyulmuşdur. Mənzilin ümumi dəyəri 21000 manat müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MTK tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş maliyyə arayışlarının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasında 57 və 65 №li mənzillərin hər birinə görə İddiaçı tərəfindən 21000 manat ödənilmişdir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)- 5419/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı “Yeni Yasamal" MTK-ya qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə ilkin iddiasının rədd edilməsi və həmin iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı oğlgna aid edilməsi, “Yeni Yasamal“ MTK-nın İddiaçı qarşı müqavilələrin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının təmin edilməsi, "xxxx" MTK ilə İddiaçı arasında "xxxx" MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 1-ci bloku, 9cu və 10-cu mərtəbələrində yerləşən, hər biri 52,5 kv.metr sahəli, 1 otaqlı, müvafiq olaraq 57 və 65 nömrəli mənzillərin alqı-satqısına dair bağlanmış 30 iyul 2010-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)- 5419/2018 saylı qətnaməsi xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən göründüyü kimi, müqavilələrin etibarsızlığının hüquqi əsasını ümumi etibarsızlıq müdəaları təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MTK-ya payçısı olduğu 57 və 65 saylı mənzillərin İddiaçı adına sənədləşdirilməsinə icazə verilməsini xahiş etmiş, mənzillərlə bağlı İddiaçı ilə "xxxx" MTK arasında müqavilə bağlanılmaqla hər bir mənzil üzrə dəyəri 21000 manat Cavabdeh ödənilmişdir. Sonradan İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqavilələr etibarsız hesab edilmişdir. Hazırda iddiaçı etibarsız hesab edilmiş müqavilələr üzrə cavabdehə ödədiyi cəmi 42000 manatın ona geri qaytarılmasını tələb edir. Cavabdehin iddia üzrə etirazının dəlillərinin əsasında mübahisə üzrə münasibətlərlərin "Yeni Yasamal” MTK ilə iddiaçı arasında baş verməsi, onun bu iş üzrə cavab verməli şəxs olmadığı durmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqavilələr etibarsız hesab edildiyindən mənzillərin verilməsi müqabilində ödənilmiş cəmi 42 000 manat ona geri qaytarılmalıdır. Məhkəmə cavabdehin iddiaya cavab verməli şəxs olmadığı əsası ilə iddianın rədd edilməsi dəlillərinə münasibət qeyd edir ki, məhkəmənin əvvəlki iclasında cavabdeh mənzillərə qarşılıq olaraq pulların iddiaçı tərəfindən ona ödənilməsini etiraf etmişdir. Əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarını geri qaytarmalı olduqları əsası ilə cavabdeh tərəfindən həmin məbləğ iddiaçıya geri qaytarılmalıdır. Bundan əlavə, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)- 5419/2018 saylı qətnaməsi ilə İddiaçı “Yeni Yasamal" MTK-ya qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə ilkin iddiası rədd edilmişdir. Məhkəmə cavabdehin iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh iddia müddətinin tətbiq edilməsinin əsasını münasibətlərin mülki qanunvericiliyin əsassız varlanma hissəsinə aid edilməklə rədd edilməli olmasını vurğulamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki halda tərəflər arasında olan münasibətlərin rəsmi müqavilə əsası olmasa da, cavabdehin özünə aid mənzillərin iddiaçının adına rəsmiləşdirilməsi barədə xahişi, bunun əsasında da həmin mənzillərin müqabilində 42 000 manatın qəbul etməsi əsassız varlanma hesab etmək olmaz. Belə ki, tərəflər arasında pul müqabilində mənzillər üzərində olan hüququn verilməsi barədə razılıq mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, "Yeni Yasamal” MTK ilə iddiaçı arasında bağlanmış müqavilələr etibarsız hesab edilməsəydi iddiaçı mənzillərə sahiblik edəcəkdi. Lakin, müqavilələrin etibarsız hesab edilməsi ilə, iddiaçı bu hüququndan məhrum olmuşdur və bunun nəticəsində ona ziyan dəymişdir. Bunula yanaşı, cavabdehin mübahisəli məsələyə müqavilələrdən yaranan münasibətlərə üç illik iddia müddətinin şamil olunması və münasibətləri əsassız varlanmaya aid etməklə ilə iddia müddətinin ötürüldüyü əsasları ilə çıxış etsə də, bu dəlillərə münasibətdə qeyd olunmalıdır ki, mübahisələndirilən münasibətlərin kökündə cavabdehlə MTK arasında və buna əsasən də iddiaçı ilə cavabdeh arasında fərdimüəyyən əşya olan daşınmaz əmlakın verilməsi barədə müqavilələrin etibarsızlığı olduğuna görə qeyd olunan müddətlər tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına əsasən, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Odur ki, cavabdehin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 42.000 manat və ödənilmiş 216 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-723/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-723/2025
13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver