Məhkəmə qərarları › İş №e-2(006)-9/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-9/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-9/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı3 direktoru İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 63 727 934,04 manat məbləğində pulun tutularaq İddiaçı1 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin direktoru İddiaçı2 ilə Azərbaycan Beynəlxalq Bankının Nərimanov rayon filialının müdiri X10 arasında bağlanan 12-19 nömrəli, 26 sentyabr 2012-ci il tarixli girov müqaviləsinə görə girov qoyan, iddiaçı "xxxx" MMC, girov saxlayan Azərbaycan Beynəlxalq Bankının Nərimanov rayon filialı, bağlanmış 19 aprel 2011-ci il tarixli kredit müqaviləsinə əsasən 1.500.000 ABŞ dolları,15 aprel 2011-ci il tarixli 11-96 il kredit müqaviləsinə görə 1.500.000 manat və 21.000.000 manat məbiəğində qarantiya və aktivlər üzrə açılmış kredit xəttinin kreditin və ona hesablanmış faizlərin qaytarılmasını təminatı kimi tərəflər bu Müqavilə ilə müəyən edilmiş qeydiyyatda olan malların girov qoyulması barədə razılığa gəlmişlər. İddiaçı, "xxxx" MMC-nin direktor İddiaçı2 ilə Azərbaycan Beynəlxalq Bankının Nərimanov rayon filialının müdiri X10 arasında bağlanan 12-19 nömrəli, 26 sentyabr 2012ci il tarixli girov müqaviləsinə görə 2015-ci ilin may ayının 5-nə qədər olan dövrdə ünvan 1 ünvanda iddiaçı, "xxxx" MMC-nin saxlancında 63.727.934.04 manat məbləğndə girovluqda dərman preparatları olmuşdur. Cavabdehlər Cavabdeh1 Almaz oğlu və Cavabdeh2, müxtəlif vasitələrlə iddiaçı, "xxxx" MMC-nin direktor İddiaçı2, İddiaçı1 və digər işçiləri ünvan 1 ünvanda iddiaçı "xxxx" MMC-nin saxlancda olan 58 000 000 manat dəyərində dərman preparatlarını qanunsuz olaraq mənimsəmək məqsədi ilə saxlanc yerindən uzaqlaşdırmışlar. İddiaçı "xxxx" MMCnin direktor İddiaçı2 xx.xx.2015-ci ildə İddiaçı1 bir qədər sonra həbs edilmiş bir il müddətində istintaq təcridxanasında saxlanmışdır. Cavabdehlər Cavabdeh1 Almaz oğlu, Cavabdeh2 və qeyriləri Azərbaycan Respublikası Beynəlxalq Bankının Nərimanov rayon filialının girovluğunda olan iddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı2 saxlananda, ünvan 1 ünvanda saxlanan 58 000 000 manat dəyərində dərman preparatlarını təhvil, təslim etmədən, təhvil, təslim aktı tərtib etmədən Cavabdeh1 Almaz oğlunun özünün mülkiyyətində olan mal kimin digər Cavabdeh2 istifadəsinə verilmişdir. Əslində Cavabdeh2 nə "xxxx" MMC-yə nə də icarəyə verən "xxxx" ASC ilə heç bir əlaqəsi olmamışdır. Belə ki, "xxxx" ASC ünvan 2 ünvanda 1276,5 kv.m-dən ibarət qeyri yaşayış sahəsini (anbar, ofis, xidmət ticarət və sair sahələri ) "xxxx" MMC-yə verilməsi barədə 17 iyun 2008-ci il tarixli icarə müqaviləsi bağlamışlar. Həmin müqavilə xx.xx.2018-ci il tarixədək qüvvədə olmuşdur. Eyni zamanda idiaçı "xxxx" MMC-nin təsisçisi və direktoru İddiaçı2 xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək istintaq altında istintaq Təcridxanasında saxlanmışdır. Eyni zamanda aparılan araşdırmalar nəticəsində aydın olmuşdur ki, iddiaçı "xxxx" MMC İddiaçı2 rəhbərliyi altında həbs olunana qədər, xx.xx.2015-ci il tarixədək normal fəaliyət göstərmiş, yüzlərilə işçi oradan əmək haqqı almışlar. Bundan başqa, iddiaçı "xxxx" MMC İddiaçı2 rəhbərliyi altında girov müqabilində Beynəlxalq Bankdan götürdüyü pulları qaytarmaq iqtidarında olmuşdur. Həmin vaxt iddiaçı "xxxx" MMC-nin 860 nəfər işçisi, onun 584 nəfəri idarə işçilərindən 279 nəfəri isə 93 ədəd aptekdə fəaliyyət göstərmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 Almaz oğlu və qeyriləri idiaçı "xxxx" MMC-nin fəaliyyətini tam dayandırmışlar. Nəticədə iddiaçı "xxxx" MMC-nin banka və ya Banklara olan 26.759.631 manat məbləğində kredit borcu ödənilməmiş, 93 ədəd aptek bağlanmış anbarlarda olan dərman preparatlarının istifadə müddəti keçməsinə və yararsız vəziyyətə düşməsinə şərait yaradılmış, toplanmış debitor borcları cavabdehlər tərəfindən MMC-nin xəzinəsinə mədaxil edilməmişdir. Dərmanları vaxtında satmadıqlarına görə 16.465 adda olmaqla dəyəri 42.857.214,04 manat məbləğində cavabdehlər X8, Cavabdeh1 Almaz oğlu və qeyriləri vaxtı keçdiyinə görə yararsız hala salınan dərmanlara özgəninkilədirməkdə və bilərəkdən zay etməkdə ifadə olunan "xxxx" MMC-yə zərər vurmuşlar. Bundan başqa cavabdehlər X8, Cavabdeh1 Almaz oğlu və qeyriləri iddiaçı "xxxx" MMC-yə məxsus 8 ədəd Server cihazı digər kompüter dəstləri və kompleks apparatları ilə birlikdə orta hesabla 1.500.000 manat dəyərində dərman preparatlarını onlar özgəninkiləşdirərək satmış və əldə edilmiş satış pulunu Cəmiyyətin xəzinəsinə mədaxil edilməmişdir. Cavabdeh1 Almaz oğlunun himayədarlığı ilə Cavabdeh2 və qeyriləri iddiaçı "xxxx" MMC-nin istifadəsində olan ünvan 2 ünvanda 1276,5 kv.m-dən ibarət qeyri yaşayış sahəsini (anbar, ofis, xidmət ticarət və sair sahələri) zəbt edərək Azərbaycan Respublikası Beynəlxalq Bank tərəfindən girovluğa qəbul edilmiş 42.857.214 manat məbləğində "xxxx" MMC-də saxlancda olan dərman preparatları bir halda satılaraq əldə olunan pul vəsaitini özününküləşdirmiş, digər halda saxlama şəraiti cavabdehlər tərəfindən standartlara uyğun təmin edilmədiyindən yararsız hala salınmışdır. Beləliklə cavabdehlər Cavabdeh1 Almaz oğlu, Cavabdeh2 iddiaçı "xxxx" MMC-yə 63.727.934,04 manat məbləğində zərər vurmuşlar. Cavabdeh1 "xxxx" MMC -nin direktoru İddiaçı2 və İddiaçı1 həbs edildikdən sonra, 2015-ci ilin may ayında tanışları, "xxxx" MMC-yə aidiyyəti olmayan X5, Sadıqov Bəhruzu, Samir adlı şəxsi, Mühafizə Xidməti fəaliyyətini həyata keçirən "Riyad Renta" şirkətinin əməkdaşlarını işə cəlb edərək iddiaçıların idarəçiliyində olan "xxxx" MMC-nin əmlakını özgəninkiləşdirmişlər. Bundan başqa cavabdehlər "xxxx" MMC-nin işgüzar nüfuzuna zərbə vuraraq, nüfuzdan salmışlar. Cavabdehlərin təqsirkar hərəkətləri nəticəsində “Riyad Farm" MMCnin nüfuzu aşağı düşmüş və nəticədə fəaliyyəti dayandırılmışdır. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddia tələbi tamamilə əsassızdır və Cavabdeh1 aidiyyəti yoxdur. İddiaçı tərəf özü etiraf edir ki, dərman preparatları Cavabdeh2 verilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində xx.xx.2021-ci il tarixdə ifadə vermiş X3 bildirmişdir ki, o, 2011-ci ildən "xxxx" MMC-də mühasib (kassada) işləmişdir. 2015-ci ildə İddiaçı2 bildiyinə görə bank işlərinə görə saxlanılmışdır. Bundan sonra qeyri-qanuni Cavabdeh3 müdir təyin edilmişdir. Cavabdeh3 işə Cavabdeh1 təyinatı ilə təyin edildiyini bildirmişdir. İddiaçı2 həbs olunan kimi 1500-ə yaxın işçi işdən çıxarılmışdır. "xxxx"ın idarəçiliyinə cavabdeh şəxslər rəhbərlik edəndən sonra onların maaşları verilməmişdir. Eyni zamanda, anbarda olan dərmanlar, mebellər və sair əmlaklar anbardan yük maşınları vasitəsilə çıxarılmışdır. Həmin dərmanların və əmlakların hara göndərilməsi barədə məlumatı yoxdur. İddiaçıların rəhbərlik etdiyi dövrdə 93 aptek olmuşdur. Ləğv edilən apteklərdə dərmanların hamısı satılmamışdır. Cavabdeh3 orada işləyən vaxt bir çox aktlara hədə-qorxu təsiri altında imza etdirmişdir. Cavabdeh3 işləyən vaxt da MMC-nin gəliri olmuşdur, ancaq onlar görmürdülər, xəbərləri olmamışdır. Belə ki, qeyri-qanuni pərakəndə satış olmuşdur. 2011-ci ildən İbadət adlı şəxslə MMC-də mühasib işləmişlər, o, 2014-cü ildən kassada işləmişdir. Aylıq dövriyyənin 10 milyon olması və qalıq 80 milyon olması barədə məlumatı yoxdur. Fazil adlı şəxsin imzası ilə apteklərin fəaliyyəti dayandırılmışdır. 2015-ci ildən may ayınədək 83 milyon vəsait olmuşdur, indi o, dərmanlar depoda qalıb, bəlkə də hazırda istifadə müddəti keçmişdir. Dərmanlar satılmış, banka pulu ödənilməmişdir. O, Cavabdeh3 işlədiyi dövrdə maaş almamışdır. Hazırda 10 milyon dövriyyə olduğunu rəsmi sənədlərlə təsdiq edə bilmir. O, həmin dövrdə qorxduğu üçün MMC-də baş verən qanunsuzluqlarla bağlı şikayət verməmişdir. "xxxx" MMC-nin adına xaricdən malın gəlib-gəlməsi barədə məlumatı yoxdur. İddiaçı2 dövründə maaşlar verilmişdir. O, mərhum işçi İbadətlə arxiv sənədləri hazırlamışdır. İddiaçı2 həbsindən sonra may ayından iyul ayının ortalarınadək bütün apteklər bağlanılmışdır. Cavabdeh3 gələnədək depoda istifadə müddəti keçmiş dərmanlar olmamışdır. 10 anbar olmuşdur, biri də tibbi ləvazimatlar idi, orada da dərman saxlanılmışdır. Əmək kitabçası MMC-də qalmışdır, özündə deyildir. Cavabdeh2 vizual təsvir edə bilmir, 6 il bundan əvvəl görmüşdür. İddiaçı2 may ayında həbs edilmiş, o, həbs edilənədək apteklərdə istifadə müddəti keçmiş dərman olmamışdır. Məhkəmə iclasında şahid qismində xx.xx.2021-ci il tarixdə ifadə vermiş X11 bildirmişdir ki, o, "xxxx" MMC-də direktor müavini işləmişdir. Onlara deyilmişdir ki, Cavabdeh3 müdir təyin edilmişdir. Anbardan çıxan sənədlərə görə Cavabdeh3 özü imza etmişdir, kompüterə nəzarəti də özü etmişdir. Cavabdeh3 demişdir ki, ona dərmanların topdan satış vasitəsilə satılması, pərakəndə satışın olmaması barədə göstəriş verilmişdir. O, özü iyul ayında işdən çıxmışdır. Sonradan "xxxx"ın idarəçiliyinə cavabdeh şəxslər rəhbərlik edəndən sonra onların maaşları verilməmişdir. Eyni zamanda, anbarda olan dərmanlar, mebellər və sair əmlaklar anbardan yük maşınları vasitəsilə çıxarılmışdır. Həmin dərmanların və əmlakların hara göndərilməsi barədə məlumatı yoxdur. O, işlədiyi dövrdə işçilərin hamısını Cavabdeh3 nəzarət etməkdən təcrid etmişdir. Apteklər iyul ayında demək olar ki, bağlanmışdır. Aptek sahibləri ilə münasibətləri yaxşı deyildir. Cavabdeh3 iclasda rəhbər təyin edilmişdir. Vüqarın kimin təqdim etdiyi yadında deyildir. Vüqar özü iclasda bildirmişdir ki, işçilərə maaş verməyəcəkdir. Dərmanlar anbarda saxlanılmışdır. Dərmanların kimə və hansı qiymətə satılması barədə məlumatı yoxdur. Dərmanların istifadə müddətinin keçdiyini biləndə dərman firmalarıyla danışıb ya geri qaytarmış ya da əvəz etmişlərdir. Cavabdeh3 sənədlərə təzyiq altında imza etdirmişdir. MMC-nin aylıq dövriyyəsi, mal qalığı barədə məlumatı yoxdur. MMC-yə girişə-çıxışa “Riyad Security”-nin işçiləri nəzarət edirdi, işə daxil-olub çıxanda üstlərini yoxlayırdılar. MMC-nin açarları, kompüterləri, serverlər Cavabdeh3 olmuşdur. Bu işlə bağlı onu məhkəmədə dindirməmişlər. 2014-cü ildən direktor müavini işləmişdir. Onu bu vəzifəyə İddiaçı2 təyin etmişdir. Keçmiş təsisçi Cavabdeh1 və Ş.Şahbazlı olmuşdur. İddiaçı2 həbs edildikdən sonra Cavabdeh3 müdir kimi təyin edildiyi gün bir dəfə Cavabdeh1 görmüşdür. Dəymiş ziyan barədə şəxsən məlumatı yoxdur. O, təsir altında sənədlərə, aktlara imza etmişdir. İxtisasca həkimdir. 1985-ci ildə universiteti bitirmişdir, əvəllər Təcili yardım stansiyasında həkim işləmişdir. 1997-ci ildə onu İddiaçı1 işə “menecer” kimi qəbul etmişdir. 2014-cü ildən direktor müavini işləmişdir.Onu bu vəzifəyə İddiaçı2 təyin etmişdir. Onda heç vaxt möhür olmamışdır. İddiaçı2 tutulduqdan sonra banka 700000 manatadək pul ödənilmişdir. Pulun büdcədən və ya hansı yolla ödənildiyi barədə məlumatı yoxdur. Aylıq dövriyyə barədə məlumatı yoxdur. MMC-nin dərman vasitələrinin alınması üçün 200dən çox əməkdaşlıq etdiyi ölkə olmuşdur. Sonuncu dəfə hansı ölkədən dərman alınıbalınmaması barədə məlumatı yoxdur. MMC-nin əsas anbarı Bakıxanov qəsəbəsində yerləşmişdir. Ərazi MMC-yə aid olmuşdur. Orada neçə anbar olması barədə məlumatı yoxdur. Ona hədə-qorxu təsiri altında aktlara, sənədlərə etiraz etməsinə baxmayaraq imza etdirmişlər. Mallar anbardan qaimə ilə çıxarılmışdır. Ziyan vurulması barədə məlumatı var, ziyanın məbləğinin nə qədər olduğunu bilmir. Audit yoxlanmasında iştirak etməmişdir. O, apteklərə işçi lazım olanda işə götürülmələri ilə məşğul olmuşdur. Vüqar onlara-köhnə işçilərə maaş verməyəcəyini bildirmişdir. O, İddiaçı2 tez bir vaxt ərzində geri qayıdacağı ümidi ilə işə könüllü getmişdir. Bir neçə dəfə oxumadan sənədlərə imza etmişdir. Cavabdeh2 şəxsən ondan heçnə tələb etməmişdir. Qeyd olunan mübahisələrlə bağlı aidiyyəti orqana çağırılmışdır və izahatlar vermişdir. O, özü şəxsən hüquqmühafizə orqanlarına MMC-də müşahidə etdiyi qanunsuzluqlarla bağlı müraciət etməmişdir. Məhkəmə iclasında şahid qismində xx.xx.2021-ci tarixdə ifadə vermiş X7 bildirmişdir ki, o, anbar müdiri işləmişdir. O, anbarda olarkən Cavabdeh3 yanına gələrək artıq onun MMC-nin sahibi olduğunu bildirmişdir. Həmin gündən dərmanların satışını özü həyata keçirmişdir. İşə gəlib-gedərkən üstləri yoxlanılmışdır. "xxxx"ın idarəçiliyinə cavabdeh şəxslər rəhbərlik edəndən sonra onların maaşları verilməmişdir. Eyni zamanda, anbarda olan dərmanlar, mebellər və sair əmlaklar anbardan yük maşınları vasitəsilə çıxarılmışdır. Həmin dərmanların və əmlakların hara göndərilməsi barədə məlumatı yoxdur. Cavabdeh3 işə gəldikdən sonra dərman soyuducularını işıq pulu çox yazır deyə işlətməmişdir. Apteklərin bağlanma tarixi dəqiq yadında deyildir. Dərmanların satışından yığılan pulu Cavabdeh3 yığmışdır. Dərman anbarında 20-dək soyudcu olmu, lakin Cavabdeh3 onları ayrı-ayrı yerlərə paylamışdır. Refrijatoru apara bilməmişdir, qalmışdır. Anbarın açarları onda olmuşdur, lakin Cavabdeh3 vaxtında sərbəst girib-çıxa bilməmişdir. Vüqarın öz adamları mühafizə edərək nəzarət etmişlərdir. Anbardan mal çıxmasına qaiməyə əsasən icazə verilmişdir. Cavabdeh1 bir dəfə görmüşdür. Cavabdeh1 şəxsən ona göstəriş verməmişdir. O, Vüqara əmlakı niyə dağıtdığı barədə iradımı bildirdikdə Vüqar ona oranın sahibinin özü olduğu bildirmişdir. Bundan sonra Vüqarın anası ona zəng etmişdir ki, hədəqorxu gəlmişdir. Bir çox sənədlərə, aktla təsir altında ona məcbur imza etdirmişlər. O, maaş almamışdır, qorxusundan tələb də etməmişdir. İstifadə müddəti bitmiş dərmanların sayı və məbləği barədə məlumatı yoxdur. Onu anbardar vəzifəsinə İddiaçı2 qəbul etmişdir. Onun vəzifə səlahiyyətləri dərmanların çatdırılması, malı sayıb qəbul etmək, malın yararlılıq müddətinin keçib-keçməməsinə nəzarət etməkdən ibarətdir. 1998-ci ildən 2015-ci ilədək orada işləmiş, həmin müddətdə heç vaxt təqsiri olmamışdır. Dərmanların yararlılıq müddətinin bitməsi barədə birinci rəhbərliyə, sonra alış-satış menecerinə məlumat vermişlərdir. Onu hədə-qorxu təsiri altında işdə saxlayırdılar, işdən çıxmağa qoymurdular. Qaimədə onun imzam olmuşdur. Qaimənin bir surəti onda qalmışdır. Qaimədə möhür var ya yox bilmir. Dərmanların yararlılıq müddətinin bitməsinə 3 ay vaxt qalmış anbardan çıxarmışlar. MMC-yə məxsus Şampan Zavodunda baza olması barədə məlumatı yoxdur. Cavabdeh3 rəhbər kimi təyin edildiksən sonra İddiaçı1la əlaqə saxlamamışdır. İddiaçı1 heç nömrəsi onda olmamışdır. Anbarda Cavabdeh3 rəhbər kimi Cavabdeh1 təqdim etmişdir. O, iclasda iştirak etməmiş, xəbəri yoxdur. O, əmək müqaviləsi ilə işləmişdir. İddiaçı2 tutulan vaxt anbarda olan antiobitiklərin bitmə vaxtı yadında deyildir. 2015-ci ildə may ayında anbarda nə qədər dərman olduğu yadında deyildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləməklə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan girov saxlayan "xxxx" ASC-nin Nərimanov filialı ilə "xxxx" MMC arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 12-96 saylı müqavilədə göstərilmişdir ki, Girov saxlayanla Girov qoyan arasında bağlanmış 19 aprel 2011-ci il tarixli 11-97-li Kredit Müqaviləsinə əsasən 1.500.000 ABŞ dolları, 15 aprel 2011 -ci il tarixli 11-96- li Kredit Müqaviləsinə əsasən 1.500.000 ABŞ dolları, 26 sentyabr 2012-ci il 12-96 Kredit Müqaviləsinə əsasən 1.500.000 manat və 21.000.000 manat məbləğində qarantiya və akkreditivlər üzrə açılmış kredit xəttinin kreditin və ona hesablanmış faizlərin qaytarılmasını təminatı kimi tərəflər bu Müqavilə ilə müəyyən edilmiş dövriyyədə olan malların girov qoyulması barədə razılığa gəlmişlər. Girovun predmetini girov qoyana məxsus derman preparatları, girov qoyulan malların yerləşdiyi ünvan ünvan 3redmetinin və natural formasının dəyişdirilməsinə təklif edilən yeni girov predmetinin dəyərinin bu Müqavilədə nəzərdə tutulmuş deyərdən az olması şərtilə yol verilməsi razılaçşdırılmışdır. Belə hal bu Müqavilənin 13-cü bölməsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir. Müqavilədə girov qoyulan dövriyyədəki mallar girov qoyanda saxlanılması, girov qoyan girov qoyulmuş malların bu Müqavilənin müddəti bitənədək əmtəə-mal görkəminin və dəyərinin saxlanması üçün tədbirlər görməsi öhdəliyi razılaşdırılmışdır. Girov qoyanın özgəninkiləşdirdiyi dövriyyədəki mallar əldə edənin mülkiyyətinə keçdiyi andan girov predmeti olmur, girov qoyanın əldə etdiyi, bu Müqavilədə göstərilən mallar isə girov qoyanın onlara mülkiyyət hüququnun əmələ gəldiyi andan girov predmeti olur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli auditor rəyindən görünür ki, aparılan auditlə müəyyən olunmuş "xxxx" MMC-nin qanuni təmsilçisi və təsisçisi İddiaçı2 xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək aparılan istintaqla bağlı olaraq müvəqqəti İstintaq Təcridxanasında olduğu, orta hesabla bir il ərzində Cavabdeh3 və onun ətrafına toplanmış özünə doğma və yaxın dəstə üzvləri tərəfindən "xxxx" MMC-yə 63 727 934,04 manat məbləğində ziyanın vurulması faktı yerinə yetirilmiş müvafiq audit prosedurları və toplanılmış auditor sübutları ilə tam təsdiq olunur və eyni zamanda bu barədə tərtib olunmuş həmin auditor rəyində qeyd edilənlər işin ziyanvurma faktının mahiyyəti üzrə əsaslı və ədalətli təsəvvür yaradır. Beləliklə, “Auditor Xidməti Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən aparılmış auditin nəticələrinə dair tərtib olunmuş həmin auditor rəyi onun-auditorun imzası, möhürü ilə təsdiq olunur və eyni zamanda, bu rəyin düzgün formalaşdırılması üçün auditə təqdim olunmuş sənədlərin, aparılmış əməliyyatların, müəyyən olunmuş nəticələrin düzgünlüyünə auditor tərəfindən verilən müvafiq qiyməti əks etdirir və bütün hüquqi fiziki şəxslər, o cümlədən Dövlət Hakimiyyəti, İdarəetmə, məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokurorunun müavininin xx.xx.2017-ci il tarixli cinayət işinin başlanması haqqında qərarının surətindən görünür ki, 02/2-115c-17 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 314.1 və 179.3.2-ci maddələri ilə cinayət işinin başlanılması qərara alınmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, Cavabdeh2 və qeyrilərinin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə, səhlənkarlıq və edilmiş külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə talama cinayətlərinin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər aşkar edildiyindən material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 308.1, 314.1 və 179.3.2-ci maddələri ilə cinayət işi araşdırıb ibtidai istintaq aparılmalıdır. İş materiallarında olan Bakı şəhər BPİ-nin İstintaq və təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi tərəfindən xx.xx.2017-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı2 müraciətində göstərdiyi "xxxx" MMC-nin anbarından Cavabdeh2 tərəfindən müxtəlif əşya və avadanlıqların, 10 000 manat dəyərində dərman preparatlrının ələ keçirilməsi və külli miqdarda dərman preparatlarının yararsız hala düşməsi faktı ilə bağlı Azərbaycan Respublikası DİN-nin BMCMİ-də araşdırma aparılıb faktın təsdiq edilməməsini və buna hüquqi qiymət verilməsini nəzərə alaraq, həmin faktla bağlı Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş “Cavabdeh2 və onun oğlu Cavabdeh3 İddiaçı3 MMC ilə aralarında olan rəsmi və qeyri-rəsmi mal və pul dövriyyəsi ilə əlaqədar aparılmış auditor yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli müstəqil auditor rəyi ilə müəyyən edilmiş halların işin faktiki hallarına uyğun olubolmamasının, habelə iş üçün əhəmiyyət kəsb edən digər halların araşdırılmasının nəticələrinə dair” rəyin nəticə hissəsində göstərilmişdir ki, Cavabdeh2 və onun oğlu Vüqar Sahbazlının "Riyad-Farm” MMC ilə aralarında olan rəsmi və qeyri-rəsmi fəaliyyətlərinin auditinin aparması ilə əlaqədar Azərbaycan Respublikasi Auditorlar Palatasının Müstəqil X1 01 may 2017-ci il tarixli auditor rəyi şifahi məlumatlara əsaslanaraq tərtib edildiyindən, heç bir sənədə asaslanmadığından və buna müvafiq olaraq auditor rəyindən göstərilən xüsusatlar təqdim edilmiş cinayət işinin materiallar ilə öz təsdiqini tapmadığından, habelə araşdırma zamanı bununla bağlı heç bir sənəd təqdim edilmədiyindən auditor rəyi ilə müəyyən edilən çatışmazlıqlar və həmin çatışmazlıqların yaranması səbəbləri əsas kimi qəbul edilə bilməz. İddiaçı3 MMC-nin anbarından götürülmüş malların dəyərinin xəzinəyə ödənilib-ödənilməməsi, hər hansı ziyanın vurulması arasdırmaya malların və pulların dövriyyəsi ilə əlaqədar sənədlər təqdim edilmədiyi üçün müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" Şirkəti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 1 nömrəli əmr, xx.xx.2012-ci il tarixli 1 nömrəli əmr və xx.xx.2012-ci il tarixli 48 nömrəli etibarnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu onun ziyanınadır. İddiaçı tərəf hazırki iddiada göstərilən halların düzgünlüyünü sübuta yetirə bilmir. Sübut etməli olan tərəfin irəli sürdüyü güman təkzib olunursa və onun dediyinin əksi təsdiqini tapırsa həmin tərəfin sübutu əks sübutdan üstün sübutetmə qüvvəli hesab edilə bilməz. Belə ki, iddianı əsaslılığını sübuta yetirən xx.xx.2017-ci il tarixli auditor rəyidir ki, həmin rəyin doğruluğu Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş “Cavabdeh2 və onun oğlu Cavabdeh3 İddiaçı3 MMC ilə aralarında olan rəsmi və qeyri-rəsmi mal və pul dövriyyəsi ilə əlaqədar aparılmış auditor yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli müstəqil auditor rəyi ilə müəyyən edilmiş halların işin faktiki hallarına uyğun olub-olmamasının, habelə iş üçün əhəmiyyət kəsb edən digər halların araşdırılmasının nəticələrinə dair” rəylə təkzib edilmişdir. Eyni zamanda xx.xx.2017-ci il tarixli cinayəti işinin başlanılmasının rədd edilməsi qərarı ilə də, Cavabdeh2 əməlində cinayət tərkibinin olmaması müəyyən edilməklə, hazırki iddiada göstərilən hallarla səbəbli əlaqənin mövcudluğu sübuta yetirilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.4-cü maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). İş materiallarında iddiaçı tərəfindən dəvət edilmiş şahidlərin ifadələrinə nəzər yetirərkən, ifadələrdə göstərilən məlumatlar İddiaçı2 istintaq orqanına verdiyi məlumatlarla eynilik təşkil etməsi və onun şikayətində göstərilən bu məlumatların tərkibində cinayət əlamətlərinin olmaması səbəbi ilə cinayət işinin rədd edilməsi şahidlər tərəfindən verilən məlumatların öz təsdiqini tapmadığı gənaətinə gəlinir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar