Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-817/2023 11.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 dekabr 2022-ci il tarixdə İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 kreditin əsas borcu üzrə 27 953.08 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 6746.81 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 26670 manat məbləğində dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra bank uçot dərcəsi kimi hesablanmış 361.51 manat, cəmi 61731.40 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 275.2 manat məbləğində pulun tutulması; Tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 101000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 27953.08 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 6746.81 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 26670 manat məbləğində dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra bank uçot dərcəsi kimi hesablanmış 361.51 manat, cəmi 61731.40 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 275.2 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 05 yanvar 2023-cü il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən 275,20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi geri qaytarıldığına görə İddiaçı BOKT ASC tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 275,20 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu da İddiaçı BOKT ASC-yə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 114, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair ərizəsi qaytarılsın. İş üzrə ödənilmiş 275,20 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı BOKT ASC-yə qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-817/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-817/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver