Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-906/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qıznın katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdeh Səfərov Elməddı̇ n Abbasəlı̇ oğlunun iştirakı ilə İddiaçı "Yunayted Kredı̇ t Bank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Səfərov Elməddı̇ n Abbasəlı̇ oğluna qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Yunayted Kredı̇ t Bank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Səfərov Elməddı̇ n Abbasəlı̇ oğluna qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 ərizə təqdim edərək bildirmişdir ki, hazırki mülki iş üzrə cavabdehlə aralarında barışıq əldə olunmuşdur. Bununla bağlı barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Səfərov Elməddı̇ n Abbasəlı̇ oğlu barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, barışıq sazişinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış 10 mart 2023-cü il tarixli barışıq sazişinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Yunayted Kredı̇ t Bank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Səfərov Elməddı̇ n Abbasəlı̇ oğluna qarşı iddiası üzrə tərəflər aşağıdakıları öz üzərinə götürürlər: 1) xx.xx.2014-cü il tarixli, 1305 saylı kredit müqaviləsi üzrə 3 912,44 (üç min doqquz yüz on iki dollar, 44 sent) ABŞ dolları əsas borc, 482,57 (dörd yüz səksən iki dollar, 57 sent) ABŞ dolları faiz borcu, 17 588,23 (on yeddi min beş yüz səksən səkkiz dollar, 23 sent) ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1 308,42 (bir min üç yüz səkkiz dollar, 42 sent) ABŞ dolları faiz məbləği olmaqla, cəmi 23 291,66 (iyirmi üç min iki yüz doxsan bir dollar, 66 sent) ABŞ dolları məbləğində borcu cavabdeh və iddiaçı təsdiq edirlər. 2) Tərəflər razılaşırlar ki, xx.xx.2014-cü il tarixli, 1305 saylı kredit müqaviləsi üzrə müddət sonuna hesablalan faiz borcunun bir hissəsi, cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu iddiaçı tərəfindən cavabdehə güzəşt edilir və güzəşt edildikdən sonra cavabdehin cəmi borcu 4200 (dörd min iki yüz) ABŞ dolları təşkil edir. 3) Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən 4200 (dörd min iki yüz) ABŞ dolları borcundan ilkin olaraq 2023-cü ilin mart ayı ərzində 1000 (bir min) ABŞ dolları ödənilməklə qalan 3200 (üç min iki yüz) ABŞ dolları borc məbləğini 10 (on) ay müddətində hər ay 320 (üç yüz iyirmi) ABŞ dolları ödənilməsini öhdəsinə götürür. 4) Hər ay ödəniləcək məbləğ cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 5) Cavabdeh ona verilən ödəniş şərtlərini pozduğu halda xx.xx.2014-cü il tarixli, 1305 saylı kredit müqaviləsi üzrə yaranmış borcun güzəşt edilməsi ləğv ediləcək və bu Sazişin 2.1-ci bəndində göstərilən borcun tutulması üçün məhkəməyə və müvafiq icra qurumuna müraciət olunacaq. 6) Cavabdeh təsdiq edir ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər pozulduqda və icra edilmədikdə o bu sazişin 1-ci maddəsində qeyd olunan borc məbləğlərini iddiaçıya tam şəkildə ödənilməsinə, tutmanın kredit müqaviləsin üzrə öhdəliklərin təminatı olan Cavabdeh məxsus olan “Mercedes Benz E 240” markalı, ağ rəngli, buraxılış ili 2001-ci il olan, **-VB-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsinə və həmin avtomobilin açıq hərracdan satılmasına, satışdan əldə olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə etiraz etmir. 7) Tərəflər razılaşırlar ki, xx.xx.2014-cü il tarixli, 1305 saylı kredit müqaviləsi üzrə öhdəlik cavabdeh tərəfindən tam və vaxtında icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan, cavabdehə məxsus olan “Mercedes Benz E 240” markalı, ağ rəngli, buraxılış ili 2001-ci il olan, **-VB-*** dövlət nömrə nişanlı avtomobil cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. Həmçinin tərəflər arasında bağlanmış 10 mart 2023-cü il tarixli müqavilənin digər şərtlərinə əsasən tərəflər aşağıdakıları öz üzərinə götürürlər: 1) Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2) Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.3-cü bəndi ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3) Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 4) Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 5) Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 6) Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 7) Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: -bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; -bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; - mediasıya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; -qarşı tərəfin yazılı icazəsi ilə; - yaxın qohumlara; - Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 8) Bu Sazişin məzmununun Sazişin 3.7.1 və 3.7.5-ci bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "Yunayted Kredı̇ t Bank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Səfərov Elməddı̇ n Abbasəlı̇ oğluna qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və s." tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 10 mart 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1) xx.xx.2014-cü il tarixli, 1305 saylı kredit müqaviləsi üzrə 3 912,44 (üç min doqquz yüz on iki dollar, 44 sent) ABŞ dolları əsas borc, 482,57 (dörd yüz səksən iki dollar, 57 sent) ABŞ dolları faiz borcu, 17 588,23 (on yeddi min beş yüz səksən səkkiz dollar, 23 sent) ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1 308,42 (bir min üç yüz səkkiz dollar, 42 sent) ABŞ dolları faiz məbləği olmaqla, cəmi 23 291,66 (iyirmi üç min iki yüz doxsan bir dollar, 66 sent) ABŞ dolları məbləğində borcu cavabdeh və iddiaçı təsdiq edirlər. 2) Tərəflər razılaşırlar ki, xx.xx.2014-cü il tarixli, 1305 saylı kredit müqaviləsi üzrə müddət sonuna hesablalan faiz borcunun bir hissəsi, cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu iddiaçı tərəfindən cavabdehə güzəşt edilir və güzəşt edildikdən sonra cavabdehin cəmi borcu 4200 (dörd min iki yüz) ABŞ dolları təşkil edir. 3) Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən 4200 (dörd min iki yüz) ABŞ dolları borcundan ilkin olaraq 2023-cü ilin mart ayı ərzində 1000 (bir min) ABŞ dolları ödənilməklə qalan 3200 (üç min iki yüz) ABŞ dolları borc məbləğini 10 (on) ay müddətində hər ay 320 (üç yüz iyirmi) ABŞ dolları ödənilməsini öhdəsinə götürür. 4) Hər ay ödəniləcək məbləğ cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 5) Cavabdeh ona verilən ödəniş şərtlərini pozduğu halda xx.xx.2014-cü il tarixli, 1305 saylı kredit müqaviləsi üzrə yaranmış borcun güzəşt edilməsi ləğv ediləcək və bu Sazişin 2.1-ci bəndində göstərilən borcun tutulması üçün məhkəməyə və müvafiq icra qurumuna müraciət olunacaq. 6) Cavabdeh təsdiq edir ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər pozulduqda və icra edilmədikdə o bu sazişin 1-ci maddəsində qeyd olunan borc məbləğlərini iddiaçıya tam şəkildə ödənilməsinə, tutmanın kredit müqaviləsin üzrə öhdəliklərin təminatı olan Cavabdeh məxsus olan “Mercedes Benz E 240” markalı, ağ rəngli, buraxılış ili 2001-ci il olan, **-VB-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsinə və həmin avtomobilin açıq hərracdan satılmasına, satışdan əldə olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə etiraz etmir. 7) Tərəflər razılaşırlar ki, xx.xx.2014-cü il tarixli, 1305 saylı kredit müqaviləsi üzrə öhdəlik cavabdeh tərəfindən tam və vaxtında icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan, cavabdehə məxsus olan “Mercedes Benz E 240” markalı, ağ rəngli, buraxılış ili 2001-ci il olan, **-VB-*** dövlət nömrə nişanlı avtomobil cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. Həmçinin tərəflər arasında bağlanmış 10 mart 2023-cü il tarixli müqavilənin digər şərtlərinə əsasən tərəflər aşağıdakıları öz üzərinə götürürlər: 1) Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2) Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.3-cü bəndi ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3) Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 4) Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 5) Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 6) Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 7) Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: -bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; -bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; -mediasıya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; -qarşı tərəfin yazılı icazəsi ilə; -yaxın qohumlara; - Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 8) Bu Sazişin məzmununun Sazişin 3.7.1 və 3.7.5-ci bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. İddiaçı "Yunayted Kredı̇ t Bank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Səfərov Elməddı̇ n Abbasəlı̇ oğluna qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və s." tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-906/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-906/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver