Məhkəmə qərarları › İş №e-2(006)-867/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-867/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-867/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli, BRED4163129A299 saylı kredit müqaviləsinə əsasən ona 1550 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq deyilsə, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, BUMM8254257A299 saylı Kredit müqaviləsinə əsasən ona 1095 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq deyilsə, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli, BUMM8254257A299 saylı Kredit müqaviləsinə əsasən ona 905 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq deyilsə, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqavilələri, kredit borcuna dair maliyyə arayışları və hesabdan çıxarışlardır. Nəticədə, cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli, BRED4163129A299 saylı kredit müqaviləsinə əsasən 1410.57 AZN əsas; 278.79 AZN faiz; cəmi 1689.36 AZN borcu, xx.xx.2022-ci il tarixli, BUMM8254257A299 saylı kredit müqaviləsinə əsasən 742.32 AZN əsas; 153.75 AZN faiz; cəmi 896.07 AZN borcu və xx.xx.2021-ci il tarixli, BUMM8254257A299 saylı kredit kartına müqaviləsinə əsasən 234.94 AZN əsas; 39.93 AZN faiz; cəmi 274.87 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BRED4163129A299 saylı kredit müqaviləsinə əsasən 1410.57 AZN əsas; 278.79 AZN faiz; cəmi 1689.36 AZN məbləğində borcun, xx.xx.2022-ci il tarixli, BUMM8254257A299 saylı kredit müqaviləsinə əsasən 742.32 AZN əsas; 153.75 AZN faiz; cəmi 896.07 AZN borcun, xx.xx.2021-ci il tarixli, BUMM8254257A299 saylı kredit müqaviləsinə əsasən 234.94 AZN əsas; 39.93 AZN faiz; cəmi 274.87 AZN borcun və ödənilmiş 48.60 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli Cavabdeh tərəfindən Banka ünvanlanan ərizədən və həmin tarixli, BRED4163129A299 saylı müqavilədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 1550 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli Cavabdeh tərəfindən Banka ünvanlanan ərizədən və həmin tarixli, MPZK4301331A299 saylı müqavilədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 35 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 905 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli Cavabdeh tərəfindən Banka ünvanlanan ərizədən və həmin tarixli, BUMM8254257A299 saylı müqavilədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 59 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 1095 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, 2023/104/13565№-li Maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1410.57 manat əsas, 278.79 manat faiz, cəmi 1689.36 manat məbləğində borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 742.32 manat əsas, 153.75 manat faiz, cəmi 896.07 manat borcu və xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 234.94 manat əsas, 39.93 manat faiz, cəmi 274.87 manat borcu vardır. xx.xx.2023-cü il tarixli sonuncu bildirişdən görünür ki, İddiaçı ASC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün 48.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BRED4163129A299 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 1550 manat, xx.xx.2021-ci il tarixli, MPZK4301331A299 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 905 manat və xx.xx.2021-ci il tarixli, BUMM8254257A299 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 1095 manat məbləğində kredit verilmiş, cavabdeh isə yaranmış borclarını (əsas və faiz borcu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh kredit müqavilələri əsasında kredit götürmüş, lakin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yəni, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı iddia qiymətinin 1%-ni təşkil edir. Ona görə məhkəmə hesab edir ki, ödənilən 48.60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BRED4163129A299 saylı kredit müqaviləsinə əsasən 1410.57 AZN əsas; 278.79 AZN faiz; cəmi 1689.36 AZN məbləğində borc, xx.xx.2022-ci il tarixli, BUMM8254257A299 saylı kredit müqaviləsinə əsasən 742.32 AZN əsas; 153.75 AZN faiz; cəmi 896.07 AZN borc, xx.xx.2021-ci il tarixli, BUMM8254257A299 saylı kredit müqaviləsinə əsasən 234.94 AZN əsas; 39.93 AZN faiz; cəmi 274.87 AZN borc və ödənilmiş 48.60 AZN dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BRED4163129A299 saylı kredit müqaviləsinə əsasən 1410.57 (min dörd yüz on manat, əlli yeddi qəpik) manat əsas; 278.79 (iki yüz yetmiş səkkiz manat, yetmiş doqquz qəpik) manat faiz; cəmi 1689.36 (min altı yüz səksən doqquz manat, otuz altı qəpik) manat məbləğində borc; xx.xx.2022-ci il tarixli, BUMM8254257A299 saylı kredit müqaviləsinə əsasən 742.32 (yeddi yüz qırx iki manat, otuz iki qəpik) manat əsas; 153.75 (yüz əlli üç manat, yetmiş beş qəpik) manat faiz; cəmi 896.07 (səkkiz yüz doxsan altı manat, yeddi qəpik) manat borc; xx.xx.2021-ci il tarixli, BUMM8254257A299 saylı kredit müqaviləsinə əsasən 234.94 (iki yüz otuz dörd manat, doxsan dörd qəpik) manat əsas; 39.93 (otuz doqquz manat, doxsan üç qəpik) manat faiz; cəmi 274.87 (iki yüz yetmiş dörd manat, səksən yeddi qəpik) manat borc; Ümumilikdə, 2860.30 (iki min səkkiz yüz altmış manat, otuz qəpik) manat borc və ödənilmiş 48.60 (qırx səkkiz manat, altmış qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar