Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-729/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin (Ləğv prosesindədir) cavabdeh Şı̇ rı̇ nov Sənan İkram oğluna qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ (Ləğv prosesindədir) cavabdeh Şı̇ rı̇ nov Sənan İkram oğluna qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ (Ləğv prosesindədir) cavabdeh Şı̇ rı̇ nov Sənan İkram oğluna qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" 2(001)-5201/2023 saylı mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ cəmi 1955,10 (bir min doqquz yüz əlli beş manat on qəpik) manat borc olmaqla – bundan 1393,71 (bir min üç yüz doxsan üç manat yetmiş bir qəpik) manat əsas, 388,30 (üç yüz səksən səkkiz manat otuz qəpik) manat faiz və və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 173,09 (bir yüz yetmiş üç manat doqquz qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2019-cu il tarixli 00/14084/İMK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********102 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1955,10 (bir min doqquz yüz əlli beş manat on qəpik) AZN təşkil edir. Bundan 1393,71 (bir min üç yüz doxsan üç manat yetmiş bir qəpik) AZN əsas, 388,30 (üç yüz səksən səkkiz manat otuz qəpik) AZN faiz vəAR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 173,09 (bir yüz yetmiş üç manat doqquz qəpik) AZN borcu təşkil edir. Sonradan, cavabdeh Şı̇ rı̇ nov Sənan İkram oğlu etiraz ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışlar ki, 22 fevral 2019-cu il tarixli "xxxx" ASC ilə bağlanan kredit müqaviləsi formal olaraq onunla bağlansa da, əslində, bu kredit başqa bir şəxs üçün lazım olunmuş, onun üçün götürülmüş, həmçinin 2850 AZN dəyərində olan bu məbləğ onun tərəfindən istifadə olunmuşdur. Bu kredit müqaviləsi bağlanan zaman onun həqiqi iradə ifadəm olmamışdır. Belə ki, sözügedən müqavilə bağlanmamışdan əvvəl onunla bu şəxs arasında müəyyən danışıqlar getmiş və razılaşma (şifahi müqavilə) əldə olunmuşdur ki, rəsmi iş yeri olduğundan o həmin məbləğdə krediti bu şəxs üçün götürəcək, bu şəxs də ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada, aybaay bu krediti ödəyəcəkdir. Bu müqavilə də əslində onunla deyil, şəxslə bağlandığından iddiaçı tərəfindən tələb olunan pul da məhz həmin şəxs tərəfindən ödənməlidir. O da qeyd olunmalıdır ki, iddia ərizəsində qeyd olunan məbləğ bankda ona deyil, həmin şəxsə təqdim edilmiş, pul vəsaitini kassadan o deyil, sözügedən şəxs götürmüşdür. İddiaçı tərəfindən pul vəsaitinin məhz ona verildiyini təsdiq edən hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsində onun həqiqi iradəsi olmadığından, habelə bu müqavilənin əsl subyektləri və ya tərəfləri Şəxs ilə iddiaçı olduğundan, iddia təmin edilməməlidir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Şı̇ rı̇ nov Sənan İkram oğlu məhkəməyə ərizə ünvanlayaraq, iclasın onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Şı̇ rı̇ nov Sənan İkram oğlu izahatında kreditin onun adına olduğunu, lakin pul vəsaitinin ona verilmədiğini bildirərək, cavabdehin əsl cavabdehlə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ASC-nin «Mərkəz» filialı ilə Şı̇ rı̇ nov Sənan İkram oğlu arasında bağlanmış 22 fevral 2019-cu il tarixli 00/14084/İMK nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 2850 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 22 fevral 2019-cu il tarixli 00/14084/İMK nömrəli kredit müqavilə üzrə ödəniş cədvəli Şı̇ rı̇ nov Sənan İkram oğlu tərəfindən imzalanmışdır. Həmin cədvəl üzrə xx.xx.2019-xx.xx.2021-ci il dövrü ərzində cəmi 3548,47 manat kredit ödənişinin (2850 manat əsas məbləğ, 698,47 manat faiz məbləği) ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən Şı̇ rı̇ nov Sənan İkram oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış ümumi borcun ödənilməməsi səbəbindən, müvafiq tələblə məhkəməyə müraciət olunacağı bildirilmişdir Maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış 22 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə Şı̇ rı̇ nov Sənan İkram oğlunun 22 avqust 2023-cü il tarixə 1393,71 manat əsas borc, 388,3 manat faiz və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 173,09 manat faiz olmaqla, cəmi 1955,10 manat borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2024-cü il tarixli 9/10164 saylı rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, 22 fevral 2019-cu il tarixli, 00/14084/İMK saylı kredit müqaviləsində qeyd edilən şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə (iddia tarixinə) iddiaçı "xxxx" ASC-yə olan borcu 1.865,18 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə - 1.393,72 manat; - faiz borcu üzrə - 297,25 manat; - faiz (illik 5% hesablanmaqla) - -174,21 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələgəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Şı̇ rı̇ nov Sənan İkram oğlu qeyd olunan müqavilə üzrə "xxxx" ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, LPO "xxxx" ASC-nin ləğvedicisi ƏSF pretenziya qaydasına riayət edərək, cavabdeh Şı̇ rı̇ nov Sənan İkram oğlundan borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh kredit müqaviləsi formal olaraq onunla bağlansa da, əslində, bu kreditin başqa bir şəxs üçün götürüldüyünü bildirərək, cavabdehin əsl cavabdehlə əvəz edilməsini xahiş etsə də, istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə vurğulayır ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Şı̇ rı̇ nov Sənan İkram oğlundan 1393,71 manat məbləğində əsas borc, 297,25 manat məbləğində faiz borcu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 173,09 manat faiz olmaqla, cəmi 1864,05 manat məbləğində borc, habelə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 40 manatın 38 manatı iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 3 manatı iddiaçı LPO "xxxx" ASC-dən, 47 manatı isə cavabdeh Şı̇ rı̇ nov Sənan İkram oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Şı̇ rı̇ nov Sənan İkram oğlundan 1393,71 manat məbləğində əsas borc, 297,25 manat məbləğində faiz borcu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 173,09 manat faiz olmaqla, cəmi 1864,05 (bir min səkkiz yüz altmış dörd manat, beş qəpik) manat məbləğində borc, habelə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 40 manatın 38 manatı iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 3 manatı iddiaçı LPO "xxxx" ASC-dən, 47 manatı isə cavabdeh Şı̇ rı̇ nov Sənan İkram oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-729/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-729/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver