Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-865/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 2176.2 manat, təbii qazdan istifadəyə görə 56.5 manat, 43.59 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 2341.29 manat məbləğində pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) qismində dindirilmiş Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31.03.2020-ci il tarixli 10-273 saylı "Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə”müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən**********02030 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 12524850 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin yaşayış evinə İddiaçı İB tərəfindən**********02030nömrəliabonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 12524850 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotoçəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 685.8manat, 30.04.2019-cu il tarixli 0216882saylı akt əsasında 100.8 manat 30.05.20 19-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 30.09,2019-cu il tarixli ******* saylı aktın əsasında 97.2 manat 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat, 30.03.2020-ci il tarixli ******* akt əsasında 252 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, İddiaçı İB-nə zərər dəymişdir.Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, 2020-ci ilin aprel ayından 2020-ci ilin sentyabr ayı da daxil olmaqla, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 56.5 manat təşkil edir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2176.2 manat məbləğində dəymiş ziyan hesablanmışdır.Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nətəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 2232.7 manat pul ödəməlidir.Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində heç bir məlumat verməmişdir. Məhkəmə AR Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında 31 mart 2020-ci ildə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı 30 may 2019-cu il tarixli aktdan görünür ki, baxış keçirilən zaman müəyyən olunmuşdur ki, abonentin mənzilində qeydiyyatsız, qeyri-qanuni şəkildə təbii qazdan istifadə olunur. İş materiallarına əlavə edilmiş İddiaçı İB tərəfindən tərtib edilmiş 30 may 2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, Cavabdeh məxsus abonent kodu **********02030 olan 30 may 2019-cu il -ci il tarixli ******* saylı akta əsasən dəymiş ziyan həcminin hesablanması 1.2x4x30=144 m3; 1.5x4x30=180 m3, cəmi 324 m3, 28 fevral 2020-ci il tarixli tələbnamədən görünür ki, 28.02.2020-ci il tarixli ******* saylı akta əsasən dəymiş ziyanın hesablanması 2520 m3, 30.01.2020-ci il tarixli tələbnamədən isə görünür ki, 30.01.2020-ci il tarixli ******* saylı akta əsasən dəymiş ziyanın hesablanması 7560 m3 təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5487/2021 saylı, 12.11.2021-ci il tarixli qərardadından görünür ki, məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri AR Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” AR Qanununun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci maddəsinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır” Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”, “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh tərəfindən təbii qazdan istifadə qaydaları pozulmuş, təbii qazdan qeyri-qanuni, özbaşına şəkildə istifadə halları azəriqaz işçiləri tərəfindən aşkar edilərək aktlaşdırılmışdır. Eyni zamanda iş materiallarından aydın olur ki, cavabdeh tərəfindən 2020-ci ilin aprel ayından 2020-ci ilin sentyabr ayı da daxil olmaqla təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmiş, nəticədə 56.5 manat məbləğində borc yaranmışdır. Borcunu ödəməməsi həm tərtib edilmiş aktla, həm də iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və Cavabdeh tərtib olunmuş akt üzrə 2176 (iki min yüz yetmiş altı) manat 20 (iyirmi) qəpik, təbii qazdan istifadəyə görə 56 (əlli altı) manat 50 (əlli) qəpik, 43 (qırx üç) manat 59 (əlli doqquz) manat dövlət rüsumunun əvəzi və 65 (altmış beş) manat vəkil xərci olmaqla, cəmi 2341 (iki min üç yüz qırx bir) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh tərtib olunmuş akt üzrə 2176 (iki min yüz yetmiş altı) manat 20 (iyirmi) qəpik, təbii qazdan istifadəyə görə 56 (əlli altı) manat 50 (əlli) qəpik, 43 (qırx üç) manat 59 (əlli doqquz) manat dövlət rüsumunun əvəzi və 65 (altmış beş) manat vəkil xərci olmaqla, cəmi 2341 (iki min üç yüz qırx bir) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qətnamədən bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-865/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-865/2022
23.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver