Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-86/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndələri X5 və X4 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Məmmədov Emı̇ n Yaşar oğluna qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti cavabdeh Məmmədov Emı̇ n Yaşar oğluna qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2147.25 manat məbləğində əsas bоrc və 59056.09 manat faiz borcu оlmaqla, cəmi 61203.34 manat borcun və 274.01 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 22 dekabr 2014 il tariхli, 100802-0087/14 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 95 ay müddətinə, illik 14.00% dərəcəsi ilə 90000.00 (Doxsan min (.00)) manat məbləğində krеdit vеrilmişdir. 09 iyun 2015 il tarixində 22 dekabr 2014 il tariхli, 100802-0087/14 nömrəli istehlak krеditi müqaviləsinə 01 nömrəli əlavə razılaşma bağlanaraq kredit müddəti dəyişmiş və xx.xx.2017-ci il tarixədək uzadılmışdır. 08 may 2017 il tarixində 22 dekabr 2014 il tariхli, 100802-0087/14 nömrəli istehlak krеditi müqaviləsinə 02 nömrəli əlavə razılaşma bağlanaraq kredit müddəti dəyişmiş və xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 15 fevral 2023ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2147.25 manat məbləğində əsas bоrc və 59056.09 manat faiz borcu оlmaqla, ümumilikdə 61203.34 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X8 məhkəməyə etiraz təqdim edərək, 90,000.00 manat üzrə əsas borca 1 gün üçün 35 manat hesablandığını nəzərə alaraq xx.xx.2014-cü il - xx.xx.2017 tarixlləri aralığı üzrə, yeni 28 ay +16 gün müddətinə 29.960.00 manat hesablanmalı olan borc məbləğləri nəzərə alınmadığını, ekspert rəyi üzrə hesablama aparılmamış müddət aralığında (xx.xx.2014-cü il - xx.xx.2017-ci il tarixiləri aralığı) hər gün üzrə 35 manat toplanılmaqla hesablanmalı olan 29.960.00 manat nəzərə alınmalı olduğunu bildirərək, "xxxx" ASC-nin iddiasının tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X7 iddia tələbinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh Məmmədov Emı̇ n Yaşar oğlununun nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: 22 dekabr 2014-cü il tariхli, 100802-0087/14 nömrəli istehlak krеditi müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh X6 95 ay müddətinə illik 14.00% ödənilməsi şərti ilə 90000.00 manat məbləğində kredit verilmişdir. 22 dekabr 2014 il tariхli, 100802-0087/14 nömrəli istehlak krеditi müqaviləsinə 09 iyun 2015-ci il tarixli 01 nömrəli və 08 may 2017-ci il tarixli 2 nömrəli Əlavə Razılaşmalardan görünür ki, 22 Dekabr 2014-cü il tarixli 100802-0087/14 №-li İstehlak krediti müqaviləsinin 1.2-ci bəndi aşağıdakı redaksiyada verilsin : "1.2. Kredit xx.xx.2017-ci il tarixinədək (bundan sonra "Kredit müddəti" adlandırılacaq) verilir." 2. Müqavilənin X13 ilə toxunulmayan bütün digər bəndləri qüvvədə qalır. 3. X13 imzalandığı andan qüvvəyə minir və 22 Dekabr 2014-cü il tarixli 100802-0087 /14 №-li İstehlak krediti müqaviləsinin ayrılmaz tərkib hissəsi kimi ona əlavə edilir İddiaçı ASC-nin X3 26 noyabr 2014-cü il tarixli, 84/14 nömrəli protokoluna əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 10802-025/12 saylı kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli 100802-0029 /13 saylı kredit müqaviləsi üzrə ödənişlərin 28 aprel tarixinə keçirilməsinə razılıq verilməsi, Cavabdeh şəxsi istehlak məqsədilə 30 (otuz) ay müddətinə illik 14 (on dörd) faiz dərəcəsilə 90,000 (doxsan min) manat məbləğində (kreditin rəsmiləşdirilməsinə görə 0%, kreditin nağdlaşdırılması üçün 0.3% xidmət haqqıolmaqla) kredit üzrə hesablanmış faiz və əsas məbləğdən ödəniş 2 dəfə (28 aprel 2016-cı və 28 aprel 2017-ci il tarixi) olmaqla kreditin ayrılmasına razılıq verilməsi qərara alınmışdır. İddiaçı ASC-nin X3 08 may 2017-ci il tarixli, 47/17 nömrəli protokoluna əsasən xx.xx.2012-ci il tarixli 10802-025/12 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi çıxış edən Cavabdeh məxsus (Çıxarış: MH № 0044947) 76 nömrəli mənzil yüklülükdən azad edilməsi, xx.xx.2012-ci il tarixli 10802-025/12 saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 100802-0087 /14 saylı istehlak krediti müqaviləsinin müddətləri xx.xx.2022- ci il tarixədək uzadılması və ödəniş cədvəlinə dəyişiklik edilərək hər iki müqavilə üzrə xx.xx.2019-cu il tarixindəki cəmi ödəniş 35,000 (otuz beş min) manat təyin olunması, bu məbləğin 28,000 (iyirmi səkkiz min) manat hissəsi əsas borcun silinməsinə, 7,000 (yeddi min) manat hissəsi faiz borcunun silinməsinə yönəldilməsi, xx.xx.2019-cu il tarixindəki cəmi ödəniş 130,000 (bir yüz otuz min) manat təyin olunması, bu məbləğin 97,400 (doxsan yeddi min dörd yüz) manat hissəsi əsas borcun silinməsi, 32,600 (otuz iki min altı yüz) manat hissəsi isə faiz borcunun silinməsinə yönəldilməsi, qalıq borc 2 bərabər hissəyə bölünərək müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində ödənilməsi qərara alınmışdır. 15 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Məmmədov Emı̇ n Yaşar oğlunun İddiaçı ASC-yə 22 dekabr 2014 il tariхli, 100802-0087/14 nömrəli müqaviləyə əsasən 15 fevral 2023-cü il il tarixə 2147,25 manat əsas, 59056,09 manat faiz olmaqla, cəmi 61203,34 manat borcunun olması qeyd edilmişdir. İddiaçı ASC-nin Məmmədov Emı̇ n Yaşar oğluna ünvanladığı bildirişdən görünür ki, əmmədov Emı̇ n Yaşar oğlundan Bank qarşısında olan gecikdirilmiş öhdəliyinin dərhal yerinə yetirilməsi tələb olunmuşdur. Ödəniş qəbzindən (No:**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 274,02 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2586 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, təqdim olunmuş iş materiallarında olan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 22 dekabr 2014-cü il tarixli 100802-0087 /14 saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş əlavələrin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan xx.xx.2023-cü il tarixinə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə: - əsas borc üzrə - 2147,25 manat, - faiz borcu üzrə - 28814,27 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6813 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, təqdim olunmuş iş materiallarında olan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 22 dekabr 2014-cü il tarixli 100802-0087 /14 saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş əlavələrin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə və maliyyə arayışında borcun hesablandığı xx.xx.2023-cü il tarixinə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixə: - əsas borc üzrə - 2147,25 manat, - faiz borcu üzrə - 29223,56 manat. xx.xx.2023-cü il tarixə: - əsas borc üzrə - 2147,25 manat, - faiz borcu üzrə - 28814,27 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/218 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2014cü il tarixli, 100802-0087 /14 saylı kredit müqaviləsinin və xx.xx.2017-ci il tarixli, 02 №o-li Əlavə Razılaşmanın şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 31.370,81 manat məbləğində və xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 30.961,52 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2022-ci il tarixə: - əsas borc üzrə - 2147,25 manat, - faiz borcu üzrə - 29223,56 manat. xx.xx.2023-cü il tarixə: - əsas borc üzrə - 2147,25 manat, - faiz borcu üzrə - 28814,27 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdeh Məmmədov Emı̇ n Yaşar oğlu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 2147,25 AZN, müqavilə müddəti bitən tarixə faiz borcu 28814,27 AZN təşkil edir. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcun 2147,25 AZN və faiz borcunun 28814,27 AZN olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin ediməli və cavabdeh X2 bankın xeyrinə müqavilə müddətinin sonuna 2147,25 AZN əsas və 28814,27 AZN faiz borcu tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin ediməli və cavabdeh Məmmədov Emı̇ n Yaşar oğlundan bankın xeyrinə müqavilə müddətinin sonuna 2147,25 AZN əsas və 28814,27 AZN faiz borcu tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 274.01 manatın 142,5 manatı iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Məmmədov Emı̇ n Yaşar oğlundan iddiaçının xeyrinə 2147,25 manat əsas, 28814,27 manat faiz, ümumilikdə 30.961,52 manat (otuz min doqquz yüz altmış bir manat, əlli iki qəpik) borc və 142,5 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 490 manatın 235 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətindən, 255 manatı isə cavabdeh Məmmədov Emı̇ n Yaşar oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Məmmədov Emı̇ n Yaşar oğlundan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə 2147,25 manat əsas, 28814,27 manat faiz, ümumilikdə 30.961,52 manat (otuz min doqquz yüz altmış bir manat, əlli iki qəpik) borc və 142,5 dövlət rüsumu tutulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 490 manatın 235 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətindən, 255 manatı isə cavabdeh Məmmədov Emı̇ n Yaşar oğlundan tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-86/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-86/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver