Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-897/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2, mülkiyyət hüququ Cavabdeh1 məxsus “Hyundai İX35 minik” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə, "xxxx" X6 məxsus 1 ədəd “Polermo” tipli 2 çıraqlı işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 5791.00 (beş min yeddi yüz doxsan bir) manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat şöbəsində “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərara, Nərimanov RPİ DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı X14 protokola və TP ******* saylı X15 haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Hyundai İX35 minik” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 tanınmışdır. Cavabdeh2 tərəfindən idarə edilən “Hyundai İX35 minik” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən Bakı "xxxx" X4 bank hesabına 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddia qanuni və əsaslı sayılaraq hesab edilir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 5791.00 (beş min yeddi yüz doxsan bir) manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 791.00 (yeddi yüz doxsan bir) manat pul vəsaiti cavabdehlər Cavabdeh2dan və Cavabdeh1 tutularaq "xxxx" X6 ödənilməlidir. Cavabdehlər maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Göstərilənlərə əasən "xxxx" X6 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 791.00 (yeddi yüz doxsan bir) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək qeyd etmişdir ki, hadisəni törətmiş avtomobil bacısı Əlı̇ -Zadə Solmaz Cavanşı̇ r qızının mülkiyyətində olsa da, hadisəni o törətmişdir. Lakin həmin hadisə zamanı işıq dirəyinə qeyd edilən həcmdə ziyan dəyməsi mümkün deyildir. Həmin hadisə o, sükan arxasında huşunu itirdiyi üçün baş vermişdir. Avtomobil işıq dirəyinə çırpılmamışdır. Hadisə ilə bağlı sığorta şirkəti tərəfindən iddiaçıya 5 min manat pul ödənilmişdir. Əlavə olaraq, iddiaçı tərəf işıq dirəyinin yararsız vəziyyətə düşməsini iddia etsə də, o, bunu qəbul etmir. Əgər belədirsə, həmin dirəyin ona təhvil verilməsini tələb edir. Göstərilənlərə əsasən, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 Cavabdeh1 məxsus “Hyundai İX35 minik” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə, "xxxx" X6 məxsus 1 ədəd “Polermo” tipli 2 çıraqlı işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 5791.00 manat məbləğində maddi ziyan yetirmişdir. “Hyundai İX35 minik” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalandığından vurulan ziyanın 5000 manatı "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı ödənilməyən qalıq 791 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasını tələb edir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan DİN BDYPİ tərəfindən verilmiş AB seriyalı, 604056 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai İX35 minik” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 adına qeydiyyata alınmışdır. 9.Mülki işin materiallarında olan Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarnın surətindən görünür ki, əməlində cinayət tərkibi olmadığına görə Cavabdeh2 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. 10.Mülki işin materiallarında olan İXP ******* nömrəli X14 Protokol və TP ******* nömrəli X15 Haqqında Qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15:10-da Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, nəticədə Cavabdeh2 40 manat məbləğində cərimə edilmişdir. 11.Mülki işin materiallarında olan "xxxx" EŞM tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 5 saylı qüsur aktının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai İX35 minik” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə vurulmuş "xxxx" EŞM-yə məxsus 1 ədəd “Polermo” tipli 2 çıraqlı işıq dirəyi və onun özül hissəsinin bərpası üçün 5791.20 manat vəsait hesablanmışdır. 12.Mülki işin materiallarında olan "xxxx" EŞM tərəfindən "xxxx" şirkətinin rəhbərliyinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Nərimanov rayonu, A.Həsən Əliyev küçəsindəki işıq dirəkləri "xxxx" EŞM-nin balansındadır. xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, X16 küçəsində naməlum sürücünün idarə etdiyi “Hyundai” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil işə işıq dirəyi vurulub sıradan çıxarılmış və müəssisəyə 5791 manat maddi ziyan dəymişdir. Zərər vuran şəxsin avtomobili sığorta şirkətində icbari sığortalıdır. Müəssisəyə dəymiş maddi ziyanın qeyd edilən bank hesabına köçürülməsi xahiş edilmişdir. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/602 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan "xxxx" EŞM tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş 01 ədəd 2014-cü il tarixdən istismarda olmuş, İtaliya istehsalı “Palermo” tipli 2 çıraqlı işıq dirəyinin və onun özül hissəsinin ilkin balans dəyəri 6695 manat, aşınma tətbiq edilməklə dəymiş ziyanın məbləği 5791.20 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 AZN (əlli manat) təşkil etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 15.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 16.Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 17.Həmçinin, Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 18.Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 19.Hazırki iş üzrə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh2 tərəfindən törədilən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya ümumilikdə 5791 manat məbləğində maddi ziyan dəymiş, onun 5000 manatı "xxxx" ASC tərəfindən ödənilsə də, qalan məbləğ hələ də ödənilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 20.Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə qüsur aktını və ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməli və Cavabdeh2 dəymiş maddi ziyanın əvəzi kimi 791 (yeddi yüz doxsan bir) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. 21.Daha sonra məhkəmə digər Cavabdeh1 münasibətdə isə qeyd edir ki, iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Belə ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə əsas olan “Hyundai İX35 minik” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman Cavabdeh1 mülkiyyətində olmasına baxmayaraq, hadisəni törədən iş üzrə digər Cavabdeh2 olmuşdur və o, bunun nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. 22.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 23.Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 24.Oxşar mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. 25.Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. 26.Odur ki, hazırki iş üzrə cavabdeh Əli-X1 cavabdeh olmadığından iddia tələbi ona münasibətdə təmin edilməməlidir. 27.Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 vurulmuş ziyana görə 791 (yeddi yüz doxsan bir) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" X6 ödənilməli, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 29.«Dövlət rüsumu haqqında» AR Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. 30.Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, Cavabdeh2 dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulmalıdır. 31.Bundan başqa, məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh2 50 AZN (əlli manat) tutuluraq Az.MEM,VÖEN **********, AZ43CTRE********************, X3, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. 32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 34.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 36.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş ziyana görə 791 (yeddi yüz doxsan bir) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" X6 ödənilsin. İddia tələbi digər Cavabdeh1 münasibətdə təmin edilməsin. Cavabdeh2 30 AZN (otuz manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh2 50 AZN (əlli manat) tutuluraq Az.MEM,VÖEN **********, AZ43CTRE********************, X3, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-897/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-897/2024
17.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver