Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-817/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 30 mart 2023-cü il tarixli, EH0185701-2023 saylı müqavilə üzrə ödənilməmiş 1923,05 manat əsas, 674,35 manat faiz, 133,11 manat cərimə olmaqla, cəmi 2730,51 manat, 05 aprel 2023-cü il tarixli, EH0186622-2023 saylı müqavilə üzrə ödənilməmiş 3720,40 manat əsas, 2570,42 manat faiz, 658,81 manat cərimə olmaqla, ümumilikdə 6949,63 manat borcların və tələb üzrə 116,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 mart 2023-cü il tarixli, EH0185701-2023, eləcə də 05 aprel 2023cü il tarixli, EH0186622-2023 saylı kredit müqavilələrinə əsasən borcalana (cavabdehə) müvafiq olaraq 60 ay müddətində, illik 48 % hesablanmaqla 1970 manat və 3820 manat məbləğində kreditlər verilmişdir. Kredit müqavilələrinə əsasən borcalan (cavabdeh) aldığı kreditləri müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, eləcə də kreditlərə hesablanmış faizləri, xidmət haqlarını borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh kredit müqavilələrinin şərtlərini pozaraq ödəməli olduğu borclarının ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bоrcların ödənilməsi tələbləri ilə cavabdehə rəsmi müraciətlərin оlunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh götürülən bоrcların qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Belə ki, Cavabdeh İddiaçı ASC-yə 30 mart 2023-cü il tarixli, EH0185701-2023 saylı müqavilə üzrə ödənilməmiş 1923,05 manat əsas, 674,35 manat faiz, 133,11 manat cərimə olmaqla, cəmi 2730,51 manat, 05 aprel 2023-cü il tarixli, EH0186622-2023 saylı müqavilə üzrə isə ödənilməmiş 3720,40 manat əsas, 2570,42 manat faiz, 658,81 manat cərimə olmaqla, ümumilikdə 6949,63 manat borcu mövcuddur. Tərəflərin iştirakı və izahatları: İddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiyini bildirmiş, mülki işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, EH0185701- 2023 saylı çərçivə kredit və girov müqaviləsinə və həmin müqaviləyə 1 nömrəli əlavəyə, o cümlədən, təhvil-təslim aktına əsasən bank tərəfindən Cavabdeh xx.xx.2028-ci il tarixədək, illik 48% dərəcəsi ilə, aylıq 130,30 manat ödəmək şərtilə 1.970 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, EH0186622- 2023 saylı çərçivə kredit və girov müqaviləsinə və həmin müqaviləyə 1 nömrəli əlavəyə, o cümlədən, təhvil-təslim aktına əsasən bank tərəfindən Cavabdeh xx.xx.2028-ci il tarixədək, illik 48% dərəcəsi ilə, aylıq 252,40 manat ödəmək şərtilə 3.820 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehin EH0186622-2023 saylı çərçivə kredit və girov müqaviləsi üzrə 3.720,40 manat əsas borc, 2.570,42 manat faiz borcu, 658,81 manat cərimə borcu olmaqla, cəmi 6.949,63 manat məbləğində borcu yaranmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehin EH0185701-2023 saylı çərçivə kredit və girov müqaviləsi üzrə 1.923,05 manat əsas borc, 674,35 manat faiz borcu, 133,11 manat cərimə borcu olmaqla, cəmi 2.730,51 manat məbləğində borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli maliyyə arayışlarının surətindən görünür ki, EH0185701-2023 saylı çərçivə kredit və girov müqaviləsi üzrə 1.923,05 manat əsas borc, 674,35 manat faiz borcu, 133,11 manat cərimə borcu olmaqla, cəmi 2.730,51 manat məbləğində, EH0186622-2023 saylı çərçivə kredit və girov müqaviləsi üzrə 3.720,40 manat əsas borc, 2.570,42 manat faiz borcu, 658,81 manat cərimə borcu olmaqla, cəmi 6.949,63 manat məbləğində borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 116,80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə kredit məbləğini almış, ayrılmış kredit məbləğinin ödəniş cədvəlinə əsasən qaytarılmasını təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan tələb edilməlidir. Belə ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Lakin, onu da qeyd etmək lazımdır ki, cərimə məbləği əsas borca münasibətdə tənasübsüz hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, müqavilələr üzrə cavabdehə hesablanmış cərimə məbləğləri azaldılmalı və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1.923,05 manat əsas borc, 674,35 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 2.647,40 manat və 3.720,40 manat əsas borc, 2.570,42 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 6.390,82 manat, hər iki müqavilə üzrə cəmi 9.038,22 məbləğində pul vəsaiti və 116,80 manat dövlət rüsumuna görə pul Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1.923,05 (min doqquz yüz iyirmi üç manat beş qəpik) manat əsas borc, 674,35 (altı yüz yetmiş dörd manat otuz beş qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 2.647,40 (iki min altı yüz qırx yeddi manat qırx qəpik) manat və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3.720,40 (üç min yeddi yüz iyirmi manat qırx qəpik) manat əsas borc, 2.570,42 (iki min beş yüz yetmiş manat qırx iki qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 6.390,82 (altı min üç yüz doxsan manat səksən iki qəpik) manat, hər iki müqavilə üzrə cəmi 9.038,22 (doqquz min otuz səkkiz manat iyirmi iki qəpik) məbləğində pul vəsaiti və 116,80 (yüz on altı manat səksən qəpik) manat dövlət rüsumuna görə pul İddiaçı ASCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-817/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-817/2025
06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver