Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-760/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin "xxxx" X2 cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-ya qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" X7 cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-ya qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospektində yol vərəqəsi əsasında idarə etdiyi mülkiyyət hüququ "xxxx" ASC-yə məxsus «Volkswagen Pointer» minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" X4 məxsus olan 1 ədəd Qalvaniz olunmuş elektrostatik toz boyalı H-12 tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəsinə 576 manat dəyərində maddi ziyan yetirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində xx.xx.2022-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi barədə» qərar qəbul edilmişdir. Həmin qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs «Volkswagen Pointer» minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 tanınmışdır. Aşağıda göstərilənlərə əsasən iddiasını qanuni və əsaslı sayaraq hesab edirlər ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində müəssisəsinə dəymiş 576 manat məbləğində maddi ziyanın cavabdehlərdən tutularaq "xxxx" X4 ödənilməlidir. Cavabdehlər maddi ziyanın ödənilməsi üçün müəssisəsinə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişlər. Göstərilənlərə əasən Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X4 vurulmuş 576 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin "xxxx" X2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, həqiqətən "xxxx" ASC-də çalışan Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yol vərəqəsi əsasında idarə etdiyi mülkiyyət hüququ "xxxx" ASC-yə məxsus «Volkswagen Pointer» minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə iddiaçı "xxxx" X4 məxsus 1 ədəd Qalvaniz olunmuş elektrostatik toz boyalı H-12 tipli işıq dirəyinə maddi ziyan dəymişdir. Ancaq bildirmək istəyir ki, iddiaçı tərəfindən təqdim olunmuş aktlar əsasında ziddiyət vardır. İddiaçının təqdim etdiyi iddia ərizəsində zərər kimi 576 manat göstərilsə də, qüsur aktında vurulmuş ziyan kimi 572,80 manat qeyd olunmuşdur.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AA 863330 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** AX *** qeydiyyat nişanlı «Volkswagen Pointer» minik markalı nəqliyyat vasitəsi «Bakıelektrikşəbəkə» (hazırki "xxxx" ASC) ASC-nin adına qeydiyyata alınmışdır.
9. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək etibarlı olmuş 024233 nömrəli minik avtomobili üçün yol vərəqəsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən «Volkswagen Pointer» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh1 çıxma vaxtı saat 08.00 vaxtı üçün yol vərəqəsi vermişdir.
10. İş materiallarında olan Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarnın surətindən görünür ki, əməlində cinayət tərkibi olmadığına görə Cavabdeh1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surəti Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
11. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş smetasının təsdiq edilmiş surətindən görünür ki, Ziya Bünyadov prospektində naməlum sürücünün idarə etdiyi «Volkswagen Pointer» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə vurulmuş Qalvaniz elektrostatik toz boyalı H-12 m işıq dirəyinin dayaq hissəsinin bərpası üçün 576 manat vəsait hesablanmışdır.
12. İş materiallarında olan "xxxx" ASC-nin iş icraçısı Z.Həsənov, mühəndis A.İsayev, "xxxx" EŞM-nin baş mühəndisi T.Məmmədov, baş mühasib S.Böyük-zadə, Texniki İstismar Xidmətinin rəisi K.Zeynalov və Nərimanov rayon TİXS-nin rəisi E.Əjdərov tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Ziya Bünyadov prospektinin (8,8 km.) işıqlandırma sistemini (11 adda materialların miqdarı və məbləği, o cümlədən 568 ədəd 160 km/saat küləyə davamlı, qalvaniz, elektrostatik toz boyalı H-12 m dayaqların, hər birinin qiyməti 640 manat göstərməkdə) əvəzsiz olaraq "xxxx" ESM-nin balansına təhvil vermişdir.
13. İş materiallarında olan "xxxx" EŞM tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 02 saylı qüsur aktının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Volkswagen Pointer» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə vurulmuş "xxxx" EŞM-yə məxsus Qalvaniz elektrostatik toz boyalı H-12 m işıq dirəyinin dayaq hissəsinin bərpası üçün 572,80 manat vəsait hesablanmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində "xxxx" ASC-nin əməkdaşı Cavabdeh1 yol vərəqəsi əsasında "xxxx" ASC-yə məxsus «Volkswagen Pointer» markalı, **-AX-*** dövlət nişanlı avtomobili ilə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçıya məxsus olan 1 ədəd Qalvaniz elektrostatik toz boyalı H-12 m işıq dirəyini yarasız hala salaraq "xxxx" X4 maddi ziyan vurmuşdur. Hazırda iddiaçı cavabdehlərdən müştərək qaydada maddi ziyanın əvəzini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Həmçinin, Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
19. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
20. Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən isə bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
21. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.
22. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə qüsur aktını əsas götürərək, belə nəticəyə gəlir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdeh "xxxx" ASC-dən dəymiş maddi ziyanın əvəzi kimi 572,80 (beş yüz yetmiş iki manat, səksən qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən ona vurulmuş maddi zərərin olmasını təsdiq edən sübutu məhkəməyə etsədə qeyd olunan qüsur aktında yekun olaraq 576 manatın hesablanmasında yalnışlığa yol verilmişdir. Zədələnmış əşyanın dəyərini 640 manat hesablamış, köhnəlmə əmsalı tətbiq edilməklə (10,5 %) 572,80 manat müəyyən edilmişdir. Lakin 572,80 manatdan 576 manata keçməsi müəyyən edilə bilməmişdir.
23. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
26. Məhkəmə iddia tələbinin dəymiş zərərin eyni zamanda digər Cavabdeh1 də müştərək qaydada tutulması üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.
27. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
28. Məhkəmə qeyd edir ki, hazırki digər Cavabdeh1 mülki iş üzrə subyektiv cavabdeh deyildir. Yalnız bundan sonra "xxxx" ASC-nin reqres qaydasında işçisi olmuş Cavabdeh1 qarşı iddia irəli sürmək hüququ vardır.
29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
30. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən vurulmuş ziyana görə 572,80 (beş yüz yetmiş iki manat, səksən qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" X4 ödənilməli, iddia tələbi qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
31. Azərbaycan Respublikası MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
32. «Dövlət rüsumu haqqında» AR Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.
33. Bəhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulmalıdır.
34. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən vurulmuş ziyana görə 572,80 (beş yüz yetmiş iki manat, səksən qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, cəmi 602,80 (altı yüz iki manat, səksən qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" X4 ödənilməlidir. İddia tələbi qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov