Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-815/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı X6 Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 yanvar 2022-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.09.2006-cı il təvəllüdlü X4 və 11.04.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay ataları Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.10.2018-ci il tarixli, 2(006)-3802/2018 nömrəli qətnaməsi ilə iddiaçı Abbasova Rəna Gülağa qızının Cavabdeh qarşı “nikahın pozulması və sair” tələbinə dair ilk iddiası qismən təmin edilərək, Cavabdeh ilə onun arasında 25.12.2004-cü il tarixdə bağlanmış və Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 25.12.2004-cü il tarixdə 1097 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 21.09.2006-cı il təvəllüdlü Abbasova Leyla Nazim qızının və 11.04.2010-cu il təvəllüdlü X3 onun yanında qalmaları, 21.09.2006-cı il i təvəllüdlü X4 və 11.04.2010-cu il təvəllüdlü X3 ataları Cavabdeh alınaraq anaları X7 verilməsi, 21.09.2006-cı il təvəllüdlü X4 və 11.04.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay bir uşaq üçün 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi, alimentin tutulmasının başlanğıcının uşaqlarının faktiki olaraq ona verildiyi tarixdən hesablanması, ilk iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh Cavabdeh ona qarşı “uşağın atanın yanında qalmasının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.04.2019-cu il tarixli, 2(103)-3643/2019 nömrəli qətnaməsi ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.10.2018-ci il tarixli, 2(006)- 3802/2018 nömrəli qətnaməsinin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- ! 7505/2019 saylı iş üzrə, 09.12.2019-cu il tarixli qərarına əsasən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülk, Kollegiyasının 23.04.2019-cu il tarixli, 2(103)- 3643/2019 nömrəli qətnaməs dəyişiklik edilmədən saxlanılmışdır. Keçmiş əri Cavabdeh BOS Şelf MMC-də avtomat qaynaqçı işləyir və onun orta aylıq əmək haqqısı 2607.41 (iki min altı yüz yeddi manat qırx bir qəpik) manat təşkil edir. Lakin buna baxmayaraq, o, bir uşağa cəmi 154 (bir yüz əlli dörd) manat, iki uşağa 308 (üç yüz səkkiz) manat məbləğində aliment ödəyir. Bu hal uşaqların 21.09.2006-cı il təvəllüdlü X4 və 11.04.2010-cu il təvəllüdlü X3 hüquqlarını kobud şəkildə pozur Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil yuxarıda qeyd edilən məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.04.2019-cu il tarixli, 2(103)- 3643/2019 nömrəli qətnaməsinin dəyişdirilməmiş saxlanması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (102)-7505/2019 saylı, 09.12.2019-cu il tarixli qərarından göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.10.2018-ci il tarixli, 2(006)-3802/2018 nömrəli qətnaməsi ilə iddiaçı Abbasova Rəna Gülağa qızının Cavabdeh qarşı “nikahın pozulması və sair” tələbinə dair ilk iddiası qismən təmin edilərək, Cavabdeh ilə Abbasova (Gözəlova) Rəna Gülağa qızı arasında 25.12.2004-cü il tarixdə bağlanmış və Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 25.12.2004-cü il tarixdə 1097 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 21.09.2006-cı il təvəllüdlü X4 və 11.04.2010-cu il təvəllüdlü X3 anaları X5 yanında qalmaları, 21.09.2006-cı il təvəllüdlü X4 və 11.04.2010-cu il təvəllüdlü X3 ataları Cavabdeh alınaraq anaları X7 verilməsi, 21.09.2006-cı il təvəllüdlü X4 və 11.04.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay bir uşaq üçün 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X7 verilməsi, alimentin tutulmasının başlanğıcının uşaqlarının faktiki olaraq anaları X7 verildiyi tarixdən hesablanması, ilk iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh Cavabdeh iddiaçı X7 qarşı “uşağın atanın yanında qalmasının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Vəkil sorğusuna 20.10.2021-ci il tarixli cavab məktubunun surətindən görünür ki, "xxxx" MMC-də avtomat qaynaqçı işləyən Cavabdeh orta aylıq əmək haqqı 2.607,41 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-nin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. AM-nin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçının nümayəndəsi və vəkilinin izahatı əsasında müəyyən edilmişdir ki, İddiaçı uşaqların saxlanması üçün təyin edilmiş aliment məbləğinin cavabdehin aylıq maaşının 1/3 hissəsi miqdarında təyin edilməsini tələb edir. Məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın - iddiaçının himayəsində qaldığını, cavabdehin müntəzəm qazancına malik olduğunu, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu və heç bir tərəfin marağını pozmadığını, eyni zamanda uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi nəzərə alaraq hesab edir ki, uşağın saxlanılması üçün aliment sabit pul məbləğində deyil, qazancın müəyyən hissəsi kimi tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, yuxarıda qeyd edildiyi kimi alimentin sabit pul məbləğində tutulması yalnız uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3802/2018 saylı, 29.10.2018-ci il tarixli qətnaməsi ilə 21.09.2006-cı il təvəllüdlü Abbasova Leyla Nazim qızının və 11.04.2010-cu il təvəllüdlü X2 üçün Gözəlova (Abbasova) Rəna Gülağa qızının xeyrinə Cavabdeh tərəfindən ödənilən alimentin tutulması qaydası dəyişdirilməli, Cavabdeh 21.09.2006-cı il təvəllüdlü Abbasova Leyla Nazim qızının və 11.04.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq Gözəlova (Abbasova) Rəna Gülağa qızına ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3802/2018 saylı, 29.10.2018-ci il tarixli qətnaməsi ilə 21.09.2006-cı il təvəllüdlü Abbasova Leyla Nazim qızının və 11.04.2010-cu il təvəllüdlü X2 üçün Gözəlova (Abbasova) Rəna Gülağa qızının xeyrinə Cavabdeh tərəfindən ödənilən alimentin tutulması qaydası dəyişdirilsin. Cavabdeh 21.09.2006-cı il təvəllüdlü Abbasova Leyla Nazim qızının və 11.04.2010cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq Gözəlova (Abbasova) Rəna Gülağa qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-815/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-815/2022
13.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver