Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-855/2023 07.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi (vəkili) – Vəkil2, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs - X2, Cavabdeh - Cavabdeh3, Cavabdeh - Cavabdeh2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) - Vəkil1 iştirakları ilə, İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 olmaqla, cavabdehlər "xxxx" MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh3 qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan “Mersedes Benz GL450” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 17370 manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 142,11 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 əsl İddiaçı ilə əvəz edilmiş, X3 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 08 noyabr 2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz GL450” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əhmədbəyli-Şuşa yolunun 75-ci km-də hərəkətdə olarkən qarşı yolla gələn Cavabdeh3 idarə etdiyi Cavabdeh1 MMC-yə məxsus “Mersedes Yük” markalı, 10-JX075 dövlət nömrə nişanlı yük avtomobil mənim hərəkət zolağına (yoluna) çıxmış və avtomobili ilə toqquşmuşdur. İmişli "xxxx" MMC-nin verdiyi zərər aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “Mersedes Benz GL450” minik markalı, **- KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 17370 manat məbləğində ziyan vurulmuşdur. Cavabdeh şirkətə məxsus yük avtomobili sığortalanmadığından avtomobilinə dəymiş ziyan sığortaçı tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında iddiaçı və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi (vəkili) – Vəkil2 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AE seriyalı 096318 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes GL450 minik” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmışdır. Komputer çıxarışından görünür ki, “X7” markalı, **-JX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi cavabdeh "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli SKS/1210 saylı Nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, "xxxx" MMC qanuni əsaslarla ona məxsus olan “Mercedes Benz 1840” markalı, **-JX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 icarəyə vermişdir. xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin (avtomobil) idarə edilməsi üçün təhviltəslim (təhkim) aktından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli SKS/1210 saylı müqavilə ilə icarəyə götürdüyü işlək vəziyyətdə olan “Mercedes Benz 1840” markalı, **-JX- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini təhvil verir, Cavabdeh2 ilə əmək müqaviləsi üzrə sürücü vəzifəsində işləyən Cavabdeh3 isə həmin avtomobili idarə edilməsi üçün təhvil alır. Əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh3, Cavabdeh2 ilə bağlanmış əmək müqaviləsi əsasında sürücü işləyir. İXP seriyalı, ******* saylı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Həsənov X4-Şuşa yolunun 75-ci km-də xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində idarə etdiyi “X7” markalı, **-JX-*** dövlət nömrə nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Həsənov X5 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İmişli "xxxx" MMC tərəfindən tərtib edilmiş Zərər aktından görünür ki, “Mercedes GL450 minik” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi 17370 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2119 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan Vaz təmir stansiyası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı "Mersedes Benz GL450” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 12380,0 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə tədqiqatı müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Əhmədbəyli-Şuşa yolunun 75-ci kilometrində Cavabdeh2 əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçisi (sürücüsü) Cavabdeh3 idarə etdiyi Cavabdeh2 icarəsində olan cavabdeh "xxxx" MMC-yə məxsus “X7” markalı, **-JX-*** dövlət nömrə nişanlı avtomobil ilə iddiaçıya məxsus “Mercedes GL450 minik” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş (hadisədə Cavabdeh2 əmək müqaviləsi üzrə işçisi (sürücüsü) Cavabdeh3 təqsirli bilinmişdir) və nəticədə iddiaçıya məxsus nəqliyyat vasitəsinə zərər dəymişdir. Belə olan halda bu, iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh3dur ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı, ona məxsus nəqliyyat vasitəsinə dəymiş ziyanı Cavabdeh3 tələb edə bilər. Yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 məsuliyyəti ilə bağlı məhkəmə qeyd ki, Cavabdeh3 Cavabdeh2 ilə bağlanmış əmək müqaviləsi əsasında işçisi olsa da, onlar arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin (avtomobil) idarə edilməsi üçün təhvil-təslim (təhkim) aktına əsasən Cavabdeh3 nəqliyyat vasitəsini yol hərəkəti qaydalarına uyğun idarə olunmasını, yol hərəkəti qaydalarının pozulmasına, yaxud hər hansı qəzaların törədilməsinə görə cərimələrin ödənilməsini, dəymiş zərər və ziyanın onun tərəfindən tam şəkildə qarşılanmasını öhdəsinə götürmüşdür. Bu halda, eyni zamanda iddiada dəymiş ziyanın Cavabdeh2 tutulması tələb olunmadığından, iddia, Cavabdeh2 qarşı hissədə təmin oluna bilməz. Cavabdeh "xxxx" MMC-nin yol nəqliyyat hadisəsi nəticəsində məsuliyyəti ilə bağlı məhkəmə hesab edir ki, “X7” markalı, **-JX-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" MMC tərəfindən qanuni əsasla, yəni icarə müqaviləsi ilə Cavabdeh2 icarəyə verildiyindən və mülki hüquq pozuntusu onun (işçisi) tərəfindən törədilmədiyindən həmin avtomobilin vurduğu zərərin əvəzi Mülki Məcəllənin 1108-ci maddəsinə tələblərinə əsasən cavabdeh "xxxx" MMC-dən tutula bilməz. Maddi ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı maddi ziyana görə cavabdehlərdən 17370 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2119 nömrəli ekspert rəyi ilə nəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 12380,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya məxsus “Mercedes GL450 minik” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyana görə 12380,0 manat Cavabdeh3 tutularaq iddiaçıya ödənilməklə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya məxsus “Mercedes GL450 minik” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi 12380,0 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142,11 manat Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan və cavabdehlər "xxxx" MMCyə və Cavabdeh2 qarşı hissələrdə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri Cavabdeh3 tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus “Mercedes GL450 minik” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi 12380,0 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142,11 manat Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan və cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı hissələrdə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-855/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-855/2023
07.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver